Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Şamaxı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Bu ilin oktyabr ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şamaxı və Qobustan rayonlarına səfəri, bir sıra sosial infrastruktur obyektlərinin, avtomobil yollarının açılışında iştirak etməsi, ictimaiyyətin nümayəndələri ilə görüşməsi və fikir mübadiləsi aparması yerli əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Şamaxı rayonunda nəzərəçarpacaq yüksəliş və inkişaf baş vermişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev «Şamaxı su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması» çərçivəsində görülən işlərlə tanış olub. Bu layihə Şamaxı şəhərində 41 min nəfərin içməli su və kanalizasiya sistemindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2010-cu ildən başlanılıb. Birinci mərhələdə Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı saatda 120 litr olan drenaj tipli suqəbuledici qurğu, həcmi 1000 kubmetr olan iki anbar, bir su nasos stansiyası tikilib, su mənbəyindən anbara qədər 3,4 km kəmər çəkilib.
Layihənin 2012-ci ildə başlanan ikinci mərhələsində ümumi tutumu 7000 kubmetr olan 4 anbar inşa edilib, şəhərə 8,8 km uzunluğunda su kəməri çəkilib, 134 km-lik içməli su şəbəkəsi yaradılıb, 8300 ünvana birləşmə verilib və sayğaclar quraşdırılıb. Layihənin sonuncu mərhələsində isə məhsuldarlığı sutkada 10 min kub metr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilərək istifadəyə verilib. Alternativ su mənbəyinin yaradılması da nəzərdə tutulub. Bu məqsədlə artıq Ağsuçayın məcrasında subartezian quyusunun, nasos stansiyasının və Şamaxı şəhərinə 22 km-lik magistral kəmərinin inşasına başlanılıb. Ölkə üzrə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq 45 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur ki, indiyədək 21 rayonda su, 8 rayonda isə kanalizasiya sistemlərinin yenidən qurulması yekunlaşdırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, respublikamızın nəqliyyat-yol infrastrukturu yenidən qurulur. Oktyabr ayının 2-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə uzunluğu 8 kilometr olan Pirqulu-Dəmirçi avtomobil yolunun əsaslı təmirdən sonra açılışı həyata keçirilib. Şamaxı rayonunun dağlıq ərazisində yerləşən bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirəcək, yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq. Həmçinin, cənab prezident Şamaxı-Pirqulu yolunun açılışını edib. Bu, çox böyük layihədir, böyük həcmdə investisiya qoyulub, 53 km uzunluğunda 16 kəndi birləşdirir. Hazırda Bakı-Şamaxı magistral yolu 4 zolağa genişləndirilir və çox rahat bir yol olacaqdır. Cənab prezident yeni avtomobil yollarının açılışını edərkən həmin yolların üstündə bir çox istehsal və emal infrastrukturunun yaradıldığını dilə gətirərək demişdir: «Şamaxıda çəkilən yeni yolların üzərində yeni aqroparklar salınır. İndi mənə verilən məlumata görə, Şamaxı rayonunda üç aqropark fəaliyyətə başlayıb. Aqroparklarla bağlı bizim siyasətimiz artıq bəyan edilib, ölkəmizdə 37 aqropark yaradılır».
O, qeyd etmişdir ki, özəl sektora kreditlər, texnika verilir. Şamaxıda yaradılan aqroparkların ərazisi 20 min hektara yaxındır. Burada kənd təsərrüfatı məhsulları istehsal ediləcək, həm bolluq yaranacaq, yeni iş yerləri açılacaq, həm də ixrac imkanları genişlənəcəkdir.
Ölkəmizdə işgüzar fəallığın yüksəldilməsi, qeyri-neft sektorunun inkişafı, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun təmin edilməsinə etibarlı təminat yaradılıb. Cənab Prezident İlham Əliyevin aqrar bölmənin müasir texnologiyalar müstəvisində inkişaf yoluna çıxarılmasına yönəlik siyasəti öz bəhrəsini verməkdədir. Bu siyasət həm də kənd təsərrüfatı məhsullarının istehsalını və ixracını artırmaq hədəfini özündə ehtiva edir. Şamaxı rayonunda əhalinin əksər hissəsi heyvandarlıq və bitkiçiliklə məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm, meyvə istehsalı üstünlük təşkil edir.
Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri sayılırdı. Sovet İttifaqı çökdükdən sonra, 90-cı illərdə başqa sahələr kimi, üzüm bağları da sıradan çıxdı. Hazırda bu gəlirli sahənin yenidən dirçəldilməsi dövlətin diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən «2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı» bu sahənin inkişafında müstəsna rol oynadı, üzümçülüklə məşğul olan sahibkarlıq subyektlərinə güclü stimul vermiş oldu. Bu gün rayonda üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Bağlardan cari mövsümdə 14 min ton üzüm yığılması gözlənilir. «Az.Qranta» MMC Şamaxıda üzümçülüyün inkişafı sahəsində xeyli iş görüb, 2016-cı ildə «Az.Qranta»nın bağlarından 3 min ton üzüm yığılıb.
Ərazilərin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntının miqdarı, temperatur göstəriciləri və torpaq xüsusiyyətləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsini şərtləndirən amillərdir. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli tinglər gətirilib və zəruri texnikalar alınıb.
Üzüm tingləri, əsasən Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən «Şardane», «Cabame», «Cabame-Frans», süfrə üzümlərindən «Prima», «Cardinal», «Sultaniye», «Alfonz Lavalle», «Danuta» və s. kimi növləri misal çəkmək olar. 2015-2017-ci illərdə «Superrioz seedeless», «Qrimson Seedeles», «Red Qlobe» kimi yeni növlər gətirilərək bağlar salınmışdır. Kişmiş və əla şərab növü olan «Mədrəsə» kimi yerli növlər üzrə də məhsul istehsalı ilbəil genişləndirilir. Cari ildə texniki üzüm sortu üzrə məhsuldarlıq 7-8 ton, süfrə üzümünün hər hektara məhsuldarlığı isə 15 ton olub. Növbəti ildə hədəf texniki sort üzrə hər hektara 10-12 ton, süfrə üzümü üzrə isə 17-18 ton məhsul əldə etməkdir.
2015-ci ildə süfrə üzümü yetişən bağlarda ən müasir sistemlər qurulub. Hazırda «Az.Qranata»nın üzüm bağlarında 254 nəfər işlə təmin olunub ki, bunun da 200-ü qadındır.
Süfrə üzümləri Bakı şəhərinin «Meyvəli» və «8-ci kilometr» topdansatış bazarlarına göndərilir, texniki sortlar isə emal üçün «Az.Qranata» MMC-yə təhvil verilir.
Son illər ölkəmizdə turizm ehtiyatlarının öyrənilməsi, turistlərin tələbatının dolğun şəkildə ödənilməsi, otellərin və digər turist obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində aparılan ardıcıl və davamlı tədbirlər real nəticələrini verməkdədir. Əsas məqsəd turizmi ölkə iqtisadiyyatının dayanıqlı və effektiv, həmçinin rəqabətə davamlı sahəsinə çevirməkdən ibarətdir. Şamaxı rayonunda da turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Şamaxıya səfəri zamanı Prezident İlham Əliyev demişdir: Şamaxı turizm imkanları böyük olan bir rayondur. Həm tarixi, dini abidələr var, yeni gözəl, ən yüksək səviyyəyə cavab verən otellər var. Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır. Bu da çox əhəmiyyətli hadisədir. Çünki inkişaf etmiş ölkələrdə belə parklar var. Dəmirçi kəndinin, – o da tarixi bir yerdir, bərpası da artıq öz həllini tapıb. Ona görə də Şamaxıda turizmin inkişafı sürətlə getməlidir. Şamaxının həm gözəl şəraiti, iqlimi, gözəlliyi, Bakıya yaxınlığı, həm də infrastrukturu, otellərin mövcudluğu bunu şərtləndirir».
Şamaxı rayonunun Dəmirçi kəndində turizm infrastrukturunun yenilənməsi, tarixi abidələrin bərpası və abadlıq-quruculuq işlərinin aparılması onun cəlbediciliyini və ecazkarlığını daha da artırır. Dəmirçi Şamaxı rayonunun ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Süneyçay olan kənddə dəmirçilik sənəti geniş yayılmışdır. Ona görə də kəndə Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək Yolunun kənarında yerləşən kənddə bir neçə karvansara olub. Sovet hakimiyyəti illərində bir çox abidələr dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasını qoruması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm vəzifələrdən biridir.
Dəmirçi kəndində görülən işlər bir neçə istiqamətdə həyata keçirilir və kompleks xarakter daşıyır. Qədim dini ocaqlardan biri olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin tapşırığı ilə bərpa edilib. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı cümə məscidində bərpa və yenidənqurma işlərinin aparılması qədim Şamaxının simasına xüsusi bir çalar və rəng qatıb.

 

Zülfü İLYASOV,
bölgə müxbiri, Şamaxı rayonu