Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya getdikcə daha geniş şəkildə təmin olunur.
Bu il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı demişdir: “Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdır. Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun, əlbəttə ki, bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilibdir. Bakıda və bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın, demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir”.
Bəli, qürurverici həqiqətdir ki, şəhərimiz gündən-günə gözəlləşir, müasirləşir, eyni zamanda, qədim tarixini də qoruyub saxlayır. Məhz buna görə də xarici turistlərin diqqətini cəlb edir. Bunun nəticəsidir ki, ölkəmizə turist axını ildən-ilə artır, artıq turizm bütün dünyada olduğu kimi, Azərbaycanda da ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilməkdədir. Turizm sektorunun davamlı inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.
Hazırda bölgələrlə yanaşı, Bakıda da turizm sənayesi yeni inkişaf mərhələsini yaşayır. Paytaxt şəhərimiz dünyanın məşhur beşulduzlu otel brendlərinin cəmləşdiyi məkana çevrilib.
 Yolumuz onlardan birinə - Heydər Əliyev prospektində, şəhərin mərkəzindən 4 dəqiqəlik məsafədə yerləşən, Bakının sayılıb-seçilən beşulduzlu “Excelsior Hotel & Spa Baku” otelinədir. Müsahibim otelin baş meneceri Turhan Poyrazdır. Turhan bəylə müsahibəni diqqətinizə çatdırırıq.
- Turhan bəy, necə oldu ki, Bakıya gəlib iş qurdunuz? Azərbaycan Sizi nə ilə cəlb etdi?
- Mən Azərbaycana 2000-ci ildə gəlmişəm və ilk gündən Bakıya vurulmuşam. Bakını təkcə ən gözəl şəhər olduğuna görə deyil, ən sakit şəhər olduğuna görə sevdim. Bu şəhər insanların çox mehriban olduğu bir şəhərdir.Mən İstanbuldan gəlmişdim və onun tıxaclar şəhəri olduğu hamıya bəllidir. Bakıda ilk keçirdiyim zamanlarda tıxac deyilən bir şey görmədim. İnsanların həyat tərzi çox sakit idi, küçələrdə heç dava edən görmədim, düşünürdüm ki, burada insanların əsəbləri həmişə sakitdirmi, heç dava edən yoxdurmu? Baxdım, düşündüm ki, nə qədər gözəl bir həyat... və burada uzun müddət qalmağa qərar verdim. Mən buraya bir şirkət quraraq gəldim. Qurduğum şirkət reklam, marketinq və konsaltinq şirkəti idi. Onu da qeyd edim ki, mənim təhsilim otel idarəçiliyidir. Uzun illər Türkiyədə otelçiliklə məşğul olmuşam. Gənc idim və bu iş vaxt aparan, tətilsiz, davamlı iş olduğu üçün düşündüm ki, bir az bu işdən ayrılım. Ona görə də ailəmizin işi olan reklam, marketinq və konsaltinq şirkətində çalışmağa başladım. 2000-ci ildə bu şirkətin Bakıda bir nümayəndəliyini açdım. Amma mənim keçmişim otelçi olduğuna görə, Azərbaycandakı müştərilərimin böyük hissəsi otellər oldu. Mən bu otellər üçün konsaltinq, tanıtım və marketinq işləri görməyə başladım. Otellərin markalarının hazırlanması, təqdimatları və açılışlarında özüm bilavasitə iştirak etdim. Bu otellərdən biri də “Excelsior Hotel & Spa Baku”oteldir. Bu otelin açılışına qədər bir çox işləri, hətta açılışın təşkilini də özüm etdim. Keçən illərin sonunda bu oteldə bir yenilənməyə ehtiyac ortaya çıxdı və mənə burada çalışmaq təklif olundu və bu otellə birgə fəaliyyətimiz başladı, əvvəl konsaltinqlə başlayan bu fəaliyyət, sonra idarəçiliyin də mənə həvalə edilməsi ilə davam etdi.
- Bildiyimiz kimi, baş meneceri olduğunuz “Excelsior Hotel&Spa Baku” oteli Bakı şəhərinin sayılıb-seçilən, lüks otellərindən biridir. Bu səviyyəyə çatmaq üçün, yəqin ki, çox çətinlikləriniz olub...
-Bizim otelçilik dilində delüks adlandırılan bir otelin idarə olunmasında ən önəmli məsələ və ən böyük çətinlik 5 ulduz keyfiyyət standartlarını yaratmaq və daha çətin olanı o yaradılan standartları qorumaqdır. Bu işi yaxşı qurduğunuz zaman seçilən, istənilən otel ola bilirsiniz. Standartları yaratmaq asandır. Bu işin xırdalıqlarını bilməsəniz də, kitablarda var, internetdə var. Önəmli olan o standartları təkcə tapmaq və ya yaratmaq deyil. Əsas məsələ onları otelə uyğunlaşdırmaq və davamlılığını saxlamaqdır. Bu standartlar üçün yetişmiş işçilər tapmaqda hələ də çətinlik çəkirik. 10 il əvvəl ümumiyyətlə bu sahədə işçi tapılmırdı. İndi işçi var, hətta mən deyərdim, onların sayı həddindən artıq çoxdur, amma 5 ulduz səviyyəsində xidməti bacaran adamlar bir qədər azdır. Yeni açılan otelin minimum 200 nəfər işçiyə ehtiyacı var. Buna görə işçi tapmaqda davamlı rəqabət var. Amma bu adamların sayı getdikcə artır. Çünki “Excelsior Hotel & Spa Baku” oteli başda olmaqla, otellər treninqlərə, o cümlədən praktikantlara ciddi yer ayırırlar. Gördüyünüz kimi, oteldə prakikantlar var və onlar bizim burda istədiyimiz, arzu etdiyimiz 5 ulduz keyfiyyətini birbaşa görərək, iş başında öyrənirlər. Hazırda bir çox otellər də bizim kimi işçiləri özləri yetişdirməyə başlayır. Bunların sayı artdıqca otellər işçiləri daha çox seçə biləcək. Bu gün üçün isə çətinlik müasir keyfiyyət standartlarını öyrənmiş işçilərin azlığıdır.
- Bu gün “Excelsior Hotel & Spa Baku” Sizin görmək istədiyiniz oteldirmi? Burada qonaqlara göstərilən xidmətin səviyyəsi yüksəkdirmi?
- Razıyam. Hazırda otelimiz bütün qonaqlara yüksək səviyyədə xidmət edir. Bizim işimizdə hər zaman daha yuxarıya təkmilləşmə olmalıdır. Qonağa necə xidmət göstərə bilərik ki, bizdən ayrıla bilməsin. Bunu bacarmaq üçün hər gün bunun üzərində işləyirik. Biz hər gün səhər 09:00-da departament başçıları ilə iclaslar keçiririk, keçən günü araşdırır, gələcək gün üçün nələr edə biləcəyimizdən danışırıq. Öz üzərimizdə hər gün, hər saat, hər dəqiqə işləyirik.
- Milli valyutamızın dəyərdən düşməsi otelinizin işinə necə təsir göstərdi? Bu, özünü sizin qiymətlərdə büruzə verdimi?
- Dünyadakı böhran Azərbaycanda öz əksini hərtərəfli, həm də fərqli bir şəkildə göstərdi. Azərbaycanlılar çox əziyyət çəkdilər, insanların alıcılıq qabiliyyəti azaldı. Amma otel kimi böyük miqdarlarda satınalma edən şirkətlər üçün Azərbaycanda qalxan qiymətlər çox böyük fərqlər yaratdı. Bir otelin ən böyük xərclərindən biri enerji daşıyıcılarına olan xərclərdir. Azərbaycanda enerji daşıyıcılarının qiymətləri - qaz və elektrik enerjisinin qiymətləri yüksəldi. Ən böyük xərcimiz bunlar olduğu üçün bu bizə çox mənfi təsir etdi, amma digər tərəfdən, bu dövrdə Azərbaycan manatının xarici valyutalar qarşısında qiymətinin aşağı enməyi bizə “altın yıl”ımızı, necə deyərlər, “qızıl il”imizi yaşatdı. Belə ki, Azərbaycan, xaricdən gəlmək istəyənlər üçün ucuz bir turizm məkanı oldu. Dövlətimizin keçən 10 il ərzində Azərbaycanın reklamına qoyduğu investisiyanın effekti ilə birləşəndə bura axın-axın turistlər gəlməyə başladı. 30-60% məşğulluq ilə işləyən otellər hazırda tələbata cavab verə bilmir, turistlərə “yerimiz yoxdur” deyir. Bu, çox yaxşı göstəricidir. İndi demək olar ki, may ayından oktyabra qədər otellər bayram vəziyyətindədir. Mən bu yaxınlarda Dubayda keçirilən “Ərəb turizm bazarı” sərgisində oldum. Sevindirici haldır ki, burada ən çox işləyən stend Azərbaycanın idi.
Qeyd edim ki, Azərbaycana turistlər ilk növbədə, ərəb ölkələrindən, MDB ölkələrindən, daha çox isə Rusiya və Ukraynadan gəlir.
- Turhan bəy, hazırda Azərbaycanda, o cümlədən Bakıda otel biznesi yeni inkişaf mərhələsindədir, bu sahədə böyük rəqabət yaranıb. Bu şəraitdə “Excelsior Hotel& Spa Baku”nun tutduğu mövqe Sizi qane edirmi?
- Keçən ilə qədər çox çətin idi, belə ki, Azərbaycanda otellərin sayı çox olsa da, bu otellərə tələb az idi. Bəzi otellər arasında çox nömrə sayı ilə fəaliyyət göstərənlər var idi. Onlar qiymətləri salmaqla, qonaqları cəlb edirdilər. İndi belə deyil. Artıq Azərbaycanda tələb təklifdən çoxdur. Amma bizim digər otellərdən bir fərqimiz var ki, digər otellərdə olmayan açıq və qapalı hovuzlar, fitnes, SPA mərkəzi, trenajor zalı, tennis kortu, parkinq və s. oteldə var və pulsuzdur. Başqa ölkələrdə bunların çoxu ödənişlidir. 
Otelimizin daha bir üstün cəhətini qeyd etmək istəyirəm ki, otelimiz şəhərin mərkəzindən 4 dəqiqəlik məsafədə yerləşir. Yuxarıda sadaladıqlarım rəqabətdə bizə bəzi üstünlüklər verir.
- Qarşıdan yay mövsümü gəlir, digər tərəfdən də, İslam Həmrəyliyi Oyunlarına start verildi. Formula-1 yarışlarına isə sayılan günlər qalıb. “Excelsior Hotel& Spa Baku” qapılarını qonaqların üzünə geniş açmağa hazırdırmı? Bu tədbirlərdən nə gözləyirsiniz?
Bizim üçün iki önəmli tədbir var. Biri İslam Həmrəyliyi Oyunları və digəri Formula-1 yarışları. Xarici ölkələrdən Formula-1 yarışlarınagəlməyənlər bu yarışları mətbuat vasitəsilə izləyirdilər. Amma bu il Formula-1 ilə əlaqədar indidən otelə 48 ölkədən tələb var. Mən builki Formula yarışları zamanı otel sayının yetməyəcəyinə əminəm. May ayından başlayaraq Azərbaycan otellərində otaq satışı ilə bağlı problemin olacağına inanmıram. Keçən il də olmadı. Biz bu mövsümü məhsuldar keçirməyi planlaşdırırıq.
- Turhan bəy, sizə işlərinizdə uğurlar diləyirəm, maraqlı və ətraflı müsahibəyə görə sağ olun.

Söhbəti apardı:
Yeganə MƏMMƏDOVA