Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın müasir sosial-iqtisadi inkişafının təhlili perspektivləri

 

XXI əsrdə ölkəmiz qarşısında duran ən qlobal problemlərdən biri sosial-iqtisadi inkişafın yaxşılaşdırılmasıdır. Belə ki, son on il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunmuşdur. Bunların da əsas səbəbi Azərbaycanda davamlı inkişafın təmini üzrə böyük iqtisadi layihələrin həyata keçirilməsidir. İqtisadiyyatın innovasiya yolu ilə inkişafı innovasiyanın təşviqi probleminin həlli, innovativ sahibkarlığın formalaşması və inkişafı, əsaslı islahatlar və bu sahədə kadr çatışmazlıqlarının aradan qaldırılması ilə bağlıdır. Burada ən başlıca səciyyəvi cəhət odur ki, Azərbaycan Respublikasının gələcək inkişafı mühüm dövlət proqramı olan “Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”ndə öz həllini tapacaqdır.
Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi uğurlar nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz əksini tapıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nda Azərbaycan 138 dövlət arasında 35-ci yerdədir (MDB ölkələri sırasında isə 1-ci yerdə). Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2018” hesabatında isə ölkəmiz 57-ci pillədə qərarlaşıb. Bu hesabatda Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə “Biznesə başlama” göstəricisi üzrə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.
2017-ci il yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında vurğulamışdır ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf etmiş, rəqabətədavamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regiondakı sürətli inkişaf davam etdiriləcəkdir.
Bu sürətli inkişafı davam etdirmək üçün Azərbaycanın 2014-2023-cü illərdə sosial-iqisadi inkişaf konsepsiyası qəbul edilmişdir. Həmin konsepsiyaya görə, 2014-2023-cü illərdə respublikamızda ÜDM 2,0 dəfə artmalıdır. Eyni zamanda, respublika iqtisadiyyatının və onun ayrı-ayrı sahələrinin inkişafının yol xəritəsi hazırlanmışdır. Digər tərəfdən 2014-cü ildən başlayaraq Respublika Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatında dərin islahatlar həyata keçirilir. Sənayenin rəqabət qabiliyyətli və davamlı inkişafı üçün Sumqayıt, Mingəçevir, Salyan, Neftçala, Masallı, Bakı şəhərlərində müasir texnoparklar, sənaye zonaları yaradılır, regionlarda aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin inkişafının sürətləndirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilir.
Hazırda ölkədə strateji yol xəritələrinin gerçəkləşdirilməsi istiqamətində geniş miqyaslı tədbirlərin həyata keçirilməsinə başlanmışdır. 06 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyq edilir ki, əsası Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzumüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə, əsas sosial-iqtisadi göstəricilər üzrə mühüm nailiyyətlər əldə olunmuşdur. (cədvəl 1)
Cədvəldən göründüyü kimi, son illərdə ölkə üzrə müasir sosial-iqtisadi inkişafın indiqatoru olan ümumdaxili məhsulun ümumi həcmində dinamik artım nümayiş edilmişdir və 2016-cı ildə 2015-ci ilə nisbətən artmışdır. Lakin ölkə üzrə ixracın dinamikasında müsbət dəyişiklik əldə edilməmişdir. Bu, mövcud qiymətlərlə bağlı olmuşdur. Bütün bunlar onu göstərir ki, ölkədə hələ də istifadə olunmamış daxili ehtiyatlar mövcuddur.
Hazırda ölkənin sosial-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasında müasir sənayenin inkişafının rolu böyükdür. Belə ki, respublikada sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30% üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatlarına görə, Azərbaycan Avropada sənayenin ümumdaxili məhsuldakı payına görə ilk yerlərdən birini tutur. Bu inkişafın sürətləndirilməsinin vacibliyi strateji yol xəritəsində bir daha öz təsdiqini tapmışdır. Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
Bu mühüm sənəddə bildirilir ki, əsas müddəaları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı son on ildə sürətlə inkişaf etmiş, iqtisadiyyatın diversifikasiyası neft amilindən asılılığı azaltmış, iqtisadi artımda qeyri-neft sektorunun payı yüksəlmişdir. 2008-ci ildən başlayaraq dünyada gedən iqtisadi proseslər yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının dinamik inkişafını və innovasiyalı iqtisadiyyatın lokomativi olan insan kapitalından səmərəli istifadəni gerçəkləşdirmək istiqamətində islahatların daha da dərinləşdirilməsini zəruri etmişdir. Bununla əlaqədar ölkə iqtisadiyyatının prioritet sektorlarının, beynəlxalq məsləhətçilər də cəlb olunmaqla, hərtərəfli təhlili nəticəsində sahəvi yanaşmanın tətbiqi və müvafiq sahələr üzrə spesifik təkliflərin hazırlanması üçün radikal iqtisadi islahatlar əsasında ardıcıl işlər görülmüşdür. Bu isə formalaşmaqda olan sənaye potensialının strateji yol xəritəsinin hədəflərinə uyğun qiymətləndirilməsinə imkan verir.
Hazırda sənaye potensialının əsası olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn” Zavodu 2013-cu ildə fəaliyyətə başlayıb və burada 750 nəfərdən çox işçi çalışır. Artıq zavodda istehsal olunan məhsulun yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən “MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən “Alco Lubricant Company”, pestisid və aqrokimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan” müəssisələri fəaliyyət göstərir. 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer”, ferrorintlər istehsal edən “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur. SKSP-yə yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda 2 müəssisənin sənaye parkına rezident qəbul olunmaq barədə müraciətinə baxılır.
Balaxanı Sənaye parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan irihəcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılmışdır. Artıq bu sənaye parkı Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bu isə sənaye potensialının strateji yol xəritəsinin tətbiqi şəraitində artırılmasına tam imkan yaratmış olacaqdır.
Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye zonasında 5 müəssisə - karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd təsərüffatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Limited” və balıq yemi istehsal edən “Kəhf” şirkətləri, avtomobil istehsal edən “Azeurocar” fəaliyyətə başlamağı planlaşdırır. Digər layihələrin icrası istiqamətində işlər görülür.
Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 13 iyun tarixli sərəncamı ilə yaradılmış Masallı Sənaye Zonasının təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların sənaye zonasına marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Bununla yanaşı, Ağstafada özəl təşəbbüs əsasında yaradılmış sənaye zonası fəaliyyətə başlayıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, digər rayonlarda da sənaye zonalarının yaradılması istiqamətində iş aparılır.
2016-cı ildə dövlət başçısı tərəfindən təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Parkda yerləşən zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq.
Qaradağ Sənaye Parkının rezidenti - Bakı Gəmiqayırma Zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri, ümumilikdə, dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. 2016-cı ildə zavodda hər biri 80 sərnişin tutumuna malik “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmiləri istismara verilib. İndiyədək isə müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilib. Həmçinin, zavod 6-cı nəsil yarımdalma qazma qurğusunun pantonlarının inşasını başa çatdırıb və sifarişçiyə təhvil verib. Zavodun ən böyük cari sifarişi isə BP şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir.

(davamı gələn sayımızda)

 

Hacıyev Fazil,

Azərbaycan Dövlət İqtisad Universitetinin

“Mühasibat uçotu və audit” kafedrasının i.e.d., prof.