Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Aqrar sahədə yüksək məhsuldarlıq modern su təchizatı sisteminin yaradılmasından keçir

 

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik modeli və bunun əsas sütunlarından biri sayılan uğurlu iqtisadi siyasət Azərbaycanın dayanıqlı və davamlı inkişafını təmin etmişdir. Respublikamızda istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində kənd təsərrüfatı - aqrar bölmə xüsusi çəkiyə və öncül mövqeyə malik olmuş, real sektorda çalışanların az qala yarısı bu sahənin payına düşmüşdür. Kənd təsərrüfatının bugünkü uğurlarından danışarkən, bunu təmin edən iki amil mütləq nəzərə alınmalıdır: birincisi, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə uğurla gerçəkləşdirilən torpaq islahatları, ikincisi, neftdən əldə olunan gəlirlərin digər sahələrlə bərabər, kənd təsərrüfatının, xüsusilə də özəl bölmənin inkişafına yönəldilməsi. Hər iki amil kənd təsərrüfatının bazar prinsipləri əsasında inkişafına, sahibkarlıq zümrəsinin təşəkkül tapıb formalaşmasına geniş yol açdı. Ümummilli liderin layiqli davamçısı İlham Əliyev respublikaya prezident seçildikdən sonra 2004-cü ildən başlayaraq bütün fəaliyyəti boyu ölkənin sürətli və sıçrayışlı sosial-iqtisadi inkişafını təmin edə bildi. Bu inkişaf və yüksəliş dalğası respublikanın heç bir rayonundan, yaşayış məntəqəsindən, kəndindən yan keçmədi, sosial-iqtisadi sferanın bütün sahələrinə nüfuz etdi. Neft strukturundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatına irihəcmli investisiyalar yönəldilməyə başladı. Regionların tarazlı  inkişafını təmin etmək üçün 2004-cü ildən bu günə kimi üç mərhələ Dövlət Proqramları təsdiq edilmiş, həmin proqramların icrası nəticəsində regionların sosial-iqtisadi infrastrukturu köklü şəkildə dəyişmişdir. Bundan başqa, «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair», «Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair üç mərhələ Dövlət Proqramı» və digər proqramların uğurla icrası Azərbaycanı uzunmüddətli sosial tərəqqi və sosial yüksəliş yoluna çıxarmışdır.
2017-ci il kənd təsərrüfatının inkişafında islahatlar ili kimi tarixə düşmüş, məhz həmin ildə ölkə başçısı tərəfindən respublikanın aqrar bölmədə uzunmüddətli strateji hədəfləri və Yol Xəritəsi müəyyən edilmişdir. 2017-ci ildə, həmçinin cari il üçün nəzərdə tutulan vəzifələr yüksək şəkildə yerinə yetirilmiş, kənd təsərrüfatının ənənəvi sahələrində – pambıqçılıqda, çayçılıqda, tütünçülükdə, baramaçılıqda, bostan və tərəvəz bitkilərinin istehsalında ciddi nailiyyətlər qazanılmış, istixana təsərrüfatlarının sayı və orada istehsal olunan məhsulun çeşidi genişləndirilmişdir.
Kənd təsərrüfatının və aqrar bölmənin inkişafında meliorasiya və su təsərrüfatı xüsusi önəm daşıyır. Çünki Azərbaycanda əkin sahələrinin, demək olar ki, əksəriyyəti suvarılan torpaqlardır. Təsərrüfat işlərində ən narahatçılıq doğuran problem su təminatı ilə bağlıdır. Ölkədə mövcud su mənbələri bu problemi tam şəkildə həll etməyə imkan vermir.
Lakin buna baxmayaraq, respublikada bu istiqamətdə 2004-cü ildən başlayaraq bu günə kimi ciddi addımlar atılmış, böyük irəliləyişlər əldə olunmuşdur. Dövlət başçısı hər zaman meliorasiya və su təsərrüfatı sahəsinə diqqət və qayğı göstərmişdir ki, bunun sayəsində respublikamızda mövcud meliorasiya və irriqasiya sistemlərinin istismarı xeyli yaxşılaşmış, bu sahəyə ayrılan investisiya vəsaitlərinin həcmi 20 dəfə, istismar xərclərinin həcmi 6 dəfə artmışdır. Eyni zamanda, meliorasiya və su təchizatı qurumlarının qarşısına ciddi vəzifələr və təxirəsalınmaz tələblər qoyulmuşdur.
Cari ilin yanvar ayının 29-da “Regionların 2014-2018-ci illərə dair sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: «Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. Beləliklə, biz 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil edəcəyik. Bir neçə önəmli kanal layihələri icra ediləcəkdir. Dövlət İnvestisiya Proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Dövlət İnvestisiya Proqramında bu məsələ ilə bağlı olan bütün layihələr ilin sonuna qədər icra olunmalıdır».
Cənab prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın bütün bölgələrində əməli tədbirlər görülür. Həyata keçirilən tədbirləri dilə gətirən ölkə başçısı pambıqçılığın inkişaf məsələlərinə dair Bərdə rayonunda keçirilən respublika müşavirəsində demişdir ki, son illərdə meliorasiya sahəsində böyük layihələr icra edilmişdir. On minlərlə hektar torpaqda meliorativ tədbirlər görülmüşdür. O cümlədən Bərdə rayonunda və digər rayonlarda bu sahəyə çox böyük vəsait ayrılmış və digər rayonlarda bu sahəyə çox böyük vəsait ayrılmış və digər kompleks tədbirlər görülmüşdür. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılmışdır.
Təkcə son bir ildə «Azərbaycan Meliorasiya və su Təsərrüfatı» ASC-nin nəzdində fəaliyyət gös­tə­rən «Azdövsutəslayihə» İns­titutu tərəfindən hazırlanan layi­hə­lərin siyahısına baxsaq, həyata keçirilən tədbirlərin həcmi və miqyasının necə böyük olduğu diqqəti çəkir. Bunlar aşağıdakılardır: Yuxarı Mil Kanalının tikintisi, 19205 hektar sahəni suvarma suyu ilə təmin edəcək Neftçala magistral kanalının nasos stansiyasının tikintisi, Şəmkir Maşın Kanalının I növlə tikintisi, Şabran Aqroparkında infrastruktur meliorasiya tədbirləri, Goranboy və Samux rayonları ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi, Qax rayonu ərazisində yaradılan Aqropark ərazisinin suvarma suyu ilə təmin edilməsi, əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı sahələrin suvarma suyu ilə təmin edilməsi, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə  təmin edilməsi, Ağsu rayonunda yerləşən Cavanşir su anbarında tikinti-bərpa işlərinin aparılması... Bundan başqa, hal-hazırda aşağıdakı layihələrin hazırlanması üzərində iş gedir: Şəmkir Maşın Kanalının II növlə tikintisi, əhalisi 592736 nəfərə yaxın olan 38 şəhər və rayonun 249 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı sahələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılması,  əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezian quyusunun layihələndirilməsi və qazılması, 3300 hektar torpaq sahəsini əhatə edəcək Xəzər-Pirallahı və Xızı rayonlarının zeytun və badam salınacaq plantasiyalarının suvarma suyu ilə təminatı, 5660 hektar sahəni suvarma suyu ilə təmin edəcək Hacıqabul rayonu ərazisində suvarma-meliorasiya tədbirlərinin görülməsi, 12000 hektar sahəni əhatə edəcək Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi, 52638 hektar sahəni suvarma suyu ilə təmin edəcək Araz çayının yeni qolu vasitəsilə suvarılan sahələrin istifadəyə verilməsi, həmçinin bu tədbirlərlə paralel olaraq sel və daşqın təhlükəsi olan çayların zərərli təsirlərinə qarşı mühafizə tədbirləri, suvarma sistemlərində qəza vəziyyətlərinin aradan qaldırılması və digər tədbirlərin layihə-smeta sənədlərinin hazırlanması. Şübhəsiz ki, belə irimiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin görülməsinə böyük miqdarda maliyyə vəsaitləri tələb olunur. Artıq 14 ildir ki, ardıcıl olaraq istər Azərbaycan hökuməti, istərsə də beynəlxalq maliyyə qurumları, bank təşkilatları tərəfindən meliorasiya və su təchizatı sisteminin yaxşılaşdırılmasına, yenidən qurulmasına və modernləşdirilməsinə maliyyə vəsaitləri, güzəştli kreditlər və investisiyalar yönəldilir. Bunların hesabına ölkə miqyasında saysız-hesabsız meliorativ tədbirlər həyata keçirilmiş və bu proses davam edir. Yuxarıda sadalanan layihələr, görülən tədbirlər bütün işlərin hamısını tam şəkildə əks etdirmir. Çünki reallıqda həyata keçirilən irili-xırdalı tədbirlərin sayı həddindən artıq çoxdur. Cənab prezident bundan sonra da  meliorasiya və suvarma təchizatının yaxşılaşdırılması üzrə tədbirlərin davam etdiriləcəyini dilə gətirmişdir. Çünki ölkədə başdan-başa istixana təsərrüfatları yaradılır. 5 aqropark istifadəyə verilib, daha 32 aqroparkın tikintisi davam etdirilir. Kənd təsərrüfatında intensiv bağçılıq, bostançılıq tədbirləri həyata keçirilir, əkin sahələrinin damcı və yağdırma üsulu ilə suvarılmasının tətbiqinə başlanılıb və bu şəbəkənin genişləndirilməsi hədəf götürülüb.
Bütün bunlar həm sudan qənaətlə istifadə etməyə və məhsulun keyfiyyətinin yüksəlməsinə, həm də məhsul istehsalının həcminin və çeşidinin, ixrac imkanlarının artmasına təkan verəcək. Sonucda xırda və orta sahibkarlıq subyektləri qazanacaq, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafında yeni mərhələ başlanacaqdır.

Zülfü İLYASOV,
bölgə müxbiri