Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dövlət dəstəyi uğurlu inkişafın zəminidir

 

Son illər ölkə prezidenti İlham Əliyevin də dəstəyi ilə qeyri-neft sektorunun inkişafı, bu sahəyə çoxsaylı investorların cəlb olunması, ölkənin ixrac imkanlarının genişləndirilməsi istiqamətində ciddi addımlar atılmış, məqsədyönlü islahatlar həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının da əsasını təşkil edən bu tədbirlər bir çox sahələrin inkişafına əhəmiyyətli təsir göstərməklə bərabər, sahibkarlığın və bu əsasda bölgələrimizdə ciddi inkişaf dalğasının yaranmasına da səbəb olmuşdur. Bunun sayəsində ölkənin ixrac imkanları da nəzərəçarpacaq dərəcədə genişlənmiş, ixracın dəstəklənməsi üçün atılan addımlar Azərbaycan iqtisadiyyatında ixrac hədəfli məhsul istehsalının miqyasını əhəmiyyətli dərəcədə artırmış, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, yerli və xarici bazarlarda rəqabətədavamlı yerli məhsulların çeşidinin artmasına gətirib çıxarmışdır.
Regionlarda özünü göstərən yüksək inkişaf meyili Zərdab rayonundan da yan keçməmişdir. Burada iqtisadiyyatın aparıcı sahəsini aqrar sektor təşkil edir. Təsadüfi deyil ki, yanvar-sentyabr aylarında rayonda 64 milyon 589 min manatlıq məhsul istehsal olunub ki, bunun da 41 milyon 215 min manatını və ya 63,8 faizini kənd təsərrüfatı təşkil edib.
Rayonda son dövrlərdə xüsusi olaraq taxılçılıq və heyvandarlıq sahəsində ciddi nailiyyətlər əldə olunmuşdur. Son illər, xüsusilə baramaçılığın, pambıqçılığın, çəltikçiliyin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Bu il 480 qutu ipəkqurdundan 27 min 45 kiloqram barama istehsal olunub ki, bu da respublika üzrə ən yüksək göstəricidir. 611 nəfər kümçü barama istehsalına görə 250 min manata yaxın pul əldə edib.
Həmçinin, bu il 3232,3 hektar sahədə pambıq yetişdirilib və 2500 tona qədər pambıq yığılaraq, emal müəssisələrinə təhvil verilib.
Çəltikçilik sahəsində də bu il ciddi nailiyyətlər əldə olunub. Yanvar-sentyabr ayları ərzində 202 hektar sahədə çəltik əkilib və 690,7 ton məhsul istehsal olunub. Çəltik hazırda dünyada əsas ərzaq növlərindən biri sayılır. Qabıqdan təmizlənmiş halda düyü adlanan zəngin tərkibli bu qidanın küləşindən keyfiyyətli kağız, karton alınır, habelə heyvandarlıq təsərrüfatında qaba yem kimi də istifadə edilir.
Çəltikçilik hazırda ölkə prezidenti cənab İlham Əliyevin də diqqət və qayğısı sayəsində ciddi inkişaf edən sahələrdəndir. Prezident İlham Əliyevin sədrliyi ilə bu il senytabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində də ölkə başçısı bu sahənin önəmindən danışmış, belə sahələrin ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətini vurğulamışdır: “Bugünkü müşavirədə isə bizim üçün ənənəvi olan çayçılıq və çəltikçilik sahələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Azərbaycanda bu sahələrin böyük ənənələri var. Eyni zamanda, cənub zonasının ənənəvi kənd təsərrüfatı məhsulu sitrus meyvələridir. Son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Əminəm ki, bugünkü müşavirədən sonra bu üç önəmli sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyur”.
Rayonda ötən il 70,5 hektar, bu il isə üç dəfə çox - 202 hektar sahədə çəltik əkilib və 787,7 ton məhsul istehsal olunub. Hər hektarın məhsuldarlığı 39 sentnerə çatıb. Rayonun bir sıra yaşayış məntəqələrində, o cümlədən Yuxarı Seyidlər, Alıcanlı, Körpükənd, Qoruqbağı, Məmmədqasımlı, Pərvanlı inzibati ərazi dairələrində torpaq mülkiyyətçiləri çəltikçiliyin inkişafına öz töhfələrini verirlər. Təsadüfi deyil ki, gələn il rayonda əkin sahələrinin 300 hektara çatdırılması proqnozlaşdırılır.
Zərdab rayonunda iqtisadiyyatın digər sahələri kimi, kənd təsərrüfatının da davamlı inkişafı təmin edilmişdir. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün sahibkarlara lizinq yolu ilə, güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması işi davam etdirilir, heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu da, təbii ki, ölkə rəhbərinin bu sahəyə göstərdiyi qayğının nəticəsidir. Prezident İlham Əliyevin “...bizim təcrübəmiz göstərir ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı uğurla inkişaf edə bilməz. Çünki dövlət bütün lazımi tədbirləri görür, vəsait qoyur, infrastruktur yaradır, texnika ilə, gübrələrlə təmin edir, laboratoriyalar təşkil edilir” sözləri də bunu bir daha təsdiqləyir.
Rayonda ət, süd və yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çoxalıb. Hazırda rayonda (01 oktyabr 2017-ci il tarixinə) 54628 baş iribuynuzlu, 113361 baş xırdabuynuzlu heyvan var. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ət istehsalı 33049 sentner, süd istehsalı 166243 sentner, yumurta istehsalı 6 milyon 117 min ədəd, yun istehsal 1786 sentner təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 34 sentner, süd istehsalı 188 sentner, yumurta istehsalı 2 min ədəd, yun istehsalı 127 sentner artmışdır.
Cins maldarlığın inkişafı istiqamətində də rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda 16 süni mayalama məntəqəsi yaradılmışdır. 2017-ci ilin yanvar-sentyabr aylarında 1766 baş inək və düyələrdə süni mayalanma aparılmış, 625 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Mal-qaranın yemə olan tələbatını ödəmək məqsədi ilə yonca sahələri 18612 hektara çatdırılmışdır. Cari ildə 118618 ton ot istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 422 ton çoxdur.
Bu il Zərdab rayonunun Gödəkqobu, Dəli Quşçu və Hüseynxanlı kəndlərində yem emalı müəssisələri tikilib istifadəyə verilmişdir. Yeni yem emalı sexlərinin istifadəyə verilməsində əsas məqsəd baha olmayan qidalı yem çatışmazlığını aradan qaldırmaqdır.
Zərdab rayonunda sənayedə də ciddi uğurlar əldə olunmuşdur.
Rayon üzrə fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında malların istehsalı və xidmətlərin göstərilməsi 2746,0 min manat təşkil etmişdir. Malların istehsalı və хidmətlərin göstərilməsinin həcmi elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 66,6 faiz, qazın bölüşdürülməsi və satışı sahəsində 16,1 faiz, suyun yığılması və paylanması sahəsində 4,9 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində 0,2 faiz, qida məhsullarının istehsalı sahəsində 4,7 faiz, fiziki şəxslərdə isə 7,5 faiz təşkil etmişdir. Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi, əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artmışdır. Sənayedə görülən ümumi işin 12,2 faizi emal sənayesinin, 82,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı sənayesinin, 5,1 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sənayesinin payına düşmüşdür.
Sənaye sahəsi üzrə çalışanların 34,4 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsindədir. Bu sahədə çalışan bir işçiyə düşən оrta aylıq əməkhaqqı 519,6 manat оlmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən bir işçiyə düşən orta aylıq əməkhaqqı 2,9 faiz artmışdır. Sənaye sahəsi üzrə çalışanların 49,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində çalışanlardır. Hər bir işçiyə düşən orta aylıq əməkhaqqı 157,2 manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən orta aylıq əməkhaqqının 92,6 faizini təşkil etmişdir. Sənaye sahəsi üzrə işçilərin 16,1 faizi emal sənayesində çalışanların payına düşür. Keçən ilin müvafiq dövrünə nisbətən emal sənayesi sahəsində işçilərin orta sayı iki dəfədən çox artmışdır. Bu sahədə çalışanların orta aylıq əməkhaqqısı 189,4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 56,0 faiz çoxdur.
Bu il rayonun Əlibəyli kəndində tibb məntəqəsi də inşa edilərək, əhalinin istifadəsinə verilib. Məntəqə ilkin tibbi yardım, vaksinasiya və digər tibbi xidmətlər üçün avadanlıqlarla təchiz olunub.
Cari ildə rayonda “Ram Süd” MMC-nin süd emalı müəssisəsi də istifadəyə verilib. Sutkalıq istehsal gücü 20 ton olan müəssisədə 100 nəfərə yaxın işçi qüvvəsi çalışır.
2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq, 53705,5 min manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 30344,2 min manatını ərzaq məhsulları, 23361,3 min manatını qeyri-ərzaq məhsulları təşkil etmişdir. İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,7 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 8,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,4 faizi elektrik mallarının, 4,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 5,8 faizi hüquqi şəxs statuslu müəssisələr, 94,2 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 102,9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,5 faiz artaraq 243,3 manat təşkil etmişdir. İqtisadiyyatın elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

 

Mətanət Hüseynova