Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Yerli dondurma bazarının lideri

 

İsti yay günləri artıq başlayıb. İnsanların sərinləşdirici içkilərə və məhsullara olan tələbatı da gündən-günə artır. Hər yerdə müxtəlif çeşiddə bir-birindən həm görünüşcə, həm də keyfiyyətcə fərqli, müxtəlif qiymətlərdə dadlı, ləzzətli dondurmalar satılır. Bu məhsulların bir qismi xaricdən idxal olunur, əsas hissəsi isə yerli istehsaldır. Yerli istehsal xaricdən gətiriləndən, demək olar ki, 2-3 dəfə ucuzdur. Bəs, bu bolluqda insan sağlamlığına zərər vurmayan, gələcəyimiz olan uşaqların faydalana biləcəyi hansı dondurmalara üstünlük verək?
Qiymətindən asılı olmayaraq, keyfiyyətli dondurmanı necə fərqləndirə bilərik?
İnsanlar dondurmanı məhz keyfiyyətinə görə seçdiklərini bildirirlər. Bəzi insanlar isə xarici istehsal olan dondurmaların daha keyfiyyətli və dadlı olduğunu hesab edirlər. Lakin artıq “xaricdən gətirilibsə, daha keyfiyyətlidir” fikri ilə razılaşmayanların sayı da çoxalıb. Belə ki, insanlar son zamanlar yerli istehsalın da keyfiyyətli olduğunun şahididirlər. Sevindirici haldır ki, hazırda Azərbaycanın dondurma bazarında yerli məhsullar 70-80 faiz paya malikdir.
Hazırda bazarda 10-a yaxın yerli dondurma istehsal edən şirkət fəaliyyət göstərir. Bu gün onlardan biri, ölkəmizdə nə az-nə çox, düz 20 ildir fəaliyyət göstərən “AER Company Group” MMC-dən söhbət açmaq istərdik.
“AER Company Group” MMC: 20 il bizimlə
 Şirkət “AER” ticarət nişanı altında 70-ə yaxın çeşiddə dondurma istehsal edir. Hər kəsin sevdiyi, xüsusilə də, uşaqların xoşladıqları “Belıye noçi”, “Oazis”,  “Oreşek”, “Daşa”, “Magnam”, “Eskimo”, “Boqatır”, “Nağıl”, “Lakomka”, “Plombir”, “Bizim Bakı”, “Kaspi”, “Fantaziya”, “Melisa”, “Premium”, “Yasif”, “Zimuşka zima” və s. dondurmaları  məhz bu şirkət tərəfindən buraxılır.
Bu gün şirkət Azərbaycan dondurma bazarında aparıcı yerlərdən birini tutur. Malik olduğu resurslar hesabına bu gün şirkət nəinki Azərbaycanda məhsullarını reallaşdırır, həm də bir sıra xarici ölkələrə də məhsul ixrac edir.
İstehsal prosesində yeni texnologiyaların tətbiqi sahəsində daim təkmilləşmə işləri gedir. Şirkət dondurma istehsalında yüksək keyfiyyətli ərzaq məhsullarından istifadə edir.
AER şirkəti daxili bazarda da süd məhsullarının əsas istehsalçılarındandır. O, xammala olan tələbatını ödəmək üçün ölkənin müxtəlif regionlarındakı fermerlərdən hər gün 10-15 ton təbii süd alır. Süd, əsasən, Ağcabədi, Saatlı, Sabirabad və Qusar zonasından əldə olunur. İstifadə olunan xammal məhsullarının və istehsal olunan dondurmanın keyfiyyətinin və təhlükəsizliyinin yoxlanılması üçün şirkət yüksək texnologiyalarla təchiz olunmuş və Avropa standartlarının tələblərinə cavab verən laboratoriyaya malikdir.
Məhsul çeşidinin keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə nəzarət edilir.  Bu da  istehlakçıların tələblərinin ödənilməsinə xidmət edir.
İnsan əli dəymədən istehsal olunan məhsul
2003-cü ildə “AER Company Group” Danimarkanın Tetra Pak Hoyer şirkətindən İtaliyada istehsal olunmuş, tam yeni, Avropanın və dünyanın ən müasir texnologiyası ilə çalışan, kompüter və robotlarla idarə olunan Straigtline 600 istehsal xətti almışdır. “AER Company Group” MMC-nin təsisçilərindən biri olan Adil Şərifovun sözlərinə görə, avadanlığın buraxdığı batonlar, ruletlər və lakomka dondurmalarının 2007-ci ilə kimi Zaqafqaziyada analoq istehsalçısı olmayıb.
2006-cı ildə şirkətdə OLV universal dondurma xətti quraşdırılmışdır. Xəttin əsas hissəsi Pribaltika istehsalı olan mexaniki hissə olmasına baxmayaraq, onun qablaşdırılma hissəsi Ukraynadan gətirilib, soyutma hissəsi Avropanın ən müasir avadanlıqlarından yığılıb. Bundan əlavə, həmin xətdə əlavələr edilməklə və OLV dəzgahları qoyulmaqla avadanlığın funksiyasını artırmaqla vafli stəkandan əlavə, briket də istehsal edilir.
Bu dəzgahın üstünlüklərindən biri də avadanlığın robotlaşdırılmış olmasıdır. Yəni, dondurmalar insan əli dəymədən istehsal olunur. Xam südün qaymağı çəkiləndən sonra yağlılığı standarta uyğun normaya salınır və 2 tonluq bişmə qazanlarında 95 dərəcə temperaturda 10 dəqiqə bişir. Bişmiş süd filtr və hemogendən keçdikdən sonra müvafiq qatqılar əlavə olunur.
Hazır məhsul boru vasitəsilə digər qazana ötürülür və orada yağ süddən ayrılmasın deyə, homogenləşdikdən sonra soyudulur. Soyumuş hazır dondurma borular vasitəsilə tanklara vurulur. Tanklarda 8 saat ərzində dondurma özünə gəlir. Özünə gəlmiş dondurma “Frizer” aparatında mənfi 5 dərəcəyə qədər soyudulur.
Hazırda istehsalat müəssisəsində “Yasif” dondurmaları son istehsal prosesini keçir. Tetra Pak Hoyer avadanlığı ilə dondurma istehsal edərkən sadəcə bu hissədə insan təması olur. Belə ki, steril qaydalara əməl edilməklə “Frizer”dən çıxan dondurmalar torbalara yığılıb, ağzı bağlanır.  Sonra həmin dondurmalar mənfi 40 dərəcəyə qədər dondurulur və satışa hazır olur. A.Şərifovun sözlərinə görə, “…bizim istehsalatda yalnız bir mərhələdə - qablaşdırma hissəsində işçilərin əllə təması olur. Orada da işçilər steril əlcək geyinirlər”.
 Straigtline avadanlığı vasitəsi ilə, həmçinin vafli stəkan, “Sendviç”, “Çubuqlu Eskimo”, “Rulet tort”, batonlar, “Candy bar”, “Lakomka”,  “Ailəvi külçələr”, “Krimanka”lar, çəki ilə dondurmalar, tortlar, briketlər hazırlanır. Avadanlıq hər bir çeşiddə 307 növdə dondurma istehsal edir.
 Bütün proseslər steril həyata keçirilir
Şirkətdə istifadə olunan avadanlıqlar potaş adlanan vasitə ilə yuyulur. Bu zaman bişmə qazanları qələvi məhlul ilə doldurulur. Temperatur 80-90 dərəcəyə qədər qaldırılır və eyni dondurma kimi proses keçir. Beləliklə, qazanlar və borular yağdan təmizlənir. Ardınca proses xlorlu su ilə təkrarlanır. Sonra təmiz su ilə yuyulur. Sonda firmanın laborantı qazanlardan yaxma götürür və analiz edir.
 Firmanın özünəməxsus laboratoriyası var.  Yoxlama və nəzarət işi bu laboratoriyada həyata keçirilir. Bu barədə şirkətin rəhbəri A.Şərifov deyir: “Bizim 2010-cu ildən bəri həm fiziki-kimyəvi, həm də mikrobioloji laboratoriyamız var. 2011-ci ildə akkreditasiya da etdirmişik. Laborantımız var, hər gün mütəmadi olaraq, nəinki dondurmaları, hətta dondurmada istifadə olunan xammalı əvvəlcədən yoxlayıb, sonra istehsala veririk, istehsal prosesində ona nəzarət edirik. Avropa standartlarından ikisini keçmişik: HASP və İSO. Onun tələblərindən biri də odur ki, dondurma istehsal olunub anbara yığılır. O anbardan mal götürülüb yoxlanılmalıdır. Problem çıxmazsa, satışa buraxmaq olar. Problem varsa, məhsul təkrar emal olunur. Yəni, bu, elə bir şeydir ki, istehsalçının nəzarətindən yayına bilməz”.
 Azərbaycan dondurması İraqda
 Fəaliyyət göstərdiyi illər ərzində şirkət yerli bazardan başqa Gürcüstana, Qazaxıstana və İraqa dondurma ixrac etmişdir. Keçən il Mosulda müştərinin obyekti bombalandığına görə İraqa dondurma ixracı müvəqqəti dayandırılmışdı. Mosul terroristlərdən azad olunduqdan sonra İraqa dondurma ixracı bərpa olunmuşdur. A.Şərifovun sözlərinə görə, dondurma ixracı ilə bağlı İraq tərəfi ilə danışıqlar 3-4 ildir ki, aparılır. Bu müddətdə İraqa dəfələrlə sınaq partiyalar göndərilib və digər məsələlər dəqiqləşdirilib: “Buna qədər İraqa 4 il dalbadal, hər il bir TIR mal göndərmişdik. Məlum səbəblərə görə ixrac müvəqqəti dayandırılsa da, bu ilin mart ayından indiyədək İraqa 135 ton dondurma məhsulu göndərilib. May ayında dondurma yüklənmiş 10-cu TIR avtomobilini İraqa yola salmışıq, indiyədək 135 ton dondurma ixrac etmişik, bu da ölkəyə 270 min dollar valyutanın gəlməsi deməkdir. Hazırda İraqla 50 TIR-lıq müqavilə bağlanıb, dondurmalar mövsümün sonunadək – sentyabradək göndəriləcək, amma tələbatdan asılı olaraq ixracın həcmi 100 TIR-a qaldırıla bilər. AER-in dondurmaları İraqın bütün ərazisində – Bağdad, Mosul, Süleymaniyə, Ərbil və digər şəhərlərdə satılır”.
 Onu da qeyd edək ki, İraqa dondurma satışı ilə bağlı müqavilə imzalamaq və ixraca başlamaq asan olmayıb: “Məsələ bundadır ki, bu bölgədə dondurma və süd məhsulları istehsalı üzrə İranın və Türkiyənin böyük şirkətləri çalışır, onlar İraq bazarına da nəzarət edirlər. Amma bizim inadkarlığımız və danışıqlarımız, həm də malımızın keyfiyyəti sayəsində bu bazara Azərbaycan məhsulları çıxara bildik”, - deyə o, əlavə edib.
 AER İraqa təkcə dondurma göndərməklə kifayətlənməyəcək, hazırda bu ölkəyə digər süd məhsulları – ayran, pendir və yoqurt ixracı üçün də danışıqlar aparılır: «İndi bununla bağlı danışıqlar gedir, məsələ bundadır ki, onlarda məhsullarla bağlı tələblər bizimkindən fərqlənir, ona görə də tez-tez sınaq patiyaları göndərilir və məhsullar yoxlanılır». Artıq bu ilin yayından İraqa ayran ixracına başlamaq da nəzərdə tutulur, - deyə A.Şərifov bildirib.
Şirkətdən yaxın vaxtlarda Qazaxıstana və Türkmənistana da süd məhsullarının ixracı gözlənilir. Belə ki, dondurma və digər süd məhsulları Orta Asiya ölkələrinə, Qazaxıstana və Türkmənistana göndəriləcək.

 

Yeganə MƏMMƏDOVA