Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın ixrac imkanları genişlənir

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) qeyri-neft sektoruna xarici investisiyaları cəlb etmək, ölkədə istehsal olunan qeyri-neft məhsullarının xarici bazarlara çıxışını stimullaşdırmaq və bu yolla iqtisadiyyatın çoxşaxəli inkişafına dəstək vermək məqsədilə 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilmişdir. AZPROMO təşviq tədbirləri və hədəfləmə mexanizmləri vasitəsilə prioritet sahə və layihələrə yeni investorlar cəlb edir, xarici bazarlara çıxış əldə etmək arzusunda olan yerli istehsalçılar üçün etibarlı tərəfdaş rolunu oynayır.
Həmçinin, AZPROMO öz məhsullarını ixrac etmək istəyən şirkətlərə praktiki dəstək göstərir. Bu dəstək tədbirlərinə şirkətlərin ixraca hazırlanması, məhsul növünə uyğun olaraq potensial bazarların müəyyənləşdirilməsi, idxalçıların tapılması və əlaqələrin qurulması daxildir. Dəstək tədbirləri həyata keçirilərkən kiçik və orta sahibkarlıq subyektlərinə üstünlük verilir.
AZPROMO ölkə iqtisadiyyatına sərmayələrin cəlb olunması məqsədilə Azərbaycanın investisiya mühitinə maraq göstərən müxtəlif ölkələrin şirkətləri ilə çoxsaylı görüşlər keçirir, onlara iqtisadiyyatımızın prioritet istiqamətləri və layihələri, biznes və investisiya mühiti, vergi rejimi, gömrük rüsumları, sənaye parkları və s. barədə ətraflı məlumat verir, potensial xarici investorlara “İnvestisiya Layihələri Kataloqu”na daxil olan layihələri təqdim edir və bu layihələrin təşəbbüskarları olan yerli şirkətlərlə görüşlərin təşkil olunmasında lazımi dəstək göstərir. Eyni zamanda, qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlı olan iş adamlarına biznesin qeydiyyatı ilə bağlı tələb olunan lisenziya və icazələrin alınması ilə bağlı hüquqi dəstək göstərilir və yerli bazarda potensial əməkdaşların, tərəfdaşların, alıcıların tapılmasında, yerli marketinq və reklam agentlikləri və qurumları ilə əlaqələrin yaradılmasında yardım edilir.
AZPROMO-nun fəaliyyət istiqamətlərindən biri də istehsal edilmiş məhsulların xarici bazarlara çıxışının reallaşdırılmasıdır. Fond ixrac prosedurları və marketinq məsələləri üzrə müvafiq təlimlər keçirməklə, malın ixraca hazırlanmasına və ixracının həyata keçirilməsinə müvafiq dəstək göstərməklə istehsalçıların ixrac potensialının artırılmasına çalışır. Bu baxımdan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birgə 2015-2017-ci illərdə “İxraca hazır ol” layihəsi icra olunmuşdur.
Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə ixraca dair sertifikatlaşma, etiketləmə, gömrük prosedurları, bazar tədqiqatlarının aparılması sahəsində yerli şirkətlər üçün 5 təlim proqramı keçirilmiş, 2017-ci ilin əvvəlində bu şirkətlərin nümayəndələri Almaniyaya təlim səfərində iştirak etmiş və orada fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətləri ilə yaxından tanış olmaq imkanı qazanmışlar.
Qeyd edək ki, AZPROMO-nun təşkilatçılığı ilə “İxracatçılar Klubu” da yaradılmışdır. Biznes dairələrinin və müvafiq dövlət strukturlarının təmsilçilərinin iştirakı ilə keçirilən klub iclaslarında ixrac prosedurları ilə bağlı məsələlər, ixracyönümlü məhsul istehsalı zamanı sahibkarların üzləşdikləri problemlər, xarici bazarlardakı maneələr, ixrac imkanları, perspektivlər və s. müzakirə edilir.
Ayrı-ayrı istehsal istiqamətləri üzrə ixrac potensialını artırmaq üçün müəssisələrin assosiasiyalarda birləşməsi zəruridir. Bu məqsədlə AZPROMO sahibkarlarla fəal əməkdaşlıq edir. Artıq arıçılar, şərab, nar, fındıq və meyvə-tərəvəz, xurma və çay istehsalçıları və ixracatçılarının assosiasiyaları yaradılmışdır. Sənaye məhsullarının ixrac potensialını nəzərə alaraq, AZPROMO kimya sənayesi, maşınqayırma və tikinti materiallarının ixracının artırılması üçün sənayeçilərlə sıx əməkdaşlıq edir.
Beynəlxalq ticarət tədricən rəqəmsal platformaya doğru irəlilədiyindən AZPROMO tərəfindən elektron ixrac portalı yaradılmışdır. Portalın məqsədi Azərbaycanda istehsal olunan ixracyönümlü məhsul və xidmətlər haqqında əhatəli məlumatı əks etdirmək, həmçinin elektron qaydada ixracatçılarla xarici tərəfdaşlar arasında birbaşa əlaqələrin qurulmasını təmin etməkdir. Bu portal ixrac potensialının gücləndirilməsi, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, rəqabətədavamlı və beynəlxalq standartlara cavab verən yerli məhsulların xarici bazarlara çıxarılması məqsədilə yaradılmış dəstək mexanizmidir.
Son illər qeyri-neft sektorunun inkişafı, bu sahəyə investorların cəlb olunması, ixrac imkanlarının genişləndirilməsi, eləcə də “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində əhəmiyyətli addımlar atılmış, məqsədyönlü islahatlar həyata keçirilmişdir. Lisenziyalaşdırma, gömrük nəzarəti sahəsində həyata keçirilən islahatlar, bütün ölkə ərazisini əhatə edən investisiyaların təşviqi sisteminin yaradılması, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması və s. belə tədbirlərdəndir. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 mart tarixli Fərmanının icrası məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara və siyahıya uyğun olaraq, 2016-cı ilin oktyabrından başlayaraq 1 il ərzində qeyri-neft məhsullarının ixracına görə yerli sahibkarlara 2,5 milyon manatdan çox ixrac təşviqi ödənilmişdir ki, bu da ixracyönümlü məhsul istehsalının canlandırılması və ixracın stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısının “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı 5 oktyabr 2016-cı il tarixli Fərmanında əhatə olunan dəstək mexanizmləri ilə bağlı intensiv olaraq praktiki işlər həyata keçirilir. Belə ki, İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə artıq Çin, BƏƏ, Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan və Rusiya olmaqla 9 ölkəyə 11 ixrac missiyası təşkil edilmiş, “Gulfood”, “Worldfood Moscow” və “Anuga” kimi beynəlxalq əhəmiyyətli ərzaq sərgilərində, həmçinin “Prowein” və “Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgilərində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin olunmuşdur. Bu tədbirlər çərçivəsində Azərbaycanda istehsal olunan şərab, fındıq, nar şirəsi, alma, bal, quru süd, süd məhsulları, ət və ət məhsulları, mebel, pambıq çiyidi, şokolad məhsulları, konservləşdirilmiş pomidor, doğranmış göbələk, limonad, quru meyvə və digər məhsulların müxtəlif xarici bazarlara ixracına dair ilkin razılıqlar əldə edilmiş, sifarişlər qəbul olunmuş, müqavilələr imzalanmış və bir sıra hallarda artıq faktiki ixrac həyata keçirilmişdir.
Şübhəsiz ki, dövlət səviyyəsində sahibkarlığın və ixracın dəstəklənməsi üçün atılan addımlar Azərbaycan iqtisadiyyatında ixrac hədəfli məhsul istehsalının miqyasının əhəmiyyətli dərəcədə artmasına, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, həm yerli, həm də xarici bazarlarda rəqabətədavamlı yerli məhsulların çeşidlərinin genişlənməsinə gətirib çıxaracaqdır.

 

Rüfət Məmmədov,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri