Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bu gün Azərbaycanda bütün sahələrdə həyata keçirilən əsaslı islahatların nəticəsi olaraq böyük dəyişikliklərin, güclü inkişafın şahidi oluruq. Təbii ki, bu inkişafda ölkədə sahibkarlıq fəaliyyətinin də böyük rolu danılmazdır. Lakin qeyd etmək lazımdır ki, ölkədə sahibkarlığın bugünkü inkişaf səviyyəsinə birdən-birə nail olunmamışdır. Müstəqilliyin ilk illərində iqtisadi inkişafın əsas amillərindən olan islahatların sistem halında və müəyyən ardıcıllıqla həyata keçirilməsinə, demək olar ki, çox az rast gəlinir. Buna respublika iqtisadiyyatında yaranmış vəziyyətlə sahibkarlığın maddi əsasını formalaşdıran amillərin uyğunsuzluğu da təsir göstərirdi. Həmin dövrdə mövcud olan vəziyyət özəlləşdirmə prosesinə də əsaslı təsir etdiyindən həyata keçirilən addımların da nəticəsiz qalması ilə sonlanırdı. Lakin daha sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılmış məqsədyönlü siyasət ölkə iqtisadiyyatının inkişafına, o cümlədən özəlləşdirmə prosesinə, bu əsasda sahibkarlığın inkişafına böyük təsir göstərdi.
Sahibkarlıq sahəsində əsas təşəkkül mərhələsi XX əsrin 90-cı illərinin sonuna təsadüf edir. Həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verdi. Qısa bir müddətdə uğurlu neft strategiyası işlənib hazırlandı və müvəffəqiyyətlə icra olundu ki, bu da neft sektorunun inkişafı ilə bağlı olan digər sahələrin də inkişafına təkan verdi və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmləndirildi, uğurlu beynəlxalq iqtisadi layihələr reallaşdırıldı. Həmçinin, ölkədə sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə dünya təcrübəsinə əsaslanaraq sahibkarlığın hüquqi bazası təkmilləşdirildi. Həm sahibkarlığın hüquqi bazasının yaradılması, həm də həyata keçirilən sosial-iqtisadi islahatlar, qəbul olunmuş dövlət proqramları bu sahənin inkişafında xüsusi rol oynamaqla bərabər, ölkə iqtisadiyyatına da əsaslı təsir göstərdi. Bu proqramlar çərçivəsində, eyni zamanda, sahibkarlara dövlət maliyyə köməyi sistemi də formalaşdırıldı. Sahibkarlar üçün vergi yükünün azaldılması məqsədilə dövlət səviyyəsində tədbirlər də həyata keçirildi.
XXI əsrin əvvəllərindən isə artıq sahibkarlığın inkişafı sahəsində daha ciddi addımlar atılmağa başladı. Ulu öndər Heydər Əliyevin yerli və xarici iş adamları ilə keçirdiyi görüşlər ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına səbəb olmuş, imzalanan mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu dövrdə “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”nın qəbul olunması bu istiqamətdə həyata keçirilən tədbirlərin sistemliliyinin təmin edilməsində mühüm rol oynamış, ölkədə sahibkarlığın inkişafına böyük təkan vermiş, sahibkarlığın ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsinə, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasına şərait yaratmışdır.
Ölkədə sahibkarlığın inkişafına təkan verən bir sıra məhsulların rolu da xüsusilə qeyd olunmalıdır. Bunlardan birincisi Azərbaycanın ən qiymətli sərvətlərindən sayılan neftdir. Azərbaycan neft sənayesi böyük inkişaf yolu keçsə də, xalqımız yalnız XX əsrin sonralarında müstəqillik əldə etdikdən sonra malik olduğu bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Təbii ki, bu imkanın reallaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Məhz ulu öndərin müdrik və uzaqgörən siyasəti, dərin inam və qətiyyəti, məqsədyönlü şəkildə, ardıcıl olaraq həyata keçirdiyi siyasət nəticəsində neft Azərbaycan xalqına xidmət edərək, ölkənin siyasi müstəqilliyinin və iqtisadi tərəqqisinin təmin edilməsinə mühüm rol oynamışdır. “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın
xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” sözləri də ümummilli lider Heydər Əliyevin, bu dahi şəxsiyyətin uzaqgörən siyasətini bir daha təsdiqləyir.
Hələ XIX əsrdə Azərbaycanda ölkənin iqtisadi tərəqqisində, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rol oynayan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi milyonçu sahibkarlar yetişmişdir. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olmuşdur. Ölkəyə xarici kapitalın axını isə sahibkarlıq fəaliyyətinin daha da inkişafına təkan vermişdir.
Ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayan digər sahə isə kənd təsərrüfatıdır. Hələ Sovet İttifaqının mövcud olduğu dövrlərdə bəzi respublikalarda heyvandarlıq, taxılçılıq inkişaf edirdisə, Azərbaycanda üzümçülük, pambıqçılıq, tütünçülük, çayçılıq, baramaçılıq və digər sahələr daha uğurlu inkişaf göstəricilərinə malik idi. Azərbaycanda bu sahədə əsas rol oynayan məhsul isə pambıqçılıq olub. Hələ 1914-cü ilin statistikasına görə, Azərbaycanda yığılan pambıq Zaqafqaziyada istehsal edilən pambığın 70%-ni təşkil edirdi. Sovet İttifaqının dağılmasından sonra isə respublikalararası əlaqələr kəsildi və ölkə çətin vəziyyətlə üzləşdi, o cümlədən pambıqçılığın inkişafı da zəiflədi. Lakin Prezident İlham Əliyevin sahibkarlığa, o cümlədən kənd təsərrüfatına qayğısı nəticəsində bu sahə son illər yenidən dirçəlməyə doğru gedir. Ölkə rəhbərinin “Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur” sözləri də deyilənləri bir daha təsdiqləyir.
Aqrar sahədə mühüm yer tutan sahələrdən biri də üzümçülükdür. Azərbaycan ötən dövrlərdə üzüm və şərab istehsalına görə də ön sıralarda olub. 1901-ci ildə Zaqafqaziyadakı üzüm bağlarının 30%-i, 1913-cü ildə 33,2%-i Azərbaycana məxsus idi. Müxtəlif illərdə istehsal olunan üzüm məhsulunun 44,8%-i və 27,5%-i ölkəmizin payına düşürdü. XX əsrin əvvəllərində Azərbaycanda 1300-dən artıq irili-xırdalı ilkin şərab emalı, araq, konyak zavodları fəaliyyət göstərirdi. Hazırda da bu sahənin inkişafı ölkə başçısının diqqət mərkəzindədir: “Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıb. Üzümçülüyün inkişafı sürətlə gedir. Şərab məhsullarının ixracı da artmalıdır və artır”.
Azərbaycanın sahibkarlıq tarixində ipəkçiliyin inkişafı da xüsusi yer tutur. İpəkçiliyin inkişafı sahəsində əsas addımlar XIX əsrin sonlarında atıldı. Belə ki, həmin dövrdə Zaqatala, Füzuli, Naxçıvan, Ordubad, Şuşa və Şəki şəhərlərində, onlara yaxın ərazilərdə 400-dən çox iri və xırda ipəksalma və ipəkburma müəssisəsi fəaliyyət göstərirdi. Ölkəmizdə bu sahənin inkişafı və geniş vüsət alması baramaçılıqla, həmçinin tut plantasiyalarının çoxluğu ilə əlaqədar olmuşdur. Azərbaycan ipəyi hər zaman öz keyfiyyəti ilə seçilmiş, dünya bazarlarına yol tapmış və məşhurlaşmışdır. Məhz bunun nəticəsidir ki, həmin dövrdə Zaqafqaziyada mövcud olan 120 ipək emalı fabrikinin 114-ü, hasil olunan baramanın 50%-dən çoxu, istehsal edilən ipəyin 2/3 hissəsindən çoxu Azərbaycanın payına düşürdü. Prezident İlham Əliyev də bu sahəyə öz diqqətini əsirgəmir və bu sahənin inkişafının vacibliyini öz çıxışlarında da qeyd edir: “Baramaçılıq sektoru inkişaf etməlidir. Sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edirdi, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar”. Sahibkarlığın inkişafı baxımından əhəmiyyətli sahələrdən biri də balıqçılıqdır. Azərbaycanın balıq sənayesi mənfəət baxımından neft və şərab istehsalından sonra zaman-zaman 3-cü yeri də tutmuşdur. Prezident İlham Əliyev bu sahəyə də hər zaman öz qayğı və diqqətini əsirgəməmiş, balıqçılığın inkişafının yalnız daxili bazar tələbatlarının ödənilməsi baxımından deyil, eyni zamanda, ixrac cəhətdən əhəmiyyətini qeyd etmişdir: “Əfsuslar olsun ki, əvvəlki illərdə bu sahəyə də lazımi diqqət göstərilmirdi. Bizim həm çaylarımızda, həm Xəzər dənizində bol balıq var. Biz balıqları artırırıq, yetişdiririk və Azərbaycanda çox böyük balıqçılıq sənayesi yaradıla bilər. Bununla həm daxili bazar tam təmin edilər, həm də bunun böyük ixrac potensialı ola bilər”.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı uğurla davam etdirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-dən çoxdur, məşğul əhalinin isə təqribən 70%-i bu sektorda cəmləşmişdir.

 

Mətanət Hüseynova