Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf  strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı son 15 il ərzində  dinamik  inkişaf etmiş, istehsalın diversifikasiyası istiqamətində ciddi addımlar atılmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası bir neçə dəfə ilin ən islahatçı ölkəsi kimi “Doing Business” hesabatında  qeyd olunmuş, ümümdaxili məhsulun  artım  tempinə görə uzun illər lider ölkələr sırasında qərarlaşmışdır.  Keçən illər ərzində ölkənin sosial strukturu köklü şəkildə dəyişmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, məşğulluq səviyyəsi artmış, regionların tarazlı inkişafı  təmin olunmuşdur. 2018-ci ilə də uğurla  başlanmış, bütün sahələrdə müsbət dinamika qorunub saxlanılmışdır. İlin  birinci rübünün yekunları bunu deməyə  əsas verir.

YÜKSƏK DİNAMİKA QORUNUB SAXLANILIR


Samuxda 2018-ci ilin birinci rübünün yekunları  geniş müzakirə olunub. Bu dövr ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 26,7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur.  Cari  ilin üç ayında  keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 38,3 faiz  artaraq 2,3 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 8,6 faiz artaraq 11,4 milyon  manat, tikinti 14,9 faiz artaraq 2,6  milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi  4,7 faiz, əsas kapitala yönəldilən  investisiya 10,7 faiz artmışdır. “Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  yerinə yetirilməsi ilə bağlı rayonda görülən işlərin sürəti və tempi bir qədər də artmışdır. Bu  günlərdə Burunqovaq kəndində modul tipli məktəb binası tikilib  istifadəyə verilmişdir. Samux şəhərinin prospekt və küçələrində abadlıq-quruculuq işləri başa  çatdırılmışdır.  Hazırda rayonun Çobanabdallı kəndində yataqxana tipli ikimərtəbəli, bir bloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kvadratmetr olan iki binada əsaslı təmir işləri aparılır,  İstixana kəndində  ikimərtəbəli, iki bloklu, hər biri 12 mənzilli,  ümumi sahəsi 1445 kvadratmetr olan  iki binada təmir-bərpa işlərinə başlamaq üçün hazırlıq işləri görülür.
Uzunluğu 15,3 kilometr olan İnstitut-Çobanabdallı-Ləki-Əli-Bayramlı və uzunluğu 12,7 kilimetr olan Yenikənd-Qırmızı Samux kəndlərində avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanılıb.
Rayon ərazisində iri təsərrüfatların  yaradılması istiqamətində işlər  davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” MMC, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz-2011” MMC, “Qarabağ Region MKT” MMC, “Vest Milk” MMC, “Murovdağ” fermer  təsərrüfatı, heyvandarlıq və yemçilik  müəssisəsi, “Region Aqro” MMC kimi iri təsərrüfatlar fəaliyyət göstərir. Eyni zamanda, rayonda 153 müasir  istixana fəaliyyət  göstərir ki, onların ümumi sahəsi 72 hektardan çoxdur. Bu istixanalarda il ərzində 8000 min tondan çox faraş tərəvəz – pamidor, xiyar yetişdirilir, məhsulun çox hissəsi MDB ölkələrinə ixrac  olunur. Görülən məqsədyönlü təlbirlər nəticəsində üç ay ərzində rayonda  271 yeni iş yeri açılmışdır.
2018-ci ilin məhsulu üçün  9924,0 hektar sahədə taxıl əkilmişdir ki, onun da 6293 hektarı buğda, 3629 hektarı isə arpadır.
Cari ildə 2167 hektar sahədə yazlıq bitkilərin  səpini aparılıb. Bunun 807 hektarı şəkər çuğunduru, 869 hektarı dən üçün günəbaxan, 168 hektarı kartof, 232 hektarı tərəvəzdir. Ölkə başçısının şəkər çuğunduru əkininin stimullaşdırılması ilə bağlı imzaladığı sərəncamdan sonra  bu sahəyə diqqət daha da artmışdır. Cari ildə 1000 hektardan yuxarı şəkər çuğunduru əkini proqnozlaşdırılır.  Samux rayonunda  sahibkarlığın  inkişafı üçün güclü potensial və əlverişli şərait vardır. Bu  imkanlardan  səmərəli istifadə etməklə daha böyük  uğurlar qazanmaq olar. Rayon əməksevərlərinin qayğıları yazın gəlişi ilə birə-beş qat artıb, tarlalarda coşqu və qələbəlik yaşanır. Hər şey bol məhsulun olacağından xəbər verir. 

BEYLƏQAN YÜKSƏLİŞ İLLƏRİNİ YAŞAYIR


Beyləqan rayonunda 2018-ci ilin birinci rübünün yekunları geniş müzakirə olunmuşdur. Üç aylığın yekunlarına həsr olunmuş yığıncaqda rayonda kənd  təsərrüfatının, sənayenin inkişafında, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə olunmasında, nəqliyyat-yol  infrastrukturunun,  elektrik enerjisinin, istilik və qaz təchizatının, su və meliorasiya sisteminin yaxşılaşdırılmasında, azad sahibkarlığın və liberal  iqtisadiyyatın dirçəldilməsində ciddi irəliləyişlərin baş verdiyi diqqətə çatdırılmışdır. Beyləqan rayonunda  2018-ci ilin birinci rübündə ümumi məhsul istehsalı 52,8 milyon manata çatmış, o cümlədən sənaye məhsulunun həcmi 8,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 37,1 milyon manat olmaqla 101,2 faiz təşkil etmişdir. Adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 379,7  manat olmaqla 101 faiz təşkil etmişdir. Kənd təsərrüfatının bitkiçilik sektorunda  15776 hektar sahədə dənli bitkilər, o  cümlədən 13903 hektarda buğda, 1543 hektarda isə arpa əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 820 hektar artıq buğda  əkilmişdir. Rayonda 9560 hektar  sahədə pambıq əkini üçün müqavilələr bağlanmışdır ki, bu  isə keçən illə müqayisədə 1060 hektar çoxdur. Pambıq əkini üçün nəzərdə tutulan  torpaq sahələri şumlanmış, bütün aqrotexniki tədbirlər görülərək, səpinə hazır vəziyyətə gətirilmişdir. Bu ilin üç ayı ərzində 222 hektar sahədə şəkər  çuğunduru əkilmişdir, bu isə ötən  ildəkindən 130 hektar çoxdur. Müvafiq dövr ərzində  377 hektar sahədə kartof, 995 hektar sahədə tərəvəz, 97 hektar sahədə bostan bitkiləri əkilmiş və hazırda yazlıq bitkilərin əkini davam etdirilir. Bu müddət ərzində rayon  iqtisadiyyatının əsasını təşkil edən kənd  təsərrüfatının heyvandarlıq sektorunda müsbət  artım  meyilləri özünü  göstərmiş,  mal-qaranın sayı 162 baş artaraq 58 802 başa, xırdabuynuzlu qoyun və keçilərin  sayı isə 401 baş artaraq 473 854 başa çatmışdır. Ət  istehsalı diri şəkildə 15 ton artaraq 2484 tona, süd  istehsalı 37 ton artaraq 11 063 tona, yumurta istehsalı 1,7 milyon artaraq 5,6 milyon ədədə çatmışdır.
Beyləqan  rayonunda 2012-ci ilin aprel  ayından başlanan abadlıq-quruculuq işləri səngimədən bu gün də davam etdirilir. 2018-ci ilin birinci rübündə Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Müzeyinin  tikintisinə, Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin şərəfinə ucaldılmış abidənin əsaslı təmirinə başlanmış, çoxsaylı tədbirlər görülmüşdür.  İşlərin  tempi və sürəti göstərir ki, ilin sonunacan qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetiriləcək.

İŞĞALDAN AZAD OLUNAN GÜN ÇOX DA UZAQDA DEYİL


Ərazisinin dörddə üç  hissəsi işğal altında  olan Ağdam rayonu dövlətimizin hərtərəfli diqqət və qayğısı nəticəsində  inkişaf edir,  iqtisadiyyatı möhkəmlənir, infrastrukturu təzələnir, abadlaşır, gözəlləşir. Mənfur  düşmən tapdağında qalan kənd və qəsəbələrimizə də belə bir qələbəlik qismət olacaq, mütləq  öz doğma yurd yerlərimizə köç edəcəyik.  Hər bir ağdamlı bu ülvi istəklə yaşayır. 2018-ci il də Ağdam rayonu üçün  uğurlu başlayıb. Birinci rübün yekunlarına  baxdıqda, belə qənaətə gəlmək olur. Vaxtilə rayonun ən ucqar kəndi hesab  olunan və bu gün qəsəbə statusu daşıyan  Quzanlı indi əsl şəhərə çevrilib, hər kəs  müvəqqəti də olsa,  buranı özünə rayon  mərkəzi hesab edir. Burada doğma Ağdamdakı  kimi çay evi inşa olunub, nostalji hisslər insanı Ağdamlı illərə çəkib aparır.  Quzanlıda, həmçinin ulu öndər Heydər  Əliyevin adını daşıyan  yeni prospekt salınıb, milli memarlıq üslubu ilə  seçilən möhtəşəm Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilib. Rayon İcra  Hakimiyyətinin binası və onun ətrafında  əsaslı yenidənqurma işləri aparılıb. 
Ağdamlılar barıt qoxuyan torpağın hər qarışında xariqələr yaratmaya çalışırlar. İnkişaf və tərəqqi dalğası cari ilin ilk  rübündən yan  keçməmişdir.  Birinci rübün yekunlarına həsr olunmuş yığıncaqda verilən məlumatlardan belə aydın  oldu ki, rayon əməkçiləri ilin üç ayını  yaxşı işləmişlər. Uğurlu işlər, gözəl başlanğıclar az deyil. İşğalçı qüvvələrin  təxribatına, yaşayış məntəqələrinin aramsız atəşə tutulmasına rəğmən, rayonun sosial-iqtisadi inkişafı davam etmiş, geniş tikinti-quruculuq işləri aparılmışdır. İlin birinci rübündə rayon  üzrə ümumi məhsul istehsalının həcmi  18,8 milyon manat olub. Bu, ötən ilin eyni  dövrü ilə müqayisədə 5 faiz çoxdur. Bu dövr ərzində rayonda 9,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 3,9  milyon  manatlıq sənaye məhsulları buraxılıb, 1,6 milyon  manatlıq tikinti-quraşdırma işləri  aparılıb. Bu müddət ərzində Quzanlı-İmamqulubəyli – Orta Qəzvənd-Xındıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Hazırda Quzanlı qəsəbəsində 360 şagird yerlik orta məktəb binası və  Muğam Mərkəzinin tikintisi davam etdirilir.
Aqrar sahədə xeyli işlər görülmüşdür.  Belə ki, 2018-ci ilin birinci  rübündə 1019 hektar sahədə tərəvəz, 330 hektar sahədə kartof, 437 hektar sahədə təzə yonca, 131 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Pambıq əkini üçün  3100 hektarda şum aparılıb, çiyid səpininə başlanılıb. Rayonda  heyvandarlıq, xüsusilə cins mal-qaranın  inkişaf etdirilməsi məqsədilə 541 baş  heyvan süni yolla mayalandırılıb, 395 baş  sağlam bala alınıb.  
İlin əvvəllərində rayonda əhalinin təbii qaz,  elektrik enerjisi, rabitə və digər  təminatında heç bir problem yaşanmamış, təhsil, mədəniyyət, səhiyyə sahəsində qarşıya qoyulan tədbirlər davam etdirilmişdir. Dövlət başçısı tərəfindən aqrar bölmədə irəli sürülən islahat proqramları əməli işlərdə, real tədbirlərdə öz  təcəssümünü tapmışdır.
Apardığımız təhlillər göstərir ki, cari ilin birinci rübündə nəinki adıçəkilən rayonlarda, eyni zamanda, hər bir bölgədə artım dinamikası qorunub saxlanılmış, keçən ildə başlanan müsbət  meyillər daha güclü inkişaf məcrasına qədəm qoymuşdur. Aqrar bölmədə prioritet seçilən bütün istiqamətlər və  sahələr üzrə ciddi tədbirlərin görülməsi, diversifikasiya proseslərinin dərinləşməsi ilə müşayiət olunan islahat proqramları  keyfiyyətcə yeni, modern istehsal və emal  müəssisələrinin və onları idarə edən sahibkarlıq zümrəsinin formalaşmasına real  zəmin yaratmışdır.

ZÜLFÜ İLYASOV,
bölgə müxbiri