Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın müasir sosial-iqtisadi inkişafının təhlili perspektivləri

 

(əvvəli ötən sayımızda)

Dövlətin iqtisadi siyasəti çərçivəsində həyata keçirdiyi kompleks stimullaşdırıcı tədbirlərin nəticəsi olaraq, Vergi Məcəlləsinə əsasən, sənaye parklarının rezidentləri 7 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, eləcə də istehsal məqsədilə idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunurlar. Bütün bunlar müasir sosial-iqtisadi inkişafın lokomotivi olan sənayenin inkişafına bir daha təkan verir.  Son illərdə sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması biznes mühitinin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları ilə iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması, vergilərin təkmilləşdirilməsi və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarıb. Belə ki, biznes mühitinin dinamik inkişafı şəraitində respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli vergi mühiti yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb. Özəl sektor, kiçik və orta sahibkarlıq sadəcə olaraq biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. İnnovasiyalı sahibkarlığın inkişafı, əslində, ölkədə dayanıqlı sosial-iqtisadi inkişafa təkan verir ki, bu da çox böyük radikal islahat deməkdir. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanına uyğun olaraq, son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilib. Fərmanla müəyyənləşdirilmiş vəzifələr sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir. Belə ki, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi sahəsində vergi orqanları tərəfindən çox mühüm islahatlar həyata keçirilməkdədir. Vergi sisteminin qabaqcıl Avropa standartlarına uyğunlaşdırılması, texniki potensialın gücləndirilməsi, vergi auditinin inkişaf etdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının davamlı tətbiqi, vergi ödəyicilərinin, xidmət sahələrinin, o cümlədən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi sahibkarlıq fəaliyyətinin inkişafına şərait yaratmış olur. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi çox əhəmiyyətli müddəalar nəzərdə tutulub. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakçıların hüquqlarının qorunmasına yönəldilib. Belə ki, biznesə başlanılması prosedurunun sadələşdirilməsi ilə bağlı digər faktlara da Azərbaycan Respublikasının Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla cəmi 129 güzəşt və azadolma mövcuddur.  Bununla yanaşı, Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı vergi siyasətinin əsası olan ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin (DTA) inzibatçılıq qaydaları sadələşdirilib. Eyni zamanda, elektron müraciət olunması, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb. Qeyd etmək lazımdır ki, vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkar cinayət məsuliyyətinə cəlb edilir. Yeni qanuna əsasən, cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq, həmin məbləğ 20 000 manat olmuşdur. Yəni, 20 000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb ediləcəkdir. Bu da həmin məbləğ qədər əməllərin dekriminallaşdırılması deməkdir. Bu dəyişikliklər nəticəsində ümumilikdə 24 maddə  sahibkarların məsuliyyətini yüngülləşdirmişdir. Yaxın gələcəkdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində isə intensiv işlər aparılır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illər ərzində həyata keçirilən kompleks və ardıcıl tədbirlər, səmərəli dövlət dəstəyi sistemi, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi səmərəli nəticəsini verib. Sənaye və texnologiyalar parklarının və zonalarının, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda 75%-i ötüb. Son dövrlərdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla sahibkarlıq sahəsində lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, satınalmalarda yerli sahibkarlara üstünlük verilməsi, gömrük sahəsində görülən işlər, ixracın və investisiyaların təşviqi mexanizmlərinin tətbiqi biznesin inkişafına göstərilən diqqətin davamı olmaqla özəl bölmənin inkişafında xüsusi əhəmiyyət daşıyır. Ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməs, hər şeydən öncə, ümumdaxili məhsulun ilbəil artmasına imkan verir.  Ümumiyyətlə, şəffaf biznes və sağlam rəqabət mühitində innovasiyalı sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu vergi siyasətinin əsas istiqamətləri sırasındadır. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, yeni iş yerlərinin açılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun, o cümlədən biznesin rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub. Təsadüfi deyil ki, respublika iqtisadiyyatında məşğul əhalinin 70%-dən çoxunu qeyri-dövlət sektorunda çalışanlar təşkil edir. Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər hesabat ilində də davam etdirilib. Yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib.  Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum reallaşdırılıb. Vergilər Nazirliyi sahibkarlığın formalaşması, inkişafı və stimullaşdırılmasını yaxşılaşdırmaq üçün sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasına baxmayaraq, operativ vəziyyətə nəzarət edir. Belə ki, 2015-ci ildə səyyar vergi yoxlaması üzrə açılmış qərarların sayı 4704 olduğu halda, 2016-cı ildə bunların sayı 2034 olub ki, bu da səyyar vergi yoxlama qərarlarının sayının təxminən 2,3 dəfə azaldılması deməkdir. 2015-ci ildə 39066 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək, 38190 akt tərtib edildiyi halda, 2016-cı ildə 4743 akt tərtib edilib. Bütün bu yoxlamalar ölkədə sosial-iqtisadi inkişafın əsası olan innovasiyalı sahibkarlığın formalaşmasına, inkişafına və stimullaşdırılmasına tam şərait yaratmaqla sahibkarlıq subyektlərilə “partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi” prinsipidir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi sahibkarlıq subyektləriylə partnyorluq subyektlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçirilməsi və dəqiqləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin göstərilməsi əsas götürülür. Bu məqsədlə beynəlxalq təcrübədən faydalanmaqla vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipi əsasında innovativ yeniliklərə söykənən fərdi və sürətli ünvanlı xidmətlər sisteminin tətbiqi qərara alınıb. Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir.  17 iyul 2017-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirmiş, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məhsuldarlığının artırılmasına bir daha zəmin yaratmışdır. 

(ardı var...)

Hacıyev Fazil,

Azərbaycan Dövlət İqtisad Universitetinin

“Mühasibat uçotu və audit” kafedrasının i.e.d., prof.