Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Martın 9-da Azərbaycan Respublikası Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında «Xatirə Kitabı»nın XV cildinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə ölkənin nüfuzlu ziyalıları, elm və mədəniyyət xadimləri, əmək və müharibə veteranları, eləcə də media mənsubları iştirak etmişlər.
Kitab İkinci Dünya müharibəsində, Milli İstiqlal Mücadiləsində, hərbi münaqişələrdə, Çexoslovakiya, Macarıstan, Əfqanıstan hadisələrində, 1990-cı il 20 Yanvar qırğınında, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə, Qarabağ müharibəsində həlak olmuş, itkin düşmüş, aldığı yaralardan vəfat etmiş Vətən övladlarının - Azərbaycanın şanlı oğul və qızlarının əziz xatirəsinə həsr olunub.
Kitabın baş redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Məmmədovadır.
Tədbirdə bildirilmişdir ki, «Xatirə Kitabı»nda Azərbaycanın ərazi bütövlüyü uğrunda, eləcə də İkinci Dünya müharibəsində, istər Əfqanıstan savaşında, digər müharibə və münaqişələrdə canlarından keçən, itkin düşən insanların adları əbədiləşdirilib.
Azərbaycan Respublikası Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi adından çıxış edən Cəlil Xəlilov  vurğulamışdır ki, «Xatirə Kitabı»nın xüsusi əhəmiyyəti var. «Xatirə Kitabı»nın XV cildindən danışan C.Xəlilov bildirmişdir ki, Azərbaycan dövləti canını torpaq uğrunda qurban verən insanların xatirəsini həmişə əziz tutur. Onun sözlərinə görə, «Xatirə Kitabı» qəhrəman oğul və qızlarımızın xatirəsinə qoyulan abidədir. C.Xəlilov vurğulamışdır ki, «Xatirə Kitabı»nın həyatında yeni səhifə Heydər Əliyev hakimiyyətə gələndən sonra açılıb:  «Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində 1997-ci ildə «Xatirə Kitabı»nın I cildi buraxılıb. Kitabın I cildinə 12 min nəfər insanın adı düşmüşdür. Kitabda 550 min vətən övladının adı qeyd edilməlidir. Beləliklə, kitabın nəşri 46 cilddə nəzərdə tutulur. İndi isə biz «Xatirə Kitabı»nın XV cildinin təqdimatına yığışmışıq. Təbii ki, sonradan statistika müəyyən qədər dəyişə bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın dəyərlərinə, qəhrəmanlıq tarixinə diqqəti və bu sahədə görülən işlərə dəstəyi nəticəsində artıq «Xatirə Kitabı»nın XV cildi də hazırlanaraq Azərbaycan xalqına çatdırılıb. Bu iş «Xatirə Kitabı» redaksiyası tərəfindən uğurla davam etdirilir və biz inanırıq ki, kitabın növbəti cildləri daha qısa müddətə ölkə ictimaiyyətinə çatdırılacaq».
Sonra millət vəkili, akademik Ziyad Səmədzadə çıxış etmişdir. O, demişdir ki, Azərbaycan xalqının qəhrəman övladlarının adları qeyd olunan «Xatirə Kitabı»nın əhəmiyyəti misilsizdir: «Hər kəs təsdiq edər ki, vətən uğrunda canlarını verən insanların xatirəsi həmişə yaddaşlarda qalmalıdır. Bu gün də, gələcəkdə də Azərbaycan xalqının bütün nəsilləri bu insanları yad etməlidir. Biz tariximizi qorumasaq, keçmişimizi qorumasaq, övladları üçün vətəni qoruyan insanlar haqqında danışmasaq olmaz. «Xatirə Kitabı»nda adları xatırlanan insanlar xalqımızın yaddaşında əbədi qalacaq. Kitabın XV cildinin təqdimat mərasiminə toplaşmışıq. Mən tədbirə gəlməzdən əvvəl kitabı vərəqlədim və «Xatirə Kitabı»nın nəşr edilməsi ilə bağlı Heydər Əliyevin imzaladığı sənədlə tanış oldum. Bu kitabın əhəmiyyəti böyükdür. Hesab edirəm ki, «Xatirə Kitabı» redaksiyasının rəhbəri Nəzakət xanım və əməkdaşları müqəddəs işlə məşğuldur. Hətta mən kitabdakı tanış soyadlar, adlar gördüm və rayonlarda yaşayan dostlarımla əlaqə saxladım, onları məlumatlandırdım ki, tanış adlar var, onlar kimin qohumlarıdır...».
Z.Səmədzadənin sözlərinə görə, elə bir ailə tapılmaz ki, müharibədə əzi­zini itirməsin: «Xatirə Kitabı»nı vərəq­ləyən hər bir insan öz həlak olmuş və itkin düşmüş yaxınlarının adını axtarır».  
Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, tarixçi-alim Firdovsiyə Əhmədova, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, «Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri» İctimai Birliyinin sədri Mehdi Mehdiyev də çıxış etmişlər. Onlar öz çıxışlarında «Xatirə Kitabı»nın XV cildini yüksək qiymətləndirmişlər.
Sonda bir qrup şəxsə təşkilatın mükafatları təqdim edilmişdir. Akademik, millət vəkili Z.Səmədzadə «Veteranlarla həmrəylik» medalı, tarixçi-alim F.Əhmədova döş nişanı, «Xatirə Kitabı»nın əməkdaşları İsrafil Əhmədov «Səməd bəy Mehmandarov», redaksiyanın sabiq əməkdaşı Kamil İsmayılov isə «Ə.Şıxlinski» medalı ilə təltif olundular. Bundan başqa, «Xatirə Kitabı» redaksiyasının əməkdaşları Dilarə Hüseynovaya və Vüqar Əsgərova təşkilatın fəxri fərmanı verilmişdir.