Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Sağlamlığa «salam» addım

 

Xarici ölkələrin əksəriyyətində artıq çoxdandır ki, tətbiq olunan icbari tibbi sığortanın ölkəmizdə də həyata keçirilməsi məqsədilə 1999-cu ildə “Tibbi sığorta haqqında” Qanun qəbul olunub. 2008-ci ildə qanuna müəyyən əlavə və dəyişikliklər edilib və son vaxtlarda onun tətbiqi istiqamətində daha aktiv addımlar atıldığının şahidi oluruq. İcbari və könüllü şəkildə həyata keçirilən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla bərabər, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verən sığorta növüdür.
Dünya səhiyyəsində geniş yayılmış tibbi xidmətlər modeli sayılan icbari tibbi sığorta insanlar xəstələnmədiyi halda belə, müəyyən fondlara vəsait keçirir. Layihənin əsas məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməklə əhaliyə daha etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlər göstərilməsini təmin etməkdir. İcbari tibbi sığorta vasitəsilə xəstəliyi olan insanlar müalicə ala bilir və beləliklə də, insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar.
Ölkəmizdə isə icbari tibbi sığortadan nəinki vətəndaşlar, həmçinin müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də faydalana biləcəklər. İcbari tibbi sığorta tibbi xidmətlərin keyfiyyətinə də nəzarət etməklə həkimlərin məsuliyyətinin artırılmasına, insanlara səhiyyə xidmətlərin çatımlılığının təmin edilməsinə şərait yaradır. Bu sığorta növü ilə, eyni zamanda, həkimlərin xəstələrə yazdığı müalicəyə üçüncü tərəf də nəzarət etmiş olur. Belə ki,  həkimin yazdığı müalicə və dərmanlar barədə məlumat icbari tibbi sığorta  agentliyinə də çatdırılır.
İcbari tibbi sığorta vasitəsilə tibb müəssisəsinə gedən şəxs tibbi sığorta kartını təqdim etməklə həmin paketə daxil olan bütün xidmətləri pulsuz əldə edir. İcbari tibbi sığortaya ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 1800-dən çox xidmət daxildir.
Bu sığorta növü, əsasən, müvafiq fonda müəyyən sığorta haqqı köçürülməklə maliyyələşir. Konkret olaraq, çalışan insanlar öz maaşlarından, şirkətlər işçilərinin adına, müvafiq dövlət qurumları isə çalışmayan şəxslər - təqaüdçülər, uşaqlar və işsizlər üçün fonda ödənişlər etməlidir. Təhlilçilər bu sistemi, adətən,  pensiya fondu ilə müqayisə edirlər. İcbari tibbi sığorta haqqının birbaşa olaraq tibb işçilərinə təqdim edilməsi isə qadağandır.
İcbari tibbi sığortanın əhəmiyyəti  işəgötürən müəssisənin icbari tibbi sığorta ayırmalarının sərfəli xərclənməsində, işçinin çox xəstələnməməsində, işçi xəstələndikdə də onun çox qısa vaxt ərzində müalicə olunması və işə geri qayıtmasında maraqlı olmasıdır. İcbari tibbi sığorta agentliyi xəstə olan şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına, müalicə müddətinin həddindən artıq uzadılmamasına, bir sözlə, əlavə vəsaitlərin xərclənməməsinə cəhd göstərir. Səhiyyə müəssisəsi isə keyfiyyətli tibbi xidmət göstərməklə yenidən müqavilə bağlanmasına çalışır. Nəticədə isə, bu sistemin tətbiqində tərəflərin hər biri maraqlı olaraq fayda götürməyə səy göstərir.
İcbari tibbi sığorta sistemindən, həmçinin əhali və müalicəyə ehtiyacı olan şəxslər də yararlanmaq imkanı əldə edirlər. Az vəsait ödəməklə keyfiyyətli xidmət alan hər hansı şəxsin  lazımsız müayinələrdən keçməsinə də ehtiyac qalmır, ona əlavə dərmanlar yazılmır.
Bu xidmətin tətbiqi səhiyyə müəssisələri ilə  pasiyentlər arasında  “xidmət haqqı” münasibətlərini də tənzimləyir, tibb müəssisələri yalnızca göstərdikləri xidmətlər müqabilində sığorta şirkətləri tərəfindən ödənilən haqlarını alırlar. 
İcbari tibbi sığortanın digər əhəmiyyəti isə ondan ibarətdir ki, bunun sayəsində Azərbaycanın sığorta bazarında sığorta haqları artacaq, sığorta bazarının həcmi böyüyəcək, bütün bunlar isə sığorta şirkətlərinin peşəkarlığına da təsir göstərəcək və  yeni işçi qüvvəsinə tələbat yaradacaqdır.  İcbari tibbi sığortanın tətbiqi, həmçinin  sığorta şirkətlərinin də gəlirlərinə təsir göstərəcək, onların inkişafına səbəb olacaqdır.
İcbari tibbi sığorta sayəsində pasiyentlər yaxşı xidmət göstərməyən tibb müəssisələrini daha yaxşı tanıyacaq və  həmin tibb müəssisələrinə gələn pasiyentlərin sayı azalacaq. Bu da öz növbəsində əhalinin sağlamlıq durumunun yaxşılaşmasına da ciddi təsir göstərəcək.
Azərbaycanda icbari tibbi sığorta sistemi üç mənbədən maliyyələşdiriləcək: dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişləri. Dövlət əhalinin müəyyən qisminin  icbari tibbi sığortasını təmin edəcəkdir ki, bu qruplara uşaqlar, pensiyaçılar, əlillər və işləməyən şəxslər daxildir. İşləyən şəxslər isə özlərini, hətta ailə üzvlərini də tibbi sığortalaya biləcəklər. 
İcbari tibbi sığorta müxtəlif paketlər şəklində tətbiq edilir: qızıl, gümüş və adi. Bütün paketlərdə minimum tibbi xidmətlər əhatə olunur. Bahalı xidmətlər gümüş paketə, qızıl paketə isə bütün tibbi xidmətlər daxildir. Qızıl paketdən yalnız müqavilə bağlayan, işləyən vətəndaşın özü deyil, onun ailə üzvləri də faydalana bilərlər. İcbari tibbi sığortanın tətbiqi zamanı hansı paketlərdən istifadə ediləcəyi isə vətəndaşın istəyindən, eyni zamanda, onun adından müqavilə bağlayan icbari tibbi sığorta şirkətinin tibb müəssisəsi ilə bağlayacağı müqavilələrdən, icbari tibbi sığorta xidmətinin göstəriləcəyi şərtlərdən və ayırmalardan asılı olacaq.
İcbari tibbi sığortanın əhəmiyyətini nəzərə alaraq “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti də iyun ayının 8-də Azərbaycanda ilk dəfə olaraq beynəlxalq tibbi sığorta məhsulunu təqdim etmişdir. Öncə qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “PAŞA Sığorta” ASC Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkət 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə, zəruri maliyyə imkanı və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir.
2016-cı ildə A.M. Best Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidmətləri Agentliyi “PAŞA Sığorta ASC”-nin kredit reytinqlərini təsdiqləyib. Agentlik PAŞA Sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini “B+”, Uzunmüddətli Kredit Reytinqi isə “bbb-” olaraq dəyərləndirib. Reytinqlər PAŞA Sığortanın yüksək əməliyyat göstəriciləri, güclü kapital bazası və təkrarsığorta təminatına malik olmasını əks etdirir. “PAŞA Sığorta” şirkəti fəaliyyətini İSO 9001:2015 beynəlxalq standartında təsvir olunmuş Keyfiyyətin İdarə Olunması Sisteminə (Quality Management System) müvafiq olaraq həyata keçirir.
“Bütün dünyanı əhatə edəcək yeni məhsul” başlığı altında təqdim edilən beynəlxalq tibbi sığorta Azərbaycan sığorta bazarı üçün yenilik olmaqla bərabər,  maksimum dərəcədə geniş sığorta təminatı verən bir məhsuldur.
Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan “PAŞA Sığorta” xarici ölkələrin xəstəxanalarında keçərli beynəlxalq tibbi sığorta məhsulunu 2 növdə təklif edir – “Sərhədsiz Səhhət” və “Tibbi Sığorta: Acıbadem”. Bu məhsulların bazara təqdim olunma ideyası da məhz müştərilərdən daxil olan çoxsaylı sorğulara əsasən yaranmışdır. Hər bir sığorta məhsulu iki paketdən ibarətdir. “Sərhədsiz Səhhət” paketləri bütün dünya üzrə ərazilərə bölünür. “Sərhədsiz Səhhət”  dünyanın dörd bir yanında keçərli beynəlxalq tibbi sığorta məhsuludur və hər bir ərazi bölgüsü daxilində “Advantage” və “Advantage Plus” tibbi sığorta paketlərini seçmək imkanı verir. Birinci ərazi bütün dünyanı, ikinci ərazi Şimali Amerika istisna olmaqla, bütün dünyanı, üçüncü ərazi Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq, Sinqapur və İsveçrə istisna olmaqla, bütün dünyanı, dördüncü ərazi isə Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq, Sinqapur, İsveçrə, Avstraliya, Braziliya, Çili, Meksi­ka və Tayland istisna olmaqla bütün dünyanı əhatə edir.
İkinci növdə təqdim olunan “Tibbi Sığorta: Acıbadem”  sığorta məhsulu isə 2 paketdən ibarətdir: “Crystal” və “Diamond”. “Crystal” tibbi sığorta paketi maksimum 80 000 ABŞ dolları, “Diamond” tibbi sığorta paketi isə maksimum 500 000 ABŞ dolları sığorta təminatına malikdir.
Qeyd olunan məhsulların təminatına xarici xəstəxanalarda check-up müayinə, hamiləlik, xroniki və onkoloji xəstəliklər kimi mühüm xidmətlər daxildir.
Bu sığorta məhsulu üzrə partnyor şirkətlər olaraq isə beynəlxalq sağlamlıq sığortası üzrə böyük təcrübəyə malik olan “Cross Border Health Partners” və “Global Benefits Group” seçilmişdir.
“PAŞA Sığorta” ASC tərəfindən təqdim olunan bu sığorta paketlərinin qiymətləri isə müraciət edən şəxsin yaşına, sağlamlıq tarixçəsinə görə dəyişir. Həmçinin, fərdi, qrup, korporativ şəkildə müraciət edən müştərilər də bu məhsulları xüsusi şərtlərlə əldə edə bilərlər.

 

Mətanət Hüseynova