Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Müasir kitabxanalarda informasiya xidməti

 

Ulu öndər Heydər Əliyev kitabxanalara xüsusi diqqət və qayğı göstərərək demişdir: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.
Müasir dövrdə oxucuların intellektual ehtiyacı ümumbəşəri problemlər üzrə baş verir. Buna görə də müasir kitabxanalar xidmət prosesini həm abonement, həm də oxu zallarının köməyi ilə həyata keçirərkən yalnız oxucuların konkret sorğularını ödəməklə kifayətlənməməli, həm də onları cəmiyyətdə baş verən yeniliklərə maraqlanmağa istiqamətləndirməlidirlər.
Hələ XX əsrin 90-cı illərinin əvvəllərindən informasiya cəmiyyətinin formalaşması konsepsiyası meydana çıxsa da, yalnız 2003-cü ilin dekabrında BMT və YUNESKO-nun Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Üçüncü minilliyin əsas vəzifəsini - informasiya cəmiyyəti qurulması vəzifəsini bəşəriyyətin inkişafının mühüm şərti kimi vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin Sammitdə çıxış edərək ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının gündəlik həyatımızın tərkib hissəsinə çevrildiyini, mütəxəssislərin informasiya və kompüter texnologiyaları üzrə müxtəlif layihələri həyata keçirdiklərini bildirmişdir. Bu gün informasiya və kommunikasiya texnologiyaları ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri əhatə edərək, cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.
Kitabxanalarımızın modernləşmə prosesinin sürətləndirilməsi, məlumat-baza bankının yaradılması, texniki resursların artırılması, beynəlxalq elektron sisteminə keçid, müasir şəraitdə ölkəmizin kitabxana sistemində oxuculara yeni xidmət növü – “İnformasiya xidməti” növünü yaratmışdır ki, məhz bu da kitabxana xidmətinin əsas mahiyyətini özündə birləşdirən, onların üzərində yüksələn bir xidmət növü kimi səslənsə də, məzmunca” kitabxana xidmətinin” davamıdır.
İnformasiya xidməti oxucuların informasiya tələbatına tam cavab verə bilən müasir informasiya texnologiyalarının tətbiqi və ondan istifadəyə əsaslanan, internet vasitəsilə dünya müstəvisinə çıxan, elektron vasitələrin köməyi ilə oxucuların qarşısında böyük informasiya məkanı yaradan, bəşəri biliklər xəzinəsi, virtual kitabxanaların köməyi ilə oxucuların malına çevrilə bilən xidmət növüdür.
İnformasiya xidməti oxucuların informasiya tələbatını ödəməyə yönəlmiş fəaliyyət sahəsidir.
Müasir kitabxanalarda informasiya xidməti bir sıra oxucu qrupları ilə işdə ən üstün istiqamət hesab olunur və oxucu sorğularının mürəkkəbliyi baxımından daim genişlənir. İnformasiya xidməti zamanı oxucuları məlumatlandırmaq əsas məsələdir ki, bu da kitabxanaçılardan yüksək peşə biliyi tələb edir.
Müasir kitabxanalarımızın informasiya-texnologiyaları ilə təmin edilməsi sahəsində dövlət xeyli tədbirlər görür. Kitabxanaların internet şəbəkəsinə qoşulması, oxucular üçün ümumaçıq informasiya məkanının formalaşması, xidmət prosesində elektron sənədləri və kataloqları, elektron poçt, CD ROM və s. informasiya texnologiyasının tətbiqini təmin edən tədbirlər həyata keçirir. Kitabxanalarda xidmət işi ilə informatikanın qarşılıqlı elmi əlaqələrinin zənginləşməsinə şərait yaradır. Müasir kitabxanalarda informasiyalaşdırılmış cəmiyyətdə biblioqrafik yazıların maşınla oxunan MARC formatına əsaslanan avtomatlaşdırılmış kitabxana–informasiya sisteminin yaradılması mümkün olmuşdur. Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin yaradılması kitabxanaçı əməyinin, xidmət prosesinin avtomatlaşdırılmasına, qısa zaman ərzində məlumatlanmağa, informasiyanın çoxcəhətli axtarışına, oxucu sorğularının online yerinə yetirilməsinə, kitabxana hesabatının, planlarının, statistikanın uçotunun aparılmasına elektron nəzarəti artırır.
İnformasiyalaşdırılmış cəmiyyətdə oxucu sorğularının ödənilməsi sahəsində həm ənənəvi, həm də elektron texnolgiya xidmətindən qarşılıqlı şəkildə istifadə edilir.
İRBİS-64 (AKİS) proqramı oxuculara həm kitabxananın özünün lokal şəbəkə vasitəsilə, həm də kitabxanaya gəlmədən də Web səhifəmiz vasitəsilə onun fondu ilə tanış olmaq imkanı yaradır. Bu sistem oxucuların müxtəlif aspektli sorğularını hərtərəfli təmin etmək üçün geniş axtarış imkanına malikdir.
Müasir şəraitdə kitabxanalarda oxuculara yüksək xidməti təşkil etmək üçün sərf edilən vaxtı minimuma endirmək lazımdır. Ənənəvi kitabxanalarda oxucu ədəbiyyatı sifariş etmək üçün kataloq qarşısında xeyli vaxt sərf etməlidir. Elektron kataloq isə oxucuların lazım olan ədəbiyyatın qısa müddətdə kitabxanada olması haqqında dəqiq məlumat əldə etməsini təmin edir. Elektron kataloq ədəbiyyat fondu haqqında oxuculara çox səviyyəli axtarış imkanları təklif edir. Digər tərəfdən isə oxucu elektron kataloq vasitəsilə uzaq məsafədən ədəbiyyatları axtarıb, sifariş verə bilər.
Elektron kitabxanalar informasiyalaşdırılmış cəmiyyət quruculuğunun sosial sifarişidir. Elektron kitabxanalar oxuculara informasiya xidmətinin kompüterləşdirilməsinin nəticəsi olub, ənənəvi kitabxanalara alternativ bir qurum deyil, yalnız bir xidmət növüdür.
Elektron kitabxanalar müasir Web texnologiyası əsasında fəaliyyət göstərir. Web texnologiya lokal və uzaqda yerləşmiş informasiya ehtiyatlarının inteqrasiyasını təmin edir. Axtarış və naviqasiya vasitələri onun əsas elementləridir. Məhz onun sayəsində müasir kitabxanalarda oxucular kitabxanaların informasiya ehtiyatlarından istifadə edir. Axtarış aparatı oxucu sorğusu əsasında informasiya ehtiyatının metaverilənlər bazasında axtarış aparmağı təmin edən xüsusi moduldan ibarətdir.
Naviqasiya elementləri isə konkret sənədə istinadı təmin edən hiperistinad siyahısından ibarətdir. Elektron kitabxanalardan istifadə etmək üçün oxucuda internetə qoşulmuş kompüter və internetin WWW, FTP xidmətindən istifadə vərdişi olmalıdır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elektron kitabxanası və oxu zalımız müasir tələblərə cavab verən kompüter avadanlıqları ilə təchiz edilmiş, avtomatlaşdırılmışdır. Bu da internet vasitəsilə başqa kitabxanalara yol açıb, əlaqə yaranmasına imkan verir.

 

 Lətafət MƏHƏRRƏMOVA,

Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) oxu zalının kitabxanaçısı