Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan İqtisadçlar İttifaqı ADPU-da tədbir keçirmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına Azərbaycan İqtisadçılar İttifaqı aktual mövzuda layihə icra edir. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə “İnsan kapitalının inkişaf etdirilməsi” strateji hədəfinin təşviqi tədbirləri” adlanan bu lahiyənin icrası uğurla davam edir. Layihə çərçivəsində 18.10.2017-ci il tarixdə ADPU-nun pedaqoji fakültəsində tələbə və pedaqoji kollektivin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə layihə eksperti ADPU-nun dosenti İlham Əhmədov məruzə ilə çıxış etmişdir.
Məruzəçi çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə dair bu sözləri ilə başladı: “Uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdır. …İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”.
Məruzəçi qeyd etdi ki, “Azərbaycan Respublikası milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə strateji hədəf kimi insan kapitalının inkişaf etdirilməsi bu baxımdan təsadüfi olmayıb, dövlətin uzunmüddətli strateji məqsədlərindəndir. Daha sonra insan kapitalı termininin izahını verən məruzəçi qeyd etdi ki, insan kapitalı insanın cəmiyyətdə özünü tam realizə etmək və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün biliyinin, bacarığının, əlaqələrinin, peşəkarlığının cəmidir. Bu, intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək və keyfiyyətli həyat şəraitidir. İlk dəfə termin Teodor Şuls tərəfindən işlədilib, sonradan davamçısı Heri Bekker tərəfindən inkişaf etdirilib. İsbat edilib ki, insan fəaliyyətinə effektli iqtisadi baxış çox vacibdir. İlk dövrdə insan kapitalı dedikdə, insana sərf edilən investisiya başa düşülürdü. Sonradan anlayış genişləndirildi, bura insanın istehlak xərcləri - ailəsinə çəkilən xərc, təhsil, səhiyyə xərcləri, mədəni tələbləri aid edilməyə başlandı. Bu sahəyə dövlətin də xərcləri aid edilir. İnsan kapitalı əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır. Buna nail olmaq üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur.
Bunu əsas tutaraq, Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçiriləcək islahatların ayrılmaz tərkib hissəsi kimi, insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər hərtərəfli dəstəklənəcəkdir. Bu, iki səviyyədə təmin ediləcəkdir: 1) insan kapitalının formalaşması və inkişafı üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi; 2) əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının, araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması.
Məruzəçi qeyd eimişdir ki, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində əsas strateji hədəflərdən olan “İnsan kapitalının inkişaf etdirilməsi” məsələləri bu gün bütün ölkələr üçün aktualdır. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi mərhələsində insan kapitalı amili xüsusi ilə mühüm rola malikdir. İnsan kapitalının inkişafı isə təhsildən, onun keyfiyyətinin təmin edilməsindən daha çox asılıdır.
Milli strategiyada insan kapitalının inkişafı strateji hədəf kimi iki prioritetdən ibarətdir: prioritet 1. Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi; prioritet 2. Əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması. Bu səbəbdən 2017-ci il ölkəmizdə “Təhsildə keyfiyyət ili” kimi qeyd edilir.
Məruzənin sonunda tədbir iştirakçıları – fakültənin dekanı prof. F.Rüstəmov və tədbirin digər iştirakçıları müzakirə edilən məsələ ilə əlaqədar öz fikir və təkliflərini bildirmiş, belə maraqlı mövzunun layihə çərçivəsində həyata keçirildiyi üçün təşkilatçılara - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan İqtisadçılar İttifaqına minnətdarlıq bildirmiş, maraqlı məruzə üçün təhsil eksperti İham Əhmədova təşəkkür etmişlər.