Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Regionların inkişaf siyasətinin uğurlu nəticələri

 

Regionların sosial-iqtisadi inkişafı ölkəmizin uğurlu inkişafından xəbər verir. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları nəticəsində bu gün bütün rayonlarda inkişaf, tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini tapır və işsizlik çox aşağı səviyyəyə düşüb.
Son illərdə görülən tədbirlər nəticəsində işsizliklə bağlı daha da önəmli addımlar atılır və insanların məşğulluğu artır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq, gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq”.
Məlum olduğu kimi, Azərbaycanın bütün bölgələrində aqrar sahələr inkişaf edir. Çünki bu gün kənd təsərrüfatının inkişafı həm respublika, həm də bölgələr üçün böyük əhəmiyyət daşıyır. Məhz bu səbəbdən son illər ərzində bölgələrdə yaradılan aqroparkların, fermer təsərrüfatlarının, istixanaların sayı xeyli artmışdır. Rayonda ticarətin nümunəvi təşkili üçün lazimi şəraitin yaradılması məqsədilə əsaslı işlər görülür. Daha müasir ticarət xidməti təşkil etmək məqsədilə sahibkarlar və iş adamları tərəfindən müasir tələblərə cavab verən ticarət və məişət xidməti obyektləri tikilir. İaşə obyektlərində, ərzaq və sənaye mağazalarında monitorinqlər aparılır, vaxtı keçmiş, köhnə məhsulların satışı dayandırılır, cavabdeh şəxslərin məsuliyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. Rayon büdcəsinin gəlirlər hissəsi 2 milyon 813 min manata qarşı 2 milyon 826 min manat icra olunmuşdur. Fiziki şəxslərdən gəlir vergisi 100,1 min manat, hüquqi şəxslərdən mənfəət vergisi 66 min manat, əmlak vergisi 141,4 min manat, dövlət rüsumu 33,8 min manat, sadələşdirilmiş vergi 99 min manat nəzərdə tutulduğundan artıq icra edilmişdir.
Bu gün inkişaf proqramı dağlıq Şirvan iqtisadi rayonlarında uğurla həyata keçirilir. O cümlədən, bu, İsmayıllı rayonunda da hiss olunur. Rayonda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə əhəmiyyətli müəssisələrin sayı genişlənir və həmin müəssisələr uğurla fəaliyyət göstərir. İsmayıllı rayonunda “Buta-qrup” şirkəti, Aqropark və Keyvəndi kəndində inşa edilən heyvandarlıq kompleksi kimi müəssisələr xüsusi yer tutur. Məlumat üçün qeyd edək ki, rayonun inzibati ərazisi daxilində olan 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 50895 hektarı örüş, 1800 hektarı çoxillik əkmələr, 2427 hektarı biçənək, 351 hektarı dincə qoyulmuş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir.
“Buta-qrup” şirkəti
“Buta-qrup” MMC 2013-cü ildən İsmayıllı rayonunda fəaliyyət göstərir. Kürdmaşı kəndi ərazisində yerləşən aqroparkın 200 hektar torpaq sahəsi var. 100 hektar sahədə taxıl əkini başlayıb, bunun 70 hektarı buğda, 30 hektarı isə arpadır. Qeyd edək ki, 2018-ci ilin yazında qarğıdalı və ya kartof əkilməsi planlaşdırılıb.
Bundan əlavə, gələn il aqroparkın əkin sahəsinin yaxınlığında bağçılıq təsərrüfatı da yaradılacaq. Müxtəlif meyvə ağaclarından ibarət bağ 14 hektar sahəni əhatə edəcək.
Hazırda aqroparkda 14 nəfər işçi çalışır və ümumilikdə, 50 nəfərin işləməsi nəzərdə tutulmuşdur. Mövsümi işlərdə isə orta hesabla 350-400 nəfərin işlə təmin olunması proqnozlaşdırılır. Aqroparkın İsmayıllı rayonunda fəaliyyətə başlaması ətraf kəndlərdə yaşayan sakinlərin məşğulluğunun təminatına da müsbət təsir göstərir. Üstəlik, perspektivdə tərəvəzçiliyin intensiv inkişafı da var. Bu da əlavə iş yerləri deməkdir.
İnfrastrukturun yaradılması ilə bağlı 50 metrlik işıq xətti çəkilmiş və 600 kva-lıq transformator qurulmuş, ərazinin yaxınlığından keçən kanaldan su xətti çəkilmiş və 100 ha sahənin suvarılması üçün pivot quraşdırılmışdır.
Aqroparkda görülən işlərin yaxşılaşdırılması məqsədilə 21 ədəd texnika alınmış və 6 ədəd texnika “Aqrolizinq” ASC-yə sifariş edilmişdir.
Ərazidə 3 min tonluq soyuducu anbarın və paketləmə sahəsinin tikintisi başa çatmışdır. Tikintisi başa çatmış ərazidə avadanlıqların quraşdırılmasına və eyni zamanda, inzibati binanın və texnikaların saxlanması üçün talvarın tikintisinə başlanmışdır.
Onu da qeyd edək ki, yaxın perspektivdə respublikanın ayrı-ayrı bölgələrində 40-dək iri aqroparkın yaradılması nəzərdə tutulub.
Keyvəndi kəndində inşa edilən heyvandarlıq kompleksi
Keyvəndi kəndində “Azza- Agro” tərəfindən inşa edilən 1500 başlıq heyvandarlıq kompleksinin tərkibində ferma, sağım sexi, doğum bloku, inzibati bina (ofis, yeməkxana, yataqxana) mövcudur. Müəssisə istehsala başlayacağı halda burada 120 nəfər işçi çalışacaqdır. İnvestisiya dəyəri 6 milyon manatdır.
Ferma 600 baş südlük inəklər üçün nəzərdə tutulub. 300 başlıq tövlənin tikintisi yekunlaşıb, avadanlıq quraşdırılıb.
İnzibati bina (ofis, yeməkxana), qonaqlar və gələn mütəxəssislər üçün yaşayış evi tam hazırdır.
10 ton gündəlik süd emal edən müəssisə, yəni sağım sexi, gündəlik istehsal gücü 2,5 ton olan kəsim və 1 ton ət emalı sexindən ibarət olacaq müəssisədə doğum bloku yekunlaşır və avadanlıq quraşdırılıb.
Alınan avadanlıqlar İsveçrənin “Delaval” şirkətinin istehsalıdır.
Kompleksə “Holshtin friz” cinsindən olan inəklərin gətirilməsi nəzərdə tutulmuşdur.
Heyvandarlıq kompleksinə yol infrastrukturunun yaxşılaşdırılmasından ötrü yol çəkilişi işləri davam etdirilir, qısa müddətdə yol asfalt örtüklə örtülərək, bordurlar qoyulacaqdır.
Kompleksə su çəkilişi işləri və anbarın tikintisi davam etdirilir.
Qüvvətli yem hazırlamaq üçün yerli istehsal olan “Asena” şirkətindən yem sexi avadanlığı alınıb və bu yaxınlarda quraşdırılacaq. Texnika üçün qaraj ve iritonnajlı (60 ton) tərəzi quraşdırılıb. Texnikanın böyük hissəsi Almaniya və Hollandiya istehsalıdır (traktor, kombayn, kotan, diskli mala, kübrə və toxumsəpən aqreqat və s.).
Hal-hazırda inəklər üçün arpa və yoncadan senaj hazırlanıb və Almaniya istehsalı olan “Bock” şirkətinin qoruyucu plyonkaları ilə örtülüb. Bu yaxınlarda kompleksin ferması da açılacaq.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır.

 

Nailə CABBAROVA