Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Daim yenilik axtaran islahatçı alim

 

Azərbaycan iqtisad elminin la­yiqli nümayəndəsi, iqtisad elmləri doktoru, professor, Azər­baycan Respublikasının qa­baqcıl təhsil işçisi, tanınmış iqtisadçı alim Tərbiz Nəsib oğ­lu Əliyevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 ili tamam olur.
İqtisad elmləri doktoru, professor Tərbiz Nəsib oğlu Əliyev yüksək mədəniyyətə malik ziyalı, təvazökar insan, olduqca zəhmətkeş, həmişə yenilik axtaran islahatçı alimdir. Azərbaycan iqtisad elminin inkişafında böyük xidmətləri olan Tərbiz Əliyevin 70 yaşı tamam oldu. O, 1947-ci ildə iyun ayının 1-də Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (Az.DNSU) mühəndis-iqtisad fakültəsinə qəbul olunmuşdur. 1970-ci ildə universiteti bitirən gənc Tərbiz Əliyev daha sonra institutun “Sənaye müəssisəslərinin iqtisadiyyatı, təşkili və planlaşdırılması” kafedrasının dis­sertanturasına daxil olmuşdur. 1972-1975-ci illərdə “İdarəetmə işçilərinin əməyinin təşkili və onun təkmilləşdirilməsi yolları” (Bakı Neft və Neft-kimya müəssisələrinin timsalında) mövzusunda namizədlik dissertasiyası üzərində işləyə-işləyə, eyni zamanda, “Bakı Neft Emalı Zavodu” və “Suraxanıneft” NQÇİ-nin sosial-iqtisadi inkişafı istiqamətlərinin işlənib hazırlanmasında fəal iştirak etmiş və həmin tədqiqat işinin əsas müəlliflərindən biri olmuşdur. Bununla yanaşı, həm də “Elmi-texniki tərəqqi”, “Xalq istehlakı malları”, “İri sənaye obyektlərinin texniki-iqtisadi əsaslandırılması”, “İstehsal sahələrinin yerləşdirilməsinin baş sxemi” və s. bu kimi bir çox məqsədli proqramların icraçısı və elmi rəhbəri kimi də tanınmışdır. O, 1978-ci ildə namizədlik dissertasiya işini tamamlayıb, Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda müdafiə etmişdir və bununla da əməksevər, yaradıcı tədqiqatçı kimi yüksək keyfiyyətə malik olduğunu təsdiqləmişdir. İqtisad elmində öz dəst-xətti, imzası ilə tanınan T.Ə.Əliyev respublikada Nazirlər Kabinetinin 15 oktyabr 1979-cu il tarixli qərarı ilə təsdiq edilmiş və yerinə yetirilmiş Ali və orta ixtisas təhsili müəssisələrinin nümunəvi vəzifə nomenklaturası kimi irihəcmli və respublika əhəmiyyətli elmi-tədqiqat işinin icraçısı və elmi rəhbəri olmuşdur. T.Əliyev keçmiş SSRİ məkanında çox mühüm elmi əhəmiyyət kəsb edən sosioloji tədqiqatların aparılmasında fəal iştirak etmiş, onun təşəbbüsü ilə ilk dəfə olaraq sosioloji tədqiqatlar əsasında məişət xidmətləri obyektlərinin yerləşdirilməsinin metodiki əsasları işlənib hazırlanmışdır. T.Əliyev 1985-ci ildə İ.Qibkin adına Moskva Neft və Qaz İnstitutunun doktoranturasına daxil olmuşdur. 1985-1986-cı illərdə həmin institutda dünya şöhrətli alimlərlə birlikdə çalışmış, iqtisad elminin bir çox problemlərinin dərindən öyrənilməsində onlardan məsləhət almışdır. T.Əliyev 1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda fəaliyyət göstərmiş ixtisaslaşdırılmış Dissertasiya Şurasında “Neft emalı və neft-kimya müəssisələrində idarəetmənin təşkilinin səmərəliliyi” mövzusunda dissertasiya müdafiə edib iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. 1996-cı ildə ADNA-nın professoru vəzifəsinə seçilmişdir. Tanınmış iqtisadçı alim, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev 1970-1974-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin AzETETİ-də kiçik elmi işçi və böyük iqtisadçı, 1974-1978-ci illərdə Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyinin EKTİ-də “Sahənin inkişafı, yerləşdirilməsi və sosioloji tədqiqatlar” şöbəsinin müdiri, 1979-1981-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyində istehsalat idarəsinin rəisi və kollegiya üzvü, 1982-1986-cı illərdə AzNKİ-də “İstehsalın iqtisadiyyatı, təşkili və idarəedilməsi” kafedrasının baş müəllimi və dosenti, 1981-1983-cü illərdə isə “Mühəndis-iqtisad” fakültəsində ideya-tərbiyə işləri üzrə dekan müavini, 1986-1990-cı illərdə LKTİ-nin direktoru, kollegiya üzvü, 1997-2010-cu illərdə ADNA-nın Neft emalı, neft kimya sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, 2010-2015-ci illərdə AMEA-nın Elmi İnnovasiya Mərkəzində əvvəlcə baş direktorun elmi işlər üzrə müavini, daha sonra isə Təhsil-Tədris mərkəzinin direktoru vəzifəsində çalışmış, hazırda isə AMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. T.Əliyev 750 çap vərəqi həcmindən çox olan, 250-dən artıq monoqrafiya, dərslik, kitab, məqalə və tezislərin müəllifidir. Onun elmi əsərlərinin 48-i xarici ölkələrin nüfuzlu mətbuat orqanlarında çap olunmuşdur. Onun elmi rəhbərliyi ilə 40-dan çox iqtisad üzrə fəlsəfə və bir elmlər doktoru hazırlanmış, 42 namizədlik və doktorluq dissertasiya işlərinin opponenti olmuşdur. T.Əliyevin elmi fəaliyyətində müstəqillik illərini xüsusi bir mərhələ kimi qiymətləndirmək lazımdır. Onun əsərlərinin xeyli hissəsi bu dövrdə çap olunmuşdur və onun yazdığı kitab və məqalələr üçün yeni bir təfəkkür tərzi xarakterikdir. Bu kitab və məqalələr içərisində “Azərnəşr” tərəfindən dərs vəsaiti çap edilmiş “Məişət xidmətinin iqtisadiyyatı və idarə olunması” (Bakı, 1992-ci il) kitabı diqqəti cəlb edir. Görkəmli iqtisadçı alimin çap olunmuş əsərlərindən aşağıdakıların adlarını çəkmək kifayətdir: “Biznesin idarə edilməsinin əsasları” (Bakı, 1994), “Menecmentin iqtisadi və təşkilati mexanizmi” (Bakı, 1995), “Sənaye müəssisələrində vergi ödənişinin təşkili və idarə edilməsi” (Bakı, 1998), “Neft emalı müəssisələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi” (Bakı, 1999), “Neft-qazçıxarma sahəsinin potensialının idarəedilməsinin təşkili”; “Sənaye müəssisələrinin təşkili-istehsalat sisteminin bazar münasibətlərindəki dəyişikliklərə uyğunlaşdırılması”; “Müştərək müəssisə və sahibkarlıq”; “Azərbaycanda kiçik biznesin təşkili və idarəedilməsinin bəzi məsələləri” (Bakı, 2001-ci il); “Neft emalı müəssisələrində sənaye auditinin təşkili və idarə edilməsi”; “Azərbaycanda qaz emalı və satışının bəzi məsələləri” (Bakı, 2002); “Neft-kimya müəssisələrinin idarə edilməsinin təşkilati-iqtisadi səmtləri”; “Neft-qazçıxarma sənayesi müəssisələrinin iqtisadi potensialı”; “Neft emalı və neft-kimya müəssisələrinin iqtisadi potensiallarından istifadənin yaxşılaşdırılması yolları” (Bakı, 2003), “Marketinqin təşkili və idarə edilməsi: neft emalı və neft-kimya sənayesi müəssisələrində” (Bakı, 2004); “Neft emalı və neft-kimya sahələrinin ekoloji-iqtisadi problemləri”; “Ekoloji menecment” (Bakı, 2010); “Regional innovasiya sisteminin təşkili və idarəedilməsi” (müştərək) (Bakı, 2013); “Milli innovasiya sisteminin təşkili və idarə edilməsi” (müştərək) (Bakı, 2013); “Neft-mədən avadanlıqları istehsal edən müəssisələrin innovasiya aktivliyi”; “Regional sosial-iqtisadi inkişaf - tarixi faktlar, reallıqlar və inkişaf meyilləri” (Bakı, 2015); “Azərbaycan sənayesinin innovativ inkişafı: neft emalı, kimya və neft-kimya” (Moskva-Berlin, 2016); “Marketinq” (dərs vəsaiti) (Bakı, 2016) və sair. T.Əliyev elmi-pedaqoji fəaliyyəti dövründə çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki konfranslarda, iqtisadiyyatın və idarəetmənin aktual problemlərinə həsr edilmiş məruzələrlə yadda qalan çıxışlar edərək, ölkəmizin elmini layiqincə təmsil etmişdir. O, uzun müddət indiki Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərmiş birdəfəlik müdafiə şurasının sədri, həmsədri olduğu dövrlərdə 5 nəfər elmlər doktoru, 23 nəfər isə elmlər namizədi dissertasiya işlərini müdafiə etmişdir. 15 ilə yaxın dövr ərzində AMEA-nın İqtisadiyyat İnstitutunda Dissertasiya Şurasının üzvü kimi fəaliyyət göstərən Dissertasiya Şurası sədrinin müavinidir. Prof. T.Əliyevin həm elmi yaradıcılığında, həm də ali təhsil müəssisələrində yüksək vəzifələrdə fəaliyyətində zəhmətkeşlik, xeyirxahlıq kimi keyfiyyətlər aydın şəkildə özünü göstərir. Görkəmli iqtisadçı alimimizi ürəkdən təbrik edir, can sağlığı, gələcək işlərində uğurlarının bol olmasını diləyirik. Ümid edirik ki, prof. T.N.Əliyev özünün yeni-yeni elmi tədqiqatları ilə elm aləmini sevindirəcək. Ona bu yubiley ilində yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

 

P.Ə.Həsənova, BDU-nun
İqtisadiyyat və idarəetmə
kafedrasının professoru, i.ü.e.d.