Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

LAHIC AZƏRBAYCAN XALQININ TARİXİ MƏDƏNİ DƏYƏRLƏRİNİ

MÜKƏMMƏL BİÇİMDƏ TƏQDİM EDƏN UNİKAL MƏKANDIR

 

Son illər baş verən xoşagəlməz hadisələr, ölkələri ağuşuna almış iqtisadi və maliyyə böhranları, terror, müharibələr qlobal aləmdə ciddi narahatlıqlar doğurub. Dünya birliyinin üzvü olaraq Azərbaycan Respublikası mövcud vəziyyətlə əlaqədar adekvat tədbirlər görür, islahat proqramları həyata keçirir. Böhranlar bütün dönəmlərdə olub. Əsas məsələ odur ki, böhrandan sonrakı dövr üçün strateji xətt və hədəflər düzgün müəyyən edilsin və situasiyalara uyğun konkret addımlar atılsin. Məhz cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən konseptual proqramlar nəticəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyasının dərinləşdirilməsi təmin olunmuş və bütün sahələrdə artım dinamikası özünü göstərmişdir. Prioritetlər sırasında turizmin inkişafı da özünə yer almışdır. Dövlət başçısı bəyan etmişdir ki, təbii-coğrafi imkanlarına görə Azərbaycanda turizm sahəsində ciddi uğurlar əldə etmək olar. İqtisadi diversifikasiya strukturlarında turizmin özündə də şaxələnmə prosesi gedir.
Artıq turizmin bir sıra növləri – dağ turizmi, kənd turizmi, ekoturizm, aqroturizm kimi yeni növlər formalaşıb. Bu növlərin hər biri üzrə Azərbaycan böyük potensiala malikdir. Mavi gözlü Xəzərdən tutmuş, Şahdağa, Kəpəzə, Böyük Qafqazın ətəklərinə qədər hər yan əsrarəngiz və füsunkar məkanlardır. Belə gözoxşayan, axarlı-baxarlı guşələrdən biri də İsmayıllı rayonudur. Lahıc qəsəbəsindən, onun tarixi keçmişi, bugünü və gələcəyi barədə söhbət açacağıq. Öncə onu deməliyik ki, ecazkar tarixi məkanlardan söhbət düşəndə İlisu, Xınalıq, Dəmirçi, Qobustan, Lahıc və digər məkanlar göz önünə gəlir. Çağdaş dönəmdə turizm baxımından belə ərazilər müstəsna əhəmiyyət kəsb edir. Bu mənada onların mükəmməl ölçü-biçimə gətirilərək, dünyaya təqdim edilməsi olduqca vacibdir. Lahıcın tarixi bizi erkən orta əsrlərə çəkib aparır. Belə ki, Lahıc Girdiman vilayətinin mühüm yaşayış məntəqəsi olmuş, sonralar isə Layzan şahlığının inzibati-siyasi mərkəzi, həm də Girdiman feodallarının yay iqamətgahı kimi tanınmışdır.
Lahıc bu gün, sözün əsl mənasında, açıq havada muzeydir. İnsan toplumlarının yer kürəsinə xaotik şəkildə səpələndiyi, primitiv həyat və məişət tərzi keçirdiyi dönəmlərdə Lahıcda yüksək şəhərsalma mədəniyyəti olmuşdur. Daş döşənmiş küçə və meydançalar, yağıntıların küçələrdə relyefə uyğun şəkildə tənzimlənməsi, uzun illər qüsursuz işləyən kanalizasiya şəbəkəsi, mükəmməl su təchizatı sistemləri insanı heyrətə gətirir. Avropada belə infrastruktur bir neçə əsr sonra - XVI-XVII əsrlərdə yaranmışdır. Həm də bunları mühafizə edib saxlamaq o qədər də asan olmamışdır. Hücumlar, müharibələr, talanlar Lahıca da ziyan vurmuş, zaman-zaman maddi mədəniyyət abidələri, ərazilər dağıntılara məruz qalmışdır. Ancaq nə qədər çətin yollardan keçsə də, o, yer üzündən silinib getməmişdir. Lahıc ərazisi iki mühüm hissədən ibarətdir: Ərəgit və Lahic. Onları bir-birindən Lülo çayı ayırır. Ərgət özü iki hissəyə bölünür: aşağı məhəllə və yuxarı məhəllə. Yuxarı məhəllədən oxumuş, savadlı adamlar çox çıxdığına görə, buraya ziyalılar məhəlləsi deyirlər. Lahıcda 7 məhəllə var: Zəvəro, Muradan (Muradlılar), Ağalı, Bəədxan, Piştə (Arxa), Dərhəsən və Dulus. Lahıc məhəllələrindən hər birinin spesifik xüsusiyyətləri, döngələri, dalanları, bulağı, məscidi, hamamı, dəyirmanı və mədrəsəsi olmuşdur. Həm də bu küçələrin hər birində müxtəlif sənət növləri ilə məşğul olan sənətkarlar yaşamışlar. Məsələn, Zəvvəro məhəlləsində dabbaqlar, Muradan məhəlləsində dəmirçilər, Bəədxan məhəlləsində başmaqçılar, Ağalı məhəlləsində misgərlər, Dulusçular məhəlləsində isə ən çox saxsı qablar hazırlayan sənətkarlar yaşayıblar.
Lahıcın tikililəri büsbütün daşdan olub. Evlər iki mərtəbəli, hətta üçmərtəbəli tikilib, həyətlər çox da geniş olmayıb. Lahıcdan olan sənətkarlar zaman-zaman Azərbaycanın digər əyalətlərinə köçərək, həmin yerlərdə misgərlik, dəmirçilik, dulusçuluq və s. sənət növlərini geniş yaymışlar.
Hətta Lahıc adı ilə bəlli olan yaşayış məntəqələri və məhəllələri də yaranmışdır. Zaqatala və Göygöl rayonlarındakı Lahıc kəndlərini buna misal çəkmək olar. Lahıc əsrlər boyu Şirvanın çox mühüm sənətkarlıq mərkəzlərindən biri olub. Tarixi mənbələr göstərir ki, X-XI əsrlərdə burada sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatıb. Ayrı-ayrı mənbələrin və müəlliflərin məlumatlarına görə, Lahıcda misgərlik, dəmirçilik, dabbaqlıq, silahqayırma, qalayçılıq, kömürçülük, dulusçuluq, xalçaçılıq, daşyonma, zərgərlik, bənnalıq, dülgərlik, papaqçılıq və s. kimi sənət növləri geniş yayılmışdır. Bu qədər sənət növlərinin kiçik bir məkanda cəmləşməsi təəccüb doğurmaya bilməz. Lahıcda insanların 127 növ sənətlə məşğul olduğu məlumdur. Lakin bununla yanaşı, Lahıcda əkinçilik, heyvandarlıq da inkişaf etmişdir.
XIX əsrin 60-70-ci illərində Lahıcda yaşayan 6915 nəfərin 1000 nəfəri ancaq misgərliklə, 1454 nəfəri isə digər sənət növləri ilə məşğul olmuşlar. Misgərlik üçün mis Gədəbəyin mis mədənlərindən və Borçalı mahalından gətirilirdi.
Məlumatlara görə, Lahıcın mis qablarına qonşu ölkələrdə böyük tələbat var idi. 1836-cı ilin mənbələrinə görə, Lahıc qabları ilə bütün müsəlman əyalətləri, Tiflis, Dağıstan, Türkiyə və İran təmin olunurdu.
Mis qabların satışı ilə məşğul olan tacirlər el-el, oba-oba gəzərək həmin məmulatları satırdılar. Lahıcın əhalisi misgərliklə yalnız əkinçilikdən boş qalan vaxtlarda yox, bütün il boyu məşğul olurdular. Burada hər bir misgərin kiçik fabrikə oxşayan dükanı var idi. Lahıcda həm müdafiə, həm də hücum xarakterli silahların istehlakı geniş yayılmışdı. Rus mənbələrinin 1832-ci ilə aid məlumatlarında göstərilir ki, Lahıcda 8 silah zavodu olmuşdur. Bu zavodlarda ordu silahlarının, xəncər və pistoletlərin ən yaxşı nümunələri hazırlanırdı.
Lahıc bir neçə əsr ərzində Azərbaycanın mühüm sənətkarlıq mərkəzlərindən biri olub. Lahıc sənətkarlarının və ustalarının şanı-şöhrəti hər yana yayılmışdı. Buranın misgərləri, xalçaçıları, silahbazları xarüqələr yaratmışlar. Onların yaratdıqları sənət nümunələri Azərbaycan tarixində özünə dəyərli yer tutur, öyrənilməyə, tədqiq edilməyə layiqdir.
Lahıc ustalarının tarixin müxtəlif dönəmlərində yaratdıqları sənət inciləri bədii-texniki və sənətkarlıq vəziyyətlərinə görə yüksək qiymətləndirilib, muzeylərin və şəxsi kolleksiyaların bəzəyinə çevrilib.
70-ci il Sovetlər Birliyində başqa sahələrdə olduğu kimi, Azərbaycanın da tarixi-mədəni abidələrinə qısqanclıqla yanaşılıb, bərpa-rekonstruksiya işlərinin aparılmasına icazə verilməyib, bu axında qədim Lahıc da inkişafdan kənarda saxlanılıb. Lakin milli-mənəvi dəyərlərin arxa plana keçirilməsinə yönəlik tədbirlərin heç biri fayda vermədi, Lahıc tarix səhnəsindən silinmədi və özünü bugünkü nəsillərə mükəmməl biçimdə çatdıra bildi.
Yalnız 90-cı illərin əvvəllərində Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra milli-mənəvi dəyərlərimizə sahib olmaq imkanı qazandı. Bu isə o qədər də asan başa gəlmədi. Müharibə, xaos, daxili çəkişmələr, hakimiyyət hərisliyi nəinki milli dəyərlərimizi, hətta yenicə qazanılmış istiqlalımızı itirmək vəziyyətinə gətirib çıxardı. Lakin nicat yeri qalmışdı. Xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə dəvət olunan ulu öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi sayəsində dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Bununla da milli-mənəvi dəyərlərimiz də, tarixi abidələrimiz də özümüzə qaytarıldı. Tarixin yadigarı olan abidələr, binalar, məscidlər, ziyarətgahlar, emalatxanalar bərpa olunmağa, yenidən qurulmağa başlandı. Ulu öndərin ideya baxışlarını, görmək istədiyi işləri tükənməz enerji və yaradıcılıqla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin sosial-iqtisadi və mədəni həyatında tarixin heç bir dönəmində misli-bərabəri olmayan köklü islahatlara başladı. Azərbaycanın hər bir bölgəsi Dövlət Proqramları çərçivəsində tikinti-quruculuq meydanına çevrildi.
Son on iki il ərzində maddi mədəniyyət abidələrimizə ikinci həyat bəxş edildi və bu istiqamətdə işlər davam etdirilir. Bu sırada qədim Lahıc da xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Bu gün Lahıc qonaqlı-qaralıdır, buraya təşrif buyuran turistlərin sayı ilbəil artır. Bununla bərabər, qarşıda çox ciddi vəzifələr durur. Lahıc və digər unikal, möcüzəli məkanlarımız qlobal anlamda tanınmış turizm mərkəzinə çevrilməlidir. Bu isə regionların yüksəlişi, əhalinin firavan həyatı, doğma Azərbaycanımızın şöhrəti və qüdrəti deməkdir.

 

ZÜLFÜ İLYASOV,
bölgə müxbiri,
İsmayıllı rayonu