Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

DAĞLAR QOYNUNDA YERLƏŞƏN YARDIMLI UCALIĞA VƏ ZİRVƏYƏ GEDƏN YOLDADIR

 

Son on üç ildə ölkədə istehsal edilən məhsulun həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsaslı kapitala qoyulan investisiyalar 5,6 dəfə, qeyri-neft məhsullarının icrası 3,3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta aylıq əməkhaqqı 6,4 dəfə artıb, 1 milyon 677 min yeni iş yeri açılıb, 250 min qaçqın və məcburi köçkünün sosial və mənzil-məişət probleminin həll olunmasına 5,2 milyard manat vəsait xərclənilib. Bu müddət ərzində 10 min kilometr avtomobil yolları, 3 min məktəb, 600 xəstəxana, 400-dən çox mədəniyyət və turizm obyekti, 50 idman kompleksi tikilib istifadəyə verilib, 26 elektrik stansiyası inşa edilib. Respublikanın bütün bölgələrinin tarazlı inkişafını təmin edən regionların sosial-iqtisadi inkişafına dair üç mərhələ dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 60 milyard manatdan çox maliyyə vəsaiti yönəldilib. Həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində respublikanın hər bir şəhəri, kəndi, qəsəbəsi köklü şəkildə dəyişib, abadlaşıb, müasirləşib. Elə bir rayon tapmaq çətindir ki, inkişaf və yüksəliş dalğasından kənarda qalsın. Hətta ucqar dağ rayonlarında da eyni səviyyədə tarazlı inkişaf özünü göstərib. Belə rayonlardan biri də Yardımlıdır. Artıq bu yerlərdə yazın ilıq nəfəsi duyulur, dağlar, yamaclar yaşıl dona bürünüb, gül-çiçəyin ətri insanı bihuş edir. Dağ adamlarının xarakteri də möhkəmdir, iradələri də güclüdür. Zarafat gəlməsin, 5-6 ay davam edən qışın şıltaqlığına sinə gərmək, malı-davarı sağ-salamat yaza çıxarmaq asan məsələ deyil. Hələ keçən əsrin 20-ci illərində Azərbaycanda sovet hakimiyyəti qurularkən bolşevik hökuməti müqavimətlə üzləşdiyindən bir il gecikmə ilə Yardımlıda şura quruluşunu bərqərar edə bilib. Bundan sonra beş-altı il burada İran əsginazları işləyib. Sovet rejimində yüksək dağlıq ərazidə yerləşdiyinə görə Yardımlıya fikir verən olmayıb, necə deyərlər, rayon uzun illər inkişafdan kənarda qalıb. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycan Respublikasına rəhbərliyə gələn Heydər Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində Yardımlının üzünə günəş doğdu. İstər həmin dövrdə, istərsə də müstəqillik illərində Yardımlı dinamik inkişaf yoluna çıxarıldı. Yaşayış məntəqələrinə qaz, işıq çəkildi, əlçatmaz kəndlərə yollar salındı, körpülər tikildi, rabitə sistemi yaradıldı.
Cənab Prezident İlham Əliyevin Yardımlı rayonuna hər bir səfəri neçə-neçə sosial infrastruktur obyektinin açılışı ilə əlamətdar olub. Son illər Yardımlıda aparılan tikinti-quruculuq və abadlıq işləri nəticəsində yeni-yeni ictimai binalar, sosial obyektlər, yaşayış evləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib, parklar, xiyabanlar salınıb, küçələrin işıqlandırma sistemi yenilənib, 45 il qəsəbə olmuş rayon mərkəzinə şəhər statusu verilib. Necə deyərlər, kiçik bir yaşayış məntəqəsi hamının gözü qarşısında gözəl, yaraşıqlı, müasir bir şəhərə çevrilib. Bu, dövlətin gücünün, dövlət başçısının iradəsinin real təcəssümüdür.
Dövlət tərəfindən Yardımlının sosial-iqtisadi problemlərinin həllinə göstərilən dəstək, çoxsaylı layihələrin gerçəkləşməsi və bu işlərin dayanmaq bilmədən davam etdirilməsi yardımlıların qəlbində hədsiz razılıq və məmnunluq hissləri doğurub. Bu tədbirlərin yüksək şəkildə icra olunmasında rayon rəhbərliyi də əlindən gələni əsirgəməyib, hər bir yerli təklif, təşəbbüs dolğun formada dəstəklənib. Rayonda Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhid və veteran ailələri üçün yaşayış evləri inşa olunub, əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Gineyir adlanan ərazidən rayon mərkəzinə xüsusi su xətti çəkilib, kəndlərdə artezian quyuları qazılıb, turizmin inkişafı ilə bağlı zəruri addımlar atılıb. Keçən il rayonda tikinti-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təchizatı, məktəb tikintisi, kommunal yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi və digər infrastruktur layihələrinin icrası həyata keçirilib. Yardımlı şəhərinin Heydər Əliyev küçəsində, 20 Yanvar küçəsində yolun üst hissəsində yüzlərlə metr uzunluğunda istinad divarları tikilib, yol genişləndirilərək eni 6-7 metrə çatdırılıb. Üç kommunal yaşayış binasının dam örtüyü dəyişdirilib. Kənd yaşayış məntəqələrində inzibati binaların tikintisi davam etdirilib. Zeynələzir kəndində 40 yerlik inzibati məktəb tikilərək, müəllim və şagirdlərin ixtiyarına verilib. Honuba-Şıxlar və Avaş kəndlərində tibb məntəqələri tikilib istifadəyə verilib. Qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin yerinə yenilərinin tikintisinə başlanılıb. Bundan başqa, Noraxar və Şəfəqli kəndlərində iki şəhid ailəsi üçün birmərtəbəli, dörd otaqlı müasir evlər tikilir. Digər şəhid ailələri üçün də fərdi yaşayış evlərinin tikintisi ilə bağlı əlaqədar təşkilatlara rəsmi müraciətlər edilib.
Yardımlıları ən çox narahat edən bir problem – rayondaxili, kəndlərarası yolların təmiri və çaylar üzərində körpülərin salınması ardıcıl olaraq öz həllini tapır. Bu istiqamətdə görülən tədbirlər nəticəsində bir çox kəndarası və kənddaxili yollar təmir olunub və ya əsaslı şəkildə yenidən qurulub. Rayonun 7 kəndində – Gendərə, Astanlı, Separadi, Horonu, Şilxəndə, Vərgədüz və Dəlləklidə ümumi uzunluğu 33 kilometr olan daxili yollara çınqıl örtük döşənib. Son illərdə rayonda, ümumilikdə 210 kilometrlik yol əsaslı təmir edilib və ya çınqıllanıb. Bu yolların 104 kilometri asfalt, 106 kilometri isə çınqıl örtükləridir. Həmçinin, Viləş çayı üzərində, Keçələkaran kəndinə gedən yolda yükgötürmə qabiliyyəti 80 ton olan körpü qurulub. Teşkan kəndində isə yükgötürmə qabiliyyəti 50 ton olan yeni körpü salınıb. Yardımlı şəhərinə 72 kilometrlik su və 45 kilometrlik kanalizasiya xəttinin çəkilişi son mərhələdədir. Nəzərdə tutulmuş 10 ədəd su ambarından 9-da və çirkab təmizləyici qurğusunda inşaat işləri aparılır. Kəndlərə də içməli su çəkilişi davam edir. Ölkə başçısının sərəncamı ilə Urağan və Zevin kəndlərində artezian quyuları qazılıb. Keçən ilin avqust ayında Vəron kəndinə içməli su xətti çəkilərək istifadəyə verilib. Eyni zamanda, Gineyirdən çəkilən su xətti Yolocaq və Horunu kəndlərinə qədər çatdırılıb.
Ötən ilin noyabr ayında isə həmin su xəttinin açılışı olub. Ötən müddət ərzində yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilib. Rayonda mavi yanacaq alanların sayı 2353-ü əhali kateqoriyası olmaqla, 3372 abonentə çatdırılıb. 2016-cı ilin oktyabr ayında isə 241 abonenti olan Vərgədüz kəndinə təbii qaz verilib. Qış aylarında hər hansı qəzanın baş verməməsi üçün xətlərdə təmir işləri aparılıb.
Rayonun elektrik təsərrüfatı da gücləndirilib. Əhalinin elektrik enerjisi ilə fasiləsiz təchiz olunması məqsədilə şəbəkəyə 1000-ə yaxın elektrik dayağı gətirilib, xətlərdə təmir işləri aparılıb, transformatorlar yenilənib. Masallı-Yeni Yardımlı 35 kilovoltluq elektrik verilişi xətlərində, «Yel Bərəsi» adlanan ərazidə ara məsafələr qısaldılaraq dayanıqlılıq təmin edilib. Qəzalı xətlər sayılan Allar və Şıxhüseynli kəndlərinin elektrik xətlərində isə kompleks yenidənqurma işlərinə başlanılıb.
Yuxarıda da deyildiyi kimi, Yardımlıda işlərin yüksək şəkildə təşkilini şərtləndirən mühüm amillərdən biri rayon icra hakimiyyəti və digər müvafiq strukturlar ilə əhali arasında yaxşı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. İcra hakimiyyəti təmsilçiləri mütəmadi olaraq yerlərdə olur, əhali ilə görüşlər keçirir, fikir mübadiləsi aparır, cari və perspektiv fəaliyyət konturları müəyyən edirlər. Yerli təşəbbüslərin dəstəklənməsi, təsərrüfat subyektlərinin, fermerlərin işinə lazımi dəstəyin göstərilməsi sonucda müsbət meyillərin baş qaldırmasına gətirib çıxarır. Yardımlı dağ rayonudur. Burada inkişaf da var, müəyyən çətinliklər və problemlər də mövcuddur. Belə problemlərdən danışarkən əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması ön mövqeyə çıxır. Yuxarıda göstərildiyi kimi, rayonda bir sıra zəruri infrastruktur tədbirləri görülüb və bu tədbirlərin görülməsi davam etdirilir.
Bütün bunlar isə azad sahibkarlığın və aqrar bölmənin inkişafına geniş imkanlar açır. Dağlıq bölgə olan Yardımlıda istər kənd təsərrüfatının, istər heyvandarlığın, istərsə də turizmin inkişafı sahəsində böyük potensial vardır. Rayonun iqtisadi strukturunda yem bitkilərinin əkilməsi, iri və xırda heyvandarlıq, quşçuluq təsərrüfatlarının şəbəkəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Açığını etiraf etmək lazımdır ki, hələ ki sözügedən istiqamətlər və sahələr üzrə yüksək inkişaf tempi əldə olunmayıb. Bundan başqa, arıçılıq təsərrüfatlarının genişləndirilməsinə, arı məhsulları istehsal edən müəssisələrin yaradılmasına ciddi ehtiyac duyulur.
Rayonda, həmçinin kənd turizminin, ailə turizminin, ekoturizmin geniş yayılması sahəsində də kompleks tədbirlər görülməlidir. Göstərilən sahələr üzrə sürətli inkişaf tempinə nail olunarsa, qısa müddətdə rayonda əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı böyük irəliləyişlər əldə oluna bilər. Bu isə insanların rahat və firavan həyatının təmin olunması deməkdir.

Zülfü İLYASOV,
bölgə müxbiri