Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Məqsədimiz Azərbaycan iqtisadiyyatının inkişafına və insanlara xidmət etməkdir 

 

Azərbaycan öz təbii resurslarından məqsədli şəkildə istifadə edərək, iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilmişdir. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərr­üfatı, nəqliyyat, İKT ve qida sektorlarında artım meyli davam edir. Bu sahələrin inkişafının nəticəsidir ki, son on iki ildə ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılmışdır və onun böyük hissəsi qeyri-neft sektorunun payına düşür.
Azərbaycanın qida sənayesi bazarında uzun illərdir ki, uğurla fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biri də “TAC” MMC-dir. Müsahibimiz həmin şirkətin marketinq şöbəsinin rəhbəri Sürəyya xanım Verdiyevadır.
- Bu gün əksər insanlar sağlam həyat tərzinə və keyfiyyətli məhsullara üstünlük verir. Düzgün qidalanma üçün marketlərə, bazarlara üz tuturlar. Bu məhsul bolluğunda alıcılar nəyə üstünlük verməlidirlər?
- Son illərdə insanlar təbii və keyfiyyətli məhsullara daha çox diqqət yetirirlər. Səbəb kimi müxtəlif xəstəliklərin sürətlə yayılmasını və insan ömrünün getdikcə azalmasını qeyd etmək olar. Ekspertlər bunu insanların düzgün qidalanmaması və təbii, keyfiyyətli məhsullardan istifadə etməməsi ilə izah edirlər. Bu gün marketlərdə həm yerli, həm də idxal olunan çox sayda və geniş çeşiddə qida məhsulları var. Əlbəttə, bu məhsullar eyni keyfiyyətə malik deyil, hətta bəzilərinə ümumiyyətlə keyfiyyətli demək doğru olmazdı.
Gəlin, diqqəti insan sağlamlığında vacib və misilsiz rolu olan amillərdən biri - suya yönəldək. Ümumdünya Su Komissiyasının (World Commission on Water) məlumatına görə, bu gün hər insana içmək, yemək hazırlamaq və şəxsi gigiyena üçün gündəlik 40 (20 litrdən 50 litrə qədər) su tələb olunur. Demək, su insan həyatında əvəzolunmazdır və onun keyfiyyətinin insan sağlamlığına təsiri həmişə diqqət mərkəzində olmalıdır.
İnsanlar sağlamlıqlarının qayğısına vaxtında qalmalıdır, yedikləri, içdikləri qidaları aldıqda, seçim etdikdə çox diqqətli olmalıdırlar. Sağlamlıqları üçün vacib olan suyu seçərkən təbii və keyfiyyətli suya üstünlük verməlidirlər. Su insan üçün həyat deməkdir. Əgər hiss etmisinizsə təbii, təmiz su içərkən insanda olan yorğunluq yox olur və bu da ondan irəli gəlir ki, təmiz su hüceyrələrin sağlam işləməsini təmin edir, stressi aradan qaldırır, dəriyə yumşaqlıq verir. Hətta insana lazım olan qanın istehsalı da təmiz suya bağlıdır.  Məhz elə bu qeyd olunanları nəzərə alaraq, içdiyimiz sulara mütləq diqqət etməliyik. Bədənimizə lazım olan vitaminlər və minerallarla təmin olunmaq, xəstəliklərdən qorunmaq və yüksək əhval ruhiyyədə qalmaq üçün təbii su çox önəmlidir.
Bu gün bazarda müxtəlif çeşiddə, yüzlərlə adda sular var. Bu suların xaricdən idxal olunanları da var, daxildə istehsal olunanları da. Su markalarının sayının çox olduğundan insanlar marketlərdə, digər satış məntəqələrində təbii, keyfiyyətli, sağlamlıqlarına faydalı su axtararaq seçim etməkdə çətinlik çəkirlər. Çünki su bazarında çeşid çoxdur, insanların bu sahədə məlumatı isə, təəssüf ki, azdır. Amma bunun da müxtəlif yolları var. Yəni, təbii, keyfiyyətli suyun xüsusiyyətlərini bilərək, onun ayırd edilməsini də öyrənmək olar.
- Bəs, insanlar keyfiyyətli, təmiz suyu necə seçib ala bilərlər? Axı, Azərbaycanda müasir su bazarı geniş və zəngindir...
- Su, xüsusilə 10-20 litrlik qablarda su alarkən onun istehsal tarixinə və saxlama müddətinə mütləq diqqət yetirin. Əgər müddət 3-6 aydan yuxarıdırsa, həmin suda təbiilik axtarmayın, Kiçik həcmdə, məsələn 0,5 litrəlik su butulkalarının üzərində suyun ümumi minerallığı göstərilməyən sulardan istifadə etmək düzgün olmazdı. Ümumdünya Səhiyyə Təşkilatı mineral duzların tərkibi 100-1000 mg/litr intervalında olan sulardan istifadə etməyi tövsiyə edir. Orta minerallaşma ilə sularda mineral duzların miqdarı təxminən litrdə 550 mg təşkil edir, belə suyun faydalı olması əlbəttə ki heç bir şübhə doğurmur. Ancaq litrə 10 mg - insan üçün zəruri minerallarsız ölü sudur – belə sulardan istifadə etmək yediyimiz ərzaqları bilərəkdən vitaminlərdən təmizləməyə bənzəyir. Təbii su ümümiyyətlə quru və sərin yerdə 5-20˚C hərarətində saxlanmalı, günəş şüalarından qorunmalıdır.
- Sürəyya xanım, “TAC” MMC-nin istehsal etdiyi məhsullar və onların insanlar üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycanda digər sahə­lə­rin mühüm inkişafı ilə yanaşı, ən çox inkişaf edən sahələrdən biri də su bazarıdır. Bu gün su bazarında öz təbiiliyi, keyfiyyəti ilə seçilən və milli brend kimi tanınan “Aquavita” sularını hər bir ailənin süfrəsində görmək olar. Məhz buna görə də o, müştəriləri tərəfindən uzun illərdir sevilir və seçilir. Bu da öz növbəsində markanın bazarda rəqabətə tab gətirməsinə və geniş yayılmasına gətirib çıxarmışdır. Artıq 20 ildir ki, TAC şirkəti xalqın xidmətindədir. 20 ildir ki, TAC şirkəti «Suyun keyfiyyəti - həyatın keyfiyyəti» prinsipial mövqe əsasında istehlakçıları məhz təbiətin bizə verdiyi «canlı» təbii su ilə təmin edir. Bu su təbii minerallarla təbiət tərəfindən zənginləşdirilmişdir, əla keyfiyyət və dada sahibdir. O, sağlam həyata tövhə verən həqiqi qida dəyərinə malik məhsuldur.
“Aquavita” suyunun mənbəyi Azərbaycanın şimalında, Xaçmaz rayonunun Susayqışlaq kəndində qoruq zonada yerləşən bulaqdır. Buradan su müəssisəyə məxsus xüsusi avtonəqliyyatlarla zavoda daşınır və müəssisədə quraşdırılmış 45 ton tutumu olan 10 ədəd su çənlərinə doldurulur. “Aquavita”nın digər istehsal olunan sulardan üstünlüyü ondadır ki, təbiət özü qüsursuz, təmiz, minerallarla balanslaşdırılmış və yumşaq dadı olan suyu yaradır, biz - TAC şirkətinin əməkdaşları isə onu təbiiliyini və keyfiyyətini qoruyub saxlayaraq müştərilərimizə çatdırırıq. 
Bir qədər də şirkətin istehsal etdiyi məhsullar barədə məlumat verməyinizi xahiş edirəm. Bilirik ki, TAC şirkəti yalnız içməli su istehsal etmir...
Uzun illərdir “Aquavita” məhz suyun təbiiliyinə, keyfiyyətinə diqqət yetirən və öz sağlamlığının qayğısına qalan insanların seçimidir. TAC şirkətinin bütün məhsulları - həm içməli sular, həm müxtəlif spirtsiz içkilər dünyanın aparıcı istehsalçı şirkətlərindən alınan “KRONES”, “HUSKY”, “UNIVERSAL AQUA” və s. avadanlıqlar vasitəsilə istehsal olunur. Məhsulların keyfiyyəti beynəlxalq sertifikatlar - ISO 9001:2008, ISO 22000:2005 və həmçinin nüfuzlu HACCP sertifikatı ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.
TAC şirkətinin “Gülüstan” limonadları da kifayət qədər tanınmış içkilərdən olmaqla, istənilən yaş qrupu üçün məsləhətlidir. “Gülüstan”nın istehsal olunan “Düşes”, “Tərxun”, “Feyxoa”, “Şaftalı”, “Albalı”, “Portağal”, “Limon”, “Alma” və “Kola” çeşidli içkiləri olduqca məşhurdur. Eyni zamanda, şirkətin son illər ərzində bazara buraxdığı yeni brendləri - “NİCETEA” soyuq çayları, “JİNGO” təbii şirə tərkibli içkiləri və “KVAS Derevesskiy”, “KVAS Qorodskoy”, “KVAS Selskiy” adlı kvasları hər bir müştərinin ağız dadına uyğundur.
TAC şirkəti müştərilərini yüksək keyfiyyətli “canlı” təbii su ilə təmin etmək üçün prinsipial olaraq su hazırlanma prosesində əks osmos qurğularından istifadə etmir. Belə su distillə olunmur və özünün təbii minerallar kompleksini dəyişmədən saxlayır. Aquavita suyu tamamilə orqanizm üçün zəruri mikro və makro elementlərlə fizioloji zənginlik meyarlarına cavab verir. Suda Ca və Mg-nın mövcudluğu hipertoniya, yüksək qan təzyiqi və ürək aritmiyasının profilaktikasına, sümüklərin möhkəmlənməsinə və sinir sisteminə faydalı təsir göstərir. Natriumun mövcudluğu bədəndə su tarazlığının qorunmasında və qidaların hüceyrə divarından keçməsinə şərait yaradır, sinir və əzələ funksiyalarının sağlamlığı üçün lazımdır.
Şirkətin məhsulları daxili bazar üçün nəzərdə tutulmuşdur. Əsas məqsəd Azərbaycan iqtisadiyyatının genişləndirilməsinə və inkişafına xidmət etməkdir. Bu şirkətin məhsulları bey­nəlxalq standartlara cavab verir.
- Gələcək iş planları barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Bu gün “ТАС” ММС şirkəti öz uğurlu inkişafı naminə yeni lahiyələr və bir sıra ideyalar üzərində çalışmalarını davam etdirməkdədir. Şirkətin kollektiv qarşısına qoyduğu əsas məqsəd milli dəyərlərin qorunmasında yaxından iştirak etmək, iqtisadiyyatın möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşması istiqamətində ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə layiqincə nail olmaqdır. Yaxın illərdə müəssisədə yeni məhsulların istehsalı, istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, istehsal həcminin artması yeni iş yerlərinin yaranmasına imkan verəcəkdir.
Maraqlı müsahibəyə görə sağ olun.

 

Nailə CABBAROVA