Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

DÖVLƏT PROQRAMLARI ÖZÜNDƏ KOMPLEKS

YANAŞMANI  VƏ TARAZLI İNKİŞAFI EHTİVA EDİR

 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın (2014-2018-ci illər) dördüncü ilinə yekun vuruldu. Bu yaxınlarda ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda görülən işlər nəzərdən keçirilmiş və belə qənaətə gəlinmişdir ki, üçüncü mərhələ Dövlət Proqramı da uğurla icra olunur. İndiyədək gerçəkləşən proqramlar bölgələrin hərtərəfli, tarazlı və bərabər templi inkişafını təmin etmiş, rayon və kəndlərimizi, yaşayış məntəqələrimizi inanılmaz təbəddülat və tərəqqi yoluna çıxarmışdır. İnkişaf proqramları birtərəfli mahiyyət daşımayıb, sosial-ticarət və iqtisadi həyatın bütün sahələrinə sirayət etmişdir. Mükəmməl ölçü-biçimdə, kompleks yanaşmanın nəticəsidir ki, ölkə miqyasında diqqətdən kənarda qalan sahə qalmamışdır. Regionların infrastrukturu problemləri kompleks şəkildə öz həllini tapmış və bu işlər tempini azaltmadan davam etdirilir. İndi regionları nə zahiri görkəminə, nə də inkişaf tempinə görə bir-birindən fərqləndirmək olmur. İnkişaf dalğası hər yanı bürüyüb. Tarixə islahatlar ili kimi daxil olan 2017-ci il də bölgələrimiz üçün uğurlu olub, kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artım baş verib.
2017-ci ildə Zərdab rayonunda 107 milyon 715 min manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı il ilə müqayisədə 10 milyon 244 min manat və ya 10,5 faiz çoxdur. İstehsal olunmuş məhsulun 65 milyon 400 min manatı, yaxud 60,7 faizi kənd təsərrüfatının, 10 milyon 956 min manatı tikintinin, 20 milyon 515 min manatı ticarətin, 3 milyon 312 min manatı sənayenin, 1 milyon 237 min manatı nəqliyyatın, 593 min manatı poçt və rabitə xidmətlərinin payına düşür.
Rayon əhalisinin hər nəfərinə düşən məhsul və xidmətlərin həcmi 1854 manat təkil etmişdir. Ticarət şəbəkələrində 78 milyon 750 min manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilə nisbətən 14,1 faiz çoxdur. Əhaliyə göstərilən xidmətlərin xüsusi çəkisində özəl bölmə əsas yer tutur.
Keçən il rayon iqtisadiyyatına yerli sahibkarlıq subyektləri tərəfindən 3 milyon manat investisiya qoyulmuş, 14 hüquqi və 543 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə Zərdab rayonunda 3000-ə yaxın, o cümlədən 671 daimi iş yeri açılmışdır.
Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafında ciddi irəliləyişə nail olunmuşdur. Ötən il 19 min 753,5 hektardan 58 min tondan çox taxıl əldə olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 6 min 701 ton çox olmaqla rayon tarixində ən yüksək göstəricidir. Bu həm də o deməkdir ki, rayonda adambaşına 1 tondan artıq taxıl düşür. Toxumçuluq üzrə 9 fermer təsərrüfatı 272 hektar sahədən 921 ton taxıl götürmüşdür. 2017-ci ildə nəzərdə tutulmuş 3000 ton əvəzinə, 3324 hektar ərazidə pambıq əkilmiş, 4 min 191,2 ton məhsul yığılaraq emal müəssisələrinə təhvil verilmişdir. Bu da əvvəlki ilə nisbətən 4,7 dəfə çoxdur. 1200 tondan artıq pambıq maşınlarla yığılmışdır.
Keçən il 27,5 ton barama istehsal edilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 4 dəfə çoxdur. Proqnoz tapşırığa 112,7 faiz əməl edilmişdir ki, bu da respublika üzrə ən yüksək göstəricidir. İri malın sayı 54 min 678 başa, qoyun və keçirilən sayı 113 477 başa çatmışdır ki, bu da müvafiq olaraq bir il ərzində 109 və 468 baş artım deməkdir. Rayonda 43,8 min sentner ət, 319 min sentner süd, 8,8 milyon ədəd yumurta və 1787 sentner yun istehsal edilmişdir. “Turac-2008” MMC-də 10 min baş cücə inkubasiya edilərək əhaliyə satılmışdır.
2017-ci ildə İmişli rayonunda da bütün sahələrdə inkişaf dinamikası özünü göstərmişdir. İqtisadiyyatın əsas sahələri üzrə 497 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məhsul istehsalının 232 milyon manatı və ya 46,7 faizi sənaye, 111 milyon manatı və ya 23,4 faizi kənd təsərrüfatı, 66 milyon manatı və ya 13,3 faizi tikinti, 72 milyon manatı və ya 14,6 faizi ticarət, iaşə və s. sahələrin payına düşür. 2017-ci ildə iqtisadiyyatın əsas sahələrinin inkişafına 87 milyon manat investisiya qoyulmuşdur. Bu vəsaitin 30 milyon manatı sənaye sahəsinə, 38 milyon manatı kənd təsərrüfatına, 16 milyon manatı enerji və su təchizatına, qalan vəsait ticarət, xidmət və yaşayış evlərinin tikintisinə sərf edilmişdir.
2017-ci ilin may ayında İmişli nümayəndə heyəti Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatorunun dəvəti ilə orada keçirilən iqtisadi forumda iştirak etmiş və orta sahibkarlıq subyektləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ilə əlaqədar bir sıra razılaşmalar əldə olunmuşdur.
Onu da vurğulamaq lazımdır ki, İmişli aqrar rayon olmasına baxmayaraq, burada sənaye məhsullarının istehsalı üstünlük təşkil edir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Belə ki, hazırda “Azərbaycan Şəkər İstehsalı Birliyi” MMC-nin kəllə qənd, qarışıq yem, bitki yağları, şərab emalı, çuğundur, yem qurutma zavodları, Bəhramtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Quragüvəndili kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq Quşçuluq” MMC, İmişli Broyler və “Araz Konservləşdirirlmiş şirələr və konyak” zavodları fəaliyyət göstərir. Ötən il İmişli rayonunda 15 641 hektar torpaq sahəsində pambıq əkini aparılmış və yaxşı məhsul tədarük edilmişdir. 2017-ci ildə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 34 min baş, davarların sayı 251 min baş, quşların sayı isə 1 153 474 başa çatmışdır. 2017-ci ildə 11 452 hektar sahədə buğda, 4838 hektar sahədə arpa, 237 hektar sahədə kartof, 340 hektar sahədə bostan, 138 hektar sahədə tərəvəz, 175 hektar sahədə qarğıdalı, 435 hektar sahədə şəkər çuğunduru əkilmişdir.
2017-ci ildə rayon üzrə 2667 iş yeri açılmışdır ki, bunun da 1217-si daimidir.
2017-ci il Zaqatala rayonu üçün də əlamətdar və yaddaqalan il olub. İlin ən yaddaqalan hadisəsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust ayının 3-də Zaqatala rayonuna səfəridir. Dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın bütün regionları kimi, Zaqatalanın sosial-iqtisadi və mədəni həyatında mühüm dəyişikliklər baş verib. Belə ki, 2017-ci ildə rayonda 381,1 milyon manatlıq ümumi məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki illə müqayisədə 19,9 faiz çoxdur. Məhsul istehsalı sənayedə 40,5 faiz, kənd təsərrüfatında 12,8 faiz, ticarətdə 4,6 faiz, rabitədə 10 faiz, pullu xidmətlərdə 9,3 faiz artıb. İl ərzində rayonda 2435 daimi olmaqla 2525 yeni iş yeri açılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 4 dəfə artaraq 49,2 milyon manata, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 3,3 dəfə artaraq 39,4 milyon manata çatıb. Sənaye parkının yaradılması istiqamətində işlər davam etdirilmiş, rayon icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Zaqatala rayonunun Aşağı Tala kəndində “Şimal-Qərb” brendi altında Sosial Ticarət Mərkəzinin tikinti üçün torpaq sahəsinin ayrılmasına və layihələndirmə işlərinə başlanılıb.
Respublikada istehsal olunan findığın böyük hissəsi Zaqatala sahibkarları tərəfindən ixrac olunduğuna görə, Dövlət Gömrük Komitəsi fındığın analizlərini aparmaq üçün burada xüsusi laboratoriya açmışdır ki, bu da sahibkarlıq subyektlərinin işini xeyli asanlaşdırıb.
Baramaçılığın dirçəldilməsi və gə­ləcəkdə yaş barama istehsalının və tədarükünün artırılması məqsədilə rayonda 2017-ci ilin payız möv­sümündə 129 min ədəd tut tinginin əkilməsi həyata keçirilib ki, bunun da 80 min ədədi Çin Xalq Respublikasından gətirilib.
Tütünçülük və tütün emalı sənayesinin inkişaf etdirilməsi məqsədilə 2017-ci ildə fermerlər arasında geniş maarifləndirmə işləri aparılıb. Keçən il proqramlaşdırılan 700 hektar əvəzinə, 743 hektar sahədə tütün əkilərək sahələrdən 891 ton quru tütün tədarük edilib. Zaqatala üçün ənənəvi və yüksək ixrac potensialına malik olan gülçülüyün inkişaf etdirilməsi məqsədilə “AzROSE” MMC-nin sifarişi əsasında Aşağı Tala kəndi ərazisində ümumi sahəsi 1250 kv. m olan 3 mərtəbəli inzibati bina, ümumi sahəsi 1002 kv. m olan istehsalat binası, ümumi sahəsi 150 kv. m olan qazanxana və digər tikililər inşa edilib, 5000 ton tutumu olan su anbarı, damcılama-suvarma sistemi quraşdırılıb, kənd təsərrüfatı texnikası alınıb. Müəssisə tərəfindən 132 hektar qızılgül, 35 hektar lavanda olmaqla 192 hektar gül plantasiyası salınıb.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafanın da inkişafına güclü təkan vermişdir. Cənab Prezident İlham Əliyevin rayona səfərləri, imzaladığı sərəncamlar, verdiyi qərarlar Ağstafanı tərəqqi və yüksəliş yoluna çıxarmışdır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul istehsalının həcmi 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalıar 9,2 dəfə, otra aylıq nominal əməkhaqqı 1,4 dəfə artmışdır.
Ötən il rayon iqtisadiyyatına 34,8 milyon manat özəl investisiya qoyulmuşdur ki, bunun da 25 milyon manatı xalis investisiyalardır. Cəmi 6 milyon manat büdcəsi olan bir rayona təxminən 6 dəfə çox investisiyaların yönəldilməsi çox müsbət tendensiyanın başlanmasından xəbər verir. Təsadüfi deyildir ki, regionların sosial-iqtiosadi inkifafı Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı ən çox investisiya qoyulmuş 10 şəhər və rayon sırasında Ağstafa rayonunun da adını çəkmişdir. 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika davam etdirilmiş, ümumi məhsul buraxılışının həcmi 208,8 milyon manata çatmışdır.
Ümumi məhsul buraxılışının strukturunda sənaye məhsulunun həcmi 297 faiz, kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 28,4 faiz təşkil etmişdir.
Tikintidə 2,2 dəfə, nəqliyyat xidmətində 4 faiz, rabitə xidmətində 6 faiz ticarətdə 4,7 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 9,2 dəfə artaraq 92,2 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 42,4 faiz təşkil etmişdir. Rayon üzrə orta aylıq əməkhaqqı 241,7 manat olmuşdur.
Yuxarıda da deyildiyi kimi, keçən il Ağstafa rayonunun iqtisadiyyatına böyük həcmdə investisiya yönəldilib. Bu vəsaitlər iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafına, yeni istehsal və emal müəssisələrinin yaradılmasına, bütövlükdə özəl bölmənin dəstəklənməsinə geniş imkanlar açacaq. Görülən tədbirlərin real nəticəsini yaxın vaxtlarda görə biləcəyik.

 

Zülfü İLYASOV,
bölgə müxbiri