Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İSLAHAT PROQRAMLARININ REALLAŞDIRILMASI  GÜCLÜ İQTİSADİ İNKİŞAFA YOL AÇACAQ

 

Azərbaycanda iqtisadi islahatların və bilavasitə bazar münasibətlərinin bərqərar olması ilk növbədə bu sahədə mövcud olan təkmil qanunlardan və baza sənədlərindən qaynaqlanır. Belə ki, 1992-1997-ci illərdə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Maliyyə sənaye qurumları haqqında” qanunlar qüvvəyə mindi. 1977-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar MDB məkanında ilk dəfə olaraq Azərbaycan vətəndaşını torpaq mülkiyyətçisinə çevirdi. Bütün görülən tədbirlər yeni iqtisadi münasibətlərin - bazar iqtisadiyyatının yaranıb intişar tapmasına yol açdı. 2003-cü ildən Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül girdabından çıxaraq, tərəqqi yoluna qədəm qoydu. 1999-cu ildən etibarən Azərbaycanın ilk neft tankeri xarici sulara yola salındı və bununla da respublikamıza valyuta axını başladı. Məhz həmin vəsaitlərin hesabına Azərbaycan iqtisadiyyatı inkişaf edərək möhkəmləndi.
Neft-qaz şirkətində həyata keçirilən irimiqyaslı layihələr iqtisadiyyatın digər sahələrinin inkişafında mühüm rol oynadı, ölkədə makroiqtisadi sabitliyə nail olundu, iqtisadi artım üçün real zəmin yarandı, bütün sahələr və istiqamətlər üzrə islahatlara başlanıldı, yeni iş yerləri açıldı. Əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə dəyişdi, regionların sosial-iqtisadi həyatında misli görünməmiş dəyişikliklər baş verdi.
Ölkəmizdə müasir tələblərə cavab verən, yeni çağırışlarla səsləşən azad bazar iqtisadiyyatına keçid prosesi uğurla yekunlaşdı. Hazırda ölkəmizdə liberal, rəqabətədavamlı, ixracyönümlü, diversifikasiya olunmuş iqtisadi münasibətlər sistemi qurulur. Son on üç ildə qlobal müstəvidə ÜDM istehsalına görə ən yüksək göstəricilərdən biri Azərbaycanda müşahidə edilib. 2004-cü ildən bəri respublikamıza 200 milyard dollardan çox sərmayə yönəldilib ki, bu da ölkənin iqtisadi cəlbediciliyindən xəbər verir. Son on üç il əvvəldə 71 min yeni müəssisə işə düşüb və bunun hesabına 1,5 milyon yeni iş yeri açılıb.
İnkişaf göstəricilərinə görə, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevrilib. Hazırda region iqtisadiyyatının 75 faizi respublikamızın payına düşür. Bu illər ərzində regionların tarazlı inkişafı təmin edilmiş və bunun müqabilində rayon mərkəzləri, kənd və qəsəbələr müasirləşmiş, abadlaşmış, infrastruktur sistemləri köklü şəkildə dəyişmişdir. Dünayada gedən çox çətin və mürəkkəb proseslər fonunda Azərbaycan ictimaiyyətində geriləmə və tənəzzül meyilləri özünü göstərməmiş, iqtisadi sabitlik yüksək şəkildə qorunub saxlanılmışdır.
İndi dünyanı cənginə alan iqtisadi maliyyə böhranları təkcə neft ilə bağlı deyildir. İnkişaf etmiş ölkələrdə istehsal münasibətlərinin və əməyin qiymətləndirilməsində obyektiv meyarların pozulması, vergilərin kəskin şəkildə artırılması və digər amillərin təsiri də az deyildir. Bundan isə bütün ölkələr, o cümlədən Azərbaycan da ziyan çəkir.
Lakin bizdə heç bir qlobal və regional layihələrin icrası dayanmayıb.
Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş üçüncü mərhələ Dövlət Proqramı (2014-2018-ci illər) bənd-bənd, maddə-maddə icra olunur. İndi dünyada qeyri-neft sektorunda da ciddi böhran yaşanır. Bu isə, yuxarıda da qeyd edildiyi kimi, ən çox siyasi qərarların nəticəsi kimi ortaya çıxır. Siyasi səhnədə bu proseslər davam etdikcə, iqtisadi sahədə sabitliyə və inkişafa keçid çətinləşir. Burada söhbət Yaxın Şərqdə baş verən münaqişə və müharibələrdən və həmin konfliktlərin vaxtında çözülməsindən gedir. Bu xoşagəlməz olaylardan az itki ilə çıxmaq üçün Azərbaycan ən düşünülmüş və optimal yol seçib: daxili sabitliyi qoruyub saxlamaq, iqtisadi islahatları davam etdirmək, diversifikasiya proseslərini dərinləşdirmək.
Hazırda Azərbaycan strateji məhsullarla, demək olar ki, özünü təmin edə bilər. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, imzalanan sərəncamlar, təsdiq edilən islahat proqramları sonuncu idarəetmə sisteminin effektiv formada qurulmasına, əlverişli bazar mühitinin yaradılmasına gətirib çıxarır. Bu işdə, həmçinin sahibkarlıq subyektlərinə göstərilən hərtərəfli dövlət dəstəyi, onlara yönəldilən maliyyə resurslarının, güzəştli kreditlərin, subsidiya yardımlarının həcminin ildən-ilə genişləndirilməsi mühüm rol oynayıb.
Cənab Prezident İlham Əliyev tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strareji yol xəritəsinin təsdiq edilməsi haqqında” fərmanın imzalanması iqtisadiyyatın, o cümlədən aqrar bölmənin perspektiv inkişafı üçün geniş imkanlar açır. Belə ki, Strateji yol xəritəsi milli iqtisadiyyatımızın orta və uzunmüddətli dövrdə dinamik inkişafına real təminat yaradır. Bu sənəd 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyən edilərkən real çağırışlar və prioritetlər ön mövqeyə çıxarılıb. Bu sənəd çağdaş Azərbaycanın iqtisadi inkişafında və tərəqqisində müstəsna əhəmiyyətə malikdir.
Həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının yüksəlişini təmin etməklə yanaşı, həm də demokratik inkişaf, vətəndaş quruculuğu sahələrində də ciddi irəliləyişlərə gətirib çıxaracaqdır. Azərbaycanın iqtisadi tərəqqi və mənəvi təbədüllat yolunda müəyyən etdiyi hədəflər xalqımızı xoş gələcəyə qovuşduracaq.
Çünki bu hədəflərə çatmaq üçün ölkədə yaxşı təməl yaradılıb. Son bir neçə il ərzində dövlətin güzəştli kerditləri hesabına ölkədə 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 55 loqostik mərkəz, 22 taxıl anbarı, 16 meyvə-tərəvəz, 9 süd və 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 40 istixana kompleksi, 6 yem zavodu və digər müasir tipli müəssisələr yaradılıb. Məhz həmin müəssisələrin açılması aqrar sektorda ciddi dönüş yaratmış, idxaldan asılılığın azaldılmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Bu sahədə işlər davam etdirilir, yeni obyektlər tikilir, istehsal və s. emal müəssisələri açılır.
Cənab Prezident İlham Əliyev demişdir: “Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi 5 faiz artmışdır. Bu proses 2004-cü ildən bu günə kimi davam edir!
Təkcə ötən il regionlarda 147 sənaye müəssisəsi açılıb. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, aqrar sahədə intensiv metodlar əsasında istehsalın genişləndirilməsi prosesi davam etdirilir. Son illərdə 20 rayonda 44 min hektar ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb. Ötən il ölkənin aqrar bölməsində 5,4 milyard manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Ümumi istehsalın 2,8 milyard manatı heyvandarlıq, 2,5 milyard manatı isə bitkiçilik məhsullarının payına düşür. Bitkiçilik üzrə 2,5 faiz artım baş verib.
Ötən il Azərbaycanda qarğıdalı da nəzərə alınmaqla 3 milyon 601 min ton taxıl məhsulu toplanıb. Bu isə əvvəlki illə müqayisədə 63,4 min ton çoxdur. İl ərzində sahələrdən 881 min ton fosfor, 1 milyon 238 min ton tərəvəz və 464,5 min ton bostan bitkiləri toplanıb. Kartof istehsalı artıb, lakin bostan və tərəvəz bitkilərinin istehsalında geriləmə özünü göstərib. Ötən il ölkə üzrə 876,2 min ton meyvə və giləmeyvə, 134,4 min ton üzüm istehsal olunub, sahələrdən 1001,1 ton çay yarpağı və 3594 ton tütün yarpağı, 83 min ton pambıq yığılıb, baramaçılıq və digər sahələrdə artım tempi özünü göstərib.
2016-cı il böhran ili kimi yadda qalıb. Geniş islahat proqramlarının həyata keçirilməsi, başlanmış böyük layihələrin gerçəkləşməsi gələcək illərdə özünü daha qabarıq şəkildə göstərəcək. Ekspertlərin proqnozlarına görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı sabitləşmə mərhələsinə daxil olacaq, 2018-ci ildən etibarən isə ölkədə ciddi iqtisadi artım müşahidə olunacaq. Bütün bunlar isə ilk növbədə qeyri-neft sektorunun inkişafı zəminində baş verəcək.

Zülfü İlyasov,
bölgə müxbiri