Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Regionların inkişafı ölkədə uğurla həyata keçirilməkdədir

Cəlilabad rayonunda uğurlu nəticələr əldə edilmişdir

 

Respublikanın cənub bölgəsində yerləşən Cəlilabad rayonu günü-gündən inkişaf edir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, yeni iş yerlərinin açılması, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya tədbirlərinin həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrində görülən işlər daim diqqət mərkəzində saxlanılır. 

 Cəlilabad rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edilmişdir. Belə ki, bitkiçilikdə yüksək məhsuldarlığa nail olunmuş, rayon üzrə 160,5 min ton buğda, 13,4 min ton arpa, 4,8 min ton vələmir, 8,7 min ton noxud, 1,2 min ton mərci və 98,2 min ton çiyələk istehsal edilmişdir. Artıq üzümçülər 1507 hektar sahədə yetişdirdikləri yüksək keyfiyyətli məhsulun  satışına başlamışlar. Rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması  və suvarılması üçün zəruri tədbirlər görülmüşdür.  Belə  ki, ötən il rayonda 426 hektar sahədə pambıq əkilmiş, 798 ton məhsul istehsal edilmişdir. Bu il pambıq əkini 500 hektara çatdırılmışdır. Hazırda sahələrdə yüksək səviyyədə aqrotexniki tədbirlər görülür. Cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dediyi kimi, “Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi, demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır”.  Kənd təsərrüfatının mühüm sahələrindən olan baramaçılığın inkişafına diqqət artırılmış, bu məqsədlə ilkin olaraq rayonun Təzəkənd kəndində 10 min ədəd tut ağacı əkilmiş, bu il küpçülərimiz tərəfindən 243 kiloqram barama istehsal edilmişdir.

Qeyd edək, ki Cəlilabad rayonunda tütün, barama, fındıq və zeytun istehsalının təşkili üçün  lazım olan  bütün şərait  vardır. İxrac imkanları geniş olan bu sahələrin inkişaf etdirilməsi üçün rayon kənd təsərrüfatı idarəsi, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri müvafiq tədbirlər hazırlayıb həyata keçirməli və bu sahələrin əhəmiyyəti barədə torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işlərini gücləndirməlidirlər. Kartofçuluğun inkişaf etdirilməsinin əhəmiyyətindən danışan dövlət başçısı demişdir ki, “Kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə xüsusi diqqət göstərilməlidir”. Bu il  Cəlilabad rayonunda 4200 hektar sahədə kartof əkilmiş, 96,2 min ton kartof istehsal edilmişdir. Rayonda istehsal olunmuş kartofun 56,7 min tonu xarici ölkələrə satılmışdır ki, bu da ötən ildəkindən 48,0 faiz çoxdur.  Rayonda əkinçiliyin strukturunda aparılan dəyişikliklər suvarma suyuna olan tələbatı da artırmışdır. Buna görə  də əvvəlki illərdən fərqli olaraq, bu il rayona daha çox su limiti ayrılmış, 17 min hektardan çox əkin sahəsi suvarılmışdır. Kanalların su ötürücülüyünü artırmaq məqsədilə 206,4 kubmetr lildən təmizlənmə işləri görülmüşdür. “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə 3291 ton azot, 180 ton karbomid, 1414  ton  digər gübrə, habelə 8,4 ton herbisidlər  satılmışdır. Heyvandarlara göstərilən qayğı və baytarlıq tədbirləri nəticəsində  qaramalın sayı 99375 başa, davarların sayı isə 122955 başa çatdırılmışdır. Altı ay ərzində 7,9 min ton ət, 41,3 min ton süd və 12,8 milyon  ədəd yumurta istehsal edilməsi  əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynamışdır. Rayonda heyvandarlığın inkişafı istiqamətində işlər davam etdirilir. Günəşli kəndində müasir tələblərə cavab verən aqroparkın tikintisinə başlanılmış, hazırda son tamamlama işləri görülür. Burada  500 baş südlük, 2500 baş ətlik istiqamətli iribiynuzlu mal-qaranın saxlanılması nəzərdə tutulmuşdur. İlkin mərhələdə 262 baş südlük istiqamətli cins inək gətirilmişdir. Heyvandarlıq kompleksi tam fəaliyyətə başladıqdan sonra  gündəlik 15 min litr süd  istehsal edilməklə 100 nəfərdən artıq işçi işlə təmin olunacaqdır.  Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalanma işlərinin təşkili xeyli yaxşılaşmış, bu ilin altı ayı ərzində 1628 baş heyvan süni mayalandırılmış, 713 baş sağlam buzov alınmışdır. Lizinq yolu ilə rayona xaricdən 265 baş cins düyə gətirilmiş, ilin sonuna kimi daha 238 baş düyənin gətirilməsi  nəzərdə tutulmuşdur.

      Belə ki,  rayonda kənd təsərrüfatı məhsulları istehsalı və toxumçuluqla məşğul olan “Qreen fired-KT” MMC fəaliyyətə başlamışdır.  Ümumilikdə, 151 hektar sahəsi olan müəssisənin inzibati binasının tikintisinə yer ayrılmış, 2 artezian quyusu qazılmış, elektrik transformatoru quraşdırılmışdır. Dənli bitkilərin əkini üçün   120 hektar ərazidə toxumluq  qarğıdalı əkilmişdir.   Hazırda paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması, paketlənməsi zavodunun tikintisi davam etdirilir. Sifarişçisi rayonda fəaliyyət göstərən “Avanqard” MMC olan layihənin ilkin smeta dəyəri 1,65 milyon manatdır. Gündəlik istehsal  gücü 10 ton olmaqla müəssisədə 50 nəfərin işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağlarının istehsalı müəssisəsinin tikintisində son tamamlama işləri görülür. Müəssisəni xammalla təmin etmək üçün 70,0 hektar ərazidə günəbaxan əkilmişdir. Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexinin fəaliyyətə başlaması və Uzuntəpə kəndində 50,0 hektar ərazidə balıqçılıq təsərrüfatının yaradılması da cari ildə həyata keçirilən tədbirlər silsiləsindəndir. Bütün bunların nəticəsində rayonda istehsal olunan məhsulların beynəlxalq standartlara uyğun qablaşdırılaraq, daxili və xarici bazarlara çıxarılması təmin ediləcək, sahibkarların bu sahələrə marağı daha da artırılacaqdır.

   Onu da qeyd edək ki, rayonda  əhalinin məşğulluğunun yaxşılaşdırılmasına diqqət artırılmış, bu ilin altı ayında 437 nəfər daimi işlə təmin olunmuş, 22 nəfərin sənədləri peşə hazırlığı kurslarına göndərilmiş, 24 nəfər ictimai işlərə cəlb edilmişdir. Dövlət başçısının birbaşa tapşırığı ilə ötən il və bu ilin birinci yarımilliyində 207 nəfər qaz istismarı sahəsində, 103 nəfər Cəlilabad və Göytəpə şəhər kommunal müəssisələri kombinatında, 16 nəfər mənzil istismarı sahəsində, 32 nəfər ekologiya sahəsində, 12 nəfər “Azərişıq” ASC-nin rayon şöbəsində, 14 nəfər yol istismarı idarəsində, 3 nəfər “Azərsu” MMC-nin rayon şöbəsində, 14 nəfər suvarma sistemləri idarəsində, 319 nəfər “Yeni-inşaat-C” MMC-də daimi işlə təmin edilmişdir.

Sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldiləcəkdir. Bu baxımdan rayonda vətəndaşların azad sahibkarlıq hüquqlarının qorunmasına və sahibkarlara əlverişli şəraitin yaradılmasına xüsusi diqqət yetirilmişdir. Hazırda əmək qabiliyyətli hər bir rayon sakini qanunla nəzərdə tutulmuş şəkildə öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, azad sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu il rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 3218 sahibkara 6 milyon 149 min 701 manat,  o cümlədən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 nəfərə 218 min manat məbləğində kredit verilmişdir.  Sahibkarlara və iş adamlarına verilən güzəştli kreditlər əsasən aqrar sahədə istehsalın genişləndirilməsinə yönəldilmişdir. 

Həmçinin, tikinti-abadlıq işləri və kənd yollarının təmiri birinci yarımildə də davam etdirilmişdir. Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işinə gündəlik nəzarət edilməsi nəticəsində içməli su şəbəkəsi üzrə 98,9 faiz, su magistral xətti üzrə 99,0 faiz, kanalizasiya şəbəkəsi üzrə isə 97,8 faiz iş başa çatdırılmışdır. Həmçinin, şəhərin küçələrinə 165017 kubmetr çınqıl döşənmiş, 47095 kvadratmetr asfalt vurulmuşdur. Kənddaxili yollar təmir  edilmişdir. Əhalinin fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü Sabirabad kəndində SİP  kabelləşmə işlərinə başlanılmış, 1100 metr kabel çəkilmiş, 200 ədəd yeni sayğac quraşdırılmış, Privolnoye və Alar kəndlərində 3 yeni transformator istehlakçıların istifadəsinə verilmişdir. Bundan əlavə, rayon ərazisində 101 transformator təmir edilmiş, 603 ədəd metal və dəmir-beton dayaq basdırılmış, 4200 metr yararsız naqil  dəyişdirilmiş, 813 ədəd yeni sayğac quraşdırılmış, 319 qüsurlu sayğac yenisi ilə əvəz edilmiş, 512  sayğac möhürlənmişdir.

Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən rayon ərazisindəki qaz xətlərində 1307 paqonmetr  təmir-bərpa işləri aparılmış, 61 abonentə yeni qaz xətti çəkilmişdir. Günəşli kəndindəki qazpaylayıcı stansiyada yeni qaztənzimləyicisi quraşdırılmış, Gülməmmədli, Xəlilabad kəndlərinin qazlaşdırılması başa çatdırılmış, yaxın vaxtlarda bu kəndlərə təbii qazın verilişinə başlanılacaqdır.

Regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Qarşıdakı illərdə Cəlilabad rayonunun daha da  inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçiriləcəkdir.

 

NAİLƏ CABBAROVA