Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 

İqtisadi islahatlar və sahibkarlıq

 

Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur.

Heydər Əliyev

 

Bu gün Azərbaycanın bütün sahə­lərdə əldə etdiyi uğurlar ümummilli lider Heydər Əliyevin yürütdüyü uğurlu siyasi kursun nəticəsidir. Müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaradan, müstəqil və güclü dövlət yaratmaq uğrunda qətiyyətli addımlar atan, fenomenal şəxsiyyət kimi əbədiyaşarlıq qazanan Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində dövlətimiz dünya məkanında öz layiqli yerini tuta bilmişdir.
Məhz zəngin təcrübəyə və böyük istedada, eyni zamanda, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə malik olan ulu öndər Heydər Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya nəticəsində Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsaslar yaradılmışdır. Ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatının bütün sahələri ümummilli liderin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı həyatın bütün sahələrində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Xüsusilə, dövlət müstəqilliyinin əldə olunmasından sonra Azərbaycanda sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Bu dövrdə bazar iqtisadiyyatına keçid və yeni mülkiyyətin formalaşması prosesinin əsas amillərindən olan özəl sektorun fəaliyyəti üçün də dövlət səviyyəsində mühüm işlər görüldü, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması üçün münbit şərait yaradıldı. Sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edirdi.
Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması Heydər Əliyevin gərgin zəhməti sayəsində mümkün olmuşdur. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində mövcud çətin şəraitə baxmayaraq, 1993-cü ildə “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)” Dövlət Proqramı qəbul olundu. 1995-ci ildən etibarən ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük uğurlar əldə olundu. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının əsas xarakterik cəhəti sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin daha yüksək səviyyəsi ilə əlaqədar idi. Bu sahədə xüsusilə qəbul olunmuş bir çox irimiqyaslı dövlət proqramları, konsepsiya və strategiyalarının böyük rolu olmuşdur. Sahibkarlığın inkişafına təkan verən mühüm tədbirlərdən biri də 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda keçirilən “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda beynəlxalq konfrans olmuşdur. Bundan başqa, “Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı” (1997-2000-ci illər), “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı” (2002-2005), “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı” (2002-2005-ci illər), “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı” (2002-2006-cı illər), “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” sahibkarlığın inkişafı istiqamətində atılan mühüm addımlardandır.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyilə 1995-ci ildən başlayaraq aparılan torpaq islahatları nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradılmışdı. Aparılan ardıcıl və sistemli iqtisadi islahatların əsasını da elə dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması təşkil edirdi. Ümumiyyətlə isə, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsasını həyata keçirilən iqtisadi islahatlar nəticəsində respublika iqtisadiyyatında sabitliyin yaradılması və sosial-iqtisadi inkişafda müsbət meyillərin formalaşdırılması təşkil edirdi.
Sahibkarlığın inkişafı sahəsində Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də bu sahəyə ciddi dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi oldu. Mövcud problemlərin həlli üçün qısa müddətdə kompleks tədbirlər həyata keçirildi və qeyd olunan sahə ilə əlaqədar qanunvericilik sahəsində bir sıra dəyişikliklər edildi. 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanı, o cümlədən “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli fərmanı bu qəbildəndir.
Ulu öndərin rəhbərliyi dövründə dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi də yekunlaşmış, ikinci özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılmışdı. Bu proqram çərçivəsində nəqliyyat, rabitə, kimya, maşınqayırma, yanacaq-energetika kompleksi müəssisələri özəlləşdirildi. Ölkədə həyata keçirilən özəlləşdirmə prorqamının nəticəsi olaraq, artıq 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdirilmişdi. 1997-ci ildən sonra isə böyük özəlləşdirmə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlanıldı. Statistik göstəricilərdən də məlum olur ki, təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdi.
Sahibkarlığın mühüm rolunu nəzərə alan ümummilli lider milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Heydər Əliyevin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərlə daim maraqlanması və onların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görməsi nəinki sahibkarlığın, özəl bölmənin inkişafına şərait yaradır, eyni zamanda, sahibkarların hərtərəfli stimullaşdırılmasına da səbəb olurdu.
Heydər Əliyevin siyasi-iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən illər ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə sahibkarlar üçün əlverişli imkanlar yaradılmışdır. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür ki, bunun da əsasını regionların inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları təşkil edir. Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına, eyni zamanada, ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli təsir göstərmişdir.
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə əsas hədəflərdən biri kimi 2025-ci ildə adambaşına qeyri-neft ixracının ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib ki, bu da azı üç dəfədən çox artım deməkdir. Bu nailiyyətlərin qazanılmasında Azərbaycan sahibkarlarının rolu isə xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində ciddi tədbirlər görür.
Görülən işlər nəticəsində yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. İndiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.
Ölkədə sahibkarlığın inkişafına verilən qiymətin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər il aprelin 25-i Azərbaycanda “Sahibkarlar günü” kimi təsis edilmişdir.

 

Mətanət Hüseynova