Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

2017-ci ildə dünyanın qısa iqtisadi mənzərəsi

 

2017-ci ildə dünyada həm iqtisadi, həm də siyasi cəhətdən çoxsaylı dəyişikliklər, irəliləyişlər və sarsıntılar baş vermişdir. 2017-ci ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul (ÜDM) istehsalında ilk beşlik dəyişməz qalmışdır – ABŞ, Çin, Yaponiya, Almaniya və Böyük Britaniya.
ÜDM-in mütləq göstəricisi ölkənin onun əhalisinin sayından və ya alıcılıq qabiliyyəti paritetindən asılı olaraq nə qədər ümumi daxili məhsul istehsal etdiyini göstərir. Beynəlxalq Valyuta Fondunun 2017-ci ilin 25 dekabr tarixinə olan məlumatına görə, dünyada 188 dövlət arasında ÜDM istehsalında 1 trilyon dollarlıq həddinə 16 dövlət nail olmuşdur:
1.ABŞ – 19.284.99;
2.Çin – 12.263.43;
3.Yaponiya – 4.513.75;
4.Almaniya – 3.513.75;
5.Böyük Britaniya – 2.885.48;
6.Fransa – 2.537.92;
7.Hindistan – 2.487.94;
8.İtaliya – 1.901.67;
9.Braziliya – 1.556.44;
10.Kanada – 1.530.70;
11.Cənubi Koreya – 1.379.32;
12.İspaniya – 1.291.36;
13.Rusiya – 1.267.55;
14.Avstraliya – 1.262.34;
15.Meksika – 1.16616;
16.İndoneziya – 1.024.
Məlumat üçün qeyd edək ki, ABŞ (24,41%) və Çinin (15,41%) dünya ÜDM-ində birlikdə payı 40%-ə yaxındır.
Eyni zamanda, bu siyahıda MDB dövlətləri aşağıdakı kimi yerləşmişdir: 13.Rusiya - 1.267.55;
55.Qazaxıstan - 135.13;
62.Ukrayna - 93.55;
70.Özbəkistan - 61.53;
81.Belarus - 49.25;
93.Türkmənistan - 37.77;
95.Azərbaycan - 36.2;
115.Gürcüstan - 15,39;
129.Ermənistan - 11.15;
144.Qırğızıstan - 6.40;
143.Moldova - 6.41;
147.Tacikistan - 5.68.
Alıcılıq qabiliyyəti paritetinə (AQP) görə ÜDM ölkədə əmtəə və xidmətlərin müqayisəli dəyəri və əhalinin onları əldə etmək qabiliyyətini nəzərə alaraq hesablanan parametrdir. İqtisadçılar arasında ÜDM və AQP yekdil fikir olmadığına görə çox zaman adambaşına, yaxud hər nəfərə düşən ÜDM göstəricisindən istifadə olunur. Beynəlxalq Valyuta Fondunun 2017-ci ilin dekabrın 25-nə olan məlumata görə, 189 dövlət arasında alıcılıq qabiliyyəti paritetinə görə hesablanan hər nəfərə düşən ÜDM-ə görə birinci onluğa düşən ölkələr aşağıdakı kimidir (ABŞ dolları):
1.Qətər - 129.959.03;
2.Lüksemburq - 1.03.388.24;
3.Sinqapur - 89.176.25;
4.Makao - 85.609.73;
5.Bruney - 80.048.65;
6.Küveyt - 71.432.81;
7.Norveç - 70.066.25;
8.BƏƏ - 68.717.03;
9.San-Marino - 66.180.69;
10.İrlandiya - 60.818.86.
MDB ölkələri arasında bu göstərici aşağıdakı kimi olmuşdur:
72.Rusiya - 8.664.06;
79.Qazaxıstan - 7.418.45;
84.Türkmənistan - 6.818.03;
95.Belarus - 5.237.42;
110.Gürcüstan - 4192.25;
116.Azərbaycan - 3.782.78;
117.Ermənistan - 3.728.71;
133.Ukrayna - 2.205.67;
141.Özbəkistan - 1.939.86;
143.Moldova - 1.805.89;
157.Qırğızıstan - 1.042.24;
173.Tacikistan - 643.15.
Əhalinin sosial-iqtisadi vəziyyətinin ən mühüm göstəricilərindən biri əməkhaqqı göstəricisidir. Avropa Statistika İdarəsinin, Beynəlxalq Əmək Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və milli statistika idarələrinin 2017-ci ilin dekabrın 25-nə olan məlumatına görə, 157 ölkə arasında 2017-ci ildə dünyanın birinci 10 ölkəsi aşağıdakılardır (ABŞ dolları):
1.İsveçrə - 3855;
2.Norveç - 3781;
3.Lüksemburq - 3653;
4.İsveç - 3352;
5.Küveyt - 3211;
6.ABŞ - 3120;
7.İslandiya - 3020;
8.Almaniya - 2958;
9.Finlandiya - 2923;
10.Niderland - 2879.
MDB ölkələri bu siyahıda aşağıdakı kimidir:
69.Rusiya - 615;
76.Moldova - 560;
86.Qazaxıstan - 480;
95.Azərbaycan - 435;
104.Ermənistan - 378;
106.Belarus - 375;
110.Türmənistan - 320;
118.Özbəkistan - 235;
119.Gürcüstan - 234;
122.Qırğızıstan - 220;
125.Ukrayna - 168;
132.Tacikistan - 110.
Ölkənin sosial-iqtisadi vəziyyətinə təsir göstərən amillərdən biri inflyasiya göstəricisidir.
Beynəlxalq Valyuta Fondunun 2017-ci ilin dekabrın 25-nə olan məlumatına görə, 189 dövlət arasında ən çox inflyasiya olan ilk on ölkə aşağıdakılardan ibarətdir (faizlə):
1.Venesuela - 2200,02;
2.Yəmən - 21, 04;
3.Argentina - 20;
4.Anqola - 14;
5.Nigeriya - 12,56;
6.Belarus - 11,31;
7.Sudan - 11;
8.Misir - 10,4;
9.Özbəkistan - 9,85;
10.Malavi - 9,57.
Dünyanın on ən aşağı inflyasiya göstəricisi aşağıdakı ölkələrdə qeydə alınmışdır:
189.Seneqal - 0,06;
188.Ekvador - 0;
187.İsveçrə - 0,1;
186.Bruney - 0,1;
185.İspaniya - 0,68;
184.Kiribati - 0,75;
183.Niderland - 0,8;
182.Marşall adaları - 0,8;
181. Sloveniya - 0,8;
182.İtaliya - 0,84.
MDB dövlətləri arasında inflyasiya göstəricisi aşağıdakı kimidir:
6.Belarus - 11,31;
9.Özbəkistan - 9,85;
12.Qazaxıstan - 6,53;
35.Tacikistan - 6,44;
36.Moldova - 6,4;
39.Rusiya - 5,9;
58.Türkmənistan - 4,5;
64.Gürcüstan - 4;
66.Ermənistan - 4;
177.Azərbaycan - 1.
Dövlət borcu da ölkənin sosial-iqtisadi inkişafına təsir göstərən amillərdən biridir.
Beynəlxalq Valyuta Fondunun 2017-ci ilin dekabrın 25-nə olan məlumatına görə, 185 dövlət arasında ÜDM-də faiz etibarı ilə dünyanın ən çox dövlət borcu olan birinci onluğa daxil olan dövlətlərə aiddir:
1.Yaponiya - 250.91;
2.Livan - 147,62;
3.İtaliya - 131,71;
4.Eritreya - 127,5;
5.Portuqaliya - 127,53;
6.Kabo-Verde - 122,25;
7.Butan - 122,12;
8.Yamayka - 116,07;
9.ABŞ - 107,48;
10.Barbados - 106,58.
MDB ölkələri arasında bu göstərici aşağıdakı kimidir:
22.Ukrayna - 92,31;
44.Qırğızıstan - 73,52;
48.Belarus - 68,89;
84.Tacikistan - 54,43;
96.Ermənistan - 48,93;
104.Moldova - 45,02;
110.Azərbaycan - 43,8;
125.Gürcüstan - 38,77;
162.Türkmənistan - 24,54;
173.Qazaxıstan - 20,46;
175.Rusiya - 19,43;
177. Özbəkistan - 15,19.
Amma mütləq ölçü baxımından dünyanın ən çox borcu olan dövlət ABŞ-dır -19,3 trilyon dollar.
Beləliklə, 2017-ci ildə dünyanın iqtisadi mənzərəsinə qısa nəzər saldıq.

 

F.M.Qarayev,
BDU-nun dosenti