Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, iqtisadi strukturda aqrar bölmənin payının və çəkisinin böyük olduğunu izah etməyə ehtiyac qalmır. Bu sahənin inkişafını strateji hədəf seçən cənab prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il «Kənd təsərrüfatı ili» elan edilmişdir. 2016-cı il bütün qlobal çətinliklərə rəğmən, “Aqrar islahatlar ili” kimi tarixə düşmüşdür. Nəticədə, 2016-cı ildə kənd təsərrüfatında 2,6 faiz artım əldə olunmuş, il ərzində faktiki qiymətlərlə 5 milyard 305,2 milyon manatlıq məhsul istehsal edilmişdir. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər fonunda aqrar sahədə azad sahibkarlığın və liberal iqtisadiyyatın dirçəlişi və inkişafı meyilləri özünü göstərmiş, bu isə öz növbəsində regional yüksəlişə və tərəqqiyə yol açmışdır. Ölkə başçısının aqrar sahədə müəyyən etdiyi strateji xətt konkret hədəfləri və istiqamətləri özündə ehtiva edir.

«AĞ QIZIL»IN ƏVVƏLKİ ŞÖHRƏTİ ÖZÜNƏ QAYIDIR


Dövlət başçısının böyük önəm verdiyi perspektivli sahələrdən biri də pambıqçılıqdır. Ötən əsrin 70-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə pambıq istehsalı ildə 2 milyon tona çatmışdı.
Kəndlərimiz, qəsəbələrimiz, yaşayış məntəqələrimiz abadlaşdı, fərdi yaşayış evləri tikildi, sosial həyatda, əhalinin yaşam tərzində misli görünməmiş təbəddülat baş verdi. 90-ci illərdə bu sahə tamamilə unuduldu, uzun tənəzzül yaşandı. Sonrakı illərdə pambıqçılığın dirçəlməsinə obyektiv amillər mane olurdu. Dünya bazarında xammalın qiyməti aşağı düşmüşdü, ənənəvi bazarlar itirilmişdi, tekstil sənayesi öz fəaliyyətini dayandırmışdı…
2016-cı ildə dövlət başçısı tərəfindən «Böhran şəraitində inkişaf» strategiyası qəbul olundu və bilavasitə onun nəzarəti, diqqəti və yaranmış vəziyyətlə əlaqədar müdaxiləsi, müsbət təşəbbüslərin dəstəklənməsi öz real nəticəsini verməyə başladı. 2016-cı ildə əkinin iqlim şəraiti ilə əlaqədar gecikməsinə baxmayaraq, müsbət nəticələr əldə olundu. Əgər 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdisə, 2016-cı ildə pambıq əkin sahələri 51 min hektara çatdırıldı. 2015-ci ildə 35 min ton pambıq istehsal edilibsə, ötən il təxminən 90 min tona yaxın məhsul götürülüb. Bu il pambıq əkini ilə bağlı ciddi irəliləyiş baş verəcək. Belə ki, əkin sahələri genişləndirilərək, 120 min hektara çatdırılacaq. Lakin bu da son hədəf deyil. Vəziyyətlə əlaqədar rəqəmlər artan dinamikaya doğru dəyişə bilər. Bunun üçün zəruri tədbirlər görülür, lazımi texnika, aqrotexnika avadanlıqlar, gübrələr alınır, yeni torpaqlar əkin dövriyyəsinə daxil edilir, suvarma sistemləri yenilənir. Təkcə bu il icra olunacaq tədbirlər nəticəsində 200 minə yaxın insan daimi və mövsümi işlərə cəlb olunacaq. Həmçinin, subsidiyaların həcmi də artırılacaq, bir sıra digər stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Hazırda respublikamızın 27 rayonunda pambıq becərilir və cari ildə ölkə üzrə 200 min tondan artıq pambıq tədarükü nəzərdə tutulur. Bununla paralel olaraq, emal müəssisələrinin yaradılması istiqamətində də zəruri addımlar atılır. Mingəçevirdə cənab prezident tərəfindən ötən il təməli qoyulan tekstil sənaye kompleksində tikinti işləri davam etdirilir. Həmin kompleksin istifadəyə verilməsi minlərlə yeni iş yerlərinin açılmasına, Azərbaycan markalı malların dünya bazarlarına çıxışının təmin olunmasına imkan verəcəkdir. Pambıqçılıqda canlanma və yüksəliş dalğası bütün ölkəni bürüyəcək. Çünki zəhmət adamları bunu çoxdan arzulayırdılar. Bu sahədə Azərbaycanda həm zəngin təcrübə, zəruri potensial, həm də böyük maddi maraq vardır. «Ağ qızıl»ın əvvəlki şöhrəti özünə qayıdır. Ən ürəkaçan məqam da budur ki, hər bir əməkçi, fermer, sahibkar ölkə prezidentinin şəxsində böyük dövlət dəstəyi görür, hiss edir. Belə olduqda xariqələr yaratmaq olar.

TÜTÜNÇÜLÜKDƏ ZƏNGİN ƏNƏNƏ VƏ BÖYÜK POTENSİAL VARDIR


Azərbaycan dövlətinin prioritet elan etdiyi sahələrdən biri də tütünçülükdür. Son vaxtlar cənab prezident İlham Əliyevin tapşırığına əsasən, tütünçülüyə marağın stimullaşdırılması tədbirləri həyata keçirilmiş, fermerlərə güzəştli kreditlər və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılmışdır. Görülən tədbirlər bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə artırmış, tütünçülüklə məşğul olanların sayı ötən illə müqayisədə iki dəfədən çox artmışdır. Tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsində Əkinçilik Elmi-Tədqiqat İnstitutu mühüm rol oynayır. Belə ki, institutda bütün seleksiya toxumçuluğu, becərmə və qurutma texnologiyası üzrə tədqiqat işləri aparılır və geniş sahələrdə əkilərək respublikamızın ümumi tütün sahəsinin 70 faizini təşkil edir. Vaxtilə dünyada mövcud olan 8 tütün tipindən 4-ü Azərbaycanda becərilmişdir. Sovetlər dönəmində hər il ətirli və qiymətli sortlardan 3 min hektar, yarıətirli «Trapezond» tipli sortlardan 1000 hektar, iriyarpaqlı sortlardan 12 min hektar, «Virciniya» tipli sortlardan isə 900 hektar əkilib becərilirdi. Lakin bu qədər əkin sahələrinin olmasına baxmayaraq, becərmə üçün lazım olan torpaq-iqlim şəraiti, bioloji xüsusiyyətlər, qurutma texnologiyası nəzərə alınmırdı, nəticədə aşağı keyfiyyətli məhsul istehsal olunurdu. İndi köhnə üsullarla məhsul istehsal etməklə bazarlara çıxış əldə etmək çox çətindir. Bunun üçün fermerlər arasında geniş maarifləndirmə aparılmalıdır. Məsələn, «Virciniya» sortları hektara 18 min, iriyarpaqlı sortlar 48 min, xırdayarpaqlı sortlar isə 100-110 min ədəd bitkinin əkilməsini tələb edir. Hər bir sort üçün spesifik becərmə əməliyyatları aparılmalıdır. «Virciniya» və «Berley» sortlarının yarpaqları açıq günəş altında qurudulduqda keyfiyyətini itirir. Xammal xüsusi kameralarda qurudulduqda isə qurutma müddəti azalır və məhsul öz keyfiyyətini saxlayır. Azərbaycanda tütünçülüyün intensiv inkişaf yoluna çıxarılması üçün zəngin ənənə və böyük potensial vardır.
Xüsusilə, Azərbaycanın şimal-qərb rayonlarında əla növ tü­tün yetişdirmək üçün əlverişli tor­­paq-iqlim şəraiti mövcuddur. Yaxın bir neçə il ərzində tütün əkin sahələri 3 min hektardan 16 min hektara çatdırılacaq.
Bütün ehtiyat mənbələrini hərə­kətə gətirməklə bu rəqəmi bir neçə dəfə artırmaq olar. Tütünçülük valyuta gətirən sahə olduğuna görə istehsalın həcminin qarşıda duran hədəflərə çatdırılması on minlərlə yeni iş yerləri, minlərlə ailənin xoş güzəranının və firavan həyatının təmin edilməsi deməkdir. Keçən il respublika üzrə 3500 ton quru tütün tədarük edilib. Bu il isə bu rəqəm 10 min tonu ötüb keçəcək.

ÜZÜMÇÜLÜK ƏMƏKTUTUMLU VƏ RENTABELLİ SAHƏDİR


Azərbaycanda üzümçülüyün tarixi minilliklərin dərin qatlarına gedib çıxır. Bu qiymətli nemətin istehsalı ötən əsrin 70-ci illərində misli görünməmiş yüksəliş yoluna çıxmış, illik məhsul istehsalı 2 milyon tona çatmışdı. Bu, hər şeydən öncə, ulu öndər Heydər Əliyevin Azərbaycan respublikasına rəhbərlik etdiyi illərdə onun həyata keçirdiyi uğurlu iqtisadi siyasətlə bağlıdır. Burada əsas məqsəd respublikanın təsərrüfat quruculuğunda mövcud olan tənəzzülün və durğunluğun qarşısını almaqla insanların geniş anlamda məşğulluğunu təmin etməkdən ibarət idi. Üzümçülük əməktutumlu sahə olduğuna görə bu meyarlara cavab verirdi. Hələ o vaxtlar üzümçülük əhalinin iqtisadi həyatında mühüm rol oynamaqla istehsal olunan məhsulun ümumi illik dəyərində 48-51 faiz təşkil edirdi. 90-cı illərdən başlayaraq, başqa digər sahələr kimi, üzümçülük də inkişafdan qaldı. Yalnız 2004-cü ildən başlayaraq cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramları çərçivəsində üzümçülüyün inkişafına diqqət yetirilməyə başlandı. Bu gün respublikamızda istehsal olunan üzümün həcmi ildə 150-160 min ton təşkil edir ki, həmin məhsulun təzə halda böyük bir qismi istehlak olunur. Təkcə Bakı şəhərinin əhalisinin 6 ay ərzində təminatına ən azı 60-70 min ton süfrə üzümü tələb olunur. Abşeron yarımadası «Ağ şanı», “Qara şanı”, «Qara kişmişi», “Ağ kişmişi”, «Kardinal», «Ağadağı», «Mərəndə» və s. kimi tez, orta və gec yetişən süfrə üzüm sortlarının becərilməsi üçün əlverişli məkan olsa da, burada olan üzüm bağları mövcud potensiala cavab vermir. Respublikamızda 40-dan çox üzüm hibridləri yaradılıb. Bunlardan «Azəri» və «Göygöl» üzüm sortları Dövlət Komissiyası tərəfindən təsdiq edilərək rayonlaşdırılıb. Daha 6 sort – «İlhami», «Şamaxı hədiyyəsi», «Bəhrəli», «Kəpəz», «Şirəli», «Gəncəli» sortları isə sınaq üçün Dövlət Komissiyasına təqdim edilib.
Üzümçülüyün bugünkü vəziyyətindən danışarkən cənab prezident qeyd etmişdir ki, üzüm-şərab istehsalı sahələrində olan imkanlara yenidən baxmaq lazımdır. Açığını demək lazımdır ki, texniki üzüm sortlarının istehsalı, emalı və satışı sahəsində problemlər yaşanır. Respublikamızda üzümçülük sahəsində olan imkanlar isə böyükdür. Mütəxəssislərin hesablamalarına əsasən, belə qənaətə gəlmək olar ki, ölkəmizdə ən az əmək və vəsait sərf etmək şəraitində ilk növbədə 90 min hektar üzüm plantasiyaları salmaqla 4 il ərzində ildə 1 milyon tonadək üzüm istehsal etmək olar. Bu həm də 605 min ton və ya 25 min dekalitr şərab materialı deməkdir.
Bir fakta diqqət yetirək. Əgər hər hektar üzüm bağından orta hesabla 250-300 sentner məhsul əldə edilirsə, hər hektar taxıl sahəsindən ən yaxşı halda 46-50 sentner məhsul götürmək olar. Düzdür, maya dəyəri baxımından üzümçülüyə çəkilən xərclər artıq olsa da, sonucda üzümdən əldə olunan gəlir digər məhsullara nisbətən əhəmiyyətli dərəcədə çoxdur.

ÖLKƏMİZƏ VALYUTA GƏTİRƏN SAHƏLƏR ÇOXDUR


Ölkəmizə valyuta gətirən kənd təsərrüfatı təyinatlı məhsulların çeşid və növləri çoxdur. Bunların hər birinin inkişafı ilə bağlı konkret dövlət proqramları işlənib hazırlanıb.
Bu sırada baramaçılıq ön möv­qe­lərdə dayanır. 2016-cı ildən başlayaraq bu istiqamətdə müəyyən tədbirlərin görülməsinə başlanılıb. Görülən tədbirlər nəticəsində keçən il barama istehsalı 200 kiloqramdan 70 tona çatdırılıb. 2017-ci ildə barama istehsalı iki dəfə artırılacaq. Bu məqsədlə ölkə üzrə 1,7 milyon ədəd tut tingi əkilib. Hazırda 37 rayonda əhali baramaçılıqla məşğul olur. Hər il bunun coğrafiyası genişləndiriləcək və 2019-cu ildə illik istehsal həcmi 1300 tonu ötüb keçəcək. Bu məqsədlə Şəki İpək Kombinatının tam gücü ilə işləməsi təmin ediləcək. Valyuta gətirən sahələrdən biri də fındıqçılıqdır. Təkcə 2016-cı ildə respublika üzrə 13 min hektar fındıq bağları salınıb və fındıq bağlarının ümumi sahəsi 30 min hektara çatdırılıb. Üç-dörd ildən sonra fındıq bağlarının həcmi 70 min hektarı ötüb keçəcək. Hazırda 13 rayonda bu sahədə zəruri işlər görülür.
Ölkəmizdə ildə təxminən 200 min ton nar, 240-250 min ton şərq xurması istehsal olunur. Çayçılığın dirçəldilməsi, zeytun və badam plantasiyalarının genişləndirilməsi istiqamətində, eyni zamanda, istixana təsərrüfatlarında yetişdirilən bostan və tərəvəz məhsullarının istehsalının artırılması sahəsində də ciddi addımlar atılır. Yaxın illərdə Azərbaycan regionun ən güclü kənd təsərrüfatı məhsulları istehsal və ixrac edən ölkəsinə çevriləcək.


Zülfü İLYASOV