Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 

Azərbaycanda strateji yol xəritələrinin gerçəkləşməsində

ixrac potensialının təhlili və inkişaf perspektivləri

 

 

(əvvəli ötən saymızda)

Azərbaycan Respublikasında dünyadakı qlobal böhran fonunda ixrac potensialının stimullaşdırılmasının əsas istiqamətlərindən biri vergiqoyma mexanizminin təkmilləşdirilməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəffaflığın artırılması istiqamətində apardığı məqsədyönlü siyasətə, vergi orqanları qarşısında qoyulan tələblərə və tapşırıqlara uyğun olaraq, ölkə 2013-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”una üzv olub. O vaxtdan vergi məsələləri üzrə xarici ölkələrlə aparılan məlumat mübadiləsinin təkmilləşdirilməsi və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən aparılan işlər artıq öz nəticələrini verməkdədir.
Hazırda ixracın stimullaşdırılması istiqamətində aparılan islahatların əsasını sahibkarlıq fəaliyyəti təşkil edir. Bu baxımdan məlumdur ki, son illərdə sahibkarlığın inkişafı və dəstəklənməsi istiqamətində bir sıra mühüm əhəmiyyətli normativ-hüquqi aktlar qəbul edilmişdir. Bunlara «Sahibkarlıq fəaliyyəti haqqında», «Kiçik sahibkarlığa dövlət köməyi haqqında», «Antiinhisar fəaliyyəti haqqında», «Haqsız rəqabət haqqında», «İnvestisiya fondaları haqqında», «Xarici investisiyaların qorunması haqqında», «Xüsusi iqtisadi zonalar haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və digər bu qəbildən olan qanunları, eyni zamanda, iqtisadi tənzimlənməyə üstünlük verilməsi və dövlətin iqtisadiyyata müdaxiləsini minumuma endirmək məqsədilə «Sahibkarlarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında», «Sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında», «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» və “Sahibkarlıq günü” haqqında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamını misal göstərmək olar. Bunların nəticəsidir ki, orta və kiçik sahibkarlar tərəfindən 2016-cı ildə 28,8 milyard manatlıq məhsul istehsal edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,5 %-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Emal sektorunda isə qida məhsullarının istehsalı 4,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 39,1%, ağac emalı və ağacdan məmulatlar 23,1%, kağız və karton 7,3%, poliqrafiya məhsulları 1,7%, metallurgiya sənayə məhsullarının istehsalı 2,0%, hazır metal məmulatları 18,9%, kompüter və elektron məhsullar 10,6%, elektrik avadanlıqları 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşqular 41,9%, mebel 10,7%, maşın və avadanlıqların quraşdırılması və təmir işləri 42,2% artmışdır.
Uzunmüddətli strateji yol xəritəsində göstərildiyi kimi, dövlət xarici iqtisadi əlaqələrin səmərəliyini yüksəltmək istiqamətində ilk əvvəl tənzimlənməni təkmilləşdirməli, burada, xüsusən, gömrük-tarif, vergi və qeyri-tarif inzibati mexanizm və metodlarından istifadə optimallığı artırılmalıdır. Qeyd olunanlara əsaslanaraq, ölkədə ixrac potensialını stimullaşdırmaq üçün, fikrimizcə, prioritet istiqamətlər aşağıdakıları əhatə etməlidir.
xarici iqtisadi fəaliyyət sferasında yeni bazar təsisatlı institusional dəyişikliklərin aparılması, sahəvi normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
ixracyönümlü məhsul istehsal edən təşkilatın stimullaşdırılması;
dövlətlərarası ticarət palataları təsisatlarının genişləndirilməsi, respublikanın ixrac potensiallı təşkilatının xaricdə nümayəndəliyinin açılması və fəaliyyətlərinin genişləndirilməsinə nail olunması;
xarici iqtisadi əlaqələr sferasında informasiya xidmətlərinin, reklam işinin təşkili və təkmilliyinin və habelə marketinq fəaliyyətinin genişləndirilməsi;
xarici partynorlarla istehsal kooperasiyası, xalq istehlakçı malları istehsalında, yüksək texnologiyalar sferasında və həmçinin konversiya istiqamətində əməkdaşlığın genişləndirilməsi.
Ümumiyyətlə, ixrac potensialının stimullaşdırılması, investisiyaların təşviqi ilə bağlı qəbul edilmiş qərarlarla investorlara vergi və gömrük güzəştlərinin verilməsi sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının stimullaşdırılmasına səbəb olacaq, bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək. Belə ki, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunur. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən, 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50%-nə görə vergidən, həmçinin, əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır. Eyni zamanda, potensial ixrac bazarları ölkələrində logistik mərkəzlərin yaradılması istiqamətində araşdırmalar aparılır, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər görülür. İxracda xüsusi önəm kəsb edən qablaşdırmanın əhəmiyyəti nəzərə alınaraq, bu sahədə təşkilatların yaradılması təşviq olunacaq, bu sahəyə dövlət dəstəyi daha da gücləndiriləcəkdir. 2014-cü il ərzində Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən dünyanın 150 ölkəsi ilə 31016.7 milyon ABŞ dolları həcmində ticarət əməliyyatları aparılmışdır. Xarici ticarət dövriyyəsinin 70,4 % və ya 21828.6 milyon ABŞ dolları həcmində hissəsini ixrac, 29,6 % və ya 9188.1 milyon ABŞ dolları həcmində hissəsini idxal olunan mallar təşkil etmiş, ixrac-idxalı örtmə əmsalı 2,38 olmuşdur. Bu dövrdə 6142 adda mal idxal, 2151 adda mal ixrac olunmuş, gömrük orqanlarında, ümumilikdə, 261617 ədəd, o cümlədən 219004 ədəd idxal, 42613 ədəd ixrac gömrük bəyannaməsi rəsmilləşdirilmişdir. 2013-cü ilə nisbətən rəsmilləşdirilmiş gömrük bəyannamələrinin sayı 35141 ədəd və ya 11,8% (ixrac bəyannamələri 448 ədəd və ya 1,0%, idxal bəyannamələri 34693 ədəd və ya 13,7%) azalmışdır.
Ümumiyyətlə, 2014-cü ildə ixrac olunan malların 22,0% İtaliya, 9,2% İndoneziya, 8,8% Almaniya, 8,1% İsrail, 7,0% Fransa, 3,8% Tailand, 3,6% İspaniya dövlətlərinə göndərilmişdir. İdxal əməliyyatlarında isə Rusiya (14,3%), Türkiyə (14,0%), Böyük Britaniya (10,6%), Almaniya (7,7%), Çin (7,6%), Amerika Birləşmiş Ştatları (6,1%) Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşları olmuşdur. 2015-ci ildə ölkənin hüquqi və fiziki şəxsləri 165 xarici dövlətlə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 109 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal həyata keçirilib. 18815,4 milyon dollar məbləğində ticarət, o cümlədən 10619,2 milyon dollarlıq ixrac və 8196,2 milyon dollarlıq idxal əməliyyatları aparılıb. Nəticədə, 2423,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2014-cü ilə nisbətən məhsul mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 4,1% azalıb. Ticarət dövriyyəsinin 16553,9 milyon dolları və ya 88,0%-i MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrin, 2261,5 milyon dolları, yaxud 12,0%-i MDB üzvü dövlətlərinin payına düşüb. Bu ölkə qrupları üzrə ticarət dövriyyəsinin fiziki həcmi müvafiq olaraq 1,7% və 12,5% azalıb. Dövriyyənin 8892,5 milyon dollarlıq hissəsi və ya 47,3%-i Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri sayəsində yaranıb.
MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrə ixrac olunan məhsulların dəyəri müqayisəli qiymətlərlə 2,7% azalıb. Bu ölkələrə 10151,7 milyon dollar həcmində məhsul göndərilib. MDB üzvü dövlətlərinə ixrac olunan məhsulların həcmi 33,6% azalaraq 467,5 milyon dollar təşkil edib. İxracın ümumi həcminin 4,4%-i MDB, 59,7%-i Avropa İttifaqı ölkələrinin, 35,9%-i isə digər ölkələrin payına düşüb. 2015-ci ildə ölkəyə idxal olunan 6402,2 milyon dollarlıq məhsul MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən daxil olub. İdxalın ümumi həcminin 21,9%-i MDB üzvü dövlətlərinin, 31,2%-i Avropa İttifaqı ölkələrinin, 46,9%-i isə digər ölkələrin hesabına formalaşıb. Xarici ticarət dövriyyəsinin 83,4%-i İtaliya, Almaniya, Rusiya, Türkiyə, ABŞ, Fransa, İsrail, Çexiya, Avstriya, Yaponiya, Çin, İndoneziya, Birləşmiş Krallıq, Gürcüstan, İspaniya, Portuqaliya, Ukrayna, Tunis, Hindistan, Kanada və Tailand dövlətlərinin hesabına formalaşıb.
(davamı gələn saymızda)

Hacıyev Fazil Şöhlət oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti,
i.e.d., prof “Mühasibat uçotu və audit“ kafedrası”