Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Regionların sosial-iqtisadi inkişaf dinamikası yüksəlməkdədir

 

Azərbaycanın bölgələri daima uğurla inkişaf edir. Belə ki, bu ilin yekunları onu göstərir ki, İsmayıllı rayonunda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 72 milyon 485 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 882 min manat və ya 5,7 faiz çoxdur. Sənayedə 16,7 faiz, tikinti-quraşdırma işlərində 72,3 faiz, nəqliyyatda 3,5 faiz, informasiya və rabitədə 9,8 faiz, ticarətdə 7,9 faiz artım əldə olunmuşdur. Əsas kapitala investisiya qoyuluşu 20 milyon 620 min manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. 2 milyon 95 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz yüksələrək 82 milyon 490 min manata çatmış, yəni 12 milyon 580 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 1 milyon 418 min manat artaraq, 12 milyon 652 min manat təşkil etmişdir.
Belə ki, rayonda ticarətin nümunəvi təşkili üçün lazimi şəraitin yaradılması məqsədilə əsaslı işlər görülür. Daha müasir ticarət xidməti təşkil etmək məqsədilə sahibkarlar və iş adamları tərəfindən müasir tələblərə cavab verən ticarət və məişət xidməti obyektləri tikilir. İaşə obyektlərində, ərzaq və sənaye mağazalarında monitorinqlər aparılır, vaxtı keçmiş, köhnə məhsulların satışı dayandırılır, cavabdeh şəxslərin məsuliyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. Rayon büdcəsinin gəlirlər hissəsi 2 milyon 813 min manata qarşı 2 milyon 826 min manat icra olunmuşdur. Fiziki şəxslərdən gəlir vergisi 100,1 min manat, hüquqi şəxslərdən mənfəət vergisi 66 min manat, əmlak vergisi 141,4 min manat, dövlət rüsumu 33,8 min manat, sadələşdirilmiş vergi 99 min manat nəzərdə tutulduğundan artıq icra edilmişdir.
Demək olar ki, 2017-ci ildə rayon ərazisində geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Yaşayış evləri və digər sosial obyektlərin tikintisi davam etdirilmiş, yollara asfalt örtük vurulmuş, yolların kənarına səki daşları düzülmüş, şəhər ərazisində yerləşən ictimai yaşayış binaları əsaslı təmir olunmuşdur. Rayonun Yenikənd kəndində modul tipli məktəb binasının və Mərkəzi Xəstəxananın yaxınlığında aptek binasının tikintisi başa çatdırılmışdır. Prezidentin sərəncamına əsasən, ayrılmış 3 milyon manat vəsait hesabına İsmayıllı şəhərində 30 ictimai yaşayış binasında əsaslı təmir işlərinin aparılması məqsədilə sərəncam imzalanmışdır. Bu il İsmayıllı şəhəri ərazisində Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə 2-ci layihə çərçivəsində çirkab su təmizləyici qurğunun tikintisi də başa çatdırılmışdır.
İsmayıllı Qaz Xidmət Sahəsi 15586 abonentə xidmət göstərir ki, bunun da 15416-sı əhali, 170-i qeyri-əhali abonentidir. 6 ay ərzində qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilmişdir. Talıstan, Təzəkənd, Hacıhətəmi və Kürdmaşı kəndlərində və şəhər ərazisində müxtəlif diametrli qaz xətlərində yenidən quraşdırılma işləri görülmüşdür. Şəhərin Yuxarıbaş adlanan yaşayış massivində diametri 90 millimetr olan 565 metr polietilen qaz xətti çəkilmişdir. Abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Cülyan və Qalınçaq kəndlərinin hər birində bir ədəd, şəhər ərazisində 2 ədəd yeni qaztənzimləyici şkaf quraşdırılmışdır. 6 ay ərzində rayon ərazisində 217 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunaraq küçə şəraitinə çıxarılmış, maliyyə-smeta sənədləri əsasında 80 ədəd yeni məişət qaz sayğacı quraşdırılmış, 73 məişət qaz sayğacının yeri dəyişdirilmişdir. Xətlərə baxış zamanı 2154 sayda qaz sızması aşkar edilərək aradan qaldırılmışdır.
Bu il İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 10 kilovoltluq hava xəttində 152 ədəd, 0,4 kilovoltluq hava xətlərində 93 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur. Bundan başqa, Bizlan kəndindən Basqal qəsəbəsinə yeni 10 kilovoltluq xəttin tikintisi davam etdirilmiş, 34 ədəd yeni dayaq basdırılmışdır. Tircan kəndi ərazisində şəbəkənin yenidən qurulması davam etdirilmiş, 90 ədəd yeni dayaq basdırılmış, 5,2 kilometr SİP kabel xətti çəkilmişdir. Yaşayış məntəqələrində 8 ədəd yeni transformator quraşdırılmışdır. İstehlakçılara 27,4 milyon kilovat enerji verilmiş, 1 milyon 765 min manat vəsait yığılmışdır ki, bu da satılan enerjinin dəyərinin 83,3 faizini təşkil edir. Yığımın artırılması üçün İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən təsirli tədbirlər görülməlidir.
Rayonda əhalinin elektrik enerjisi ilə təmin olunması sahəsində nöqsan və çatışmazlıqlar da qalmaqda davam edir. Dağlıq zonada yerləşən Sulut, Lahıc, Həftəsov, Əhən, Müdri, Zərnava inzibati ərazi dairələrinə daxil olan kəndlərdə və digər kəndlərdə 10 və 0,4 kilovoltluq xətlərdə ağac dirəklər uzun müddət istifadə olunduğu üçün çürüyərək qəzalı vəziyyətə düşmüşdür.
Xüsusilə qeyd edək ki, bu il rayonda 733 daimi yeni iş yeri açılmışdır. İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən 6 ay ərzində 377,1 min manat dəyərində kommunal xidmət göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 min manat çoxdur. Onu da qeyd etmək lazımdır ki, Kombinat tərəfindən təmizlik və abadlıq sahəsində görüləsi işlər hələ də çoxdur. Havalar isti keçdiyi üçün yaşıllıqların qorunması məqsədi ilə suvarma işlərinə xüsusi diqqət yetirilməlidir. Şəhərin təmizliyinə daha diqqətlə yanaşılmalı, zibil qutuları gündəlik boşaldılmalı, məişət tullantıları və zibil gündəlik daşınmalıdır. Mənzil istismar sahəsinin xidmətində 1203 ailə yaşayan 978 mənzil var. Mənzillərin 848-i çoxmərtəbəli kommunal yaşayış binalarında yerləşir. Əhaliyə 3358 manat dəyərində mənzil-kommunal xidməti göstərilmişdir. Yığım 3603 manat və ya 108 faiz yerinə yetirilsə də, xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. 6 ayda təşkilata büdcədən 10,1 min manat dotasiya verilmişdir. Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir.
İsmayıllı Telekommunikasiya Qovşağı 6 ay ərzində 500,3 min manat gəlir əldə etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,7 min manat çoxdur. Hesabat dövründə 220 mənzilə yeni telefon xətti çəkmiş, 67 abunəçinin telefon xətti yenidən bərpa edilmişdir.
2017-ci ilin 6 ayı ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq 44,6 hektar sahədə fındıq bağı, 11,3 hektar sahədə qoz bağı və 0,9 hektar sahədə badam bağı əkilmişdir. 30 hektar sahə kol-kosdan təmizlənmiş, meşə əkinlərinin ətrafında 13,6 km yeni çəpər çəkilmiş, 5 km köhnə çəpərlər təmir olunmuş, 1500 hektar sahədə isə meşə patoloji müayinə işləri aparılmışdır. Bu ilin 6 ayı ərzində müəssisənin tinglik sahəsindən 53 min ədəd ağac tingi çıxarılaraq, yaşıllaşdırma tədbirlərinə, meyvə bağlarına və meşə əkinlərinin təmirinə sərf olunmuşdur. Kənd təsərrüfatının inkişafı ölkə üçün həmişə prioritet məsələ olmuşdur. İclasda cənab Prezident kənd təsərrüfatının elmi nailiyyətlər əsasında inkişafının vacibliyini bir daha vurğulamış və konkret olaraq əsas istiqamətləri müəyyənləşdirmişdir. Rayonumuz üçün xarakterik olan taxılçılıq, baramaçılıq, tütünçülük, bağçılıq, fındıqçılıq, kartofçuluq və bitkiçiliyin digər sahələrinin, eyni zamanda, heyvandarlığın inkişafının vacibliyi qeyd olunmuşdur. Ən müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi əsas məsələ kimi qarşıya qoyulmuşdur.
Rayonun inzibati ərazisi daxilində olan 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 50895 hektarı örüş, 1800 hektarı çoxillik əkmələr, 2427 hektarı biçənək, 351 hektarı dincə qoyulmuş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir.
2017-ci ilin məhsulu üçün ötən ilin payızında 29453 hektarda şum çıxarılmış, 21609 hektar buğda, 6640 hektar arpa, 137 hektar çovdar olmaqla 28386 hektar sahədə səpin aparılmışdır. Səpinlə birlikdə torpağa verilməsi üçün 650 tondan çox fosforlu gübrə gətirilərək istehsalçılara satılmışdır. Payızlıq əkinlərə yemləmə gübrəsinin verilməsi üçün Aqroservis rayon filialı tərəfindən 674 ton, “Aqrokimya” MMC-tərəfindən isə 800 ton azotlu gübrə, yabanı vələmir və alaq otlarını məhv etmək üçün 6500 kq müxtəlif çeşidli herbisid gətirilmişdir. Həmin məhsullar istehsalçılara 70 faiz güzəştlə satılır. 10 min hektardan çox ərazidə yabanı vələmirə və alaq otlarına qarşı mübarizə tədbirləri, eləcə də payızlıq əkinlərə yemləmə gübrəsi verilmişdir.
Hazırda taxıl biçini davam edir. 19 iyul 2017-ci il tarixə olan operativ məlumata əsasən, 6212 hektar arpa sahəsinin hər hektarından 32,9 sentner olmaqla 20448 ton, 13817 hektar buğda sahəsinin hər hektarından isə 39 sentner olmaqla 53951 ton məhsul yığılmışdır. Ümumilikdə, orta məhsuldarlıq 37,1 sentner, ümumi məhsul istehsalı 74399 ton olmuşdur.
Cari ilin məhsulu üçün 4347 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da keçən illə müqayisədə 1351 hektar çoxdur. 1357 hektar paxlalılar, 917 hektar kartof, 818 hektar tərəvəz, 15 hektar tütün, 322 hektar yonca, 230 hektar birillik ot, 104 hektar vələmir, 107 hektar dən üçün qarğıdalı, 457 hektar günəbaxan bitksi əkilmişdir.
Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndlərində əkilmiş 15 hektar tütün sahələrində aqrotexniki qulluq işləri görülür, yarpaq dərimi aparılır.
Cari ildə Talıstan kəndində 95 hektar, Kürdmaşı kəndində 100 hektar, İsmayıllı şəhəri ərazisində isə 5 hektar olmaqla 200 hektar sahədə intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə daha məhsuldar (super-elit və elit) kartof əkini aparılmışdır. Bu da keçən illə müqayisədə 35 hektar çoxdur.
Son illərdə rayonda açıq sahə tərəvəzçiliyi ilə yanaşı, örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf etdirilir. 2017-ci ildə 67 sahibkar tərəfindən 132 istixana yaradılmış, 6 ayda 57,5 ton tərəvəz məhsulları istehsal olunmuşdur.
Rayonda ənənəvi sahə hesab edilən meyvəçilik inkişaf etdirilir. 2017-cı ilin yaz mövsümündə Kəlbənd kəndində 7 hektar sahədə xaricdən gətirilmiş, Qalınçaq kəndində isə 31,5 hektar sahədə müxtəlif meyvə sortlarından ibarət yeni intensiv meyvə bağları salınmışdır. Qubaxəlilli kəndi ərazisində 40 hektar qoz bağı salınmışdır. Rayonun Diyallı kəndində 3 hektar sahədə şaftalı, 5 hektar sahədə isə qoz bağı salınmışdır.
Onu da qeyd edək ki, rayonun Yaponiya, Fransa, Latviya, Belarusiya dövlətlərinin şəhərləri ilə əməkdaşlığı davam etdirilmiş, İsrail dövlətinin bir şəhəri ilə əlaqələr qurulmaqdadır. Fransanın Evian-Le-Bən və Belarusiyanın Nesvij şəhərlərinə qarşılıqlı səfərlər həyata keçirilmişdir.
Rayonun turizm potensialı inkişaf edir. Hazırda rayonda 23 istirahət mərkəzi fəaliyyət göstərir. 2017-ci ildə rayona 24 minə yaxın turist gəlmişdir ki, bunların da 2153 nəfərini xarici turistlər təşkil etmişdir.

 

Nailə CABBAROVA