Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Füzuli rayonu sosial-iqtisadi yüksəliş yollarında

 

Artıq 24 ildir ki, Füzuli rayonu ərazisinin bir hissəsi işğal altındadır. Lakin buna baxmayaraq, doğma yurd yerlərini heç kəs tərk etməyib, əksinə hər yanı coşğu və qələbəlik bürüyüb. Vaxtilə füzulililər yağı düşmən qarşısında 5 il canlı sipər çəkmiş, silahlı erməni quldurlarının basqı və həmlələrinə igidliklə, hünərlə sinə gərmişlər. Lakin sovet dövlətinin süqutu və bu zaman Azərbaycana rəhbərlik edən şəxslərin kobud səhvi və xəyanətkar hərəkətləri ölkəni başdan-başa xaos, anarxiya və özbaşınalıq girdabına atdı və bunun nəticəsində Füzuli rayonu işğal olundu. Yalnız ulu öndər Heydər Əliyev ölkəyə prezident seçildikdən sonra Füzulinin üzünə günəş doğdu. 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalmış Füzuli rayonunun ərazisinin azad edilməsi uğrunda ölüm-itim savaşına başlandı və bu savaşda füzulililər böyük şücaət və qəhrəmanlıq göstərərək, 1994-cü ilin ilk günlərində 22 yaşayış məntəqəsini düşmən tapdağından tamamilə azad edə bildilər. Horadiz qəsəbəsi və Araz boyunca yerləşən yaşayış məntəqələri 4 aylıq işğaldan sonra geri qaytarıldı. Elə o vaxtdan başlayaraq dağıdılmış, viran edilmiş kəndlər, sosial obyektlər, təsərrüfatlar sürətlə bərpa olunmağa və əhali doğma yurd-yuvalarına dönməyə başladı. Bununla füzulililər tarixə hünər və qəhrəmanlıq səhifəsi yazdılar. 2004-cü ildən cənab Prezident İlham Əliyevin sərəncamları ilə qısa müddətdə rayon ərazisində 11 Qayıdış, 5 Zobucaq qəsəbəsi salındı. Hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq rayon sakini məskunlaşıb. Füzulidə yeni qəsəbələrin salınması, Horadizə şəhər statusunun verilməsi, sosial obyektlərin müasir tələblərə uyğun şəkildə qurulması rayonun simasını köklü şəkildə dəyişib.
Ölkə başçısının sərəncamlarına və tapşırıqlarına uyğun olaraq, yeni qəsəbələrdə məskunlaşmış əhalinin elektrik enerjisi, qazı, suyu, yol və digər ehtiyacları yüksək səviyyədə ödənilib. Rayondan kənarda yaşayan məcburi köçkünlər də hər cür dövlət təminatı ilə əhatə olunub. Onlara çörək pulu, işıq, qaz, su və təsərrüfatla bağlı güzəştlər çərçivəsində hər il 40 milyon manatdan çox yardım göstərilir. Tikinti-quruculuq və abadlıq işləri, güzəştli kreditlər, kənd təsərrüfatı subsidiyaları və digər yardımlar əlavə edilməklə dövlət tərəfindən Füzuli əhalisinə hər cür dəstək və yardım göstərilir. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsinə müsbət təsir göstərir, necə deyərlər, onlara qol-qanad verir. Son 13 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional proqramların icrası nəticəsində Füzuli rayonu üzrə nəzərdə tutulan tədbirlərin hamısı yerinə yetirilmişdir.
2010-cu ildə Müalicə Diaqnostika Mərkəzi tikilib istifadəyə verilmiş, Horadiz qəsəbəsində Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi öz qapılarını sakinlərin üzünə açmışdır. Dövlət Proqramları çərçivəsində son 5 ildə Füzuli rayonu bütün sahələrdə inkişaf və yüksəliş yoluna çıxmışdır. Bu gün rayon mərkəzi sayılan Horadizi tanımaq olmur. Şəhər gözəlləşib, müasirləşib, demək olar ki, tanınmaz dərəcədə dəyişib.
Son 5 ildə cənab Prezident İlham Əliyev Füzuliyə iki dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır. Dövlət başçısı 2012-ci dekabrın 11-də rayona səfəri zamanı Horadiz şəhərində Mədəniyyət evinin, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, 2 saylı tam orta məktəbin, YAP rayon təşkilatı inzibati binasının, Heydər Əliyev parkının, Dəmiryolu Vağzalının, Soyuducu Anbar Kompleksinin, Su Elektrik Stansiyasının açılışını etmişdir.
2013-cü ildə Polis və Təhsil şöbələrinin, MTN-in rayon şöbəsi­nin binaları tikilib istifadəyə ve­rilmişdir. 2014-cü ilin avqust ayının 28-də Füzuliyə növbəti səfəri zamanı Prezident İlham Əliyev Horadiz şəhərinin ən yük­sək nöqtəsində, 10 hektar əra­­zidə yaradılan Bayraq Meydanının, Boulinq zalının, tikiş fabrikinin, Füzuli RİH-nin inzibati binasının, uşaq bağçasının, Tarix-Diyarşünaslıq muzeyinin, Horadiz şəhərində işğal dövründə yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal binanın, Qəhrəmanlar parkının, bir neçə yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun açılışında iş­tirak etmişdir. Bu obyektlərin açıl­ması Füzuli rayonunun işğaldan azad olunmasının təntənəsi olmaqla rayonun tarixinə yeni səhifə yazmışdır. Bu, dövlətimizin gücünü, qüdrətini göstərir və düşmənə açıq mesaj verir ki, torpaqlarımızı tərk edib getsinlər, bunun başqa alternativi yoxdur, tez-gec biz özümüz bu missiyanı şə­rəflə, ləyaqətlə yerinə yetirəcəyik.
İşğal dövründə dağıdılmış və yandırılmış evlər mərhələli şəkildə yenidən bərpa olunur. Son dövrdə Alxanlı kəndində 50, Əhmədalılar kəndində isə 25 ev bərpa olunaraq sahiblərinin ixtiyarına verilib. Artıq evləri bərpa olunan ailələr öz isti ocaqlarına qayıtmış, uzun müddət çəkdikləri intizara son qoyulmuşdur.
Horadiz şəhərində işğal dövründə dağıdılmış 5 küçə yenidən bərpa olunmuşdur. Şəhərdə geniş yaşıllıq zolaqları yaradılmış, həmişəyaşıl ağaclar əkilmiş, park və xiyabanlar salınmışdır. Rayon ərazisində 20 mindən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3,5 min ədəd leylandra, 10 min ədəd eldar şamı, 25 min ədəd dekorativ kol, ümumilikdə 100 minə yaxın müxtəlif ağac və dekorativ kol əkilmişdir. Həmin ərazilərdə səliqə-sahman yaradılmış, abadlıq işləri görülmüş, suvarma sistemi və digər infrastruktur qurulmuşdur.
Dövlət başçısının sərəncamı ilə 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən 60 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur. Hazırda 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 25 kilometrlik yolun tikintisi davam etdirilir. Dövlət Proqramına uyğun olaraq son dövrdə rayonun 37 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Hazırda qaz çəkilişi davam etdirilir. Bu günlərdə 4-cü və 5-ci Qayıdış qəsəbələri təbii qazla təmin olunacaq. Bununla da rayonun 39 yaşayış məntəqəsinin hamısının qazlaşdırılması təmin ediləcək. Son 4 ildə Araz, Zəngər, Qarabağ, Gecəgözlü yatağı, Qazaxlılar kənd və 4-cü Qayıdış qəsəbəsində tam orta məktəb binaları tikilib istifadəyə verilmişdir. Əhmədbəyli kəndində 340 şagird yerlik musiqi təmayüllü gimnaziya istifadəyə hazırdır. Son 10 ildə 3860 şagird yerlik 23 yeni məktəb binası tikilmiş, 2180 şagird yerlik 12 məktəb binası ilə əsaslı təmir olunmuşdur.
Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Füzuli rayonunda bir sıra layihələr reallaşdırılıb. Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanımın diqqət və qayğısı hər yerdə hiss olunur.
2012-ci ildə Mehriban xanımın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan ikimərtəbəli, müasir məktəb binası tikilib istifadəyə verilib. Heydər Əliyev Fondunun dəstəyi başqa sahələrdə də özünü göstərir. Belə ki, 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şə­hərində 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli uşaq bağ­çası-körpələr evi tikilərə, öz qapılarını fidan balaların üzünə açmışdır. Heydər Əliyev Fondu füzulililərin bir arzusunu da gerçəkləşdirib. Belə ki, Horadiz şəhərində yeni salınmış Gənclər prospektində bölgənin tarixi keçmişini, maddi-mədəniyyət nümunələrini özündə əks etdirən Tarix-Diyarşünaslıq muzeyi tikilib istifadəyə verilib. Bunlar Heydər Əliyev Fondunun Füzuli rayonu ərazisində həyata keçirdiyi iri layihələrdir. Bununla bərabər, son illər ərzində fond tərəfindən işğaldan azad olunmuş ərazilərdə onlarla müxtəlif layihələr reallaşdırılıb.
Hazırda Füzulinin işğaldan azad olunmuş ərazilərində 65 mindən çox əhali yaşayır, Füzulidən olan 55 min məcburi köçkün isə respublikanın 50-dən çox şəhər və rayonunda məskunlaşıb. Ölkəmizdə həyata keçirilən irimiqyaslı sosial-iqtisadi inkişaf proqramları nəticəsində Füzulinin işğaldan azad olan kənd və qəsəbələri əsl tikinti-quruculuq meydanına çevrilib, yeni istehsal və emal müəssisələri açılıb, kənd təsərrüfatında yüksək inkişaf tempi əldə olunub.
Hazırda Horadiz şəhərində Statistika və Kənd Təsərrüfatı İdarələri, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binaları, Əhmədbəyli kəndində xəstəxana inşa olunur.
Füzulidə həyata keçirilən möhtəşəm tədbirlər düşmənin ov­qa­tını pozur, onlarda böyük təşviş və narahatlıq yaradır. Düşmən yaxşı dərk edir ki, tez-gec bu torpaqlardan qovulacaq. Bundan sonra doğma yurd yerlərimiz bəxtiyar günlərinə qovuşacaq. O gün çox da uzaqda deyil!

 

Zülfü İLYASOV,
bölgə müxbiri, Füzuli rayonu