Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

AĞDAŞ RAYONUNDA ƏNƏNƏVİ ƏKİN SAHƏLƏRİ GENİŞLƏNDİRİLİR

 

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü mərhələ Dövlət Proqramı (2014-2018-ci illər) respublikamızın digər rayonlarında olduğu kimi, Ağdaş rayonunda da yüksək səviyyədə yerinə yetirilir. Bu proqramla yanaşı, keçən il cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilən aqrar islahat proqramları rayonun iqtisadi yüksəlişində müstəsna rol oynayır. Ağdaşın ərazisinə qədəm qoyarkən insan hər yanda bir coşqu görür. Sübh tezdən toran qovuşanacan tarlalarda işlər səngimir. Əkin-səpin kampaniyası uğurla başa çatdırılıb, indi becərmə işlərinə start verilib. Ağdaşın barlı-bərəkətli torpağı vardır. Ona yaraşıq verən isə Ağdaşın əməksevər insanlarıdır. Hələ sovetlər dönəmində pambıq tarlaları, nar bağları, tərəvəz və bostan sahələri göz işlədikcə uzanıb gedirdi. Sonralar məlum hadisələr üzündən rayonun təsərrüfat sistemi kökündən dağıdıldı, məhsul istehsalının həcmi dəfələrlə aşağı düşdü. Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə həyata keçirilən torpaq islahatları, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən başlanan inkişaf və tərəqqi dalğası Ağdaş rayonundan da yan keçmədi. Rayonun sosial infrastrukturundan tutmuş, onun təsərrüfat həyatına qədər hər bir sahədə misli görünməmiş canlanma və təbəddülat baş verdi. Son 12 il ərzində Ağdaş rayonu hamının gözü qarşısında o qədər dəyişib, gözəlləşib, müasirləşib ki, bütün bunlara adamın inanmağı gəlmir. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi çəkiyə və paya malikdir. Sevindirici haldır ki, burada ənənəvi sahələr yenidən dirçəlir və inkişaf yoluna çıxarılır. Belə sahələrdən biri də çəltikçilikdir. Ölkənin ərzaq strukturunda mühüm yer tutan bu qiymətli bitkinin əkilməsi uzun illər unudulmuşdu. Son vaxtlar çəltikçiliyə qayıdış hər bir rayon sakininin ürəyincə olmuşdur. İndi demək olar ki, bütün kəndlərdə çəltik əkilib-becərilir. Gürcüva rayonda ən çox çəltik əkilən kəndlərdən biridir. Çəltikçilik burada uzun tarixə malikdir. Əhalinin bu qiymətli bitkinin becərilməsi sahəsində zəngin təcrübəsi vardır. Çəltikliyə olan həvəs və maraq da elə bundan qaynaqlanır.
Kənddə əkin sahələrinin həcmi ildən-ilə genişləndirilir. Burada artıq nümunəvi fermer təsərrüfatları formalaşıb. Belə təsərrüfat rəhbərlərindən biri də Məhəmməd Şirinzadədir. O, işinin əsl ustasıdır, çəltikçilik üzrə rayonda ən yüksək nəticələr qazanıb. Ötən il 19 hektar sahədə çəltik əkilib-becərilib. Cari ildə bu rəqəm 60 hektara çatdırılıb. O, həmçinin digər bitkilərin becərilməsi ilə də məşğuldur. Buna baxmayaraq, çəltik əkin sahələrini azaltmır, əksinə hər il artırır. Cari ildə bol məhsul gözlənilir. Bunun üçün bütün aqrotexniki tədbirlərə yüksək şəkildə əməl olunub.
Malay kənd sakini Əli Musayev də çəltik əkin sahələrini xeyli artıraraq 35 hektara çatdırıb. Bu işgüzar təsərrüfat adamı çəltikçiliyə marağın böyük olduğunu dilə gətirərək deyir ki, çəltikçilik ağdaşlıların sevimli məşğuliyyətidir, yerli əhali çəltiyin becərilmə üsullarına yaxşı bələddir. Ona görə də rayonda elə bir kənd yoxdur ki, orada çəltik əkilməsin. Son illər isə bu sahəyə maraq ikiqat artıb. Bunun başlıca səbəbi burada torpaq və iqlim şəraitinin çəltik üçün əlverişli olmasıdır. Həm də qiymətli ərzaq olduğuna görə satışla bağlı heç bir problem yoxdur, hətta xarici bazarlara da çıxmaq olar. Bir sözlə, çəltik iqtisadi cəhətdən səmərəli məhsuldur. Əgər becərmə işləri yaxşı aparılarsa, hər hektardan 60 sentner məhsul götürmək mümkündür. Bazarda düyünün kiloqramı 1-1,5 manat təşkil edir. Çəltikçiliyə maraq da, hər şeydən öncə, bu amildən qaynaqlanır.
Rayonun Harutlu kəndində də çəltik əkilir. Burada hər il əkin sahələri genişləndirilməklə yanaşı, həm də məhsuldarlıq yüksəlir. Belə təsərrüfatçılardan biri də Həsrət Cavadovdur. O, əkin-səpin işlərini hamıdan qabaq başa çatdırıb. Fermer qeyd edir ki, digər kənd təsərrüfat bitkilərinə nisbətən çəltikçilik çox zəhmət tələb edən sahədir, bütün işlər əl ilə görülür, özü də ki, sulu sahələrdə. Burada təcrübə, səriştə, bacarıq olmadan keçinmək olmaz. Lakin məsələ burasındadır ki, çəkdiyin zəhmət hədər getmir, necə deyərlər, barını-bərəkətini görürsən. Məhz buna görə də keçən il 10 hektarda çəltik becərən fermer bu il əkin sahələrini 22 hektara çatdırıb. Bu işlər elə-belə baş verməyib. Əvvəlki illərdə yaxşı məhsul və bunun müqabilində yaxşı qazanc götürdüyünə görə, o, bu addımı atıb. Hər şeyin kökündə iqtisadi stimul, mənfəət dayanır. Başqa cür heç kəsi nəyisə əkib-becərməyə təhrik etmək olmaz.
Ağdaşın Xınalı, Ağzıbir, Əzəbocaq və digər kəndlərində də çəltik əkin sahələri əvvəlki illərə nisbətən xeyli genişləndirilib. Ağdaş Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu il başqa sahələrə nisbətən çəltikçiliyə maraq daha güclü olub. Bunun səbəblərindən biri də budur ki, Ağdaş düyüsü xüsusi dadı və ətri ilə fərqlənir. Ən başlıca səbəb isə çəltikçiliyə dövlətimizin, dövlət başçımızın hərtərəfli diqqət və qayğısıdır. Cənab Prezident İlham Əliyevin aqrar bölməyə yeni konseptual baxışı və bunu özündə ehtiva edən proqramlar və layihələrin icrası kənd təsərrüfatının bütün sahələrində, o cümlədən çəltikçilikdə sürətli inkişafa yol açıb. Rəqəmlərə müraciət edək. Ağdaş rayonu üzrə 2016-cı ildə 1310 hektar çəltik əkilmiş və sahələrdən 1315 ton məhsul götürülmüşdür.
Bu il əkin sahələrinin həcmi 2500 hektara çatdırılıb. Əkin-səpin kampaniyası yüksək səviyyədə başa çatdırılıb, bütün aqrotexniki tədbirlər vaxtlı-vaxtında yerinə yetirilib. Mütəxəssislərin fikrinə görə, bu il əsl çəltik ili olacaq və tarlalardan bol məhsul götürüləcək. Rayonda hər bir zəhmət adamı dövlət başçısına minnətdarlıq ifadə edir və hamı yaxşı dərk edir ki, onun arxasında dövləti dayanıb. Dövlətin maliyyə dəstəyi, güzəştli kreditləri, subsidiyaları və digər yardımları olmasaydı, belə yüksək nailiyyətlər qazanmaq olmazdı.
Çəltikçiliklə yanaşı, Ağdaş rayonunda kənd təsərrüfatının digər sahələrində də işlər yaxşı gedir. Belə ki, 2017-ci ilin məhsulu üçün 12312 hektarda taxıl, 315 hektarda tərəvəz, 164 hektarda rayon üçün yeni məhsul olan vələmir, 203 hektarda kartof, 1243 hektarda yonca və s. əkilib. Bu il keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi əkin sahələrinin həcmi 37 faiz çoxdur.
Hazırda rayonda mal-qaranın sayı 78650 baş, qoyun və keçilərin sayı isə 95737 başdır. Cari ilin ötən aylar ərzində diri şəkildə ət istehsalı 2558 ton, süd istehsalı 9917, 2 ton, yumurta istehsalı 1 milyon 801 min ədəd olub.
Kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafında ciddi irəliləyiş baş verib. Mövsüm zamanı qarşıya çıxan problemləri operativ şəkildə həll etmək üçün Rayon İcra Hakimiyyətinin nəzdində məsul işçilərdən və mütəxəssislərdən ibarət qərargah yaradılıb. Qərargahda görülən işləri müzakirə etmək məqsədilə hər gün yığıncaq keçirilir, fikir mübadiləsi aparılır, müvafiq tapşırıqlar və tövsiyələr verilir. Belə tədbirlər çox böyük əhəmiyyət kəsb edir. Çünki kənd təsərrüfatı xüsusi sahədir, burada tez-tez çevik tədbirlərə zərurət yaranır ki, həmin işlər vaxtında görülmədikdə, digər problemlərə yol açır.
Rayon üzrə 77 fermer təsərrüfatı ilə 3000 min hektar sahədə pambıq əkini ilə bağlı müqavilələr bağlanmış, çiyid səpini optimal müddətdə və yüksək aqrotexniki qaydalara uyğun şəkildə başa çatdırılmışdır. Hazırda təsərrüfatlarda becərmə işləri davam etdirilir.
Ağdaş Suvarma Sistemləri və Pirəzə Mexaniki Suvarma İdarəsi pambıq əkini sahələrinin su təminatı və meliorativ vəziyyətini öyrənmiş, suvarma və kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsi işləri başa çatdırılmışdır. Bundan başqa, ehtiyac olan yerlərdə yeni drenaj və suvarma kanalları çəkilmiş, elektrik nasos stansiyaları və digər hidrotexniki qurğular işlək vəziyyətə gətirilmişdir. Avadanlıq və qurğuları fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün bütün zəruri tədbirlər görülmüşdür. Becərmə texnikasına və digər avadanlıq və aqreqatlara olan tələbat tam şəkildə ödənilmişdir. Təsərrüfatlarda yaşanan kadr problemini həll etmək üçün peşəkar aqronomlar və aqro-mühəndislər seçilərək təsərrüfat işlərinə cəlb edilmişlər.
Rayonda əkinəyararlı 15800 hektar münbit torpaq sahələrinin suvarılması məqsədilə Respublika Meliorasiya və Su Təsərrüfatı ASC ilə müqavilə bağlanmışdır. Sahələrə ilkin baxış keçirilmiş, meliorativ tədbirlərə start verilmiş və 4300 hektar sahədə layihə işləri başa çatdırılmışdır. Ərazinin qalan hissələrinin layihə-smeta sənədləri hazırdır.
Rayonda baramaçılığın inkişafı və geniş yayılması üçün Çin Xalq Respublikasından gətirilmiş 30 min ədəd, daxili imkanlar hesabına isə 35 min ədəd tut tingi əkilmişdir. Sahələrdə bitmə 98 faiz təşkil edir. 2017-ci ildə rayon üzrə 5 ton barama materialının əldə olunacağı gözlənilir.
Ağdaşlılar yaxşı bilirlər ki, halal zəhmətlə, alın təri ilə qazanılan çörəyin ətri-rayihəsi başqadır. Torpaq da sanki insan kimidir, qulluq, nəvaziş gözləyir. Bunları edə bildinsə, o da dönüb mütləq əvəzini verəcək, üzünü ağ, süfrəni isə bol və bərəkətli edəcəkdir.

 

Zülfü İLYASOV,
bölgə müxbiri, Ağdaş rayonu