Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

2017-ci il Azərbaycan iqtisadiyyatında mühüm hadisələrlə yadda qaldı

 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “2017-ci il dərin islahatlar ili kimi yadda qalacaq”.
2017-ci ildə məhz bu islahatlar nəticəsində ilk növbdə qeyri-neft sektorunda 2% artım baş vermiş, kənd təsərrüfatında 3%, qeyri-neft sənayesində 4% artıma nail olunmuşdur.
2017-ci ildə Azərbaycan manatının sabitliyinin saxlanılmasına və inflyasiyanın cilovlanmasına cəhdlər oldu və bu, öz nəticələrini göstərdi.
İlk dəfə bu ildən başlayaraq Azərbaycanda strateji valyuta ehtiyatları artdı və artıq ilin sonunda 42 milyard ABŞ dolları həcmindədir.
2017-ci ilin oktyabrında Azərbaycanda Bakı-Tbilisi-Qars tarixi İpək yolunu müasir dövrün dəmir ipək yoluna çevirən nəhəng layihə reallaşdırıldı. Bu, 3 ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat yollarını Avropa ilə Asiyaya birləşdirən, eləcə də öz əhəmiyyətli strateji mövqeyinə və iqtisadi imkanlarına görə alternativ marşrutlardan fərqlənən müasir nəqliyyat və logistika qovşağına çevrildi.
2017-ci ildə “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanmışdır. Azərbaycan “Əsrin Müqaviləsi”ni 2050-ci ilə qədər uzatmaqla və daha 45 milyard dollar investisiya yatırılmasını təmin etməklə özünün uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcəkdir. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıbdır. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq. Başda BP olmaqla dünyanın ən nəhəng neft şirkətləri ölkəmizə mövcud sabitliyə, iqtisadi inkişafa, dünya iqtisadiyyatına inteqrasiyaya görə sərmayə yatırmağı davam edirlər.
Bu il ölkəmizin həyatında baş verən çox əlamətdar bir tarixi hadisənin şahidi olduq: Azərbaycanda 2 milyardıncı ton neft hasil edildi. Neftçilərin ağır və şərəfli əməyini yüksək qiymətləndirən dövlət başçısı öz çıxışında vurğulamışdır: “Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir”.
2017-ci ildə Strateji Yol Xəritəsinin icrasına başlanıldı. Artıq ilin sonuna doğru nəticələri öz bəhrəsini verməkdədir. Qeyri-neft sektorunda bir çox sahələrin inkişafı istiqamətində ciddi addımlar atıldı, dövlət tərəfindən kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq və di­gər sahələrinin inkişaf proqramları qəbul edildi. Əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması baxımından mühüm layihələrə imza atıldı. Bu il, eləcə də maliyyə sektorunda sabitlik, şəffaflıq şəraitinin yaradılması istiqamətində mühüm işlər görüldü. Bu gün ölkədə 11 ayın qeyri-neft məhsullarının ixracı 1 milyard 387 milyon dollardır. Keçən illə müqayisədə bu, 22% artım deməkdir. Təkcə 2017-ci ildə Azərbaycandan Türkiyəyə 264 milyon dollar, Rusiyaya 498 milyon dollar, İsveçrəyə 133 milyon dollar qeyri-neft məhsulları ixrac edilmişdir. İxracın strukturunda əsas yerləri pomidor, qızıl, qabığı təmizlənmiş fındıq tutur. Bütövlükdə, bu il meyvə-tərəvəz ixracı 35% artımışdır. Ümumilikdə, kənd təsərrüfatında ənənəvi sahələr, istərsə də yeni sahələr inkişaf etdirildikcə, ixrac potensialının get-gedə artacağı proqnozlaşdırılır.
Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi uğurlar nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz əksini tapıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətqabiliyyətlilik hesabatı”nda Azərbaycan reytinqdə iki pillə irəliləyərək, 138 dövlət arasında 37-ci yerdən 35-ci yerə layiq görülmüşdür (MDB ölkələri sırasında isə 1-ci yerdə).
Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə ölkəmiz 57-ci pillədə qərarlaşıb. 2018-ci il üçün proqnozlar optimistdir:
2018-ci il iqtisadi inkişaf ili kimi yadda qalacaq, aparılan islahatlar öz müsbət nəticələrini məhz bu il verəcək. 2017-ci ildə yaradılan və istifadəyə verilən sənaye parkları, məhəllələri, texnoparklar tam gücü ilə 2018-dən fəaliyyət göstərəcək. Qarşıdan gələn il üçün qeyri-neft sektorunda artım 4%-dən yuxarı gözlənilir (dünya üzrə göstərici 3,5%).
Azərbaycanda iqtisadi inkişafla bağlı Dünya Bankı və Beynəlxalq Valyuta Fondu son bir həftədə 2 bəyanat vermişdir. Hər 2 bəyanatda ölkə prezidentinin sabitləşmə ilə bağlı apardığı uğurlu siyasət qeyd olunmaqla yanaşı, 2018-ci ildə bu yaranmış imkanlardan istifadə edərək sürətli iqtisadi inkişaf tempinə nail oluna­cağı proqnozlaşdırılır.
2017-ci ildə Dünya İqtisadi Forumu və Duinq biznes hesabatında Azərbaycanda islahatların yüksək səviyyəsi qeyd olunmuş, hətta Azərbaycanın Mərkəzi Asiya və Şərqi Avropa bölgəsində ən təşkilatçı 3 ölkədən biri kimi təqdim edilməsi öz əksini tapmışdır.

 

Hazırladı:
Aytən Səmədzadə