Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanda sahibkarlığın, kiçik və orta biznesin inkişafı dövlət qayğısı ilə əhatə olunmuşdir. İnkişaf etmiş ölkələrin təcrübəsi bunu deməyə əsas verir ki, səmərəli dövlət siyasəti və zəruri dövlət müdaxiləsi olmadan iqtisadi və sosial inkişaf mühiti yaradıla bilməz. «Post neft dövrü” hesab edilən müasir dövrdə iqtisadi diversifikasiya üçün hərtərəfli dövlət qayğısı təmin edilmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bazar iqtisadiyyatı modelini seçmiş ölkələrin iqtisadi inkişafının istər ilkin mərhələsində, istərsə də sonrakı mərhələlərində “Azad sahibkarlıq azad iqtisadi fikri formalaşdırır” ideyası ilə “azad sahibkarlıq ordusu” həmişə bir lokomotiv kimi daima ölkə iqtisadiyyatının önündə gedir.
İqtisadi ədəbiyyatlarda müxtəlif iqtisadi nəzəriyyələr mövcuddur ki, bu nəzəriyyələr də aşağıdakı kimi qruplaşdırılır:
1. Neoklassik istiqamət – buna azad iqtisadiyyat nəzəriyyələri daxildir.
2. Keynisçilik və yaxud tənzimlənən iqtisadiyyat nəzəriyyələri.
3. İnstitusional-sosioloji istiqamət.
Bu istiqamətlərin hər biri digəri üçün alternativ nəzəriyyələr sistemidir. İqtisadi nəzəriyyələrin bu cür istiqamətlərə bölgüsü iqtisadi hadisələrin nəzəri izahındakı tədqiqat metodu və iqtisadi proseslərə təsir etmə yollarındakı fərqlərə əsaslanır. Hər bir istiqamət müxtəlif ideyalar, baxışlar və konsepsiyalar sistemidir. Mənbə: (professor: Əlləzov Qəzənfər. Jurnal: “Ekspert”, №4-5, 2000, səh. 57).
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan öz iqtisadi inkişaf modelini formalaşdırmağa başladı. Belə ki, 1995-ci ildən etibarən aparılan düzgün iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadi modelinin formalaşması istiqamətində hüquqi baza yaradıldı. Mərhələ-mərhələ qəbul edilmiş qanunverici baza əsasında formalaşan iqtisadi inkişafın Azərbaycan modeli fundamental elmi əsaslara söykənən, iqtisadiyyatın mövcud strukturuna, dünya təcrübəsinə, milli adət-ənənələrə əsaslanan, sabit, dinamik və təkrar istehsalı təmin edən modeldir.
Odur ki, müasir Azərbaycan dövlətinin iqtisadi siyasəti məhz Keynisçilik və yaxud tənzimlənən iqtisadiyyat elmi nəzəriyyələrinə əsaslanaraq, əsası hələ ulu öndər, mərhum prezidentimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir.
İqtisadi İnkişafın Azərbaycan modelinin mühüm cəhəti onun özünəməxsusluğudur.
Milli iqtisadi inkişaf modelinin nəzəri-metodoloji əsasını “Sosialyönümlü bazar iqtisadiyyatı” konsepsiyası təşkil edir. Eyni zamanda, iqtisadi inkişaf modelində sahibkarlığın inkişafı üçün yaradılmış şərait iqtisadi inkişafa aparan yolun göstəricisidir.
Müasir dövrdə güclü iqtisadiyyatı olan dövlətə çevrilmək üçün bu gün iqtisadi inkişafın “nüvəsi” hesab edilən sahibkarlığın inkişafina xüsusi önəm verilir. Odur ki, sahibkarlığın formalaşması və təşəkkülünün ilkin mərhələsi liberal və tənzimlənən amillər hesabına formalaşır. Azərbaycanda “azad sahibkarlıq ordusu”nun formalaşmasının təməli hələ XIX əsrdə qoyulmuşdur. Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin, Mantaşovun və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmuşdur. Belə ki, dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin etmişlər. Bütün bunların fonunda Azərbaycan milli iqtisadiyyatının formalaşması, sahibkarlığın inkişafının aşağıda göstərilən təməl prinsipləri ulu öndər tərəfindən müəyyənləşdirilmiş, Cənab Prezident İlham Əliyev tərəfindən isə uğurla həyata keçirilməkdədir:
- ölkəmizdə tənzimlənən dövlət-sahibkar münasibətləri;
- dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması;
- sahibkarlığın inkişafına yönəldilmiş tədbirlərin sistemləşdirilməsi.
Azərbaycanda formalaşmış tənzimlənən dövlət-sahibkar münasibətlərinin əsas məqsədi kiçik və orta sahibkarlığı inkişaf etdirmək, mövcud potensialdan səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, müasir tələblərə uyğun iqtisadiyyatın diversifikasiyası və regionların iqtisadi inkişafını sürətləndirməklə investisiyaların cəlb edilməsidir.
Bunun üçün kifayət qədər qanunverici baza və istehsal infrastrukturu formalaşsa da, hələ də sahibkarlığın inkişafı üçün əlverişli bank-kredit sistemi formalaşmamışdır.
Ölkədə sahibkarlığın, kiçik və orta biznesin inkişafının maliyyələşdirilməsi üçün ən mühüm dövlət dəstəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirilir.
Sahibkarlıq subyektləri ilkin olaraq, Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”na əsasən Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müsbət qiymətləndirilən layihələr fond tərəfindən müvəkkil bank vasitəsilə maliyyələşdirilir.
Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apararaq, güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, Fondun yazılı tələbinə əsasən, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fond tərəfindən verilən kreditlər illik 1 faiz, müvəkkil bank tərəfindən isə 5 faiz, cəmi 6 faiz olmaqla sahibkara çatdırılır.
Bu istiqamətdə görülən işlərin daha da səmərəli olması üçün dayanıqlı kredit-bank sistemi formalaşmalıdır. Odur ki, yeni iqtisadi mühitdə banklar bazarı da­ha yaxından hiss edən, onun tələblərini hər kəsdən tez müəyyən etməyi bacaran analitik bir mərkəz funksiyasını yerinə yetirməlidirlər. Odur ki, müasir tələblərə cavab vermək üçün ölkədə bank islahatlarına start verildi. 2016-cı ilin fevral ayının əvvəllərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı və banklarda olan bütün əmanətlər üç il müddətinə tam sığortalandı.
Ölkə başçısı cənab ilham Əliyev 15 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqda fərman imzaladı. Prezidentin bu qərarı dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində ölkədə maliyyə sabitliyinin tam bərqərar olması və bank sektorunda islahatların səmərəli aparılması məqsədilə qəbul edildi. Yaradılmış Şuranın əsas məqsədi, ölkədə maliyyə sabitliyi yaratmaq üçün bütün aidiyyatı qurumların fəaliyyətini tam olaraq əlaqələndirməkdir.
Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərilən istiqamətlər üzrə aparılan iqtisadi siyasət fiskal dayanıqlılığın gücləndirilməsi, davamlı monetar siyasətin və “qızıl qayda”nın qəbul edilməsi, neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləməklə yanaşı, ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönələrək, sahibkarlığın inkişafı üçün yaradılmış şərait və iqtisadi inkişafa aparan yol hesab edilir.


Rasim Abasquluyev,
ADİU-nun doktorantı,
Bakı Dövlət Sosial-İqtisadi Kollecinin

“Maliyyə” fənn birləşməsinin müəllimi