Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Müasir şəraitdə ölkə iqtisadiyyatının modernləşdirilməsi strategiyasının həyata keçirilməsi üçün ərazilərdə istehsalın inkişafına investisiyaların cəlb edilməsi zəruridir. İnvestorlar üçün bu cür layihələrin cəlbediciliyinin yüksəldilməsi istiqamətlərindən biri sənaye parklarının formalaşması və inkişafıdır. Belə ki, bu sənaye parkları rahat iş mühiti yaradır və yeni rəqabətqabiliyyətli istehsalların təşkili üçün zəruri şəraiti təmin edirlər.
Azərbaycanda son dövrlərdə neftdən əldə edilən gəlirlərin qey­ri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirilmişdir. Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsinə, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Hazırda bu istiqamətdə işlər davam etdirilir, beynəlxalq təcrübə daim öyrənilir və müvafiq normativ-hüquqi sənədlər hazırlanır.
Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli 865 nömrəli Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Adı­çəkilən Fərmanla müəyyən edil­mişdir ki, sənaye parkı sa­hib­karlıq fəaliyyətinin həyata ke­çirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Ölkədə sənaye parklarının yaradılması bir sıra dövlət proqramlarında, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur. Bununla bağlı xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Xarici ədəbiyyatda sənaye parkına verilən tərifdən də göründüyü kimi, bu, sahəsi 20 000 kv metrdən az olmayan daşınmaz əmlak və infrastruktura malik olan və vahid operator tərəfindən idarə olunan obyektlər (sənaye parkının fəaliyyətini təmin edən torpaq sahələri, inzibati, istehsal, anbar və digər binalar) kompleksidir. Sənaye parkının yaradılması məqsədləri hər hansı ərazinin investisiya cəlbediciliyinin yüksəldilməsi və parkda biznesin inkişafının formalaşmasıdır. Daha ətraflı desək, bu məqsədlər aşağıdakılardan ibarətdir:
– innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
– iqtisadiyyatın, o cümlədən qeyri-­neft sektorunun davamlı inkişafının təmin edilməsi;
– ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
– əməkqabiliyyətli əhalinin istehsal sahə­sində məşğulluğunun artırılması.
Ölkəmizdə uğurla həyata keçi­rilən sənayeləşmə siyasəti və Azər­bay­can Respublikasının Prezi­denti İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasının nəticəsidir ki, Dövlət Proqramı çərçivəsində sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. Belə ki, Dövlət Proqramı ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və hazırda uğurla icra olunur. Dövlət Proqramında qeyd olunan məqsədlərə nail olmaq üçün mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi, sənaye zonalarının və klasterlərinin yaradılması və s. nəzərdə tutulur.
Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye zonaları mühüm əhəmiyyət kəsb edir. Müasir infrastruktura malik, qabaqcıl texnika və texnologiyalar tətbiq olunmaqla yaradılan Sumqayıt, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parkları, Neftçala sənaye məhəlləsi rəqabətqabiliyyətli və idxalı əvəz edən məhsul istehsalının genişləndirilməsi, ixrac qabiliyyətinin artırılması, investisiyaların və müasir texnologiyaların cəlb olunması baxımından da önəmlidir. Sənaye parklarına və məhəllələrinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiya yatırılmışdır. Qaradağ Sənaye Parkının rezidenti olan “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən müqavilə dəyəri 40 mln. ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pantonlarının tikintisi başa çatdırılaraq təhvil verilib. Ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli olan Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ilkin mərhələdə 10 mln. manatdan artıq investisiya yatırılmışdır. Neftçala Sənaye Məhəlləsində infrastruktur şəbəkəsi yaradılmışdır. Ölkənin digər rayonlarında da sənaye məhəllələrinin yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Cənubi Qafqazın ilk kimya
sənaye parkı
Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı lahiyəsi kimi Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün ən münasib işgüzar şərait mövcuddur. Bu müəssisə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295,62 hektar təşkil edir.
Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin – parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılır. Burada inzibati bina, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərəcəkdir.
Hazırda parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlar aparılır. Belə ki, əczaçılıq məhsulları, texniki qazların istehsalı, kimyəvi maddələrin istehsalı sahələri üzrə fəaliyyət göstərən şirkətlər parkda yer almaq marağında olduqlarını bildirirlər.
Sumqayıt Kimya Sənaye Parkının artıq 9 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 milyard dollardan çox investisiyanın qoyulması, həmçinin 2200 iş yerinin yaradılması gözlənilir. Bunlar “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “Azerbaijan Fibro Cement” MMC, “AzerFloat” QSC, “Baku Non Ferrous and Foundry Company” MMC, “SİKA” MMC, “MST Engineering” MMC, “Aqrokimya Azərbaycan” MMC və “Alco Lubricant Company” MMC-dir.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədovun sözlərinə görə, “Sumqayıt Kimya Sənaye Parkı 10-a yaxın şirkətdən təklif alıb. Bu təkliflər yalnız Sumqayıt Kimya Sənaye Parkı üçün deyil, ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün vacibdir. İlk növbədə əczaçılıq sahəsini qeyd etmək istəyirəm. Bilirsiniz ki, artıq İranın “Darou Pakhsh” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun şərtlərinə əsasən, Sumqayıt Kimya Sənaye Parkında istehsalat müəssisəsi yaradılacaq. Bundan başqa, əczaçılıqla məşğul olan digər şirkətlər də Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir. Hazırda danışıqlar aparılır və biz ümid edirik ki, çox yaxın zamanda daha bir rezidentimizi qəbul edəcəyik. Eyni zamanda, aqrar sahə çox mühüm bir istiqamətdir. Biz müxtəlif çeşidli gübrələrin istehsalı ilə məşğul olan şirkətlərdən təkliflər almışıq. Hazırda təkliflər qiymətləndirilir”.
2017-ci il yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, sənayeləşmənin prioritet istiqamətləri üzrə özəl investisiya fəaliyyətinin təşviqi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinin təmin edilməsi ilə bağlı üç ay müddətində tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Əminik ki, dövlətimizin başçısının müvafiq fərmanları ilə texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətə davamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açaçaqdır. Belə texnoparklar həm də rəqabətədavamlı məhsul istehsal etməklə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcəkdir.

Yeganə MƏMMƏDOVA