Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın qədim mədəniyyət mərkəzi - Şəki şəhəri

 

Bu gün Şəki şəhərinin sosial-iqtisadi inkişaf proqramı uğurla həyata keçirilir. 2017-ci ilin hesablamalarına görə, Şəki şəhərində faktiki qiymətlərlə 279 milyon 786 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 92 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1511 manatlıq məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 245 manat olmuşdur. 2017-ci ilin 9 ayında Şəki rayonunda 2636 yeni iş yeri açılmışdır ki,onların da hamısı daimi iş yerləridir. 2017-ci ilin 9 ayında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 303 milyon 405 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əmtəə dövriyyəsinin həcmi 0,5 faiz artmışdır. Hazırda Şəki rayonunda 19 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 9-u kiçik müəssisədir. 2017-ci ildə Şəki rayonunda istehsal və qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyanın 87,9 faizi dövlət, 12,1 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
“Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam ölkəmizdə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addım olmaqla yanaşı, barama istehsalının dinamik inkişafında mühüm rol oynamışdır. Ötən ilin payız mövsümündə Şəki rayonda 50 min yerli, 25 min xaricdən gətirilmiş tut tingi əkilmiş, yeni kümxanalar qurulmuş, gənc kümdarların hazırlanması istiqamətində maarifləndirmə tədbirləri görülmüşdür. Həyata keçirilən bu və ya digər tədbirlər rayonda barama istehsalının inkişafına müsbət təsir göstərmişdir. Şəki rayonunda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə istehsalın həcmi 18 tona çatdırılmışdır. Məhz ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranmış, Şəki ipək kombinatı öz fəaliyyətini bərpa etmişdir. 2018-ci ildə baramaçılığın inkişafına nail olmaq üçün indidən geniş hazırlıq işlərinə başlanmalıdır. Ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələri əldə rəhbər tutaraq 2018-ci ildə rayonda 70 ton barama istehsal edilməsi nəzərdə tutulmuşdur. Onu da qeyd edək ki, daha çox barama istehsal olunması üçün rayonda kifayət qədər yem bazası mövcuddur. İndi qarşıda duran ən başlıca vəzifə rayon ərazisində mövcud olan bütün toxmacar bağlarının, eləcə də yol və sahə kənarlarında, ictimai yerlərdə olan toxmacar ağaclarının dəqiq uçotunu aparmaq, qısa müddət ərzində onlara aqrotexniki qaydalara uyğun qulluq göstərməkdir.
Şəki lap qədimdən məşhur ipəkçilik bölgəsi kimi tanınmışdır və əhalinin tarixən əsas məşğuliyyət sahələrindən biri baramaçılıq olub. Əvvəllər kustar şəkildə bu işlərlə məşğul olunsa da, XIX əsrdən Şəkidə fabriklər, manufakturalar yaranmağa başladı. Beləliklə, baramaçılıqla yanaşı, təbii ipəkdən müxtəlif növ parçaların və məşhur Şəki kəlağayısının istehsalı ilə məşğul olan sənaye sahəsi yaranmağa başladı.
Hazırda “Şəki-İpək” ASC kimi fəa­liyyət göstərən bu müəssisə 1931-ci ildə işə salınmış, sonralar in­kişaf etdirilərək respublikada ipək­çiliyin mərkəzinə çevrilmişdir.­ Müəssisə işə düşdüyü dövrdə ancaq təbii ipək istehsal etmişdir. Sonralar xam parça istehsalına başlanılmışdır. İstehsal olunan təbii ipək əvvəllər kənara satılmış, xam parça isə emal üçün Gürcüstana göndərilmişdir. Toxunan xam parçanı emal etmək üçün 1940-cı ildə müəssisədə kiçik boyaqçı sexi işə salınmışdır. Beləliklə, istehsal olunan xam parçanı daxildə emal edərək, hazır məhsul kimi satmağa imkan yaranmışdır.
Cəmiyyətdə xam parça istehsalı get-gedə artdığından mövcud boyaqçı sexi kifayət etmirdi. Ona görə də 1957-ci ildə yeni boyaqçı sexi və naxışlama sexləri tikilib istifadəyə verilmişdir. Bu tədbirin həyata keçirilməsi nəticəsində hazır ipək parça istehsalı 5 milyon metrə çatdırılmışdır.
Şəhər əhalisinin artımı yeni iş yerlərinin çoxalmasını tələb edirdi. Buna görə də əhalini yeni iş yerləri ilə təmin etmək məqsədilə 1969-cu ildə 750 dəzgahlıq toxucu sexi tikilib istifadəyə verilmişdir. Yeni toxuculuq istehsalatının istifadəyə verilməsi nəticəsində xam parça istehsalı ildə 18 milyon paqometrə çatmışdır. 1965-ci ildə Şəkidə olan ipəkaçan fabriklərin hamısı “Şəki-İpək” SC-yə birləşdirilmiş və “Şəki-İpək” istehsalat birliyi yaradılmışdır. Burada işləyən işçilərin sayı 6 min nəfərə çatmışdır. Müəssisə müntəzəm olaraq yeni maşın və mexanizmlərlə təmin edildiyindən onun istehsal gücü durmadan artırdı. Xam parça istehsalı kəskin artdığından artıq onu emal etməyə mövcud boyaq-bəzək istehsalatının gücü çatmırdı. Bir tərəfdən də Xankəndində istehsal olunan xam parça müəssisəyə verildi.
Xam parçanın kəskin artımı yeni boyaq- bəzək fabrikinin tikilməsini zəruri etmişdi. Köhnə boyaq- bəzək istehsalatı emal prosesini təmin etmir, məhsulun keyfiyyəti aşağı olurdu. Dəfələrlə müxtəlif təşkilatlar qarşısında məsələ qaldırılmasına baxmayaraq, yeni boyaq- bəzək fabrikinin tikilməsi məsələsi həll edilmirdi.
O, yeni boyaq-bəzək fabrikinin tikilməsi məsələsini həll etdi və həmin fabrikdə yeni xarici avadanlıqlar quraşdırılmasına nail oldu. Boyaq-bəzək fabrikinin tikilməsinə və yeni xarici avadanlıqlar alınmasına 23 milyon dollar vəsait xərcləndi. O dövrdə belə məsələləri həll etmək, Sov. İKP MK-nı inandırmaq çox çətin idi. Buna cənab Prezident Heydər Əliyevin gücü çatardı və çatdı da.
Son nəticədə Səhmdar Cəmiyyətin istehsal gücü:
- xam ipək parça istehsalı üzrə filiallarla birlikdə 240 tona;
- xam parça üzrə 18 milyon kvadratmetrə;
- hazır parça istehsalı üzrə 43 milyon kvadratmetrə çatdırılmışdır.
Müəssisə indiki pulla ildə 240 milyard manatlıq məhsul istehsal etmiş və o vaxtki ittifaqın 200-dən çox bazasına göndərmişdir.
Lakin sovetlər birliyinin dağılması, iqtisadi əlaqələrin qırılması nəticəsində bir çox sahələr kimi, ipəkçiliyin də tənəzzülə uğraması prosesi baş verdi. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ipək sənayesi yenidən bərpa olundu. Onun bilavasitə tapşırığı, imzaladığı müvafiq Sərəncamla dövlət büdcəsindən vəsait ayrılmaqla kombinat fəaliyyətə başladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun artırılması məqsədilə imzaladığı 2016-cı il 15 sentyabr tarixli Sərəncam bu sahəyə olan marağın güclənməsinə müsbət təsir göstərdi.
Barama istehsalı ilə məşğul olan şəxslərə son məhsula görə subsidiya verilməsi əhali arasında bu sahəyə marağı daha da artırıb. Nəticədə, ipəkçiliyin inkişafına yenidən təkan verilib və 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Başqa sözlə, bu il 2015-ci ilə nisbətən 337 dəfə çox yaş barama istehsal edilib.
Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişlən­dirilməsi məqsədilə çox ciddi ad­dımlar atılıb, 37 rayonda 1,7 mln. tut tingi əkilib. Bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, müəssisəmizin tam gücü ilə işləməsini təmin edəcəkdir.
Qeyd olunmalıdır ki, ipəkçiliyin inkişafının stimullaşdırılması, yeni emal sahələrinin yaradılması, istehsal gücünün artırılması, maddi-texniki bazanın gücləndirilməsi və ipəkçiliyin inkişaf modelinin hazırlanması istiqamətində “Şəki-İpək” ASC tərəfindən İqtisadiyyat Nazirliyi ilə birgə araşdırmalar aparılır və bununla əlaqədar xarici təcrübənin öyrənilməsi üçün xarici ekspertlərin cəlb olunması məsələləri müzakirə edilir. Eyni zamanda, “Şəki-İpək” ASC ipəkçilik məhsullarının ixrac imkanlarının genişləndirilməsi ilə əlaqədar AZPROMO ilə əməkdaşlıq edir. Həmçinin, müəssisəyə dövlətin 3 milyon manatadək güzəştli krediti verilib.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin köməyi ilə “Şəki ipək” ASC-nin baramaaçan istehsalatı, köhnə qazanxana və baramanın ilkin emalı təsərrüfatlarında bu il əsaslı təmir işləri aparılıb, müəssisənin buxara olan tələbatının tam ödənilməsi üçün xaricdən yeni buxar qazanı gətirilib və qazanxana təsərrüfatı yenidən qurulub. Müəssisənin baramaaçan, burucu, toxucu, kəlağayı və boyaq-bəzək istehsalı yenidən bərpa olunub, 600 nəfər daimi işlə təmin edilib.
Görülmüş tədbirlər nəticəsində ölkəmizdə yaş barama istehsalının bir neçə min tona çatdırılması 50 mindən çox kəndli-fermer ailəsinin (və yaxud təxminən 200 min nəfərin) tut ipəkqurdunun bəslənməsi üçün mövsümi işlə təmin olunacağına, bu işlə əhalinin həssas qruplarının (qadınların və əlillərin) da məşğul ola biləcəyinə, eləcə də “Şəki-İpək” ASC-də 1500-dək daimi iş yerinin açılacağına, beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialının artacağına səbəb olacaqdır.
Əminliklə demək olar ki, belə əhə­miyyətli addımların atılması nə­ticəsində gələcəkdə ipəkçilik sa­hə­sində qarşıda duran mühüm məsələlər öz həllini tapacaq, bu sektorun gəlirli sahələrdən birinə çevrilməsinə imkan yaranacaqdır.

 

Nailə CABBAROVA