Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Çünki əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik.

İlham Əliyev


 

 

Ölkənin iqtisadi və sosial sahələrinin kompleks şəkildə inkişafı məqsədilə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası yeni iş yerlərinin və müəssisələrin yaradılmasını təmin etməklə bərabər, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını da şərait yaratmışdır. Müvafiq dövlət proqramlarına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
Uğurla icra edilən müvafiq dövlət proqramlarının və həyata keçirilən digər mühüm tədbirlərin nəticəsidir ki, muxtar respublikada bütün makroiqtisadi göstəricilərin müsbət meyilliliyi təmin edilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. 2017-ci ilin yanvar-may aylarında ümumi inkişafın əsas göstəricisi hesab edilən ümumi daxili məhsul istehsalının həcmi 927 milyon 928 min 400 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 2063 manata çatmışdır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublika üzrə müəyyənləşdirilmiş tədbirlər sırasında ilk yeri bank və lizinq xidmətlərinin inkişaf etdirilməsi tutur. Bu istiqamətdə “Naxçıvanbank”ın Naxçıvan şəhərində, Şərur, Ordubad və Culfa rayonlarında yeni filialları istifadəyə verilmişdir. 1 iyun 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 59780-ə çatmışdır ki, bunun da 50671-i və ya 84,8 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-may aylarında açılmış 16434 bank hesabının 16382-si aktiv hesablar olmuşdur. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2017-ci il tarixə 1249-a çatmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının maşın və mexanizmlər ilə təchizatını yaxşılaşdırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2014-cü ildə 276, 2015-ci ildə 187, 2016-cı ildə 102, 2017-ci ilin ilk rübü ərzində 31 ədəd olmaqla, ümumilikdə, 596 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.
Aqrar sahədə mövcud sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində isə 2014-cü ildə 1024, 2015-ci ildə 983, 2016-cı ildə 1358, 2017-ci ilin ilk rübü ərzində 631 vətəndaşın əkin sahəsi sığortalanmışdır.
Dövlət Proqramına uyğun olaraq, sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı tədbirlərinə uyğun olaraq ötən dövr ərzində 51 istehsal sahəsi yaradılmış, yeni istehsal sahələrinin yaradılması prosesi isə davam etdirilir. Zəruri infrastruktura malik ərazidə sənaye parkının yaradılması məqsədilə sənaye parkının nizamnaməsi hazırlanmışdır. Sənaye parkında 32 layihə üzrə istehsal sahələrinin yaradılmasına dair təkliflər hazırlanmış, həmçinin sənaye parkı üçün yerin seçilməsi və iqtisadi əsaslandırılması həyata keçirilmişdir. Muxtar respublikada dağ-mədən sənaye müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması məqsədilə Ordubad rayonunun Piyazbaşı, Ağyurd, Şəkərdərə və Kələki filiz yataqlarında geoloji kəşfiyyat işlərinin aparılması və ehtiyatların hesablanması üzrə işlər yekunlaşdırılmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi, onların gübrə və texnika ilə təminatının yaxşılaşdırılması, subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi prosesi davam etdirilmişdir. Dövlət Proqramının icrası istiqamətində ötən dövr ərzində muxtar respublikada 15 heyvandarlıq, 5 quşçuluq, 16 istixana təsərrüfatı, ümumi tutumu 2330 ton olan 9 soyuducu anbar yaradılmış, 7 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. 4 heyvandarlıq və 2 quşçuluq təsərrüfatının yaradılması prosesi isə davam etdirilir.
Muxtar respublikada üzümçülük plantasiyalarının salınması, gülçülük təsərrüfatlarının yaradılması və baramaçılığın bərpa edilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Balıqçılığın inkişaf etdirilməsi və yeni təsərrüfatların yaradılması istiqamətində Naxçıvan şəhərində, Şərur rayonunun Aşağı Yaycı kəndində balıqçılıq təsərrüfatları istifadəyə verilmişdir. Kəngərli rayonunda “Asnı” balıqçılıq təsərrüfatında inkubasiya sexi quraşdırılmışdır. Balıqlardan alınan kürü həmin sexdə inkubasiya edilərək, körpə balıqlar əldə edilir və yetişdirilərək digər balıqçılıq təsərrüfatlarına satılır.
Yüksək reproduksiyalı, məhsuldar toxumla təminatı yaxşılaşdırmaq məqsədilə toxumçuluq təsərrüfatlarının genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunmuşdur. Təqdim olunan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının yetişdirilməsi nəzərdə tutulur. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Məhsul istehsalçılarının kənd tə­sər­rüfatı maşın və mexanizmləri ilə təchizatı istiqamətində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2014-cü ildən 1 aprel 2017-ci il tarixədək 637 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq, muxtar respublikaya gətirilmişdir.
Biznes mühitinin yaxşılaşdırılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində 2014-cü ildən 1 aprel 2017-ci il tarixədək muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 90 milyon 826 min 600 manat təşkil etmişdir. Bu kreditlərdən 62 milyon 947 min 600 manatı fərdi sahibkarlığın inkişafına, 27 milyon 879 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur.
Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin yanvar-may ayları ərzində ərzində sənaye üzrə 419 milyon 860 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,1 faiz üstələmişdir. Kənd təsərrüfatı üzrə məhsul istehsalı yanvar-may aylarında 49 milyon 552 min 400 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 2,9 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 8531,3 ton ət, 35090 ton süd istehsal edilmiş, bir il öncəyə nisbətdə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,7 faiz artmışdır.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar-may aylarında 135 milyon 176 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,2 faiz artaraq 126 milyon 986 min 500 ABŞ dolları, idxalın həcmi 46,2 faiz azalaraq 8 milyon 190 min 300 ABŞ dolları təşkil etmiş, 118 milyon 796 min 200 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası beynəlxalq akkreditasiyadan keçirilmiş və cəmiyyət tərəfindən verilmiş keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz xarici bazarlara çıxarılmasına şərait yaradılmışdır. Akkreditasiya sisteminə daxil olan digər laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün maarifləndirmə işləri aparılır.

 

Mətanət Hüseynova