Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir”. Bu sözlər “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapmışdır. Qəbul edilən dövlət proqramlarının nəticəsi olaraq son illərdə Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişafı məqsədilə ölkədə rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Sənaye məhsullarının istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamış, 2017-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 10 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. 

Ölkəmizdə strateji xarakter daşıyan sənaye müəssislərinin yaradılması prosesinin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi həyata keçirilən genişmiqyaslı iqtisadi proseslərin tərkib hissəsidir. Sənaye sahələrinin yaradılması prosesində muxtar respublikanın da fəal iştirak etməsi ilk növbədə əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açır. Belə müəssisələrin yaradılmasında məqsəd həmçinin Naxçıvan Muxtar Respublikasında innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı yüksəlişini təmin etməkdir.
Belə müəssisələrdən biri də ölkənin və regionun ən böyük holdinqlərindən olan “Gəmiqaya Holding”in tərkibində fəaliyyət göstərən Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksidir. İnşaasına 2014-cü ilin avqust ayında başlanan və 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin və Naxçıvan Muxtar Respublikasının Ali Məclisnin Sədri Vasif Talıbovun iştirakı ilə açılış mərasimi keçirilən istehsal kompleksi ölkə rəhbərliyinin göstərdiyi qayğı və dəstək nəticəsində bu gün regionda ən müasir, məhsuldar və böyük komplekslərdən birinə çevrilmişdir. Fəaliyyətə başladığı gündən müəssisənin ən böyük məqsədi minimum enerji istehlakı ilə maksimum məhsuldarlıq və keyfiyyətin əldə edilməsi olmuşdur.
Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksinin tərkibində 4 zavod fəaliyyət göstərir ki, bunlara Alçıpan Təbəqə Zavodu, yaxud Gips Karton Lövhə Zavodu, Məsaməli Beton Zavodu, Əhəng Zavodu və Gips Zavodu daxildir. Hal-hazırda zavodlarda ümumilikdə 176 nəfər çalışır ki, onların da 100%-ni yerli kadr və mütəxəsislər təşkil edir.
Kompleksdə fəaliyyət göstərən Alçıpan Təbəqə Zavodunun illik istehsal həcmi 2.000.000-dir. Hal-hazırda zavodda istehsal edilən alçıpan növlərinin qalınlığı 9,5 və 12,5 mm-dir ki, həmin ölçülər də ölkə tələbatı və müştərilərin istəklərinə uyğun şəkildə hazırlanır. İstehsal edilən 9,5 mm qalınlığındakı alçıpan təbəqənin günlük istehsal həcmi 2000 ədəd, 12,5 mm qalınlığındakı alçıpan təbəqənin istehsal həcmi isə 1400 ədəddir. Naxçıvan Gips Zavodunda istehsal olunan gips karton lövhələrinin keyfiyyət və müqavimət göstəriciləri Avropadan alınan analiz aparatlar və təchiz olunmuş müasir avadanlıqlar vasitəsi ilə təyin edilərək satışa göndərilir. Alçıpan istehsalında istifadə olunan gips xammalı kompleksin gips zavodu tərəfindən, üz və astar kağızları Rusiya və Türkiyədən, tərkibinə qatılan kimyəvi qatqılar isə Avropa və Türkiyədən təmin edilir.
Kompleksin tərkibində fəaliyyət göstərən ən əhəmiyyətli zavodlardan biri gündəlik istehsal həcmi 500, illik istehsal həcmi isə 500.000 olan Məsaməli Beton Zavodudur. Digər hörgü materiallarına nəzərən bir çox üstünlüyə malik olan məsaməli beton hazırda 10 sm x 25 x 60, 15 sm x 25 x 60, 20 sm x 25 x 60, 30 sm x 25 x 60, 40 sm x 25 x 60 ölçü qəlib formalarında istehsal olunur. Məsaməli beton istehsalında istifadə olunan xammallar: sönməmiş əhəng, reolit qum, sement, gips Muxtar Respublikadakı zavod və karxanalardan, kimyəvi qatqı maddələrindən olan alüminium tozu isə Belçikadan təmin edilir. Məsaməli beton bloklar digər tikinti materiallarından öz keyfiyyətinə görə əhəmiyyətli dərəcədə fərqlənir. Bu bloklar ekoloji baxımdan da təmiz və toksik olmayan materialdır. Məsaməli beton blokların istiliyi izolyasiya etmək xüsusiyyəti adi betonla müqayisədə 6-10 dəfə çoxdur. Bundan əlavə, məsaməli beton səsi izolyasiya etmək xüsusiyyətinə də malikdir. Digər mühüm göstərici isə sınmış, qüsuru olan bloklardan ikinci dəfə istifadə etmək imkanıdır. Məsaməli betonun əsas üstünlüklərindən biri də enerjiyə yüksək səviyyədə qənaət etməsidir. Məsaməli betonun istiliyi izolyasiya etmək kimi əla xüsusiyyəti təkcə otağı isitməyə və ya sərinlətməyə olan tələbatı azaltmır, həm də atmosferə karbon qazının buraxılmasını azaltmaq və iqlim dəyişməsinin qarşısını almaqla, əlavə izolyasiya materiallarından istifadə etməyə ehtiyac yaratmır.
Məsaməli beton məhsulları həmçinin yanğın təhlükəsizliyini təmin edir və yanğından müdafiə tədbirlərinin ən yüksək tələblərinə cavab verir. Tam şəkildə mineral tərkibi sayəsində məsaməli beton yanmayan tikinti materialı kimi təsnif olunur. O, 12000C temperaturda yanmır, eləcə də digər tikinti materialları ilə müqayisədə istiliyə davamlıdır. Cəmi 150 mm enliliyi olan məsaməli beton divarı yanğına ən azı 2-4 saat müqavimət göstərə bilər. Eyni zamanda, məsaməli beton bloklar tüstü və toksik qazlar da yaratmır, donmuş buzu və suyu sıxışdırıb çıxaran minlərlə xırda məsamələrdən ibarətdir. Kiçik çəkisinə baxmayaraq, məsaməli beton olduqca möhkəm və uzunömürlüdür.
Əhəng Zavodunda istehsal prosesi modern avadanlıqlarla təchiz olunmuş, tamamilə avtomatik sistemlə işləyən mərkəzi idarəetmə otağından aparılır. Əhəng istehsalında istifadə olunan əhəngin tərkibinin saflıq dərəcəsi 99% təşkil edir ki, bu da dünyada istifadə edilən ən saf və keyfiyyətli əhəng hesab edilir. Naxçıvan Əhəng Zavodunda iki növ əhəng istehsal olunur: sönmüş və sönməmiş əhəng. Əhəng xam maddəsi karxanalardan gətirilərək qırıcılar vasitəsilə qırıldıqdan sonra xam maddə çənlərinə yığılır. Daha sonra bu maddə dönən sobada 1100C temperaturda müntəzəm şəkildə kalsinasiya prosesindən keçir. Aparılan analizlər nəticəsində sübut edilmişdir ki, Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində istehsal olunan hər iki növ əhəng dünyanın ən keyfiyyətli göstəricilərinə malik əhənglərdəndir. Əhəng zavodunda istehsal edilən sönməmiş əhəngin istehsal həcmi günlük 200 ton, sönmüş əhəngin istehsal həcmi isə günlük 120 ton təşkil edir.
Sönməmiş əhəngdən metallurgiya, şəkər sənayəsi, inşaat materiallarının istehsalı, ətraf mühitin qorunması, əhəng qruntun sabitləşdirilməsi və yaxşılaşdırılmasında istifadə olunur. Sönmüş əhəng isə sosial və mülki tikililərdə, binaların daxili və xarici səthlərində suvaq üçün, müxtəlif qatqılarda, kərpiç və qazobeton (qazosilikat) blokların istehsalında, həmçinin su xətlərinin təmizlənməsində və zibillərin yandırılmasında  istifadə edilir.
Kompleksdə fəaliyət göstərən Gips Zavodunda əsasən 3 növ gips istehsal olunur ki, bunlar adi gips (kartonpiyer), astar suvaq gipsi və üzlük suvaq gipsidir. Gips istehsalında istifadə olunan xammal gips xammalı və kalsid Muxtar Respublikanın müxtəlif karxanalarından, astar və üzlük gips üçün istifadə edilən əlavə kimyəvi qatqı maddələri isə Avropa və Türkiyənin müxtəlif firmalarından təmin edilir. Gips İstehsal prosesinin avadanlıqları Çin, Türkiyə və Hollandiya firmaları tərəfindən quraşdırılmışdır. Naxçıvan Gips Zavodunda istehsal olunan adi gipsin istehsal həcmi 130 ton – 4390 kisə, astar suvaq gipsinin istehsal həcmi günlük 105 ton – 3490 kisə, üzlük suvaq gipsinin istehsal həcmi isə günlük 65 ton – 2600 kisə təşkil edir.
Kartonpiyer gips (adi gips) məhsulu təbii gips daşının lazımi temperaturda bişirilməsindən alınan yüksək keyfiyyətli, ekoloji təmiz, ağ rəngli incə gipsdir.
AZS 046-2000, EN 13279-1 standartına uyğundur. Əsasən lepka və paduqaların hazırlanmasında istifadə olunan bu məhsul rahat hazırlanır, çatlamır, möhkəmdir, istiliyi və səsi izolyasiya edir, temperatura davamlıdır və ekoloji cəhətdən təmizdir, insan orqanizmi üçün zərərsizdir, təbii gips parlaqlığına malikdir.
Astar suvaq gips məhsulu məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli astar suvağıdır. AZS 046-2000, EN 13279-1 standartına uyğundur. Binaların daxilində beton, qazbeton, mişar daşı, kərpic, briket (preslənmiş kömür, torf və s.) və digər materiallardan hörülmüş divarların sement və qum qarışığı ilə suvanmış səthlərində, sənaye və mülki tikililərin, mehmanxanaların, xəstəxanaların və villaların daxili divarlarında istifadə olunur. Ekoloji baxımdan təmizdir, insan orqanizminə zərərsizdir, tez hazırlanır, PVA yapışqanları və digər əlavələr qatılmır, yüksək yapışma xüsusiyyətinə malikdir, istifadə zamanı yerə tökülmür, çatlamır, möhkəm və elastikdir, istilik və səs izolyasiya xüsusiyyətinə malikdir.
Üzlük suvaq gips məhsulu yüksək yapışma qabiliyyətinə malik, narın, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır. AZS 046-2000, EN 13279-1 standartına uyğundur. Binaların daxilində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi, həmçinin beton, qazbeton, kərpic, briket (kərpic şəklində preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, astar suvağı ilə suvanmış, yaxud gips lövhələrin (tavan və divar) üzərində incə suvaq kimi istifadə olunur.
Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində istehsal edilən məhsullar müasir avadanlıq və aparatlarla tam təchiz olunmuş laboratoriyalarda müxtəlif analizlərdən keçirilir, dünya standartlarının tələb etdiyi hər bir texniki göstəriciyə diqqətli şəkildə nəzər yetirilir. Kompleksdə istehsal olunan məhsullar həm yerli, həm də xarici bazarlarda satışa çıxarılır. Sönmüş və sönməmiş əhəngin ölkənin müxtəlif regionlarına, məsaməli beton və gips məhsullarının Gürcüstan, alçıpan təbəqənin isə ölkə daxilində və İran İslam Respublikasına satışı həyata keçirilir.


Mətanət Hüseynova