Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Yazın ilıq nəfəsi duyulur, yurdumuza bahar gəlir. Respublikamızın bütün bölgələrində tarla işlərinə başlanılıb. Bu il aqrar sahədə hədəflər daha böyükdür. Dövlət başçısının irəli sürdüyü vəzifələrin icra olunması istiqamətində ciddi tədbirlər görülür, zəruri addımlar atılır. Pambıqçılıq, tütünçülük, dənli və paxlalı bitkilərin əkin sahələri genişləndirilir, yeni torpaqlar əkin dövriyyəsinə daxil edilir. Məhsul istehsalının yüksək şəkildə təşkili bir çox digər amillərlə yanaşı, həm də suvarma işlərinin vaxtında və keyfiyyətlə aparılmasından asılıdır. Yay aylarında, suya tələbatın artdığı vaxtlarda təsərrüfatçılar ciddi sınaqla üz-üzə qalırlar. Yaxşı məhsul götürə bilməyən zəhmət adamının dilindən təkcə bir giley eşidirsən, - «sahəni vaxtında suvara bilmədim, məhsul zay olub getdi». Cari təsərrüfat ilində bu sahədə vəziyyət necə olacaq, indiyədək görülən tədbirlər suvarma işlərinin optimal müddətdə və keyfiyyətlə aparılmasına imkan verəcəkmi? Aşağıda bu suallara aydınlıq gətirməyə çalışacağıq.
YAXŞI TƏMƏL OLANDA…
Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Burada minilliklər boyu bir sıra mədəni bitkilər əkilib, becərilib. Zəngin iqlim qurşağına malik olan ölkəmizdə günəş şüalarının bolluğu suvarmanı zəruri hala çevirib. Ötən əsrin 70-ci illərindən Azərbaycan iqtisadi yüksəlişə və intibah dövrünə qədəm qoymuş və bu sırada kənd təsərrüfatı öncül mövqeyə çıxmışdır. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində meliorasiya fondu iki dəfədən çox, torpaqların məhsuldarlığı iki dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə dəfə artmışdır. Ulu öndər tərəfindən əsası qoyulmuş bir çox layihələri cənab prezident İlham Əliyev uğurla davam etdirmiş, meliorasiya və irriqasiya tədbirlərinin həcmi ildən-ilə genişləndirilmişdir. Son 12 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6 dəfə, bütün maliyyə mənbələrindən bu sahəyə qoyulan kapital qoyuluşları 21 dəfəyədək artmışdır. Son illər icra olunan meliorasiya və irriqasiya tədbirlərini sıralasaq, uzun bir siyahı alınar.
Belə ki, ötən illər ərzində Xanbulançay su anbarında, Ağstafa magistral kanalında, Mil-Muğan və Samurçay hidroqovşaqlarında, Yuxarı Qarabağ kanalında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, 473 ədəd subartezian qurğusunda, Zərdab, Kürdəmir, Ağsu, İmişli, Yevlax, Sabirabad, Neftçala, Füzuli, Şamaxı və Xızı rayonlarının ərazisindəki 23 km nov kanallarında, həmçinin ayrı-ayrı rayonların qış otlaq sahələrində yerləşən 187 km boru xəttində, dağ çaylarında 6,1 km uzunluğunda daş-beton mühafizə bəndlərində, 278 km kollektor-drenaj şəbəkələrində, 217 ədəd hidrotexniki qurğularda və bir sıra digər obyektlərdə əsaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.
Son beş ildə uzun müddət istismarda olmuş, fiziki və mənəvi cəhətdən köhnəlmiş 235 ədəd stasionar və 112 ədəd üzən nasos stansiyaları müasir tələblərə uyğun şəkildə yenidən qurulmuş, Kür və Araz çayları boyunca 876 km uzunluğunda mövcud torpaq mühafizə bəndlərində əsaslı hündürləndirmə, genişləndirmə və möhkəmləndirmə işləri görülmüş, çayların təhlükəli yerlərində 9,2 km uzunluğunda daş-beton sahillərtikmə işləri aparılmışdır.
İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə Samur-Abşeron suvarma sistemlərinin Xanarx kanalının (uzunluğu 67, 2 km) tikintisi, Dünya Bankının krediti ilə Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğusunun bərpası, Samur-Abşeron kanalının uzunluğu 185,7 km olan təsərrüfatlararası kanallarının yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır.
Eyni zamanda, Dünya Bankının krediti ilə respublikanın 500 min hektar suvarılan ərazisindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan Kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə tamamlanmışdır. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması ilə 150 min hektar sahədə su təminatının yaxşılaşdırılması, 30 min hektara yaxın yeni suvarılan sahələrin əkin dövriyyəsinə daxil edilməsi təmin edilmişdir. 2014-cü ildə Xızı rayonunda 12579 hektar, Siyəzən rayonunda 12137 hektar torpaq sahəsində meliorasiya tədbirlərinin aparılmasına başlanılmışdır. Şabran rayonunda isə 2016-cı ildə 1564 hektar yeni suvarılacaq torpaqlar istifadəyə verilmiş, 1000 hektar sahədə isə suvarma sistemi yaxşılaşdırılmışdır.
İRİ LAYİHƏLƏR REALLAŞIR
Tikintisinə 2009-cu ildə başlanmış Şəmkirçay üzərində ümumi sututumu 164,5 milyon kubmetr olan Şəmkirçay su anbarlarının və bununla birlikdə Su Elektrik Stansiyasının, həmçinin su anbarından sugötürən, ümumi uzunluğu 60565 metr olan magistral kanalın tikinti işləri 2015-ci ildə tamamlanaraq istismara buraxılmışdır. Belə bir kompleks layihənin ərsəyə gəlməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılmasına və 17 min hektara yaxın yeni sahələrin istifadəyə verilməsinə imkan yaranmış, eləcə də Gəncə, Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinə saniyədə 1,6 kubmetr içməli su verilməsi təmin edilmişdir.
2016-cı ildə tikintisi tamamlanmış, ümumi su tutumu 20 milyon kubmetr olan Tovuzçay su anbarına yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşmış, 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təchiz edilmişdir.
Cəlilabad rayonunda tikintisi 2016-cı ildə tamamlanmış, ümumi sututumu 1,7 milyon kubmetr olan Göytəpə su anbarının açılışının həyata keçirilməsi ilə 661 hektar yeni suvarılacaq sahələrin suvarma suyu ilə təminatı həll edilmişdir.
Ölkəmizdə iri aqroparkların tikintisi davam etdirilir. Bununla əlaqədar Şəmkirçay su anbarından Şəmkir Aqroparkına 543 hektar, Samur-Abşeron su anbarından Yalama Aqroparkına 573 hektar sahələrin, həmçinin Yuxarı Mil kanalının 15,3 kilometrlik hissəsinin tikintisinin başa çatması nəticəsində Füzuli, Beyləqan və Ağcabədi rayonlarının ərazisində 10,6 min hektar taxılçılıq təsərrüfatlarının, Neftçala rayonunda 19,3 min hektar torpaq sahəsinin suvarılması təmin ediləcək. Yuxarı Şirvan kanalından su götürən və uzunluğu 28 km olan Hacıqabul magistral kanalının tikintisi ilə rayonun Patar və Qarasu kəndlərinin 3212 hektar yeni suvarılacaq torpaq sahələrinin suvarma suyu ilə təminatı həll edilmişdir.
Hazırda Sabirabad, Biləsuvar rayonlarında 16 min hektar az məhsuldar torpaq sahələrinin suvarılması üçün nasos stansiyası tikilir. Bundan başqa, Qazax, Kürdəmir, Goranboy, Zərdab və digər rayonların 2862 hektar torpaq sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyaları və kanalların tikintisi başa çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2015-ci illər ərzində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin suya olan tələbatının ödənilməsi məqsədilə əhalisinin sayı 1,1 milyondan çox olan 35 şəhər və rayonun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılıb. Eyni zamanda, 2016-cı ildə qazılması nəzərdə tutulan 300 quyudan 202-sində qazma işləri tamamlanıb.
Dünya Bankının ayırdığı kreditlər 140 min hektar sahənin suvarılmasına xidmət edən Araz çayı üzərindəki Bəhramtəpə hidroqovşağının, həmçinin respublikanın 9 rayonu və Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarının 52 min hektar ərazisində suvarma-drenaj şəbəkəsinin təmir-bərpa işləri 2010-cu ildə başa çatdırılıb. 2011-ci ildən isə daha 15 rayonda 85 min hektar ərazinin suvarma-drenaj şəbəkəsinin təmir-bərpa işlərinə başlanılıb. Layihə başa çatmasa da, indiyədək nəzərdə tutulandan artıq, yəni 105 min hektara yaxın ərazinin suvarma və drenaj şəbəkəsinin bərpası və yenidən qurulması həyata keçirilib. Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2004-2016-cı illərdə respublikanın 24 rayonunda sel və daşqın təhlükəsi olan 41 çayda 183427 metr sahilbərkitmə tədbirləri görülüb.
EKSTENSİV YOLDAN
İNTENSİV İNKİŞAFA DOĞRU
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, kənd təsərrüfatı məhsulları istehsalının ekstensiv inkişafına nail olmaq məqsədilə su ehtiyatları nəzərə alınmaqla, mövcud su anbarları, həmçinin yeni layihələr reallaşdırmaqla 280 min hektar suvarılan torpaq sahəsini əkin dövriyyəsinə daxil etmək və 350 min hektar əkin sahəsinin su təchizatını yaxşılaşdırmaq olar.
Eyni zamanda, Böyük Qafqazın dağ çaylarında tikintisi nəzərdə tutulan su anbarlarından əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsi mümkün olacaqdır. Bütün bunlarla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının intensiv yollarla inkişaf etdirilməsi, sudan və torpaqdan səmərəli istifadə məqsədilə suvarma sisteminin müasir standartlar səviyyəsində modernləşdirilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, yeni suvarma üsullarının və texnoloji yeniliklərin tətbiqi istiqamətində zəruri addımların atılmasına ehtiyac duyulur.
Respublikamızda cənab prezidentin bilavasitə rəhbərliyi ilə reallaşdırılan aqrar islahat proqramları, pambıqçılığın, tütünçülüyün, çayçılığın, fındıqçılığın, üzümçülüyün, baramaçılığın və s. inkişaf etdirilərək üstün mövqelərə çıxarılmasını, istixana təsərrüfatlarının və aqroparklar şəbəkəsinin genişləndirilməsini özündə ehtiva edir. Bütün bunlar isə ölkə miqyasında suvarma sistemlərinin başdan-başa modernləşdirilməsini, yüksək standartlar səviyyəsinə gətirilib çıxarılmasını vacib vəzifə kimi qarşıya qoyub.

Zülfü İLYASOV,
bölgə müxbiri