Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Akademik etika elmi və universitet mühitində qəbul edilmiş, tədqiqatçılar və müəllimlər, tələbələr, menecerlər və inzibatçılar, köməkçi heyət də daxil olmaqla, maraqlanan bütün tərəflərə toxunan peşə etikasının bir formasıdır.
Peşə etikasının funksiyası xidmətlər istehlakçıları, dövlət və cəmiyyət tərəfindən peşəyə etibarın qorunub saxlanması məqsədi ilə peşə birliyi üzvlərinin fəaliyyətinin normativ tənzimlənməsindən ibarətdir. Problem ondan ibarətdir ki, peşə etikası işləmədikdə, ayrı-ayrı xoşagəlməz hərəkətlərdən və peşə korporasiyanın üzvlərinin vicdansız davranışından formalaşan bir çox deviasiyalar yığılır, nəticədə, bütöv bilik sahələri və peşə fəaliyyətləri etibardan düşür.
Etibarın yoxluğu peşə qrupunun gəlirlərinə zərər vurur, çünki istehlakçılar onlara xidmət üçün müraciət etmir. Bundan başqa, bu, cəmiyyətin mühüm institusional sferalarına da ciddi təsir göstərir.
Akademik etika nə üçün elm və ali təhsil dünyasında bu qədər əhəmiyyətli və mübahisəli bir məsələdir? Bunun bir neçə səbəbi var. Birincisi, istehsal və elm müasir cəmiyyət üçün əhəmiyyətli olan elmi biliklərin istehsalı və yayılması məsələsi ilə bağlıdır. Onların keyfiyyəti texnologiyaların, sosial münasibətlərin və mədəniyyətin inkişafı üçün maddi və simvolik əsasları formalaşdırır. Buna görə də cəmiyyətin bu fəaliyyətlə məşğul olan sosial instituta etibarı olmalıdır. İkincisi, biliklərin əhəmiyyətli hissəsini aydın və aşkar şəkildə təsvir edib strukturlaşdırmaq olmur. Onlar şəxsi qarşılıqlı təsirlər və qeyri-formal münasibətlər məkanında qalır, amma birliyin üzvləri tərəfindən başa düşülür və bölüşdürülür. Bu, onunla bağlıdır ki, elmi yaradıcılıq prosesi kodifikasiya üçün məhdud resurslara malikdir və hətta ciddi eksperimental əsası olan təbiət elmlərində belə bacarıqlar və biliklərin hamısını birmənalı şəkildə təsvir edib şərh etmək mümkün olmur.
Əlbəttə, müasir elmi fəaliyyətdə elmi etikanın universal prinsipləri mövcuddur ki, onlara da vicdanlı alimlər və müəllimlər əməl edirlər. Bu prinsiplər ayrı-ayrı universitetlər və ya peşə assosiasiyaları tərəfindən qəbul edilmiş formal sənədlərdə (peşə etikası kodeksləri və ya konkret təşkilatlarda peşə davranışı kodeksləri) əks etdirilir.
Ancaq bu prinsiplərin əksəriyyəti heç də yalnız insanın işlədiyi universitet tərəfindən sanksiyaların altına düşməmək üçün əməl etməli olduğu formal qaydalar deyil. Akademik birliyin qeyri-formal qaydalar, ənənələr, normalar kompleksi də var ki, onlar da çox vaxt heç yerdə təsvir olunmur, amma öz-özünə aydın olan bir şey kimi nəzərdə tutulur. Sözsüz, plagiat, korrupsiya, akademik iyerarxiyada üstün mövqedən şəxsi maraqlar üçün istifadə edilməsi, eksperimental və istənilən empirik məlumatların saxtalaşdırılması, hər hansı əsasa görə diskriminasiya və akademik aləmin bir sıra başqa "günahları" yalnız mənəvi qınaq obyekti olmayıb, akademik peşədən xaric edilməyə və hətta məhkəmə təhqiqatlarına da səbəb ola bilir.
Bu qaydaların universallığı onların praktik implementasiyasının sadə olduğunu göstərmir. Birincisi, akademiyanın alimlər arasında vahid informasiya mühiti vasitəsilə sıx beynəlxalq kooperasiyanın mövcud olduğu ən çox qloballaşmış peşə mühitlərindən biri olmasına baxmayaraq, yenə də bizim dünyamızda hələlik bir çox mədəni və institusional kontekstlər qalmışdır ki, onları da vahid məxrəcə gətirmək çətindir. Məsələn, bəzi akademik mədəniyyətlərdə aspirantla elmi rəhbərin münasibətləri müvafiq hüquq qaydaları və rasional qarşılıqlı təsirlərin yazılmamış qanunları ilə sərt tənzimlənirsə, başqa mədəniyyətlərdə orta əsrlərdən, hətta ondan əvvəlki tarixi dövrdən qalan ustad və şagird münasibətləri modeli işləyir və bu halda qeyri-formal qarşılıqlı təsirlər daha geniş xarakter alır. İkincisi, hətta alim və müəllimlərin iş təcrübəsində belə sərhəd xarakterli vəziyyətlərə rast gəlinir, yəni bu situasiyalar akademik etikanın pozulması kimi də şərh oluna bilər, alim və ya müəllimin səhvi, yaxud icazə verilən davranışı kimi də.
Mümkün pozuntuya həmkarların qınayıcı diqqətinin cəlb edilməsi faktının özü artıq istənilən akademik peşəkar üçün böyük simvolik cəzadır və belə hadisələrin araşdırılmasına, həm də onların açıq müzakirəsinə son dərəcə diqqətli və hətta, demək olar ki, nəzakətlə yanaşmaq lazımdır. Bununla əlaqədar akademik roman janrına müraciət etmək olar. Burada süjetlərin əksəriyyəti belə sərhəd vəziyyətlərinin təhlili üzərində qurulmuşdur. Bir daha vurğulayım: elmi fəaliyyət yalnız diplomdan başqa, heç nə ilə maraqlanmayan kənar insanlar tərəfindən deyil, həm də özünü tədqiqat və pedaqoji fəaliyyətə həsr etmiş insanlar tərəfindəndə simulyasiya edilir.
Bu yaxınlarda bizdə "resenziyalaşdırılan jurnallar" anlayışı ortaya çıxdı, amma bu anlayışla birlikdə bir çox jurnallar da meydana gəldi ki, onlar da özünü resenziyalaşdırılan jurnallar kimi qələmə verirlər. Bununla belə, onlar kommersiya müəssisələridir və daxil olan məqalələrə resenziyanın yazılması yalnız gözdən pərdə asmaq üçündür. Bəzi jurnallarda bu, hətta mexanikləşdirilmişdir. Güclə tezislərə çəkən əsərlər elmi məqalə adlandırılır. Bu əsərlərin müəllifləri alim kimi tanınır, onlar isə özlərini ciddi olaraq alim hesab edirlər. Onlar tədrisə buraxılır, dərsliklər yazırlar və s.
Sözsüz, bu problemlə bağlı akademik dialoqu inkişaf etdirmək lazımdır. Plagiat problemini, saxta diplomlar, saxta referatlar problemini, bütovlükdə, elmi etika problemlərini birgə müzakirə etmək lazımdır. Ona diqqəti yönəltmək lazımdır ki, sonralar alimlik dərəcələri alan bugünkü bir çox ali məktəb məzunları həyatı boyunca faktiki olaraq heç bir elmi iş yazmamışdırlar. Bu vaxt ərzində onlar xalis plagiatla məşğul olmuşdurlar. Bununla belə, onlar öz təhsili haqqında lazımi sənədləri ala, təkcə dövlət idarəçiliyində və biznesdə deyil, həm də akademik mühitdə arzu etdikləri vəzifələri tuta bilmişdirlər.