Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Çirklipulların yuyulması”dövlət  gəlirlərininartırılması

imkanlarını məhdudlaşdırır 

 

“Çirkli pulların yuyulması” məq­sədilə daşınmaz əmlakın alınması nadir hadisə deyil. Bir çox biznesmenlər kapitalı leqallaşdırmaq üçün məhz bu üsuldan istifadə edirlər. “Çirkli pulların yuyulması” pulların kölgə iqtisadiyya­tından rəsmi iqtisadiyyata köçürülməsidir. Bu, qanunsuz əldə olunmuş vəsaitlərdən açıq istifadə etməyə imkan verir. Proses belədir: cinayət yolu ilə əldə olunmuş pullar (terrorizm, korrupsiya və s.) xarici dövlətlərdə yerləşən bankların hesablarına köçürülür və oradan biznes yatırımlarına çevrilərək leqal pul görüntüsü verir.
“Çirkli pulların yuyulması” gəlirlərin həqiqi mənbəyini gizlədir, real sövdələşmələr saxta sövdələşmələr ilə əvəz olunur, sənədlər saxtalaşdırılır. Eyni zamanda, 3-cü şəxslərin sənədlərindən istifadə olunur. “Çirkli pulların yuyulması” prosesində ofşorlardan geniş istifadə olunur, çünki bank sistemində benefisarların anonimliyi və məxfiliyi təmin edilir.
Son illər bir çox xarici təşkilatlar “çirkli pulların yuyulmasına” və vergilərdən yayınma hallarına qarşı ciddi tədbirlər görürlər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının səyləri
2014-cü ildə İƏİT üzv ölkələrin iqtisadiyyatının şəffaf olması üçün vergilərdən yayınma sxemlərinə əks təsir edən bir sıra təşəbbüslər irəli sürmüşdür.
İƏİT-ə AB-nin əksər dövlətləri də olmaqla 34 dövlət daxildir. Rusiya Federasiyası hələ bu təşkilata üzv olmasa da, İƏİT-in əksər təşəbbüslərinə qoşulur və onun planlarını hissə-hissə yerinə yetirir.
2014-2015-ci illərdə cəmi 15 tədbir nəzərdə tutulmuşdur. Onlar əsasən aşağıdakıları əhatə edir:
- Pulların yuyulması problemini rəqəmsal iqtisadiyyat çərçivəsində həll etmək (elektron ticarət, marketinq, internet bankinq);
- Beynəlxalq səviyyədə korporativ vergilərin uyğunlaşdırılmasını razılaşdırmaq. Bu, o deməkdir ki, şirkətlər müxtəlif ölkələrin vergi qanunvericiliyindən istifadə edərək, vergi bazasını eyni xərclərə görə azalda və gəliri vergiqoymadan yayındıra bilməzlər;
- Ziyanlı vergi təcrübəsinə qarşı əks təsir edilməsi.
İkili vergiqoymadan uzaqlaşma müqavilələrinə ziyanvurmanın ara­dan qaldırılması (məsələn, güzəşt­lər­dən istifadə etmək və vergi ödə­məmək üçün imtiyazlı şirkət­lərin yaradılması). Belə güman edilir ki, transmilli şirkətlər fəaliyyət göstərdiyi hər biznes sahəsində vergi yurisdiksiyasın­da gəlir­ləri­nin, mənfəətinin, ak­tivləri­nin həcmi haqqında informasiya açıqlamalıdır. TMŞ-lər vergi orqanlarına qlobal səviyyədə əmə­liyyatları, eləcə də qiymətqoyma siyasəti ba­rə­də informasiya ver­məlidir. Bu məlumatlar master-fayl şəklində digər aid olan ölkələrin vergi or­qan­larına çatdırılmalıdır, yəni əlçatan olmalıdır.
Bazar səviyyəsində transfert qiy­mət əmələgəlmədə qiymətlərin uyğunlaşdırılmasını təmin etmək. İri holdinqlər gəlirlərini iqtisadi fəaliyyət apardığı sahədə deyil, digər yurisdiksiyada sənədləşdirə bildiyi üçün transfert qiymətəmələgəlmənin qaydalarından istifadə etmək imkanı əldə edə bilirlər. Bu imkanları aradan qal­dırmaq üçün qaydalar yaradılmışdır.
Vergi inzibatçılığının şəffaflığını yaxşılaşdırmaq. Beynəlxalq holdinqlər üçün üç təbəqəli hesabat təklif edilir (əsas, lokal sənədləşmə və şirkətlərin bütün ölkələrdə fəaliyyəti haqqında).
Hərtərəfli sənəd hazırlayaraq BEPS-planının (Base Erosion and Profit Shifting) tez yerinə yetirilməsini təmin etmək.
“Öz müştərini tanı” proseduru - dünyanın bir çox bankları bu prinsiplə işləyirlər (know your customer). Beləliklə, onlar şübhəli gəlirlərin leqallaşması və ya terrorizmin maliyyələşdirilməsi ilə bağlı sövdələşmələrin riskini azaldırlar. Bank pulların cinayət məqsədilə istifadə olunmamasından əmin olmaq üçün pul vəsaitlərinin mənbələri ilə maraqlanır.
Məhz bütün Avropada olduğu kimi, İspaniyada da hesab sahibi pul vəsaitlərinin mənbəyini təsdiq etməlidir, əks halda onun hesabı blok edilə bilər. Pul vəsaitlərinin mənbəyini tələb etmək İspaniyada 1993-cü ildə qəbul edilmiş “Çirkli pulların yuyulmasının dayandırılması haqqında” Qanunla (Normativa de prevencion del blanqueo de capitales) əsaslandırılıb.
Hər 2 ildən bir rezidentlər və qeyri-rezidentlər qeydiyyatdan tutmuş bank hesabına qədər bütün şəxsi məlumatlarını təzələməlidirlər. Bunu hamı, həm Avropa və həm də Asiya vətəndaşları etməlidirlər.
Son il “Öz müştərini tanı” prinsipi üzrə tələblər xeyli mürəkkəbləşmişdir. Sanksiyalara görə, bəzi rusların xarici banklarda maliyyə əməliyyatlarında çətinlik yaranmışdır. “RosBiznesKonsalt”dan verilən məlumata görə, 2014-cü ildə xarici banklar kapital bazarının rusiyalı iştirakçılarından sənədlər tələb etməyi artırmışlar. Demək olar ki, hər iri xarici bankda müştərinin sanksiyaya düşüb düşməyəcəyini izləyən belə bir bölmə var. Bu ciddiləşmə xarici iqtisadi fəaliyyət göstərən və xarici hesabı olan bir çox rusiyalı rezidentlərə aid oldu. Banklar əlavə olaraq, müştərinin şirkətdə işləmədiyini göstərən sanksiyalar altında olduğunu təsdiqləyən sənədlər tələb edə bilərlər. Əvvəllər hesab açılması zamanı “Öz müştərini tanı” proseduru bir ay davam edirdi. İndi isə bu prosedur 3 aydan çox ləngiyir. “RBK” yazır ki, bu yaxınlarda xarici banklardan biri rusiyalı şəxsə, onun Kipr şirkətinin hesabına 7 000 dollar köçürülməsindən imtina etmişdi. Keçən il alman bankı rusiyalı şəxsin Kiprdəki kompaniyalardan birinə köçürülməli olan hesabındakı 15000 dolları dondurdu. Bank bu vəsaitlərin Ukraynanın cənubunda baş verən konfliktlərin maliyyələşdirilməsinə sərf olunmaycağını təsdiq etməyi tələb edirdi. Daha bir hadisə bu yaxınlarda baş vermişdi: xarici banklardan biri tərəfindən rusiyalı şəxsə siyasi partiyanın maliyyələşdirilməsində iştirakına görə imtina edildi.

Britaniya üsulu ilə pulların yuyulması ilə mübarizə
Böyük Britaniya kapitalın çıxarılması baxımından ən populyar ölkələrdən biridir. Bununla belə, burada şübhəli kapitalla mübarizəyə qarşı ciddi qanunlar fəaliyyət göstərir.
Ölkədə 1,5 milyon trastlar var. Onlar miras prosedurlarını asanlaşdıran və vergiqoymanı optimallaşdıran prosedurlardan istifadə edirlər. Transparency İnternationaldan ve­rilən məlumata görə, Londonda olan təxminən 37 000 daşınmaz ob­yekt Britaniya Vircinya adalarında, Gernsidə, Cersidə, Men və digər yerlərdə qeydə alınmış ofşor şirkətlərə məxsusdur.
Ölkədə “çirkli pulların” yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizəyə yönəldilmiş 5 qanunvericilik aktı fəaliyyət gös­tərir. Bu qanunlara görə, çirkli pulların yuyulması 14 il həbs və cərimə ilə cəzalandırılır ki, cəriməni hakim təyin edir. Bank əməkdaşı və ya investisiya kompaniyasının əməkdaşı bütün şübhəli transaksiyalar haqqında məlumat verməlidir. Əks təqdirdə onu cərimə və 7 il həbs gözləyir. Əgər şirkətin direktoru şübhəli sövdələşmələri izləmək prosedurunu təşkil etməyibsə, ona 2 il həbs və cərimə düşür.
Digər ölkələrdən fərqli olaraq Britaniyada “çirkli pulların” yuyulması ilə bağlı hüquq pozuntuları nəinki ciddi cinayət sayılmır, həmçinin Böyük Britaniya sistemində yoxlanılan vəsaitlərin ölçüsündə məhdudiyyət yoxdur. Maliyyə transaksiyaları bəzən pulların yuyulması üçün tipik əlamətlərə malik olmaya bilər, bununla belə, Britaniya qanunları buna “çirkli pulların” yuyulması kimi baxa bilər. Bundan başqa, Böyük Britaniyada 1 günə bankda hesab açmaq mümkün deyil. Bank müştərini 1 həftə ərzində yoxlayır.
Bir çox Rusiya Kütləvi İnformasiya vasitəsi xəbər verir ki, sanksiyaların təsiri ilə Britaniya bankları rus kapitalının mənbələrinin yoxlanılması prosedurlarını mürəkkəbləşdirmişdir. 2015-ci il fevralın əvvəlində banklar rusiyalı müştərilərinə vəsaitləri necə və haradan əldə etmələrini izah etmək üçün məktubla müraciət etmişdilər. Onlardan nəinki pul mənbələrinin qanuni olması, həmçinin iqtisadi sanksiyalarla bağlı qərbdə qara siyahıya düşən rusiyalı fiziki və hüquqi şəxslərlə əmanətçilər arasında əlaqələrinin olması haqqında izahat verilməsi tələb olunmuşdur.
Bankda hesab açarkən hər zaman müştərilərin xaricdən pul köçürülərkən pulların mənbəyini təsdiqləyən, notarial təsdiq olunmuş vergi sənədləri və ya daşınmaz əmlakın satılması haqqında təqdim olunan müqavilələri yoxlanılır. “RBK” məlumatına görə sanksiyalardan sonra banklar təkrar olaraq due diligence edirlər. Bu təkrar yoxlama proseduru Böyük Britaniyada olan bütün rusiyalıların hesablarına aid deyil. Adətən, belə sorğular bir neçə 10 milyon dolları olan və yüksək riskli müştərilərə aid edilir. FATF standartlarına görə, yüksək riskli müştərilərə siyasətçilər, məmurlar, yüksək hərbi rütbəlilər, dövlət şirkətləri, top menecerlər, eləcə də onların yaxınları və qohumları aiddir.
Müştəriləri lazımi qədər yoxlamayan banklar nəinki öz reputasiyaları, həm də maliyyəsi ilə risk edirlər. Məsələn, 2014-cü ilin avqustunda ABŞ-da Britaniya bankı “Standard Chartered”ı cərimə etdilər. Çünki o, iranlı müştəriləri ilə şübhəli transaksiyalara son qoymurdu.
Eyni zamanda, “The Times” 2015-ci ildə yazırdı ki, Londonun elit “The London City İsland” yaşayış kompleksindəki çoxmərtəbəli binalardakı mənzillərin sahiblərinin əksəriyyəti xaricilərdir. Məsələn, yaşayış kompleksindəki yeni istifadəyə verilən 29 mərtəbəli, 289 mənzilli binada mənzillərin cəmi ikisi Böyük Britaniya vətəndaşına məxsusdur. Bu binadakı qalan mənzillər Çin, Yaponiya, Zimbabve, Azərbaycan da daxil olmaqla 18 xarici ölkənin vətəndaşları tərəfindən alınıb.
Bildirilir ki, Londonda mənzil alan oliqarxlar və xarici məmurlar onları əsasən Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş bir sıra ofşor şirkətlərin adlarına rəsmiləşdirirlər. Bu səbəbdən onların əsl sahibinin kimliyini bir çox hallarda müəyyənləşdirmək mümkün olmurdu. Yeni qanunlara görə isə, Londonda dəbdəbəli mülklərə və mənzillərə sahib olanların öz kimliklərini gizlətmək qadağandır.
Britaniya hakimiyyəti ötən həftə qüvvəyə minmiş və mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan yeni qaydalar əsasında da oliqarxları hədəfə alacaq. Böyük Britaniya ərazisində dəbdəbəli həyat tərzi keçirən və korrupsiyada şübhəli sayılan zəngin xarici vətəndaşlar bu sərvətin mənbəyini əsaslandırmalı olacaqlar. Virtualaz.org yazıb ki, bu barədə Britaniyanın təhlükəsizlik naziri Ben Uolles “The Times”ə bildirib.
Məlumata görə, bu qaydalar Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərin sahibinin həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər əmlaka həbs qoymağa imkan verir.
Bildirilir ki, bu yoxlamalar Rusiya, Çin və Yaxın Şərqdən olan investorlara tətbiq ediləcək. Söhbət Londonda daşınmaz əmlaka milyard dollar sərmayə qoyan oliqarxlardan gedir. Ben Uolles qeyd edib ki, Rusiyadan xarici banklar, o cümlədən Britaniya bankları üzərindən on milyardlarla dollarlar xaricə çıxarılıb.
Britaniyanın mütəşəkkil cinayətkarlıq üzrə Milli agentliyinin məlumatına görə, bu ölkə üzərindən hər il orta hesabla 127 milyard dollar “yuyulur”. Lakin agentlik bu rəqəmi də aşağı sayaraq ehtimal edir ki, Britaniya ofşorları üzərindən yuyulan çirkli pulların məbləği bundan da çox ola bilər.

Rusiya Federasiyasında vəziyyət necədir?
Global Financial İntegrity beynəlxalq təşkilatının qiymətləndirməsinə görə, Rusiya Çindən sonra dünyada əsas qeyri-leqal maliyyənin “təminatçısıdır”. 2012-ci ildə Rusiyadan qeyri-leqal vəsaitlərin axını 123 milyard dollar, 2003-2012-ci illərdə təxminən 1 trl. dollar məbləğində olmuşdur.
Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, 2014-cü ildə Rusiyadan təmiz kapital axını 150 mild dollar həyata keçirilmiişdir ki, bu da 2013-cü ildəkindən təxminən 2,5 dəfə çoxdur (61 mlrd.). Daha çox maliyyə axını payızda olmuşdur ki, bu da Rusiyaya görə növbəti sanksiyaların tətbiq edilməsi ilə əlaqədar olmuşdur.
2014-cü ildə uzaq xarici ölkələr arasında ən çox Rusiyadan İsveçrəyə (10,3 mlrd.), ABŞ-a (4 mlrd.), Böyük Britaniyaya (3,9 mlrd.) dollar vəsait köçürülmüşdür.
Rusiyada 2001-ci il 07 avqustdan “Cinayət yolu ilə əldə olunmuş və terrorizmin maliyyələşməsindən gələn gəlirlərin leqallaşmasına (yuyulması) qarşı əks tədbirlər haqqında” 115-F3 Federativ qanun fəaliyyət göstərir. Bu qanuna görə, 600 000 rubldan çox istənilən əməliyyat haqqında və dəyəri 3 milyondan çox daşınmaz əmlak sövdələşməsi haqqında bank əməkdaşları daşınmaz əmlak agentliyinə, sığorta şirkətinə və ya rosfinmonitorinqə məlumat verməlidir. Onlar, həmçinin maliyyə əməliyyatları haqqında məruzə etməyə məcburdurlar. Hüquqşünas Çabalina “Tranio” deyir ki, əgər ÇXDR və ya İranla qiymətli kağızlar əməliyyatı, köçürmə və ya hesablara köçürmə, kredit təklifi və alınması olubsa, bu haqda məlumat verməlidirlər. Bundan başqa, qanun banklarda pasportsuz hesab açmağı, eləcə də 30 000 rubldan çox pul köçürməyi, 15 000 rubldan çox valyuta almağı qadağan edir.
Rusiyada pulların yuyulması Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174.1 maddəsi ilə cinayət hesab olunur. Maksimal cəzaya 7 il azadlıqdan məhrumetmə, 1 mln. rubl cərimə daxildir. Cəza hər iki tərəfə şamil olunur: həm alan və həm də satan məsuliyyətə cəlb olunur. Rusiyada xarici kapitalların çıxarılması istiqamətində yeni tədbirlər fəaliyyətə başlayır. Nəzarətdə olan Xarici Şirkətlər haqqında qanuna görə, 2015-ci il yanvarın 1-dən sahibkarlar özlərinin xaricdə olan aktivləri haqqında informasiya verməli, xaricdə toplanan gəlirindən vergi ödəməlidirlər. NXŞ – bu, Rusiya Federasiyasının vergi rezidentləri olmayan fondlar, trastlardır ki, onların nəzarətediciləri də Rusiya rezidentləridir. İri rus biznesmenlərinin çoxu holdinq şirkətlər vasitəsilə aktivlərə sahibdirlər. Məsələn, Forbes xəbər verir ki, V.Potanin 8 Kipr şirkəti vasitəsilə Norilsk Nikelinin səhmlərinə malikdir. M.Fridman Lüksemburqda qeydiyyatdan keçən strukturlar vasitəsilə Alfa bankın səhmlərinə malikdir. Qanunla problem olmaması üçün biznesmenlərin çoxu xaricdə daha çox vaxt keçirməyə çalışırlar ki, rus rezidenti olmasınlar. Qeyri-rezidentlərə isə qanun aid deyil. Beləliklə, Timçenko və Kontor İsveçrədə, Baturina Londonda vergi verirlər.

 

Əziz Əzizov,
UNEC-in dissertantı