Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan birinci üçlükdə

 

Ümumdünya İqtisadi Forumu (ÜİF) hər il keçirilən “İnklüziv inkişaf indeksi – 2018” reytinqində inkişaf etməkdə olan ölkələr arasında Azərbaycanı 3-cü yerə layiq görmüşdür. 
ÜDM-in alternativ qismində işlənib hazırlandığı “İnklüziv inkişaf indeksi” (inclusive development index, İDİ) insanların öz ölkələrinin iqtisadi inkişafını qiymətləndirdiyi meyarları dəqiq əks etdirir. Hazırkı hesabatlarda Azərbaycan 7 mümkün ballıq sistemdə 4,69 bal almışdır.

“İnklüziv inkişaf indeksi – 2018” reytinqində TOP-10 inkişaf etməkdə olan ölkələr:

N Ölkə Bal
1 Litva 4,86
2 Macarıstan 4,74
3 Azərbaycan 4,69
4 Latviya 4,67
5 Polşa 4,61
6 Panama 4,54
7 Xorvatiya 4,48
8 Uruqvay 4,46
9 Çili 4,44
10 Rumıniya 4,40


“İnklüziv inkişaf indeksi – 2018” reytinqində TOP-10 inkişaf etmiş ölkələr:

N Ölkə Bal
1 Norveç 6,08
2 İslandiya 6,07
3 Lüksemburq 6,07
4 İsveçrə 6,05
5 Danimarka 5,81
6 İsveç 5,76
7 Niderland 5,61
8 İrlandiya 5,44
9 Avstraliya 5,36
10 Avstriya 5,35


Bütünlükdə, “İnklüziv inkişaf indeksi – 2018” 74 ölkə, o cümlədən 29 inkişaf etməkdə olan ölkə arasında aparılmış və iqtisadi inkişafın səviyyəsini qiymətləndirən 3 qrupda birləşən 11 göstərici əsasında hesablanır. 
Bura aiddir:
Artım və inkişaf (ÜDM-in, məşğulluğun, əmək məhsuldarlığının, göstərilən ömür müddətinin artımı daxil olmaqla);
İnklüzivlik (ev təsərrüfatının, mediana gəliri, yoxsulluq və qeyri-bərabərlik səviyyəsi);
Nəsillər arasında bərabərlik, yaxud ədalətlilik və dayanıqlılıq (yığım, qənaət, demoqrafik yük, dövlət borcu və ətraf mühitin çirklənməsi səviyyəsi).
Ümumdünya İqtisadi Forumunun məruzəsində göstərilir ki, bu indiqatorlar ÜDM-in artım indiqatoruna nisbətən iqtisadi inkişafın səviyyəsini daha yaxşı qiymətləndirir. Əgər məqsəd həyat səviyyəsini yüksəltməkdirsə, bu cür indeks ölkələrin iqtisadi fəaliyyətini daha düzgün əks etdirir.

 

F.M.Qarayev,
BDU-nun dosenti