Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Regionlarda sənaye məhəllələri yaratmaq potensialı mövcuddur
Bütün dünyada olduğu kimi, son vaxtlar Azərbaycanda da sənayeləşmə prosesi böyük vüsət almışdır. Bu proses investisiya qoyuluşlarını və iqtisadi inkişafı stimullaşdırmaqla bərabər, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə də şərait yaradır. Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda qeyri-neft sektorunun strukturunda sənaye xüsusi çəkiyə malikdir.
Azərbaycanın bir çox bölgələrində sənaye məhəllələri yaratmaq potensialı mövcuddur. Bir çox şəhərlərdə artıq sənaye müəssisələri var. Məhəllələr yaradılarkən sənaye istehsalı, infrastruktur və bazar imkanları təhlil olunur, müvafiq qərarlar verilir. Bu məhəllələrin yaradılması həm də rayonların özlərinin iqtisadiyyatlarının inkişafına müsbət təsir göstərir. Sənaye park və məhəllələrində yaradılmış infrastruktur və güzəşt-dəstək sxemləri dünya praktikasına tam uyğundur. Bundan əlavə, ölkə prezidentinin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar sənaye zonalarına investorların gəlməsi üçün əlavə stimullar yaradır.
Hazırda ölkəmizdə sənaye zonalarının yaradılması, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi qarşıda duran prioritet vəzifələrdəndir.
Yeni sənaye zonalarının yaradılması, ən müasir texnologiyaların bu zonalara cəlb olunması, xarici investorlar üçün əlavə vergi və gömrük güzəştlərinin tətbiq olunması Azərbaycanın yeni sənaye siyasətinin tərkib hissəsdir. İxrac siyasətinin işlənib hazırlanması, ixracyönümlü sahələrə və sahibkarlara xüsusi dövlət dəstəyinin hazırlanması ilə bağlı ölkə prezidentinin verdiyi tapşırıqlar bu sahədə də mühüm nəticələrə gətirib çıxaracaqdır.
Ölkədə sənaye məhəllələrinin ya­radılması Azərbaycan Respub­li­kası Prezidentinin “Sənaye mə­­­həl­lələrinin yaradılması və fəa­liy­­yətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Sənaye məhəllələrinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Fərmanla müəyyən olunmuşdur ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Sənaye zonası üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.
Qeyd edək ki, sənaye zonalarının yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli qərarı ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir.
Azərbaycanda ilk sənaye məhəlləsi - Neftçala Sənaye Zonası
Ölkəmizdə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Zonası Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamı ilə yaradılmışdır. Hazırda Neftçala Sənaye Məhəlləsində 4 iştirakçı qeydiyyatdan keçmişdir. Təklif olunan layihələrin icrası məqsədilə 40 milyon manatdan yuxarı investisiyanın qoyulması və nəticədə 500-ə yaxın iş yerinin açılması nəzərdə tutulmuşdur.
6 rezidenti olan Neftçala Sənaye Zonasında bütün zəruri infrastruktur qurulub. Hazırda burada Azərbaycan-İran birgə avtomobil zavodu layihəsinin icrası üzrə müvafiq işlər görülür.
Avtomobil və ehtiyat hissələrinin istehsalı layihəsi ilə bağlı olaraq, “Azevrocar” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İranın “Khodro” şirkəti arasında minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalının həyata keçirilməsinə dair 2016-cı il 21 aprel tarixində Anlaşma Memorandumu imzalanmışdır. Layihənin icrası nəticəsində istehsal olunacaq “Runna”, “Samand”, “Soren”, “SAİPA X200 (TIBA)”; “Tondar SR (Renault)”, “Peugeot”, “Dena” modellərində minik avtomobillərinin ölkə daxilində satılması, həmçinin ixrac olunması nəzərdə tutulur.
Ümumi sahəsi 7800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadratmetr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsi üçün hazırdır. Neftçala Sənaye Məhəlləsinin inzibati binası toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Neftçala Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, bank və sığorta, poçt və internet, logistika, istehsalat və məişət tullantılarının idarə olunması, yeməkxana, tibbi xidmətlər də göstəriləcək.
Hələ keçən il iyulun 22-də Neftçala Sənaye Məhəlləsinin inzibati binasında Məhəllənin mövcud və potensial rezidentləri ilə görüşdə sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün Azərbaycan İnvestisiya Şirkətinə 8 layihə təqdim olunduğu bildirilmişdi. Bunlardan 4 layihə üzrə sahibkarlıq subyektləri rezident kimi qeydə alınmışdı.
Hesabat ürəkaçandır
Neftçala Rayonu İcra Hakimiyyəti başçısının 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat iclasında bildirilmişdir ki, 2017-ci ilin birinci yarısında rayonun iqtisadiyyatında istehsal olunmuş ümumi məhsulun həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,6% artmışdır. Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sözlərinə görə, Neftçalada sahibkarların təşəbbüsləri dəstəklənir müasir infrastruktur və istehsal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Dövlət başçısının Sərəncamı ilə yaradılmış Neftçala Sənaye Məhəlləsi kiçik və orta sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, hesabat dövründə Neftçalada ümumi məhsul istehsalı 160 milyon 881,5 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,8 milyon manat çoxdur. Ümumi məhsulun tərkibində sənaye məhsulu 15 milyon 633,9 min manat və ya ümumi məhsulun 9,7%-i qədər, kənd təsərrüfatı 74 milyon manat və ya 46%, tikinti işlərinin həcmi 28 milyon 14,2 min manat və ya 17,4%, nəqliyyat xidməti 995 min manat və ya 0,6%, rabitə xidməti 343,1 min manat və ya 0,2%, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 41 milyon 886,7 min manat və ya 26,1%, olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2016-cı ilin birinci yarısına nisbətən 22,8% artaraq 80,3%-ə çatmışdır. Adambaşına 1867,4 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 23,5% çoxdur.
2017-ci ilin birinci yarısında rayonda 12 yeni müəssisə yaradılmış, 621 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 23, fiziki şəxslər üzrə 621, mövcud müəssisə və təşkilatlarda 19, fəaliyyəti bərpa edilmiş müəssisələrdə 5 olmaqla cəmi 668 daimi yeni iş yeri açılaraq işsiz vətəndaşlar işlə təmin olunmuşdur. Ümumilikdə, rayon üzrə 3897 nəfər işlə təmin olunmuşdur.
Yeni iş yerlərinin açılması isti­qa­mə­tində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən sənaye müəssisələrində və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 15 milyon 633,9 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 6 sahibkara 346,5 min manat məbləğində güzəştli kredit verilmişdir. Ümumilikdə, rayon üzrə 944 mülkiyyətçi “MKT” MMC ilə 4555,5 hektar, “CTS Aqro” MMC ilə 51,8 hektar, “Neftçala kənd təsərrüfatı” MMC ilə 6503,7 hektar sahədə müqavilə bağlanmışdır.
İqtisadiyyat naziri Şahin Mustafayev bu ilin yanvar ayında nazirlikdə keçirilmiş kollegiya iclasında bildirmişdi ki, “Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 mln. manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Limited” və balıq yemi istehsal edən “Kəhf” şirkətləri, avtomobil istehsal edən “Azeurocar” artıq 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır”.
Neftçala Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat iclasında bu məsələnin hazırkı vəziyyəti haqqında danışan icra başçısı qeyd etmişdir ki, 2017-ci ilin 6 ayı ərzində Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə təməli qoyulmuş avtomobil istehsalı zavodunun hal-hazırda tikinti işləri davam etdirilməkdədir.
Ümid edirik ki, Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.
Bölgələrdəki bu canlanma bir daha təsdiq edir ki, bu gün müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və məşğulluq səviyyəsinin artırılmasına xidmət edir.

 

Yeganə MƏMMƏDOVA