Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Tərtər rayonu hədəfə doğru inamla irəliləyir

 

İlin son günlərində havaların əlverişli keçməsi pambığın vaxtında və itkisiz yığılmasına imkan vermiş, məhsul, necə deyərlər, son qozasınadək toplanıb təhvil verilmişdir. Bol məhsul əldə edən rayonların sırasında Tərtər rayonunun adı da çəkilir. Burada pambıq əkini sahəsində illərin təcrübəsi vardır ki, bu da kənd əməkçilərinin karına çatır. Son illər pambıqçılığa dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı, bu sahənin rentabelli olması, yaxşı gəlir gətirməsi kənd əməkçilərinin maraq və həvəsini artırmışdır. Artıq rayonda qabaqcıl fermer təsərrüfatları intişar tapıb, ön mövqelərə çıxan kəndlərin adı çəkilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tərtər rayonunda aqrar sektorda görülən işlərdən razılıq ifadə edərək demişdir: «Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır. Çünki heç də hər bir rayonda məhsuldarlıq sizdə olduğu kimi deyil.
Ona görə burada görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin».
Cənab prezidentin qeyd etdiyi kimi, işlərin yüksək şəkildə təşkilinin nəticəsidir ki, Tərtər pambıqçıları cari mövsümdə hər hektarın məhsuldar-lığını 38 faizə çatdırmağa müvəffəq olmuşlar. Halbuki, respublika üzrə orta göstərici 25-30 sentner təşkil edir. Yüksək məhsul götürdüyünə görə hər bir fermer məmnundur. Hər şeydən öncə, onlar bilirlər ki, əməkləri hədər getməyib, yaxşı qazanc əldə edə biliblər. Məhz pambıqçılığı üstün mövqeyə çıxaran əsas amil də budur. Doğrudur, Tərtərdə bostan və tərəvəz bitkilərinin yetişdirilməsi sahəsində də zəngin təcrübə vardır. Rayonda taxıl əkini də geniş yayılıb. Lakin ortada olan fakt budur ki, son iki ildə pambıqçılıq bütün sahələri üstələyib. Sanki kəndlər bir-biri ilə yarışır. Qabaqcıl kəndlərin adları da çəkilir: Aşağı Qaraqoyunlu, Köçərli, Qaradağlı, Əskipara… Həmin kəndlərdə əvvəlki illərə nisbətən pambıq əkin sahələrinin həcmi xeyli genişləndirilib, məhsuldarlıq artırılıb. Faktlara müraciət edək.
2017-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi 7,8 faiz artaraq 52 milyon 118 min manat təşkil edib ki, bunun 32 milyon 458 min manatı bitkiçilik, 19 milyon 661 min manatı heyvandarlıq sahəsində formalaşıb.
Ölkə başçısının tapşırığı və göstərişlərinə uyğun olaraq, son illər Tərtər rayonunda strateji və ixracyönümlü məhsul olan pambıq və şəkər çuğunduru istehsalının genişləndirilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəticəsində texniki bitkilərin əkini əvvəlki ilə nisbətən 2 dəfə artmışdır. Cari ildə 3123 hektarda pambıq, 1541 hektarda şəkər çuğunduru, 1637,4 hektarda günəbaxan əkilmişdir. 2016-cı ilə nisbətən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 30 faiz, günəbaxan əkini 78,4 faiz artmışdır.
2017-ci ildə 843 təsərrüfat subyekti ilə müqavilə bağlanmış, pambıq əkini və yığımı mövsümünə 2800 nəfər işçi cəlb olunmuşdur. Təsərrüfatlarda işin düzgün təşkili, aqrotexniki qaydalara əməl olunması, suvarmanın və digər zəruri tədbirlərin vaxtında və keyfiyyətlə görülməsi nəticədə Tərtər rayonunu pambıq üzrə ümumi məhsul yığımında birincilər sırasına çıxarmışdır.
Belə ki, bu günə kimi 8000 tonadək pambıq yığılıb təhvil verilib ki, bu da ötən ildəkindən 7 dəfə çoxdur. Əkin sahələri də artırılıb. Ötən il 1636 hektar, bu il isə 3123 hektar. Gələcəkdə əkin sahələrinin həcmi daha da genişləndiriləcək.
Rayon iqtisadiyyatında nisbətən yeni sahə olsa da, şəkər çuğunduru istehsalı ilbəil artırılır. Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, ötən il hər hektardan əldə edilən nəticəyə görə, Tərtər rayonu birinci yerə çıxmışdır. Tərtərlilər bu il də yüksək nəticələr qazanmaq üçün əzmkarlıq və hünər göstərirlər. Çuğundur əkini artırılaraq 1541 hektara çatdırılıb, ilkin məlumata görə, indiyədək 54,5 min ton məhsul yığılıb təhvil verilib. Bu rəqəmin xeyli artacağı gözlənilir.
Cari ilin məhsulu üçün 9507 hektarda taxıl əkilmişdir ki, bunun da 6909 hektarı buğda, 2598 hektarı arpa olmuşdur. Zəmilərdən 34580 ton məhsul yığılmışdır. Hər hektarın orta məhsuldarlığı buğda üzrə 38,3 sentner, arpa üzrə 31,4 sentner təşkil etmişdir ki, bu da əvvəlki illərin məhsuldarlığından xeyli çox olmaqla, respublika üzrə orta göstəricini üstələyir. Bundan başqa, rayonda 1386 ton dən üçün qarğıdalı, 3880 ton dən üçün günəbaxan, 5448 ton kartof, 13987 ton müxtəlif növ tərəvəz, 120 ton bostan bitkiləri, 17,2 ton noxud, 1624 ton meyvə və s. istehsal edilmişdir.
Heyvandarlığın inkişafını təmin etmək üçün yonca sahələrindən 95895 ton, digər sahələrdən yem üçün 310 ton quru ot tədarük edilmişdir. «Aqrolizinq» ASC güzəştli şərtlərlə istehsalçılara 1677 ton mineral gübrə satmışdır. Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də rayonda heyvandar-lığın inkişaf etdirilməsi və məhsuldarlığın artırılması üçün işlər diqqət mərkəzində saxlanılmışdır.
Hazırda rayonda 27,1 min başdan çox iri mal, 70,6 min başdan çox davar bəslənilir. İri malın sayı ötən ilin müvafiq dövrünə nisbətən 474 baş artmışdır. Cari ildə 2134 ton diri çəkidə ət, 15,3 min ton süd, 7 milyon 675 min ədəd yumurta, 125 ton yun istehsal edilmişdir.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 2,3 faiz, yun istehsalı 5,3 faiz artmışdır.
Yuxarıda göstərilən rəqəmlərdən aydın olur ki, Tərtər rayonu kənd təsərrüfatı sahəsində yüksəliş illərini yaşayır. Lakin bununla yanaşı, rayonda sənaye istehsalında da dinamika özünü göstərmiş, tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Son illər Azərbaycanda uğurla icra olunan regional inkişaf proqramları nəticəsində Tərtər rayonunun siması köklü şəkildə dəyişmişdir.
Tərtər şəhərində ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli, müasir standartlara cavab verən Tarix Diyarşünaslıq Muzeyi tikilmişdir. Hazırda binanın daxilində dizayn və tərtibat işləri görülür. Tərtər çayı, sahillərində 5 hektar ərazidə yeni park salınması işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 18 ədəd çoxmənzilli yaşayış binasının təmiri ilə bağlı Tərtər RİH-nə 691 min manat vəsait ayrılıb. Bundan əlavə, 24 çoxmənzilli yaşayış binasının əsaslı təmiri məqsədilə 3 milyon manat əlavə vəsait yönəldilib. Həmin binaların təmirinə başlanılıb. Artıq binaların dam örtüyü yenidən qurulub, fasad, giriş və blok hissələrində suvaqlama və rəngləmə işləri görülür.
Rayonda 1170 köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatıb. Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərdə fərdi yaşayış evləri tikilib. Şıxarx qəsəbəsi ərazisində «Marağa-150» tarixi abidə kompleksinin ətrafında abadlıq-quruculuq işləri aparılıb. Tərtər-Şıxarx avtomobil yolunun sağ və sol hissələrində yaşıllıq zolaqları salınıb. Rayonda 24 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seyidimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi başa çatmışdır. Həmin yolun 18-ci kilometrində İncə çayı üzərində yerləşən, qəzalı vəziyyətdə olan körpü yenidən tikilib istifadəyə verilmişdir. Cənab Prezident İlham Əliyev bu il noyabrın 28-də Tərtər rayonuna etdiyi tarixi səfər zamanı adıçəkilən avtomobil yollarının, Tarix Diyarşünaslıq Muzeyinin açılışında iştirak etmiş, həmçinin 1170 nəfər məcburi köçkünün yaşadığı yaşayış kompleksində və «N» saylı hərbi hissədə yaradılan şəraitlə yaxından tanış olmuşdur. Səfər zamanı cənab prezident son illər Tərtərdə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı istiqamətində görülən işlərə yüksək qiymət verərək demişdir: «Düzdür, indi plan yoxdur, ancaq hədəf var. Çox şadam ki, Tərtər o hədəfə artıqlaması ilə çatıb. Tərtər hədəfi təqribən 25 faiz üstələdi. Bu, çox sevindirici haldır. Kənd təsərrüfatının digər sahələrində də yüksək nəticələr var».
Pambıq yığımı sona çatar-çatmaz fermerlər yeni əkin sahələrində hazırlıq işlərinə başlayıblar. Bunun isə səbəbi var. Axı, strateji məhsul sayılan pambıq onların düşündüklərindən də çox qazanc gətirir. Gəlir artdıqca, becərmə üsulları da təkmilləşdirilir, texnoloji yeniliklər tətbiq olunmağa başlayır. Kənd əməkçisi təhvil verdiyi məhsulun pulunu elə həmin gün də ala bilir. Belə olan halda cari işlərin görülməsi, əkinə hazırlıq işlərinin aparılması asanlaşır. Fermerlər razılıq edib deyirlər ki, onlar üçün artıq indidən konkret torpaq sahələri ayrılıb. Fermerlər taxıl da əkirlər, bostan-tərəvəz bitkiləri də yetişdirirlər, ancaq əsas diqqət pambıqçılığa verilir. Əslində bu gün regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində ixtisaslaşma prosesi gedir. Bu müsbət tendensiya hər bir rayonu, kəndi, fermer təsərrüfatını iqtisadi yüksəlişə çəkib aparır. Müasir bazar prinsiplərinə uyğunlaşmayan təsərrüfat subyektləri rəqabətə dözüm gətirə bilməz. Tərtərlilər bu sadə fəlsəfəni yaxşı dərk edir və işlərini yeni tələb və çağırışlara uyğun şəkildə qurmağa çalışırlar.

 

Zülfü İLYASOV,
bölgə müxbiri, Tərtər rayonu