Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

KOMPOSTUN GENİŞ AREALDA TƏTBİQİ AQRAR İSLAHATLAR FONUNDA

ZƏRURİ VƏZİFƏ KİMİ QARŞIDA DURUR

 

Aqrar elmlər üzrə fəlsəfə doktoru Urfan Məmmədov ömrünün 79-cu baharını yaşayır. Yurd sevgili, vətən təəssüblü bu nurani insanın sözündən-söhbətindən doymaq olmur. O, sanki torpaqla üz-üzə durub danışır, fikir mübadiləsi edir. Ən böyük nisgili düşmən işğalı altında olan doğma torpaqlarımızdır. Müqəddəs yurd yerlərimizə dönəcəyimiz gün çox da uzaqda deyil. Urfan müəllim deyir ki, dövlət başçımızın iradəsi, ölkəmizin iqtisadi gücü-qüdrəti o günü daha da yaxınlaşdırır. O, tamamilə haqlıdır. Torpaqlarımız da bizsiz darıxıb, qəribsəyir. Axı, düşmən əli ilə səpilən toxum cücərib pöhrə verə bilməz!
Urfan müəllim torpaqşünaslıqla bağlı uzun illər ciddi tədqiqatlar aparıb. Onun araşdırmaları elmi-­praktiki əhəmiyyət daşıyır və real sektorda öz tətbiqini gözləyir. Söh­bət respublikamızda mövcud olan əkinəyararlı olan və olmayan tor­paqların təbii üzvi gübrələrlə zənginləşdirilməsindən və torpaq fondunun uzunmüddətli qorunub saxlanılmasından gedir.
Bizimlə söhbəti zamanı Urfan müəl­lim uzun illər işləyib hazırla­dığı təbii üzvi gübrədən – kompostdan, onun kimyəvi-bioloji xü­susiyyətlərindən, iqtisadi səmə­rə­sindən geniş söhbət açdı:
- Son illər dünya iqtisadiyyatında baş verən və bu gün də davam edən dərin böhran fonunda kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq qıtlığına yol verilməməsi, ehtiyat və resurslardan səmərəli istifadə etməklə ölkənin ərzaq potensialının möhkəmləndirilməsi böyük önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahədə mükəmməl islahat konsepsiyası irəli sürmüş, müxtəlif istiqamətlər üzrə konkret proqramlar və fəaliyyət konturları müəyyən etmişdir. İndi respublikamızın hər bir bölgəsində görüləcək işlər, həyata keçiriləcək tədbirlər aydındır. Sahibkarlıq subyektlərinə, fermerlərə göstərilən hərtərəfli dəstək, subsidiya və yardımların artırılması, güzəştli kreditlərin verilməsi təsərrüfatlarda böyük canlanma yaratmışdır. Əhalimizin təxminən yarısı kənd yerlərində yaşayır, xalqımız minilliklərdən boylanan zəngin əkinçilik mədəniyyətinə malikdir.
Odur ki, Azərbaycanı kənd təsərrüfatı olmadan təsəvvür etmək mümkün deyil. Bu gün iqtisadiyyatın diversifikasiyası strukturunda aqrar bölmə xüsusi çəkiyə malikdir.
İndi hər kəsi belə bir sual düşündürür: görəsən, niyə meyvə-tərəvəzin, bostan bitkilərinin əvvəlki dadı-tamı qalmayıb, gündəlik qida olaraq istifadə etdiyimiz çörəyin ətri-rayihəsi nədən yoxa çıxıb? Cavablar müxtəlif ola bilər. Bir çox hallarda bu, toxum materiallarının genetik modifikasiyaya uğraması ilə əlaqələndirilir. Sözsüz ki, həmin təsirlər böyükdür. Lakin bununla yanaşı, digər amillərin rolu da az deyildir. Bitkilərin düzgün qidalandırılmaması, torpaqların münbit və zəngin vəziyyətdə saxlanılmaması belə amillərdəndir.
Bitkilərin qidalanması haqqında ilkin təsəvvür b.e. əvvəl yaşamış (322-384-cü illər) böyük yunan alimi Aristoteldən gəlir. Alman alimi Fon Libox 1840-cı ildə elmi əsaslarla sübut etmişdir ki, üzvi birləşmələr insan və heyvanat aləminin yaşamasını təmin etmək üçün əsas qidadır. Bitkilərin qida mənbəyi yalnız qeyri-üzvi maddələrdir ki, onlar da üzvi maddələrin parçalanmasından alınır. Belə ki, bitkilər üzvi maddələri minerallaşdırdıqdan sonra qəbul edirlər. Kənd təsərrüfatında ən əhəmiyyətli təbii gübrələrdən biri peyindir. Ən düzgün və əlverişli üsul isə peyinə sənaye, məişət və kənd təsərrüfatı tullantıları əlavə etməklə təbii üzvi gübrə – kompost hazırlamaqdır. Kompost mineral gübrələrin bir hissəsini əvəz etməklə həm torpaqların münbit olmasını, həm də yetişdirilən məhsulun bol və dadlı olmasını təmin edir. Kompostun hazırlanması həm asan, həm də ucuz başa gəlir. İstər sahibkarlıq subyektləri, istərsə də kiçik fərdi təsərrüfatlar quyular qazmaqla öz torpaqlarını təmin edəcək miqdarda kompost hazırlaya bilərlər. Quyunun həcminin 60+20 faizini mal-qaranın bərk və duru ifrazatı, 15 faizini ağac yonqarları (kəpək), 10 faizini pambıq qərzəyi, üzüm cecəsi və digər tullantılar, 10 faizini quş zili, alaq, kövşən, xəzəl və s. təşkil edir.
Hər laya şirəli peyin verməklə quyuda nəmliyi təxminən 60-70 faiz saxlamaq olar. Kompostun tərkibini zənginləşdirmək üçün 2 faiz fosforit unu, yaxud paraşok suberfosfat, 1 faiz kalium xlor layların arasına səpilməlidir. Eyni zamanda, laylar arasına ocaq külü və sönməmiş əhəng səpilərsə, kompostun buferliyi artar, hasil olma müddəti tezləşər. Elə etmək lazımdır ki, yanma prosesi şiddətli getsin. Bunun üçün 10 sm qalınlığı olan hər layın nəmliyi duru ifrazatın hesabına 60 faizdən az olmamalıdır. Keyfiyyətinə görə tədricən hazırlanan kompost birdəfəlik hazırlanan kompostdan üstün hesab olunur. Örtük altında ən azı 60-70 dərəcə, hətta daha artıq istilik yaranır ki, bu da alaq otlarının toxumlarının, zərərverici və xəstəlik törədənlərin, patogen zəhərli mikrobların məhvinə səbəb olur, peyində əmələ gələn danadişinin kökünü kəsir. Örtük altında soyutma prosesi başlayan kimi plyonka tam açılır, lazım gələrsə, kütlə qarışdırılır. Yağışlı, küləkli, şaxtalı havalarda plyonka yanlardan və başdan bükülərək qaldırılır. Belə hazırlanan kompost ən geci 6 aya, tezləşdirilərsə 2-3 aya yetişir. Kənd təsərrüfatında ən çox qidalı dibçəklərin hazırlanmasında, meyvə və gül tinglərində, istixana təsərrüfatlarında, yuva üsulu ilə əkilən bostan-tərəvəz və kartof sahələrində kompostu şırıma verməklə yüksək nəticələr əldə etmək olar. Taxıl, pambıq, üzüm, tütün, çay və meyvə bağlarından fərqli olaraq, bostan-tərəvəz sahələrinə yemləmə gübrələri, o cümlədən azot əl ilə səpilir. Bununla izafi gübrə itkisinə yol verilir. Bostan və tərəvəz sahələrində yuvalara kompost verilərsə, bunun üçün hər hektara 15-20 ton kompost sərf olunur.
Hələ sovetlər dönəmində kənd təsərrüfatının kimyalaşdırılması örnək götürülərək azot gübrələrinin yüksək dozada tətbiqinə baş­lanıldı. Məhz həmin o vaxt­lar­ - 60-70-ci illərdə ən çox nitrat top­layan yem və tərəvəz bitkiləri üzə­rində geniş tədqiqat işlərinin apa­rılmasına zərurət yarandı. Nəti­cə­də, bitkilərin tərkibində nitratın miqdarını azaltmaq üçün azot güb­rəsinin dozasının azaldılmasına başlanıldı. Hazırda dünyada istehlak olunan ərzağın üçdə bir hissəsi itirilir, ya da atılır. Məhz buna görə də torpaqları qida maddələri ilə zənginləşdirmək yolu ilə onların strukturunun yaxşılaşdırılması ən vacib problemlər sırasında da­yanır. Qarşıya belə bir vəzifə qoyulub – torpaqlara elə qulluq edək ki, onu gələcək nəsillərə torpaq şəklində qaytara bilək! Bunun üçün ən asan, ən ucuz və ən optimal yol kompostdan kütləvi istifadəyə başlamaqdır. Kompost almaqla torpaqları meşə torpağı kimi münbit və hərəkətli edə bilərik. Əgər torpaq bitkini yetişdirirsə, bitki də öz növbəsində torpağı əmələ gətirir. Suyun, havanın, torpağın, bütövlükdə ekosistemin pozulması, təbii tarazlığın itirilməsi bəşəriyyəti həyəcan təbili çalmağa məcbur edib. Bunun qarşısının alınması istiqamətində ölkəmizdə ardıcıl və sistemli tədbirlər görülür.
Digər tərəfdən, respublikamızda gübrə istehsalının olmaması, onun baha qiymətə xaricdən idxal olunması böyük maliyyə itkilərinə yol açır. Halbuki, kompost mineral gübrələrin böyük hissəsini əvəz etməklə həm torpaqların münbit qalmasını, həm də ekoloji cəhətdən təmiz, saf və keyfiyyətli məhsul yetişdirilməsini təmin edir. Hər bir fermer kompostun hazırlanması ilə məşğul ola bilər. Bunun üçün böyük maliyyə vəsaiti tələb olunmur.
Torpağın, suyun və havanın ekoloji tarazlığını pozmadan kompostun tətbiqi 12 əsas tip torpaqlara 9 cür müsbət təsir göstərir. Bunlar aşağıdakılardır:
- torpağı yumşaq saxlamaqla onu dənəvər edir;
- torpaqda humusun miqdarını artırır;
- torpağı N, P205, K 20, CaO ilə təmin edir;
- torpağı mikroelementlərlə zənginləşdirir;
- torpaqda rütubəti normal saxlayır;
- torpağın havalanmasına şərait yarardır;
- yuva üsulu ilə əkilən bitkilərdə nəinki kök sisteminin, həmçinin bitkinin özünün temperatur rejimini yaxşılaşdırır;
- torpağın buferliyini, artırır.
- torpağın bioaktivliyini, mikroorqanizmlərin fəaliyyətini yaxşılaşdırır.
Söz ardı...
Cənab Prezident İlham Əliyevin aqrar bölmədə müəyyən etdiyi strateji yol xəritəsində diqqətdən kənar qalan sahə qalmayıb. Belə bir kompleks yanaşma yaxın illərdə kənd təsərrüfatında şaxələnmiş iqtisadi sistemin qurulmasına yol açmaqla sıçrayışlı inkişafı təmin edəcək. Bu isə öz növbəsində güclü ərzaq potensialının yaradılmasına, eyni zamanda, məhsulun keyfiyyətini yüksək standartlar səviyyəsinə gətirməklə ixrac imkanlarının bir neçə dəfə artırılmasına şərait yaradacaq. Bir neçə il ərzində taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, ipəkçilik, çayçılıq, fındıqçılıq, zeytunçuluq, istixana təsərrüfatlarında yetişdirilən bostan-tərəvəz məhsulları istehsalı və nəhayət heyvandarlıq sahəsi sürətli inkişaf tempinə gətirilib çıxarılacaq. Hal-hazırda şoranlaşan, eroziyaya uğ­rayan torpaqların əkin dövriyyəsinə cəlb olunması, meliorasiya və irriqasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üzrə modern emal müəssisələrinin, aqroparkların geniş şəbəkəsinin yaradılması istiqamətində ciddi işlər görülür. Həyata keçirilən irimiqyaslı tədbirlərlə yanaşı, kompost kimi qiymətli təbii üzvi gübrənin istehsalına və geniş arealda tətbiqinə başlamağın vaxtı çatmışdır.

Zülfü İLYASOV,
bölgə müxbiri