Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Fizuli rayonu - aqrar islahatlar fonunda

sahibkarlıq subyektləri üçün geniş imkanlar açılır

 

Ərazisinin bir hissəsi işğal altında olan Füzuli rayonu bütün çətinliklərə rəğmən, hər gün abadlaşır, inkişaf edir, iqtisadiyyatını möhkəmləndirir. Son illərdə rayonda yeni qəsəbələr salınıb, infrastruktur yenilənib, aqrar bölmənin yeni tələb və çağırışlara uyğun dirçəldilməsində, azad sahibkarlığın inkişaf etdirilməsində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib.
2017-ci il görülən işlərin həcminə, həyata keçirilən tədbirlərin miqyasına görə yaddaqalan il olub. Keçən il həm də bölgələrin inkişafı, kənd təsərrüfatında islahatların aparılması baxımından da uğurlu il kimi yadda qalıb. Bu yüksəliş və inkişafda Füzuli rayonunun da öz payı vardır. Rayonun ötən ilki makroiqtisadi göstəricilərini nəzərdən keçirdikdə, bu, bir daha öz təsdiqini tapır. Belə ki, il ərzində ayrı-ayrı sahələr üzrə istehsalın və xidmətin həcmi artmış, əhalinin gəlirləri və həyat səviyyəsi yüksəlmişdir. Yerli gəlirlər üzrə plan tapşırıqları 101 faiz yerinə yetirilmiş, yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışının həcmi 134783,4 manata çatmışdır.
Ümumi məhsul buraxılışını, əsa­sən, sənaye, kənd təsərrüfatı və xid­mət sahələri təşkil etmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı rayonda uğurla icra edilir. Dövlət Proqramı qəbul olunduğu vaxtdan keçən müddət ərzində rayonda nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti icra olunmuş, digər mühüm tədbirlərin də həyata keçirilməsində problem yaşanmamışdır. Dövlət Proqramına uyğun olaraq, rayon ərazisində abadlıq-quruculuq işləri bir an belə səngiməmiş, davamlı olaraq abadlıq-quruculuq işləri görülmüş, küçə və yolların təmiri və yenidən qurulması, rabitə-kommunikasiya xətlərinin yenilənməsi, enerji, qaz, su və kanalizasiya ilə bağlı problemlərin həll edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalında artım dinamikası özünü göstərmişdir. Strateji məhsul olan taxılçılığın intensiv inkişaf yoluna çıxarılması təmin edilmişdir. Artıq yeddinci ildir ki, Füzuli taxıl istehsalına görə 100 min tondan artıq məhsul istehsal edən rayonlar arasında özünə yer almışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən strateji məhsul olan və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayan taxılçılığın inkişafına göstərilən hərtərəfli dəstək rayon əməkçilərinin və sahibkarlarının həvəsini birə-beş qaldırmışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, bölgələrdə iri taxılçılıq təsərrüfatları yaradılır. Dövlət başçısının təsdiq etdiyi Strateji Yol Xəritəsinə əsasən, Füzuli rayonunda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı yaradılıb, 2700 hektar torpaq sahəsi Aqroparkın istifadəsinə verilib. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahədə ölkənin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş müasir standartlara cavab verən mal-qaranın bəsləndiyi intensiv südçülük kompleksi yaradılacaq.
Aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində, xüsusilə də 11-ci Qayıdış qəsəbələrində yaşayan məcburi köçkün işlə təmin olunacaq. Layihənin birinci hissəsi 2017-ci ildə başa çatdırılıb, qalan hissəsinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, 500 hektar torpaq sahəsi rayonun taxıl istehsalçılarını yüksək reproduksiyalı toxum materialı ilə təmin etmək üçün «Azəraqro» MMC-yə verilib.
Taxıl istehsalçıları 2016-2017-ci illərdə təsərrüfat içində 36082 hektar ərazidə taxıl əkini aparmışlar ki, bunun da 24838 hektarı buğda, 11244 hektarı arpadır. Becərmə yüksək səviyyədə aparılmış və bunun nəticəsidir ki, zəmilərdən 103076 ton məhsul götürülmüşdür. Bunun 73053 tonu buğda, 30022 tonu arpa olmuşdur. Hər hektarın məhsuldarlığı 30 sentner təşkil etmişdir. Bu da son hədd deyil. Yeni yaradılan taxılçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə olunub ki, həmin təcrübənin geniş yayılmasına ehtiyac duyulur. Bu tipli modern taxılçılıq təsərrüfatlarının genişləndirilməsi nəticəsində taxılçılıqla məşğul olan digər təsərrüfat subyektləri də yüksək məhsuldarlığa nail ola biləcəklər. Bu inam ondan irəli gəlir ki, Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri, «Aqrolizinq» ASC, Toxumçuluq Müfəttişliyi, Bitki Mühafizəsi Stansiyası və kənd təsərrüfatı ilə məşğul olan digər təşkilatlar, elə indidən 2018-ci ilin məhsulu üçün əsaslı tədbirlərə başlamışlar.
Aqrar rayon olan Füzulidə taxılçılıqla yanaşı, digər sahələrin də inkişafına xüsusi önəm verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artırılması, eyni zamanda, ölkənin ixrac imkanlarının genişləndirilməsi ilə bağlı kənd təsərrüfatının ənənəvi sahələrinin – pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi barədə tapşırıq və göstərişləri füzulililərin ürəyincə olmuş və hər bir təsərrüfat subyekti, necə deyərlər, qolunu çirmələyərək işə girişəndir.
Belə ki, 2017-ci ildə rayonda 2050 hektar ərazidə pambıq əkilmiş, sahələrə lazımi aqrotexniki qulluq göstərilmiş, mineral gübrələr verilmiş, suvarma optimal müddətdə aparılmışdır. Rayonun minlərlə əməkçisi pambıq əkininə cəlb edilmiş, nəticədə sahələrdən 4 min ton məhsul yığılaraq, tədarük məntəqələrinə təhvil verilmişdir.
Ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra yenidən dirçəldilməsi əhali tərəfindən razılıqla qarşılanmışdır. 2017-ci ildə kümçülər 25 tona yaxın yaş barama istehsal etmişlər. Füzuli rayonu baramaçılıqda əldə etdiyi nəticələrə görə respublika üzrə birinci üçlükdə özünə yer tutmuşdur. Qısa müddət ərzində yüksək gəlir əldə edən Füzuli kümçüləri bu il 40 tona yaxın barama istehsal etməyi qarşılarına məqsəd qoymuşlar.
Rayonda kənd təsərrüfatının digər sahələrində əldə olunan nəticələr də ürəkaçandır. Belə ki, rayonda 3725 ton tərəvəz, 2827 ton bostan, 1551 ton üzüm, 15 ton çəltik, 1769 ton kartof, 2591 ton meyvə toplanmış, 2017 ton ət, 17838 ton süd, 6215.0 min ədəd yumurta istehsal olunmuşdur. Bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, rayon əhalisinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına tam ödənilir və respublika bazarlarına bir sıra məhsullar çıxarılır.
Rayonda azad sahibkarlığın inkişafı həmişə diqqət mərkəzində saxlanılır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, yüzlərlə insan özəl sektorda çalışır, rayon iqtisadiyyatını möhkəmləndirir. Hər il yeni-yeni emal müəssisələri açılır, buraxılan məhsulların növü və çeşidi genişlənir.
Bu isə rayonda məhsul bolluğuna, əhalinin məşğulluq səviyyəsinin artmasına gətirib çıxarır. Füzuli rayonunda daimi və mövsümi olmaqla 4220 yeni iş yerləri yaradılıb. Şübhəsiz ki, sahibkarlıqla məşğul olmaq, investisiya axımını təmin etmək üçün rayonda müasir infrastrukturun yaradılması zəruri şərtdir. Füzuli rayonunda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Rayonda əhalinin və istehsalın fasiləsiz və dayanıqlı elektrik enerjisi, qaz, içməli və suvarma suyu ilə təminatı sahəsində müəyyən işlər görülmüş, köhnəlmiş və sıradan çıxmış elektrik naqilləri, qaz və su boruları yeniləri ilə əvəz olunmuş, drenaj şəbəkəsi lildən təmizlənmişdir.
Dövlət Proqramına uyğun olaraq, Füzuli rayonu 100 faiz qazlaşdırılıb. Rayonun 36 yaşayış məntəqəsinin hər birində əhali mavi qazdan istifadə edir.
Respublikanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqəti hiss olunur.
Fond Füzulidə 5 böyük layihə gerçəkləşdirib. Horadiz şəhərində «Aprel şəhidlərinə xatirə» kompleksi, üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsulları satış bazarı, pambıq qəbulu məntəqəsi tikilərək istifadəyə verilib. Hazırda Horadiz şəhərində Bayraq Meydanı ərazisində Bayraq Muzeyinin tikintisinə başlanmış, barama qəbulu və emalı məntəqəsinin tikintisinə yaxın günlərdə başlanacaq.
Rayonda kəndarası və magistral avtomobil yollarının əsaslı təmir-bərpa işləri davam etdirilir. Ölkə başçısının tapşırığına əsasən, 25 min nəfər əhalinin yaşadığı, 8 məntəqəni birləşdirən 31,7 kilometrlik Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-­Araz, Dilogarda-Araz-Zəngər, o cüm­lədən 1-ci və 11-ci Qayıdış qə­sə­bələrini birləşdirən avtomobil yolları yenidən qurulub. Rayon əra­zisində, ümumilikdə 80 kilomet­rə yaxın kənd və qəsəbələrarası yolların bərpası işləri başa çatdırılıb.
Hacıqabul-Bəhramtəpə-Mincivan magistral yolunun Füzuli rayonu ərazisindən keçən 40 kilometrlik hissəsində aparılan təmir-tikinti işləri tamamlanıb.
Füzuli rayonunun bugünkü inkişaf səviyyəsi, burada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri kəndlərin, qəsəbələrin, yaşayış məntəqələrinin simasını büsbütün dəyişib. Miskin görkəmə düşmüş, əhalisi aclıq-səfalət içində boğulan, yardım və ianələr hesabına yaşayan Ermənistan yaxşı dərk etməlidir ki, işğal altında olan torpaqları qeyd-şərtsiz qaytarmalıdır. Bu nə qədər tez baş versə, onların özü üçün də yaxşıdır. Həmin torpaqda yaşayan ermənilər də ağ günə çıxarlar, rahat, firavan həyata qovuşarlar.
O gün mütləq gələcək. İllərdir ki, düşmən əli ilə səpilən toxum cücərmir. Əkilib səpilməyən barlı-bərəkətli torpaqlarımız, güllü-çiçəkli çəmənlərimiz, buz kimi bulaqlarımız, zümrüd meşələrimiz, vüqarlı dağlarımız həsrətlə yolumuzu gözləyir.

 

Zülfü İLYASOV,
bölgə müxbiri