Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dövlət Proqramları Naxçıvanda da uğurla icra olunur

 

Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Bu proqramlara uyğun olaraq qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da bu məqsədlərdən irəli gələn vəzifələrin həllinə yönəldilmişdir.
Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramına uyğun olaraq müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət Proqramının icrası istiqamətində ötən dövr ərzində muxtar respublikada 207 kilometr uzunluğunda asfalt yollar salınmış, 8 körpü tikilmiş, 2 körpü yenidən qurulmuşdur. Bundan əlavə, burada yerüstü piyada keçidi istifadəyə verilmişdir. Babək rayonunun Payız, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Badamlı kəndlərində avtomobil yollarının yenidən qurulması, yerüstü piyada keçidinin və 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir. Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının tikintisi başa çatdırılmış, Naxçıvan Beynəlxalq Hava Limanında Şərq və Qərb terminalları istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılmışdır. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə hava limanına yeni maşın-mexanizmlər alınmış, karqo terminalının yenidən qurulması davam etdirilmişdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasındakı İdarəetmə Mərkəzinin, dəmir yolu sərnişin vağzalı binasının və İnfrastruktur İdarəsinin inzibati binasının əsaslı təmiri başa çatdırılmışdır. “Naxçıvan Dəmir Yolları” MMC-nin İnfrastruktur İdarəsinin Ordubad transformator yarımstansiyası binasının əsaslı təmiri də başa çatdırılmış, Culfa stansiyasında İstismar Vaqon Deposunun, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilmişdir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyəti təmin olunmuş, 3 ədəd yeni sərnişin vaqonu gətirilmişdir. Muxtar respublika ərazisində dəmiryolların təmiri işləri mütəmadi aparılmaqla qatarların hərəkətinin təhlükəsizliyi təmin edilmişdir. Türkiyə Respublikasının dəmiryolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsi üzrə ilkin layihələndirmə işləri aparılır. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
“Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir”. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri artıq həll olunubdur. Elektrik enerjisi və qaz təchizatı tədbirləri çərçivəsində Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyalarının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Ordubad rayonunda layihə gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının tikintisini həyata keçirmək məqsədilə elmi-tədqiqat və layihə-axtarış işləri davam etdirilir. Muxtar respublikada alternativ enerji mənbələrinin yaradılması istiqamətində Babək rayonunun Xal-xal kəndi ərazisində 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. İstismara verilən günəş elektrik stansiyasının gücünün artırılması ilə bağlı tədbirlər hazırda davam etdirilir. Alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat və layihə-axtarış, o cümlədən yeraltı qaz anbarının yaradılması istiqamətində işlər davam etdirilir.
Muxtar respublikada informasiya-texnologiyaları sahəsinin də əhatə dairəsi genişləndirilmiş, 4-cü nəsil mobil rabitə şəbəkəsi, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmişdir. Muxtar respublikada poçt bölmələri, avtomat telefon stansiyaları istifadəyə verilmiş, mövcud avtomat telefon stansiyaları yeniləri ilə əvəz olunmuşdur. Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları qurulmuşdur. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilir. Muxtar respublikanın yaşayış məntəqələrində rəqəmsal televiziya yayımını təmin edən 6 güclü, 43 azgüclü televiziya vericisi istifadəyə verilmiş, sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilmişdir. Bundan əlavə, Naxçıvan şəhərinin, Şərur, Babək, Şahbuz və Sədərək rayonlarının ərazilərində internet televiziyasının yayımı təşkil edilmiş, əhaliyə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır. Duzdağ Radio-Televiziya Verici Stansiyasında 7 ədəd güclü DVB-T2 standartında rəqəmsal televiziya vericiləri istifadəyə verilmişdir ki, bu xidmət vasitəsilə 67 televiziya proqramının yayımı, Naxçıvan Dövlət Televiziyasının isə ölkədə ilk olaraq yüksəkkeyfiyyətli HD formatda yayımlanması təmin edilmişdir. Muxtar respublika ərazisində rəqəmli radio yayımı fəaliyyətə başlamış, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqlar qurulmuş, virtual studiya yaradılmış, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımı təmin edilmişdir. Naxçıvan televiziyasının və dövlət radiosunun maddi-texniki bazaları gücləndirilmiş, internet üzərindən yayımları təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikasının ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan məhsulların, həmçinin muxtar respublikada istehsal olunan ixracyönümlü məhsulların reklam olunması, xarici iş adamları ilə əlaqələrin genişləndirilməsi məqsədilə cəmiyyətin internet portalı yaradılmışdır. Bundan əlavə, muxtar respublikada elektron imzanın verilməsi üzrə müvafiq şəbəkə sistemi qurulmuşdur.
Naxçıvan şəhərində 14, Şərur şəhərində 3, Ordubad şəhərində 4, Babək qəsəbəsində və Culfa şəhərinin hər birində 1 yaşayış binasının zirzəmisi mülki müdafiənin mühəndis-texniki normalarının tələblərinə uyğun əsaslı təmir edilmiş, Şərur şəhərində 104080, Ordubad şəhərində və Babək qəsəbəsində hər birində 61560, Culfa şəhərində 73480 ədəd əleyhqaz müvafiq yaşayış binalarının zirzəmilərinə yığılmışdır. Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binasında sahəsi 256 kvadratmetr olan zirzəmi mülki müdafiənin mühəndis-texniki normalarına uyğun inşa edilərək, 16000 ədəd əleyhqaz ilə təmin edilmişdir.
Yeni tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işləri istiqamətində Babək rayonunda radioaktiv və kompleks elementlərin qiymətləndirilməsinə dair məlumat hazırlanmışdır. Culfa rayonunda Gal sahəsində civə və kompleks filiz yataqlarında axtarış işləri, Əlincəçay vadisinin Saltaq-Qızılca kəsimində səpinti qızıl, Qaradərəsu hövzəsində inşaat materialları yataqlarının, “Şahqaraj” adlandırılan ərazidə radioaktiv və kompleks elementlərin axtarışı və qiymətləndirilməsi işləri başa çatdırılmışdır. Babək rayonunda Toydağ filizləşmə sahəsində mis-molibden yataqlarının, Culfa rayonunun Şurud sahəsində civə və kompleks filiz yataqlarının axtarışı işləri, Əlincəçay vadisinin Ərəzin sahəsində səpinti qızıl yataqlarının axtarışı və qiymətləndirilməsi üzrə layihə-smeta sənədlərinin tərtibi davam etdirilmişdir. Təhlükəli hidrometeoroloji hadisələrin erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi, dövlət hidrometeoroloji müşahidə şəbəkəsinin, çaylarda hidrometeoroloji monitorinq sisteminin təkmilləşdirilməsi və regional laboratoriya sisteminin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının Şahbuz, Culfa və Ordubad rayonlarının inzibati ərazilərinin meşə ilə örtülü ərazilərində rekreasiya potensialının öyrənilməsi və ekoturizm infrastrukturunun yaradılması sahəsində işlər davam etdirilir. Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayonlarının və Naxçıvan şəhərinin inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılmışdır. Muxtar respublikanın orta dağlıq və dağlıq ərazilərindən keçən çayların – Arpaçay, Naxçıvançay, Gilançay və Əlincəçay vadilərində və arid ərazilərdə eroziyaya qarşı mübarizə məqsədilə sel-daşqın təhlükəsi olan rayonlarda, Zəngəzur və Dərələyəz silsilələrinin çayətrafı ərazilərində yeni meşə sahələri, massivləri, meyvə bağları salınmış, meşəbərpa tədbirləri aparılmışdır. Ümumilikdə, 2014-cü ildən 1 aprel 2017-ci il tarixədək muxtar respublikada 1737,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 1488,7 min ədəd ağac və bəzək kolları əkilmişdir. Ətraf mühitin monitorinqi üzrə yeni kompleks laboratoriyaların, Naxçıvançay vadisində Zooloji parkın yaradılması istiqamətində ilkin hazırlıq işləri aparılır.
Muxtar respublikanın rayon mər­kəzlərində, qəsəbə və kəndlərin­də infrastruktur obyektlərinin yaradıl­ması istiqamətində isə, ümumilikdə, 698 infrastruktur obyekti istifadəyə verilmiş, 72 infrastruktur obyektinin inşası davam etdirilmişdir. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 1 şəhər, 1 qəsəbə və 39 kənd mərkəzi, 41 xidmət mərkəzi istifadəyə verilmiş, 2 kənd mərkəzinin tikintisi davam etdirilmişdir.

Mətanət Hüseynova