Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Sığorta gələcəkdə yarana biləcək riskləri indidən zəmanət altına almağa imkan verdiyindən meydana çıxacaq narahatlıqları da bu yolla aradan qaldırmağa şərait yaradır.
Sığorta müəyyən bir yığımı təmin etdiyindən həm maddi, həm də inam hissi formalaşdırmaqla mənəvi cəhətdən rahatlıq verən bir sistemdir. Nəinki özümüzü, həmçinin ailəmizi, sevdiklərimizin sağlamlığını, qiymətli əşyalarımızı belə sığortalayaraq qorumaq imkanımız mövcuddur.
Sığortanın üstün cəhəti nədir?
Risk daha çox gələcəyə yönəlik bir anlayışdır. Təbii ki, gələcək də qeyri-müəyyənliklərlə dolu olduğundan, hər an zərər və ya itki vəziyyətilə qarşılaşa bilərik. Sığortanın əhəmiyyəti isə məhz bu anda özünü göstərir, əvvəlcədən müəyyənləşdirilməyən hadisələr üçün indidən tədbir görməyə kömək edir. Üstün cəhət isə odur ki, bu tədbirlər mövcud həyat şərtlərimizə çox da böyük təsir göstərmədən həyata keçirilir. Yəni, gələcəkdə baş verəcək və böyük maddi vəsait tələb edəcək hansısa bir hadisə üçün bir növ indidən kiçik miqdarda yığım edərək, ehtiyac yarandıqda daha az maddi sıxıntı yaşamaq sığorta sayəsində mümkün hala çevrilir.  Hazırda Azərbaycanda da insanların həyatını, yaxud hansısa mülkünü, əşyalarını və s. sığortalamaq üçün çoxsaylı sığorta şirkətləri mövcuddur ki, onlardan biri də “Azərbaycan Sənaye Sığorta” ASC-dir.
Şirkət haqqında
“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmış və onun hüquqi varisidir. 2008-ci ilin sonunda Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. 125 000 ABŞ dollar həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən Cəmiyyətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılmışdır. 28 iyun 2012-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən, “Azərbaycan Sənaye Sığorta” ASC-yə icbari sığorta növləri üzrə fəaliyyət göstərmək üçün icazə verilmişdir. Beləliklə, Cəmiyyət İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilmişdir.
12 dekabr 2012-ci il tarixində Cəmiyyətin nizamnamə kapitalı artaraq 8 160 000 manata çatdırılmışdır. 29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmlərinin 75%-i “Anadolu İnvestment Kompani”MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.Hazırda Cəmiyyət 30-a yaxın nümayəndəlik və satış mərkəzləri ilə geniş bir əhatədə müştərilərinə operativ xidmət göstərməkdədir.
Şirkətə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 02 aprel 2012-ci il tarixində sığorta fəaliyyəti, 28 fevral 2014-cü il tarixində isə təkrarsığorta fəaliyyəti üzrə müddətsiz lisenziya verilmişdir.
26 dekabr 2014-cü il tarixində Cəmiyyətin nizamnamə kapitalı kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına artaraq 11 000 000 manata çatdırılmışdır.
“Azərbaycan Sənaye Sığorta” ASC geniş beynəlxalq əlaqələrə malik peşəkar sığorta şirkətidir. Şirkətin müştərilərə qarşı siyasətinin əsasını hər riskə fərdi qaydada yanaşma təşkil edir. Şirkətin təkrarsığorta fəaliyyətinin tələblərinə əsasən, sığortalanan irihəcmli risklərin beynəlxalq bazarda və yüksək reytinqli şirkətlərdə təkrarsığortalanması təmin edilir. Risklər təkrarsığortalanarkən prosesin optimal şəkildə həyata keçirilməsinə, yəni minimum xərclərlə maksimum yüksək keyfiyyətli təkrarsığorta təminatının alınmasına çalışılır.
Şirkət hüquqi və fiziki şəxslərə müxtəlif sığorta növlərini özündə birləşdirən kompleks xidmətlər təklif edir. Hüquqi şəxslərə təklif olunan sığorta xidməti  avadanlığın zədələnməsi, əmlakın məhv olması və ya korlanması nəticəsində, bağlanmış müqavilələrə görə öhdəliklərin yerinə yetirilməsi müddətlərinə riayət olunmamasına, kreditin qaytarıla bilməməsinə və ya müəssisənin almalı olduğu mənfəəti ala bilməməsinə görə müştəriyə dəymiş ziyanın ödənilməsi məqsədini daşıyır.
Fiziki şəxslərlə bağlanan sığorta müqaviləsi isə sığorta hadisəsi baş verdiyi halda, fiziki şəxsin maraqlarının müdafiəsi üçün nəzərdə tutulmuş bir sığorta növüdür, həmçinin icbari və könüllü sığorta istiqamətlərini birləşdirən geniş sığorta sahəsidir.  İcbari sığorta avtomobil sahiblərinin əmlak və mülki məsuliyyətinin icbari sığortasından ibarətdir. Məcburi həyata keçirilən belə sığorta növləri ölkə vətəndaşlarının müdafiəsini əhatə etməlidir. Könüllü sığorta müqaviləsinin olub-olmaması barədə qərarı isə sığortaçı özü verir. Bu müqavilə əmlakın əlavə sığortası, nəqliyyat sığortası və həmçinin turist sığortası formasında ola bilər.
Fermerləri yaxından dəstəkləyir
“Azərbaycan Sənaye Sığorta” ASC ölkədə fəaliyyət göstərən fermerləri də yaxından dəstəkləyir. Şirkət 2017-ci ilin fevral ayında kənd təsərrüfatı bitkilərinin sığortası üzrə son üç ilin ən böyük sığorta ödənişini həyata keçirib. Ötən il Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, İmişli, Samux, Tovuz, Tərtər rayonlarında şəkər çuğunduru əkin sahələrinə güclü dolu yağması nəticəsində fermerlərə ciddi ziyan dəyib. Sığortalı 62 fermerin əkdiyi şəkər çuğundurunun 481 hektarlıq sahəsi yararsız hala düşüb. Fevral ayının 21-də sığorta şirkəti dəymiş zərər üzrə, ümumilikdə, 205 392 manat sığorta ödənişi həyata keçirib. “Azərbaycan Sənaye Sığorta”ASC 2017-ci ilin mart ayında Biləsuvar və Kürdəmir rayonlarında şaxta nəticəsində şəkər çuğunduru əkin sahələrinə dəyən zərər üçün də, ümümilikdə, fermerlərə 604 267 manat sığorta ödənişi həyata keçirib.
Ötən il şirkətin ödədiyi digər bir sığorta ödənişi isə yük sığortası üzrə olub. 2017-ci ilin dekabr ayında daşınan yükə dəymiş zərərə görə ödənilən məbləğ 26 min 335 manat təşkil edib.
Şirkət tərəfindən, ümumilikdə, 2017-ci ildə könüllü tibbi sığorta növü üzrə ümumi olaraq 1 milyon 701 min 400 manat, kənd təsərrüfatı məhsullarının sığortası növü üzrə 1 milyon 318 min 64 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə isə 560 min 145 manat sığorta ödənişi edilib.
“Dünyanı aydın və gözəl görək!”
“Azərbaycan Sənaye Sığorta” ASC yalnız sığorta fəaliyyəti ilə məhdudlaşmır, həm də bir sıra sosial layihələrin də təşkilatçısıdır. Ötən ilin 15 sentyabrında -  Bilik günü ərəfəsində şirkət “Dünya Göz Azərbaycan” oftalmoloji göz klinikası ilə birgə 4 nömrəli Respublika Xüsusi İnternat məktəbində keçirilən aksiya vasitəsilə valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması və onların müayinəsini təşkil etmişdir.“Dünyanı aydın və gözəl görək!” şüarı altında keçirilən aksiyada sağlamlıq imkanları məhdud olan uşaqlara “Dünya Göz Azərbaycan” klinikasının təcürbəli həkimləri tərəfindən pulsuz tibbi xidmət göstərilmişdir. Uşaqların görmə qabiliyyəti yoxlanmış, göz şişkinliyi, göz sulanması, çəpgözlük, katoraktal virus kimi infeksiyalar xüsusi aparatlar vasitəsi ilə müayinə edilmişdir.
Əsas məqsəd etimad və qarşılıqlı inamdır
Şirkət 2016-cı ildə göstərdiyi uğurlu fəaliyyətə görə bir neçə mükafata da layiq görülmüşdür. “Azərbaycan Sənaye Sığorta” ASC Global Brands Magazine tərəfindən “Ən yaxşı qeyri-həyat sığortası şirkəti-2016” (“Best non-life insurance company-Azerbaijan 2016”) seçilmişdir. “Azərbaycan Sənaye Sığorta”ASC-ni dünyanın ən nüfuzlu marka mükafatlarından biri olan Global Brands Magazine Awards-un mükafatlandırması müştərilərinə standart olmayan qeyri-həyat sığortası məhsulları təqdim edərək, brend yaratmağı bacaran şirkətin həm də spesifikliyini göstərir.
Şirkət Finans Digest Magazine tərəfindən də “Biznes Sığortada Mükəmməllik Brendi-2016” (“Brand of Business Excellence-Azerbaijan 2016”) mükafatına da layiq görülmüşdür. 2017-ci ilin fevral ayında “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyorluğu statusu” əldə etmişdir.
“Azərbaycan Sənaye Sığorta” ASC, eyni zamanda, dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ, Avropa, Asiya, Rusiya, MDB-də fəaliyyət göstərən təkrarsığorta və broker şirkətləri ilə əməkdaşlıq edir. Bu şirkətlərin arasında GULF, Lloyd’s, ACE, Polish Re, Willis, MapfRe, Ergo, AXA, Inter Partner, XL, Scor, Swissre kimi şirkətləri nümunə göstərə bilərik.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin sığorta və təkrarsığorta fəaliyyətində əsas məqsədi şəffaf siyasət yürütməklə, etimad və qarşılıqlı inamı təmin etməkdir. Şirkət satışları daha da genişləndirmək, korporativ tibbi sığorta sahəsində satışları artırmaq sahəsində daim irəliyə doğru addımlar atır, həmçinin qarşıdakı illərdə yeni sığorta məhsulları buraxmağı da düşünür.

 

Mətanət Hüseynova