Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Davamlı və dayanıqlı inkişaf: konseptual baxış müstəvisində

 

Elə illər vardır ki, əsrlər, qərinələrə bərabərdir. Söhbət bir xalqın, bir millətin, bir məmləkətin tarixində, taleyində, yüksəlişində silinməz izlər buraxan illərdən gedir. «Prezident İlham Əliyev: dinamik inkişafın 10 ili» iki cildliyini nəzərdən keçirərkən insana bu fikirlər təlqin olunur.
2003-2013-cü illəri əhatə edən bu 10 il Azərbaycanı ucalığa, zirvəyə aparan yolun həlledici məqamlarıdır. Bu dövr ərzində ölkənin iqtisadiyyatında, sosial-mədəni həyatında, dövlət quruculuğunda, siyasi sistemində, beynəlxalq nüfuzunda elə dəyişikliklər baş vermişdir ki, onları saymaqla qurtarmaq olmaz. Ulu öndər Heydər Əliyevin o vaxtlar İlham Əliyev haqqında dediyi bu sözlər öz real təsdiqini tapdı – «Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm». O, bu ümidləri şərəflə, ləyaqətlə doğrulda bildi…
2003-2013-cü illər ərzində ölkənin iqtisadi inkişaf dinamikasını əks etdirən statistik rəqəmlərə diqqət yetirdikdə görürük ki, bu müddət ərzində respublika iqtisadiyyatı 3,4 dəfə artmış, bank sektorunun aktivləri 24 dəfə artaraq 25 milyard manata yüksəlmişdir. Bu illər ərzində dövlət büdcəsinin gəlirləri 13 dəfə artmış, dövlət borcu ümumdaxili məhsulun cəmi 8 faizini təşkil etmişdir ki, bu da Avropa ölkələrinin  dövlət borclarından 10-12 dəfə aşağıdır.
Valyuta ehtiyatları dövlət borcunu 9 dəfəyədək üstələmişdir ki, bu da ölkənin iqtisadi inkişaf modelinin mükəmməl olmasından xəbər verir. Həmin dövrdə aparılan çoxşaxəli və sistemli islahatların nəticəsidir ki, ümumdaxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşmışdır. 10 il ərzində iqtisadiyyatın 3,4 dəfə artması ildə orta hesabla 13-14 faiz artım deməkdir. Azərbaycan bu cür yüksək inkişaf tempinə görə dünyada üç dövlət arasında özünə yer almışdır. Əgər 2003-cü ildə respublikada adambaşına düşən ümumdaxili məhsul 3150 dollar təşkil edirdisə, 2013-cü ildə həmin göstərici 11000 dollara çatmışdır. Bütün bunlar davamlı, dayanaqlı, eyni zamanda, tarazlı inkişafı təmin etmək üçün ölkədə həyata keçirilən maliyyə-büdcə, kredit, vergi siyasəti və digər tədbirlərin düzgün təşkili nəticəsində mümkün olmuşdur.
Cənab Prezident İlham Əliyevin bu illər ərzində yürütdüyü strateji xəttin təməlində daxili bazarın qorunması dayanmışdır. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasının səbəbi bu amildən  qaynaqlanır. Cənab prezident bu barədə danışarkən demişdir: «Bunun səbəbləri vardır və səbəblərdən ən birincisi yerli istehsalçıların müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. Mən bu gün də demək istəyirəm ki, Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik. O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatı, həm sənaye sahəsində ixracyönlü məhsullar üstünlük təşkil edəcəkdir, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq və baxarıq, görərik o vaxt bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox»…
2003-2013-cü illərdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətində neft-qaz sənayesinin perspektiv inkişaf məsələləri xüsusi önəm kəsb etmişdir.
Təməli 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan «Əsrin müqaviləsi»ni yeni tələb və çağırışlar fonunda inkişaf etdirib zənginləşdirmək missiyası cənab İlham Əliyevin üzərinə düşmüş və o, bu missiyanı mükəmməl ölçü-biçimdə gerçəkləşdirə bilmişdir.
Tarixi əhəmiyyətinə görə Azərbaycan üçün «Əsrin müqaviləsi» qədər böyük önəm kəsb edən daha bir hadisə 2013-cü ilin dekabr ayının 17-də baş tutmuşdur. Məhz həmin gün Bakıda Heydər Əliyev Mərkəzində «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilmiş və layihənin icrasına başlanılmışdır. Hazırda sürətlə icra olunan bu layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin tikintisini nəzərdə tutur. 3500 kilometr məsafədə nəql olunacaq mavi yanacaq Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Balkan ölkələrində milyonlarla istehlakçının tələbatını təmin edəcəkdir. Belə bir layihənin reallaşması Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin etməklə yanaşı, region ölkələrinin inkişafına da böyük təkan verəcəkdir.
Azərbaycan, həmçinin beynəlxalq nəqliyyat sistemində mühüm mövqeyə malikdir. Şərq-Qərb dəhlizində həlledici xətt olan, 2007-ci ilin noyabrın 21-də təməli qoyulan, Pekin şəhərini London şəhəri ilə bağlayan Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ilin oktyabr ayının 30-da açılışı olmuşdur. Bu dəmir yolu xətti həm də Afrikanın Avrasiya məkanına çıxışını təmin edəcək. Dünyanın 4 qütbünü, üç qitəsini bir-birinə birləşdirən bu layihə Azərbaycanı dünyanın mühüm paylayıcı qovşağına çevirəcəkdir. Burada bir məsələni qeyd etmək yerinə düşərdi ki, hər hansı bir ölkə təbii sərvətlərlə zəngin ola bilər, lakin bu imkandan lazımi səviyyədə faydalana bilməz. Əsas məsələ odur ki, həmin sərvətlərin dünya bazarlarına çıxışı təmin edilsin, etibarlı tərəfdaşlar tapılsın. Bu məsələni Azərbaycan dövləti milli mənafelərə uyğun şəkildə həll edə bilmişdir. İkinci vacib bir məqam neft gəlirlərinin dövlətin strateji hədəflərinə uyğun istiqamətlərə yönəldilməsidir. Hər iki məsələnin müsbət həlli Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisinə, bugünkü səviyyəyə gəlib çatmasına imkan və şərait yaratmışdır. Neft gəlirlərinin düzgün yerləşdirilməsi qısa zaman kəsiyində ölkədə bazar iqtisadiyyatının prinsiplərinə keçidin tam şəkildə təmin olunmasına, liberal iqtisadiyyatın təşəkkül tapıb formalaşmasına gətirib çıxarmışdır. Bir-birinin ardınca reallaşdırılan Dövlət Proqramları regionların sosial-iqtisadi inkişafını təmin etmiş, ölkənin sosial, yol-nəqliyyat, enerji infrastrukturunu köklü şəkildə dəyişmiş, yəni istehsal və emal müəssisələrinin yaradılması ilə sonuclanmışdır.
Ümumilikdə, götürdükdə hər bir ölkənin inkişaf və yüksəliş səviyyəsi üç meyarla ölçülür: insan kapitalı, sənaye potensialı və təbii sərvətlər. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə insan kapitalı 76 faiz, sənaye kompleksi 19 faiz, yalnız 5 faiz təbii sərvətlər təşkil edir. Bu reallığı yaxşı dərk edən cənab İlham Əliyev neft kapitalını insan kapitalına keçirmək yolunu strateji hədəf seçmiş və bu hədəfə doğru inamlı addımlar atmışdır.
Azərbaycanın informasiya-kommunikasiya infrastrukturuna malik ölkəyə çevrilməsi prosesi gedir. On il ərzində Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlərin artımı dünyada bu sahədə olan artımdan 2,5-3 dəfə çoxdur. Azərbaycan ərazi və əhalisi etibarilə kiçik ölkə sayılır. Lakin buna baxmayaraq, öz süni kosmik peykini orbitə çıxarmaqla inkişaf etmiş ölkələr sırasında özünə yer almışdır. İKT sənayesində əsas kapitala investisiya qoyuluşu 2003-cü ildən 2013-cü ilə kimi 3 dəfədən çox, avadanlıqların idxalı 3,4 dəfə, xidmət və məhsulların istehsalı 3,5 dəfə artmışdır. Bütün bu tədbirlərin görülməsi sonucda «Elektron hökumət»in qurulmasına gətirib çıxarmışdır. «Elektron hökumət» konsepsiyasının ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan brendi olan «ASAN»-ın bütün regionlarda yaradılması və digər layihələrin gerçəkləşdirilməsi konkret dövlət proqramları əsasında həyata keçirilmişdir.
2003-2013-cü illərdə Azərbaycanda elektrik enerjisi istehsalında ənənəvi, həm də alternativ və bərpa olunan mənbələrdən istifadə edilmiş, ən mütərəqqi texnologiyaların tətbiqinə başlanmışdır. Bu, artan iqtisadiyyatın tələbatını ödəməklə ölkənin inkişaf və tərəqqisinə geniş imkanlar açmışdır. Həmin dövr ərzində ölkədə 17 yeni elektrik stansiyasının tikilməsi nəticəsində 2300 meqavatdan artıq həcmdə generasiya gücləri istismara verilmiş və respublikanın ümumi generasiya gücü 6300 meqavata çatdırılmışdır. Eyni zamanda, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1550-dən çox yarımstansiya tikilmiş və yenidən qurulmuşdur.
On il ərzində aqrar sektorda həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatının idarə edilməsində əsaslı dəyişikliklər baş vermiş, mülkiyyət münasibətlərinin davamlı inkişafı təmin edilmiş, azad sahibkarlığın yeni tələb və çağırışlar fonunda qurulmasına hərtərəfli şərait yaradılmışdır. Məhz 2003-2013-cü illərdə aparılmış təsirli və genişmiqyaslı islahatlar nəticəsində kənd təsərrüfatında yeni sahələr formalaşmış, fərqli münasibət və mexanizmlər  yaradılmışdır. Nəticədə, bu dövrdə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır. Aqrar sektorun mühüm bölməsi olan bitkiçilikdə əkin sahələrinin həcmi 64,2 min hektar artırılmış, əsas bitki növləri üzrə yüksək məhsuldarlığa nail olunmuşdur. Görülən tədbirlər nəticəsində 10 il ərzində bitkiçilik məhsulları istehsalı 3 dəfə, heyvandarlıq məhsulları istehsalı 3,8 dəfə artmışdır. Bu illər ərzində aqrar sektorda yaradılan güclü təməl  sonrakı böhranlı illərdə geriləmə və tənəzzül meyillərinin yaranmasına yol verməmişdir.
Cənubi Qafqaz iqtisadiyyatında dörddə üç paya malik olan Azərbaycan bu gün regional lider, bir sıra qlobal layihələrin əsas oyunçusudur. O, beynəlxalq aləmdə nüfuz və hörməti durmadan artan bir ölkədir. Bütün bunların kökündə ulu öndər Heydər Əliyevdən miras qalmış işıqlı yolun və strategiyanın ölkə başçısı tərəfindən böyük məharətlə və məsuliyyətlə davam etdirilməsi dayanır.
Hələ 2003-cü ildə keçirilən seçkilərdən sonra cənab İlham Əliyev vurğulamışdır ki, ulu öndərin siyasəti davam etdiriləcək, Azərbaycan xalqının maraqlarını ifadə edən bu siyasi xətt yeni şəraitə uyğun şəkildə, yəni keyfiyyət çalarları və böyük inamla həyata keçiriləcəkdir. Bu gün bizi həmin tarixdən təxminən 15 il ayırır. İlham Əliyev Azərbaycan xalqının yekdil rəyi və iradəsi ilə yenidən prezident seçildi. Bu, deyilən sözün, verilən vədin işdə və əməldə əsl təcəssümüdür!

 

Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzeti