Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 Ölkədə sahibkarlıq fəaliyyətinin inkişaf göstəricilərinin dinamikası yüksəlməkdədir

 

Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malik ölkələrindəndir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim ön sıralarda dayanır. Statistikaya baxdıqda görmək olur ki, 2016-cı ilin birinci yarısında Аzərbaycanda sahibkarlığın inkişaf dinamikası: özəl sektor ÜDM-də 81,2 faiz, vergi daxilolmalarında isə 70,9 faiz təşkil edir. Məşğulluğun 40,7 faizi özəl sektor tərəfindən təmin edilir və adambaşına düşən ÜDM-in həcmi 3953.0 manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,0 faizini təşkil edir. Qeyri-neft sektorunun ÜDM-də payı 65,7 faizə çatmışdır. Bununla yanaşı, sahibkarların 36,1 faizi Bakı şəhərində, 63,9 faizi regionlarda fəaliyyət göstərir. Sahibkarların 14,6 faizini hüquqi şəxslər, 85,4 faizini isə fiziki şəxslər təşkil edir.
Müstəqil Azərbaycanın ilk illərində neft sektoru ilə qeyri-neft sektoruna olan diqqət, özəl sektorun inkişafına yönələn məqsədyönlü və düzgün düşünülmüş siyasətin nəticəsi olaraq ölkə iqtisadiyyatının yenidən qurulmasında sahibkarlığın inkişafı mühüm yer tuturdu.
Bununla yanaşı, ölkədə sahibkarlara yaradılan şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qida sənayesinin də inkişafına böyük təkan vermişdir. Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı, sahibkarların müdafiəsi ilə bağlı etdiyi son çıxışlar, müvafiq fərman və sərəncamlar ölkə sahibkarlarını daha yaxşı işləməyə sövq edir. Yerli sahibkarlığın inkişaf etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması ölkə başçısının daim diqqət mərkəzindədir və bu istiqamətdə iş adamlarına lazımi şərait yaradılmışdır.
Azərbaycanda şokolad istehsalının inkişafı ötən əsrin ikinci yarısına təsadüf edir. Bu, elə bir dövr idi ki, ölkə iqtisadiyyatı inzibati-amirlik sis-temindən bazar iqtisadiyyatına keçirdi və bunun üçün də müəyyən vaxt lazım idi. Ölkədə iqtisadi islahatların aparılması, yerli və xarici sahibkarlara münbit şəraitin yaradılması bu işi sürətləndirdi. XXI əsrin ilk addımları doğma respublikamız üçün uğurlu oldu.
Düzdür, əvvəllər əhali Rusiya, Polşa, Ukrayna, Moldova istehsalı olan şir-niyyatlara üstünlük verirdi. Lakin indi yüksək keyfiyyətli, ləziz Azərbaycan şokoladı, nəinki milli brendə çevrilmiş, habelə xarici bazarlara da yol tapmışdır. Bu missiyanı öz üzərinə respublikamızda özəl sektorun ilklərindən olan “Veysəloğlu” şirkətlər qrupunun tərkibinə daxil olan “Ulduz” şokolad fabriki götürmüş və bu gün bu işin öhdəsindən layiqincə gəlməkdədir.
2001-ci ildə bu fabrik fəaliyyətə başlamaqla daxili istehsala, qənnadı məmulatları və qida məhsulları sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Yerli bazara müxtəlif çeşiddə şokoladlar təklif edən fabrikin məhsulları qısa bir vaxt ərzində istehlakçıların rəğbətini qazandı. Fabrikin məhsullarına olan tələbat gündən-günə artdı. Keyfiyyətli məhsul, göz oxşayan qablaşdırma, çeşid bolluğu, sərfəli qiymət və yüksək xidmət istehlakçıların sayının sürətlə artmasına səbəb oldu.
İndi “Ulduz” şokolad fabriki ən müasir standartlara cavab verən, ekoloji təmiz, gigiyenik baxımdan təhlükəsiz şirniyyatlar, çeşidli karamellər istehsal edən müəssisə olub, keyfiyyətli məhsulları ilə istehlakçıların xidmətindədir.
Fabrik yarandığı gündən Azərbaycanın qida sənayesində mühüm yer tutan, istehlakçıların etibar etdiyi, eyni zamanda, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən müəssisələrdəndir. 15 il əvvəl fəaliyyətə başlamış fabrik ölkə iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafında mühüm rol oynamaqla, bu sahənin rəqibi olmayan liderinə çevrilmişdir.
Fabrikdə tam avtomatlaşdırılmış müasir avadanlıqların tətbiqi sayəsində məhsul istehsalı xeyli artmış və dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək iş şəraiti yaradılmışdır. Fəaliyyətinin ilk illərində “Ulduz” şokolad fabriki “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və digər markaların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb. 2014-cü ilin əvvəlindən “Topnut” markalı “Draje” və “Çırtdan”, “Freş”, “Alpinmilk”, “Villi” markalı “Karamel” xətlərinin işə salınması ilə müəssisə öz fəaliyyət sahəsini daha da genişləndirmişdir. 2016-cı ildən isə Fabrik “Ulduz”, “Sema”, “Moredo” və “Belore” markaları altında yeni çeşid şokolad və karamel istehsalına başlamışdır.
Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır.
Keyfiyyətə daim önəm verən müəs­sisə rəhbərliyi dünya təcrübə­sindən də bəhrələnir. Müəssisənin əməkdaşları Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmişlər. Müəssisə rəhbərliyi iş prosesində keyfiyyət məsələsini daim diqqət mərkəzində saxlayır. Fabrikin məhsulları beynəlxalq standartların bütün tələblərinə cavab verir və həm yerli, həm də xarici bazarlarda istehlakçı etibarı qazanmışdır. Belə ki, fabrik artıq bir neçə ildir ki, aşağıda qeyd edilən sertifikatları tətbiq edir.
- İSO 9001:2008 (Keyfiyyəti İdarə­etmə Sistemi Standartı)
- BRC (British Retail Concertium, İngilis Pərakəndəçilər Birliyi Standartı)
- İFS (İnternational Food Standard)
- Beynəlxalq Qida Standartı
- İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı)
- HALAL - Dünya Halal Birliyi (World Halal Union) Türkiyə.
Ulduz Şokolad Fabriki BRC, İFS standartlarını alan ilk Azərbaycan müəssisəsidir.
Bu gün müəssisədə 200-dən artıq işçi çalışır. Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş yaraşıqlı binada yerləşir.
Məhsul istehsaldan istehlaka qədər mərhələ-mərhələ yüksəkixtisaslı mütəxəssislərin nəzarəti və müayinəsi ilə hazırlanır. Müəssisədə hazırlanan məhsulların analizi üçün peşəkar laboratoriya fəaliyyət göstərir.
Fabrikdə qida və qeyri-qida məhsullarının saxlanılması üçün ən müasir avadanlıqlar ilə təchiz olunmuş anbar binası bu sahənin ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir. Fabrikin müxtəlif çeşiddə məhsulları həm Azərbaycanın bütün bölgələrinə göndərilir, həm də dünyanın 20-dən çox ölkə-sinə, o cümlədən Rusiya Federasiyasının iri şəhərlərinə, həmçinin Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İraq, İran, Malaziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac edilir.
Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etmək şirkətin əsas məqsədidir. Şirkət fəaliyyəti çərçivəsində əməkdaşlıq etdiyi xarici istehsalçı fabriklər ilə distributorluq səviyyəsində çalışır. Şirkətin müasir anbar infrastrukturuna malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçılarının distributorluğunu həyata keçirməsi onun inkişafınа daima təkan verir. Şirkətin qarşıya qoyduğu əsas məqsəd həmçinin hal-hazırda respublikamızda mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli xidmət göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.
“Ulduz” şokolad fabriki hər il Almaniya, Rusiya, Hollandiya, İran və Bir-ləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq sərgilərdə ölkəmizi layiqincə təmsil edir. Belə ki, müəssisə Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edərək, həmin ölkələrin müvafiq təşkilatları ilə tərəfdaşlıq müqavilələri də imzalayıb. Sərgilərdə uğurla iştirak etməklə bərabər, həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda PR və reklam kampaniyaları, korporativ sosial məsuliyyət layihələri də cari ildə davam etdirilib.
Artıq Azərbaycanın milli brendinə çevrilən “ULDUZ” şokoladları hər bir ailənin, süfrələrin, xonçaların bə­zəyinə çevrilmişdir. Kollektivin qar­şısına qoyduğu əsas məqsəd mil­li dəyərlərin qorunmasında ya­xın­dan iştirak etmək, iqtisadiyyatın möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşması istiqamətində ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə layiqincə nail olmaqdır. Yaxın illərdə müəssisədə yeni məhsulların istehsalı, istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması yeni iş yerlərinin yaranmasına imkan verəcəkdir.
Ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək nəticəsində müəssisənin 15 il ərzində istehsal gücü bir neçə dəfə ar-tırılmışdır. İş adamlarına göstərilən dövlət qayğısı fabrik rəhbərliyinin qarşıdakı illərdə daha da böyük uğurlara imza atacağından xəbər verir.

 

Nailə CABBAROVA