Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanda strateji yol xəritələrinin gerçəkləşməsində ixrac

potensialının təhlili və inkişaf perspektivləri

 

Son illərdə dövlət başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsaslarından biri olan ixrac potensialının stimullaşdırılmasının ölkə iqtisadiyyatının qarşısında duran başlıca problemlərdən biri kimi böyük əhəmiyyəti vardır və bu məsələ Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Belə ki, dövlət başçısının 28 yanvar 2016-ci il tarixli “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əsas məqsədi ondan ibarətdir ki, qeyri-neft nəhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərin 3%-i dövlət vəsaiti hesabına sahibkara ödəniləcək. Eyni zamanda, bu sərəncam ilə əlaqədar olaraq ixrac potensialının stimullaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyində ixrac prosedurlarının sadələşdirilməsi, beynəlxalq təcrübə əsasında ixrac təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşdirilməsi, ixracat bazarında təşviqat brendləşmə, logistikanın yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlanıb və ixrac potensialının stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatlarının bir gün ərzində verilməsi nəzərə alınıb.
Göründüyü kimi, Azərbaycanda ixrac potensialını genişləndirmək və ixracın strukturunu optimal vəziyyətə gətirmək üçün kompleks tədbirlər görülür. Bu zaman dünya ölkələrinin təcrübəsinə əsaslanaraq ilk növbədə qeyri-neft sahələrinin ixracatını stimullaşdıran və elmi cəhətdən əsaslandırılmış uzunmüddətli strateji dövlət proqramı işlənib hazırlanıb. Bu proqramın reallaşdırılmasında isə ixracyönümlü sənaye müəssisələrini təşkilati və maliyyə cəhətdən dəstəkləyən xüsusi bir mexanizmin yaradılması lazım gəlir. Bu işdə ixracın dövlət tərəfindən stimullaşdırılması ön sıraya keçir.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabrın 6-da ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncamına uyğun olaraq müvafiq strateji yol xəritəsində göstərilmişdir ki, “ixrac potensialından maksimum istifadə edilməsi və qeyri-neft sektorunun diversifikasiyasının qlobal mühitdə daha da dərinləşməsi mühüm strateji hədəf hesab edilir”. Göründüyü kimi, Strateji yol xəritəsinin tətbiqi şəraitində ölkənin qarşısında duran əsas vəzifələrdən biri ixracın artırılması və stimullaşdırılmasıdır. Belə ki, 2017-ci ilin 18 aprelində Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkədə ixrac potensialının daha da yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev demişdir:“ Hazırda birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır – 68 milyon dollar, dördüncü yerdə şəkərdir – 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər. Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla, görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik.
Sənaye məhsulları arasında isə birinci yerdə plastik məmulatlardır – təxminən 100 milyon dollar. İkinci yerdə alüminium və ondan hazırlanan məmulatlardır – bu da 100 milyon dollara yaxındır. Biz alüminium sənayesini mütləq sürətlə inkişaf etdirməliyik. Üçüncü yerdə qara metallar və onlardan hazırlanan məmulatlardır – 96 milyon dollar. Dördüncü yerdə qiymətli metallardan hazırlanan məmulatlardır – 77 milyon dollar. Beşinci yerdə kimya sənayesi məhsullarıdır – 55 milyon dollar. Mən bu rəqəmləri nəyə görə səsləndirirəm? Ona görə ki, sahibkarlar da, ictimaiyyət də bunu bilsin, həm müsbət dinamikanı, həm də bizim potensialımızı görsünlər. Ona görə ixracın inkişafı, artırılması ən əsas məsələlərdən biridir. Bir daha demək istəyirəm ki, dövlət sahibkarlar üçün hər şey edir. Dövlət infrastruktur yaradıb, kreditlər, subsidiyalar verir, fermerləri vergilərdən azad edib, aqrolizinq yaradıb, texnika alıb gətirir və paylayır, yanacaq da həmçinin. Ticarət evləri yaradır, ixrac missiyaları, sərgilər təşkil edir. “ Azexport “ portalı, “ Made in Azerbaijan “ brendi, investisiya və ixrac təşviqi yaradıb. Bundan sonra sahibkarlara ancaq bunlardan istifadə etmək və öz imkanlarını genişləndirmək, ölkəmizə daha böyük fayda gətirmək qalır”.
İxrac malların, işlərin, xidmətlərin, intellektual fəaliyyətin nəticələrinin və kapitalın ölkə ərazisinə yenidən gətiriləcəyi barədə öhdəliklər olmadan onların ölkənin iqtisadi ərazisindən daşınıb aparılmasıdır. Malların və xidmətlərin ölkə sərhədindən çıxarılmadan xarici hüquqi və fiziki şəxslərə satılması da ixraca aiddir. Xarici ticarət əməliyyatının başa çatmasını bildirən əmtəə ixracının əsas meyarı həmin məhsulun ixracatçı ölkənin dövlət sərhədindən keçirilməsi, ixracatçı ölkənin ərazisində istifadə edilmək üçün xarici alıcılara satılmış mallar barəsində mülkiyyət hüququnun keçməsi və ya xidmətlərin təqdim edilməsidir.
Malların ixracının uçotu onların dövlət sərhədindən keçmə anına, yaxud mülkiyyət hüququnun xarici alıcıya verilməsi anına əsasən aparılır. Müasir şəraitdə ixrac adi kommersiya sövdəsindən daha mürəkkəb əməliyyatdır, o, istehsal və elmi-texniki əməkdaşlıq haqqında, patentlər və lisenziyalar haqqında müxtəlif tipli ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərlə sıx əlaqədardır. Malların ixracı və idxalı barədə sistematik məlumatın toplanması, çevrilməsi və sistemləşdirilməsi üçün bir sıra beynəlxalq nomenklatur sənədlər işlənib hazırlanmışdır.
Milli xarici ticarət təsnifçiləri yaradılarkən həmin nomenklatur sənədlər, o cümlədən BMT-nin 1985-ci ildə qəbul edilmiş standart ticarət təsnifatı hesaba alınmalıdır. Bu sənəd 10 bölmədən, 67 şöbədən, 261 əmtəə qrupundan və 3118 əmtəə mövqeyindən ibarətdir. Əmtəələrin təsvir edilməsi və kodlaşdırılması üçün harmonikləşdirilmiş sistemin nomenklaturu 21 bölmədən, 96 qrupdan, 33 yardımçı qrupdan, 1241 əmtəə mövqeyindən, 3553 yardımçı mövqedən və 5019 köməkçi mövqedən ibarətdir.
Xidmətlərin istismarının uçotu zamanı BMT tərəfindən işlənib hazırlanmış vahid məhsul təsnifçiləri bazasında QATT (indiki ÜTT) katibliyi tərəfindən hazırlanmış təsnifçilərdən istifadə edilir. Bu təsnifata daxil olan 160-dan çox xidmət növü 12 bölmədə təmsil edilmişdir: işgüzar xidmətlər, rabitə xidmətləri, tikinti və lizinq xidmətləri, distributor, ümumtəhsil və maliyyə (o cümlədən sığorta) xidmətləri, ətraf mühitin və sağlamlığın qorunması xidmətləri, sosial xidmətlər, turizm və səyahətlər, asudə vaxt, mədəniyyət və idman sahələrində xidmətlər, nəqliyyat xidmətləri və s.
Strateji yol xəritəsinin əssası olan ixrac potensialının stimullaşdırılmasında ixrac kvotasının xüsusi əhəmiyyəti var. İxrac kvotası - iqtisadiyyatın ayrı-ayrı sahələri və ya müəssisələr üçün əmtəə və xidmətlərin ixracının əhəmiyyətini xarakterizə edən kəmiyyət göstəricisidir (yəni, ölkənin ÜDM-ində ixracın payı). XXI əsrin əvvələrində ABŞ-ın və Yaponiyanın ÜDM-də ixrac payı 10%-dən bir qədər artıq, Böyük Britaniyada və Fransada 24%-ə yaxın, Almaniyada 34%, Belçikada 70%, dünya iqtisadiyyatında isə 20% təşkil etmişdir. İxrac kvotası müəyyən əmtəələrin ixracı üçün istehsalın, məhsulun göndərilməsinin müəyyən olunmuş həcmidir. Bu halda ixrac kvotasının tətbiqi milli və beynəlxalq səviyyədə, eləcə də qeyri-tarif və dünya ticarətində xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üzrə tədbirlərə aiddir.
Bəzi dövlətlərdə strateji əmtəələrin ixracını məhdudlaşdırmaq və ya daxili bazarda ayrı-ayrı əmtəə növlərinin tələb və təklifini tənzimləmək məqsədilə ixrac kvotası tətbiq edilir ki, onların sərbəst aparılması (ixracı) və bu əmtəələrin milli istehsalının həcmi dəyərindən müəyyən faizlə məhdudlaşır.
Müəyyən edilmiş kvota çərçivəsində ixrac ona müvəkkil olan dövlət təşkilatları tərəfindən verilən lisenziyalar əsasında həyata keçirilir. Lisenziyaların surəti xaricə əmtəələrin buraxılması üçün gömrük bəyannaməsinə əlavə olunur. Həmçinin, beynəlxalq çoxtərəfli və ya ikitərəfli ticarət sazişləri ixrac kvotası üçün əsas ola bilər. Belə ki, ixrac kvotası hər hansı bir əmtəənin, məsələn Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) çərçivəsində neftin istehsalında və ixracında saziş iştirakçısı olan hər bir ölkənin payını müəyyən edən beynəlxalq sabitləşdirici sazişlərə uyğun olaraq tətbiq edilir. Kvotalar müəyyən ölkəyə bu və ya digər əmtəənin ixracının “könüllü” məhdudlaşdırılması haqqında sazişlər əsasında müəyyən edilir.
İxcac potensialının stimullaşdırılmasında ixrac tariflərindən istifadə böyük iqtisadi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Respublikasında ixrac tarifinin istifadə edilməsi Azərbaycan bazarının ixrac potensialı üçün baza olan və valyuta daxilolmalarının əsas hissəsinə zəmanət verən malların nəzarətsiz ixracdan qorunmasını təmin etmək vəzifəsinə əsaslanır.

(ardı gələn saymızda)

 

 

Hacıyev Fazil Şöhlət oğlu,

Azərbaycan Dövlət İqtisad Universiteti i.e.d. prof
“Mühasibat uçotu və audit“ kafedrası