Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Hədəfimiz məhsullarımızı dünya bazarında tanıtmaqdır

 

Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sahələrdən olan sənayenin inkişaf etdirilməsi məqsədilə son dövrlər ölkədə rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının daha da yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələrin icrası davam etdirilmiş, stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bunlardan ən əsası isə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarıdır.
Ölkə iqtisadiyyatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyan bu proqramların Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi həyata keçirilən genişmiqyaslı iqtisadi proseslərin tərkib hissəsidir. Sənaye sahələrinin yaradılması prosesində muxtar respublikanın da fəal iştirak etməsi ilk növbədə əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açır. Belə müəssisələrin yaradılmasında məqsəd həmçinin Naxçıvan Muxtar Respublikasında innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı yüksəlişini təmin etməkdir.
Hazırda ölkəmizdə qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə iri  sənaye müəssisəsi yaradılır, mövcud müəssisələrin inkişafına diqqət daha da artırılır. Bu baxımdan “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın da qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, inkişaf konsepsiyasında qarşıya qoyulmuş məqsədlərə nail olunmasında xüsusi rolu vardır. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi və s. kimi məqsədləri rəhbər tutan Dövlət Proqramında bu məqsədlərin həyata keçirilməsi üçün sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni sahələrin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması, sənaye zonalarının və klasterlərinin təşkili, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi kimi məsələlər prioritet olaraq müəyyənləşdirilmişdir.
“Gəmiqaya Holding”in tərkibində fəaliyyət göstərən Naxçıvan İnşaaat Materialları İstehsalı Kompleksi də Naxçıvan Muxtar Respublikasının qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən sənaye müəssisələrindəndir. Müəssisənin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksinin direktoru Yaşar Həsənzadə ilə söhbət etdik:
- Yaşar müəllim, əvvəlcə Naxçıvan İnşaaat Materialları İstehsalı Kompleksi haqqında məlumat verərdiniz.
- Regionun ən böyük holdinqlərindən biri olan “Gəmiqaya holding”in tərkibində yer alan Naxçıvan İnşaaat Materialları İstehsalı Kompleksi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Böyükdüz ərazisində 9 hektar sahədə 2016-cı ildə 8 növ məhsul istehsalı ilə öz fəaliyyətinə başlamışdır. Müəssisədə iki növ 9,5 mm və 12,5 mm alçıpan, 3 növ adi gips, astar suvaq gipsi, üzlük suvaq gipsi, iki növ sönmüş və sönməmiş əhəng və muxtəif ölçülərdə məsaməli beton istehsalı aparılır. Qeyd edim ki, bu kompleksdə istehsal olunan alçıpanın gündəlik istehsal həcmi 6600, gips növlərinin istehsal həcmi 100 ton, əhəng növlərinin istehsal həcmi 100 ton, məsaməli betonun istehsal həcmi isə 500-dür.
- Naxçıvan İnşaaat Materialları İstehsalı Kompleksinin eyni tipli istehsal müəssisələrindən əsas fərqi nədən ibarətdir?
- Xüsusilə, qeyd etmək istərdim ki, aparılan analizlər nəticəsində məlum olmuşdur ki, bu gün Naxçıvan İnşaaat Materialları İstehsalı Kompleksində istehsal olunan əhəng növləri nəinki Azərbaycanda, həmçinin dünya üzrə istehsal olunan ən keyfiyyətli əhənglərdən hesab edilir. İstehsal olunan əhəngimizin saflıq dərəcəsi də dünyada istifadə olunan ən saf əhənglərdən sayılır. Kompleksimizdə istehsal olunan sönməmiş əhəng sənayedən inşaat sahələrinə qədər bir çox yerdə istifadə edilərək, öz keyfiyyətini büruzə verir. Qeyd edim ki, hal-hazırda müəssisəmizdə istehsal olunan məsaməli betonun da əsas komponentlərindən biri məhz elə sönməmiş əhəngdir. Məsaməli beton istehsalında istifadə edilən sönməmiş əhəng və regionun ən keyfiyyətli sementlərindən hesab edilən Naxçıvan Sement sayəsində istehsal olunan məsaməli beton da keyfiyyətinə görə özünəməxsus yer tutur. Aşağı çəkisi və uzunömürlülüyü olması sayəsində məsaməli beton müasir binaların tikilişində daha çox üstünlüyə malik olması ilə də seçilir. Məsaməli beton bloklar digər tikinti materiallarından öz keyfiyyətinə görə əhəmiyyətli dərəcədə fərqlənir. Bu bloklar ekoloji baxımdan da təmiz və toksik olmayan materialdır. Məsaməli beton blokların istiliyi izolyasiya etmək xüsusiyyəti adi betonla müqayisədə 6-10 dəfə çoxdur. Bundan əlavə, məsaməli beton səsi izolyasiya etmək xüsusiyyətinə də malikdir. Digər ekoloji göstərici isə sınmış, qüsuru olan bloklardan ikinci dəfə istifadə etmək imkanıdır. Məsaməli betonun əsas üstünlüklərindən biri də yüksək səviyyədə enerjiyə qənaət etməsidir.
- Müəssisənin fəaliyyət prosesində qarşıya qoyduğu əsas hədəflər hansılardır?
- Fəaliyyətə başladığı ilk gündən müəssisənin ən böyük məqsədi minimum enerji istehlakı ilə maksimum məhsuldarlıq və keyfiyyətin əldə edilməsi olmuşdur. Həmçinin, bizim müəssiəmizin ən böyük məqsədlərindən biri istehsal edilən gips və gips karton lövhələrini Naxçıvan Sementində olduğu kimi, dünyanın və Avropanın ən keyfiyyətli məshulları kimi brendləşdirməkdir. Bununla yanaşı, yaxın gələcəkdə su və nəm müqaviməti tələb edən yaşıl karton lövhə istehsalını da həyata keçirməyi planlaşdırırıq. Əlavə olaraq, qonşu ölkələrə də ixracat həcmini genişləndirərək, bütün zavodların istehsal həcmini artırmağı düşünürük.
- İstehsal Kompleksində əsas olaraq hansı ölkələrin təcrübəsindən istifadə olunur?
- Fəaliyyətə başladığı gündən kompleks daxilində Çin Xalq Respublikasından gələn mütəxəssislərlə birgə, Türkiyə və Avropadan olan bir sıra mütəxəssislərin təcrübəsindən istifadə edildi. Hal-hazırda kompleksimizdə aparıcı mühəndis heyəti muxtar respublikamızın yüksək təhsilli kadrlarıdır. Əlbəttə, istehsal preseslərinin optimallaşdırılması, enerji istehlakının azaldılması və məhsul key­fiyyətinin maksimum ölçüdə­ yüksək tutulması məqsədi ilə müəs­sisəmizdə xüsusi vəzifələndirilən mühəndislər dünyada baş verən yeniliklərin tətbiqi ilə bağlı araşadırmalar da aparır.
- Hansı ölkələrlə əməkdaşlıq edilir və bu əməkdaşlıq hansı səviyyədədir?
-Hal-hazırda ən böyük əməkdaşlıq Gürcüstan Respublikası ilə aparılır. Xatırladaq ki, son dövrdə Gürcüstanın paytaxtında tikilən müasir tipli binaların əksəriyyəti Naxçıvan İnşaat Materialları Kompleksində istehsal edilən məsaməli betonla həyata keçirilmişdir. Amma, təbii ki, bu, bizim üçün kifayətedici göstərici deyil və buna görə də bizim məqsədimiz başda Türkiyə Respublikası olmaqla bütün qonşu ölkələrlə maksimum səviyyədə əməkdaşlıq qurmaq və məhsullarımızı bu ölkələrin bazarlarında tanıtmaqdır. Bu məqsədin həyata keçirilməsi üçün də ciddi səviyyədə hazırlıqlar davam edir.
- Naxçıvan İnşaaat Materialları İstehsalı Kompleksinin başqa ölkə və regionlarda filialları varmı?
- Hazırda kompleksin Gürcüstanın paytaxtı Tiflis şəhərində, Türkiyənin İğdır şəhərində və respublikamızın paytaxtı Bakı şəhərində filialları mövcuddur. Lakin gələcək illərdə ölkəmizin digər regionlarında, başda Gəncə şəhəri olmaqla filiallar açmağı düşünürük. Bu sayədə məhsullarımızın rahatlıqla bazarlara çıxarılması təmin ediləcək.
- Bəs, Yaşar müəllim, müəssisəyə kadr seçimində əsas olaraq hansı amillərə üstünlük verilir?
- Kompleksimizə işçilərin seçimi ilk CV-lərin qəbulu vasitəsilə həyata keçirilir. Biz burada həmin CV-ləri yoxlayırıq. Burada diqqət edilən əsas amillər müraciət edən nümayəndələrin təhsili, təhsil aldığı ölkə, universitet, bildiyi dillər və bir sıra bilik və bacarıqlarıdır. Qeyd edilən üstünlükləri təşkil edən CV nümayəndələrini zavodumuza də­vət edirik və burada rəhbərlik tərəfindən təyin edilən heyət vasitəsilə ilkin olaraq tələblərə uyğun şifahi sorğular aparılır və yenə bunların arasından da üstünlük təşkil edənlər seçilir və həmin seçilən nümayəndələrə yazılı üsul ilə imtahan prosesi aparılır. Bu imtahandan da müvəffəqiyyətli olanlar vakant yerlərə qəbul edilir. Qeyd edək ki, qəbul edilən yeni kadrlarımız iki aylıq sınaq müddəti keçir və bu iki ay müddətində təcrübəli mütəxəssislərimizin yanında bir sıra təlimlərdən sonra həmin kadrların bir daha bilik, bacarıqları və işə olan məsuliyyəti yoxlanılır. Əgər göstərilən tələblərə cavab verilərsə, öz işlərinə davam edirlər, əks təqdirdə sınaq müddətindən keçmədiyi üçün müqavilələrinə xitam verilir.
Təşəkkürlər, Yaşar müəllim.

 

Müsahibəni apardı:
Mətanət Hüseynova