Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

"AquaVita" 20 il bizimlə

 

İnsan sağlamlığında mühüm rolu olan maddələrdən biri və ən əsası sudur. Orqanizmin normal işləməsini təmin edən su təmiz və içməli olmalıdır. Gündəlik istifadə etdiyimiz suyun fərqinə varmadan düşünürük ki, içməlidir. Lakin bu, həqiqətən, belədirmi?
Heç kimə sirr deyil ki, içməli su ehtiyatları bir gün tükənə bilər. Hətta mütəxəssislərin fikrincə, dünya benzinsiz qalmamışdan əvvəl içməli susuz qalacaq. Suyu israfçılıqla işlətmək olmaz. Onu qorumaq, qənaətlə, təyinatı ilə işlətmək lazımdır.
Təklif və tələb bir-birinə uyğundurmu? Və ya biz nə içirik?
Alimlər sübut etmişlər ki, təmiz, keyfiyyətli içməli su insan orqanizminin normal həyat fəaliyyəti üçün əvəzolunmayan maddədir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada bütün ölümlərin yarısının səbəbi ürək-damar xəstəlikləridir. Bu riskdən yan keçmək üçün insan öz orqanizmində zəruri olan suyun miqdarını və keyfiyyətini bərpa etməlidir. Yalnız fizioloji mükəmməl, kimyəvi tərkibinə və fiziki parametrlərinə görə balanslaşdırılmış içməli su toxumalarda və hüceyrələrdə gedən adi mübadilə proseslərini normallaşdırmaq və gücləndirmək qabiliyyətinə malikdir. İnsanlar bunu indi anlamağa və sağlamlıqlarının qayğısına qalaraq, içməli sudan daha çox istifadə etməyə başlamışlar. Sağlam həyat tərzi düzgün, qatqısız, süni əlavələrdən uzaq olan qidalanma, gündəlik aktivlik və qazsız içməli su istehlakına əsaslanır.
Hazırda daxili bazarda müxtəlif şirkətlər fərqli çeşidlərdə öz məhsullarını təqdim edir. Bu rəngarənglik bizi seçim qarşısında qoyur. Hansı məhsulu alaq, hansından istifadə edək?
Bu gün praktiki olaraq bəşəriyyətin istifadə etdiyi su ya texnogen təsirin nəticəsində korlanmışdır, ya da təmizlənərək distillə suyu vəziyyətinə gətirilmiş və xlorla (xlor da mahiyyət etibarilə zəhərli maddəyə bərabərdir) zərərsizləşdirilmişdir. Bu suyu içməklə və ya yemək hazırlayarkən istifadə etməklə, biz faktiki olaraq öz daxilli orqanlarımızı parçalayırıq. Həyat tonusu itir, immunitet zəifləyir, virus xəstəliklərinə meyillilik artır, hər şeyə qarşı allergik reaksiyalar çoxalır. Bir sözlə, su insan orqanizmində bir çox xəstəliklərə və pozuntulara qarşı ən zərərsiz və güclü təbii profilaktik vasitədir.
Bəs, hazırda yerli bazarda çoxlu sayda təkliflərin olduğu halda, hansı sudan istifadə edək? Hansı su daha təmiz, keyfiyyətli və faydalıdır?
Su təklif edən bəzi şirkətlər öz istehsallarında “əks osmos” təmizləmə sistemindən istifadə edir, bununla da son nəticədə distillə edilmiş su buraxmış olurlar. Əks osmos haqqında danışarkən demək olar ki, bu, suyun təmizlənməsi prosesidir ki, bundan sonra o, praktiki olaraq distillə edilmiş suya çevrilir. Nəticədə, bütün mineral maddələrdən azad edilmiş su alınır. Düzdür, bu su da içmək üçün yararlıdır. Amma tərkibində olan faydalı mineral maddələr artıq yoxdur. Bir sözlə, istehlakçıya “ölü su” təqdim edilir. Nəticə: istehlakçıların ağız dadı dəyişir, onlar distillə edilmiş suyu yüngül su kimi qəbul eidrlər.
Dünya Səhiyyə Təşkilatının ekspertləri istehlak üçün tərkibində heç olmazsa, mühüm mineralların minimal miqdarının və bəzi digər komponentlərin, məsələn, karbonatların olduğu suyu tövsiyə edirlər. Su sıfırlaşdıqdan sonra onun süni minerallaşdırılması üsulları da mövcuddur. Bu, artıq natural deyil, sintetik sudur.
Azərbaycanda istehsal olunan su və içki məhsullarının çoxlu sayda müxtəlif brendləri arasında birinci olan şirkət haqqında söz açmaq istərdik. Bu, hamının “AquaVita” zavodu kimi tanıdığı “TAC” MMC-dir. “AquaVita” yerli bazarda mineral suyun ən populyar və satılan növlərindən biridir.
“AquaVita”– təbii su
Bazarda xüsusi yeri olan “AquaVita” bu gün süfrələrimizin bəzəyi olmaqla bərabər, həm də sağlamlığımızın qorunmasıdır. Hər kəsin tanıdığı və istifadə etdiyi bu suyun çıxarıldığı mənbədən ta istehlakçıya qədər keçdiyi yol çox mürəkkəb və böyük zəhmət tələb edəndir.
“AquaVita” təbii suyu öz faydalı xassələrini Qafqaz dağlarının ürəyindən götürür. Onun vətəni dağların ətəyidir. Evi Qafqazdır, məhz burada o, mineral duzlarla zənginləşir. Bu suyun hər bir qurtumu Qafqaz dağlarının uca zirvələrinə səyahətdir. Dadı isə nə vaxtsa orada olub bu suyu dadanlara bir xatırlatma, ora getmək istəyənlərə bir dəvətdir. “AquaVita”nın təkrarsız dadı hər nahar və şam süfrəmizə mükəmməllik bəxş edir.
“AquaVita” Bakıdan 200 km məsafədə, Xaçmaz rayonunun Susayqışlaq kəndinin meşə massivində yerləşən artezian quyusundan 420 metr dərinlikdən çıxır. Quyu ətraf mühitin bioloji və kimyəvi çirklənməsindən möhkəm qorunur.
Su çıxarıldıqdan sonra tərkibində olan təbii mineralları saxlamaq üçün xüsusi avtosisternlərə doldurulur və zavoda gətirilir. Sonra suyüklənən stansiyaya düşür, suya nəzarətin çoxpilləli proseslərindən: analiz, filtrasiya və zərərsizləşdirilmədən keçir, xüsusi çənlərə tökülür, oradan dünya standartlarının qabaqcıl tələblərinə cavab verən qablar üzrə avtomatlaşdırılmış xətlərə düşür. İstehsal tsiklinin bütün texnoloji prosesləri avtomatik rejimdə keçir. Zavoda gətirilən su bütün mexaniki qarışıqlardan təmizlənir, ultrabənövşəyi şüalarla zərərsizləşdirilir və bütün sanitar-gigiyena norma və qaydalarına riayət edilməklə müxtəlif tutumlu butulkalara tökülür. Suyun ozonlaşdırılması və ozonla zənginləşdirilməsi (O3) suyun emalı və qablaşdırılması prosesindən asılı olaraq həyata keçirilir. Bu, suyu uzun müddət, tərkibi dəyişmədən və sağlamlıq üçün təhlükə yaratmadan saxlamağa imkan verir. Butulkanın həcmindən asılı olaraq, bu müddət 3 aydan 5 aya qədər olur. Zavodda yalnız 20 litrlik butulkalara tökülən su ozonlaşdırılır.
Şirkətin bütün məhsulları - həm içməli sular, həm də müxtəlif alkoqolsuz içkilər “Krones”, “Husky”, “Universal Aqua” və s. kimi qabaqcıl beynəlxalq istehlakçıların avadanlıqlarında hazırlanır.
Suyun kimyəvi, mikrobioloji və orqanoleptik nəzarəti istehsalın bütün mərhələlərində həyata keçirilir. Bu vəzifələrin yerinə yetirilməsi kimya və mikrobiologiya laboratoriyalarının, həmçinin texnoloji xidmətin üzərinə düşür. Onu da qeyd etmək lazımdır ki, “TAC” şirkətinin laboratoriyaları Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan keçmişdir və şirkət yerli bazarda təqdim olunan istənilən növ məhsulun analizini keçirməyə imkan verən xüsusi sertifikatlar almışdır.
Ana təbiətdən qaynaqlanan “AquaVita” mineral maddələrlə zəngin və yüngül dadı olan ideal balanslaşdırılmış sudur. Unikal tərkibinə, mineral duzların və mikroelementlərin zənginliyinə görə “AquaVita” insan orqanizminə zəruri olan maddələri almağa və həmişə tonusda qalmağa imkan verir. Mineral maddələrin unikal balansı və yüngül dadı “AquaVita”nı digər brendlərdən nəinki yerli, habelə dünya bazarında da fərqləndirir.
20 il bizimlə...
“TAC” şirkəti 20 il əvvəl yaradılmışdır. 20 ildən artıqdır ki, şirkət qabaqcıl texnologiyalar və müasir avadanlıqlar sayəsində böyük rəqabətə sinə gərərək, bazarda qala bilmişdir. Yüksək keyfiyyətli xammaldan, qabaqcıl texnika və mütərəqqi texnologiyadan istifadə, həmçinin suyun hazırlanması problemləri ilə məşğul olan yüksəkixtisaslı mütəxəssislərin Rusiyadan, Almaniyadan, Fransadan, Türkiyədən cəlb edilməsi şirkətin məhsullarının yüksək qida dəyərini və gözəl dad keyfiyyətlərini təmin edir. “TAC” Azərbaycanda yeganə şirkətdir ki, ətraf mühitə neqativ tullantıları azaltmaq üçün yeni kiçildilmiş boğaz standartına keçmişdir. Belə ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da polietilen butulkaların utilizasiya edilməməsi hamıya məlumdur. Hazırda şirkətdə su ilə doldurulan qablar polietilentereftalatdan hazırlanır. Bu qablarda suyu təhlükəsiz saxlamaq olur.
“TAC” Azərbaycanda suyun üfürülməsinin və qablara tökülməsinin blok sistemindən istifadə edən ilk şirkətdir. Proses vahid germetik blokda baş verir, bura texniki hava daxil olmur. Müvafiq olaraq, qablara hər hansı mikrobların düşməsi imkanı da yolverilməzdir. Təkrar olaraq yalnız dispenserlər üçün nəzərdə tutulan 20 litrlik butulkalardan istifadə edilir. Lakin onlar da müasir Amerika avadanlıqlarında dəqiq dezinfeksiyadan keçirilir. Şirkətdə keyfiyyətə nəzarət sistemi istehlakçılar tərəfindən faydalı suyun alınmasına zəmanət verir.
Şirkətin bütün məhsulları xüsusi olaraq fransız texnologiyalarına uyğun tikilmiş və günəş şüalarının 100% qarşısının alınmasını təmin edən anbarda saxlanılır.
“AquaVita” həyat suyudur
Hazırda yaranmış mürəkkəb ekoloji şəraitdə istehlakçıların natural su və ekoloji təhlükəsiz içkilərlə təmin edilməsi şirkətin əsas vəzifəsidir. “AquaVita” gündəlik istifadə üçün nəzərdə tutulmuş sudur. Su distillə mərhələsindən keçmir, bununla da bütün mineral maddələr kompleksi dəyişmədən, natural formada qalır.
Şirkət Azərbaycanda əhalini keyfiyyətli içməli su ilə təchiz etmək üçün yaradılmış ilk şirkətdir. 20 il ərzində şirkət “Suyun keyfiyyəti həyatın keyfiyyətidir!” şüarına sadiq qalmışdır. Onların qazandıqları uğurun və yerli bazarda nüfuzunun səbəbi də məhz budur. Beynəlxalq İSO 9001:2008, İSO 22000:2015 sertifikatları, həmçinin NASSR nüfuzlu sertifikatı nəinki yüksək keyfiyyət, həm də şirkətin buraxdığı məhsulun təhlükəsizliyinə dəlalət edir.
“AquaVita” ticarət markası “həyat suyu” deməkdir və öz adına tam uyğundur!
Bütün bunlar heç də təsadüfi deyil. Çünki Fuad Mehdiyev nəinki bu şirkətin rəhbəri, həm də sütunudur, dayağıdır. 20 il bir şirkəti ayaq üstə saxlamaq, inkişaf etdirmək, məhsulu alıcıya sevdirmək hər adamın işi deyil.
Məhz onun səyi, zəhməti, yorulmadan çalışmağı sayəsində “AquaVita” bu gün bizim süfrələrimizi bəzəyir, hər bir istehlakçının evinə yol tapır.
Bir inci saflığı varsa da suda...
Bəli, dahi Nizami Gəncəvinin təbirincə, suda bir inci saflığı var. Su batil, pak edəndir. Təsadüfi deyil ki, islam dinində namazdan əvvəl dəstəmazı su ilə alırlar. Su saflıqdır. Su aydınlıqdır. Su təmizlikdir. Su həyat qaynağıdır, həyat çeşməsidir. Su torpağa can verir, onun üzərində nə varsa, yaşadır. Heç bir canlı susuz yaşaya bilməz. Çünki su həyatdır...
Xalq arasında belə bir deyim də var: “Su qədər ömrün olsun”. İnsanlar bir-birinə uzun ömür arzulayanda belə deyirlər. Həm də suyun saflığı, təmizliyi, aydınlığı kimi ömür arzulayırlar. Biz də şirkətə “Su qədər ömrün olsun”, - deyir, gələcək fəaliyyətində uğurlar diləyirik.

 

Nailə CABBAROVA